xüsusi işlənib hazırlanan materialın və adaptasiya
olunmuş ədəbiyyatın müəyyən prinsiplə əvəz
olunması olardı. Bu prinsip isə daha çox janr
kriterisi ilə münasibətdə mümkündür.
Artıq qeyd etdyimiz kimi, başqa-başqa
seriyanın
mətnlərində
müxtəlif
qayda
və
kriterilərdən istifadə olunur, bunlardan da bir
hissəsi oxu qaydasının prinsipinə əsaslanır, bəzisi
isə bir neçə kriterinin birliyindən istifadə edir,
məsələn, dil proqnozlaşdırması, mətnin formatı
və məzmunu. Başqaları isə hərf-səsin qarşılıqlı
təsiri prinsipinin üzərində qurulmuşdir (Brabam,
Vilaume, 2002).
Çox
qısa
olaraq
ən
geniş
yayılmış
səviyyələrə bölünən kitabların müəlliflərini və
onlar tərəfindən işlənib hazırlanan kriteriləri
nəzərdən keçirək:
1. Mətnlərin səviyyələrə bölünməsinin ilkin
mərhələsində üç müəllifin oxu qaydası xüsusilə
məşhur oldu, xüsusilə də Spaçenin qaydası, bu
qayda birinci-üçüncü pillələrdən ibarətdir. Dayl-
Çeli
qaydası,
üçüncü-səkkizinci
pillənin
şagirdləri
üçün
nəzərdə
tutulmuşdur
və
Cekobsenin qaydası, bu qayda birincidən
səkkizinci pilləyə qədər bölünmüşdür. Nəzərə
almaq lazımdır ki, hər üç qaydada 2 amil oxu
səviyyəsini müəyyənləşdirir: (a) sözlərin cümlədə
orta sayı və (b) “tanış” və ya “sadə” sözlərin
siyahısına daxil olmayan ümumi sözlərin sayı.
Məlumdur ki, bu qayda oxu üçün lazımi
biliyin və bacarıqların kompleksivlyi məqsədini
daşımır, amma onun istifadəsi vasitəsilə asanlıqla
mətnin çətinliyinin ümumi göstəricisini təyin
etmək olar.
2.
“Oxunun
sağaldılması”
(Reading
Recovery
). Peterson tərəfindən 1991-ci ildə
işlənib hazırlanmış və Yeni Zelandiyalı Mari
Kleyin “Oxu üçün hazırlıq” (Ready to Read)
materialına əsaslanır. Petersonun “Oxunun
sağaldılması”nın pillələrlə cərgəsi kitabların sinif
otağında
istifadəsinin
öyrənilməsi
əsasında
işlənib hazırlandı. Nəzərə almaq lazımdır ki, hər
iki müəllifin səviyyələrə bölünmüş kitabları
yalnız birinci pillənin oxucusu üçün nəzərdə
tutulmuş və müəllimin şagirdlə fərdi işini nəzərdə
tutur.
3. Kuperin, Boşkenin, Makvilyamsın və
Pistoçinin
(Kuper,
Boşken,
Mak-Viliams,
Pistoçini, 1998) səviyyələrə bölünmüş mətnləri 3-
8-ci siniflərin şagirdləri üçün nəzərdə tutulmuş və
onun kriterilərini çap materialı həcmində bir
vərəqdə, illustrasiyanın yardımı ilə, fabulanın
komleksivliyi və ya təqdim edilən faktların
çətinliyi təqdim edir.
3. Leksayl tərəfindən oxu səviyyələrinə
bölmə prinsipi tamamilə fərqlidir; burada çıxış
nöqtəsini oxucu və oxu materialı arasında
mövcud qarşılıqlı münasibət təqdim
edir.
Leksaylın oxucusunun səviyyəsini təyin etmək
onun standartlaşdırılmış testinin vasitəsilə baş
verir. Testin balları 1-dən 2000-ə qədərdir və
erkən pillənin oxucusundan yekun pillənin
oxucusunun
arasında
bölüşdürülmüşdür.
Leksaylın oxu materialı məhz bu balların prinsipi
ilə analiz edilir. Başqa sözlərlə desək, şagirdin
mətn nəticəsi oxu materialının ballarına çevrilir.
Bununla yanaşı Leksaylın kitablarının nəhəng
bazası vardır. Bu baza da onlarla korelyativ
məlumatlara əsaslanır. Leksaylın testi bir çox
müasir standartlaşdırılmış testin əsasını təqdim
edir. Buradaca məşhur oxu səviyyələrinin
müəyyənləşdirilməsi və qiymətləndirilməsinin
məşhur qaydalarının və sistemlərinin siyahısını
sizə təklif edirik:
Riqbinin müqayisəvi səviyyələr sistemi
(Rigby Leveling System Comparison
s.htm>)
Sürətli oxucu
(Accelerated Reader (AR))
org/reading_levels.htm>
Frayın oxunuş qrafiki
(Fry Readability
Graph http://www.hoagiesgifted.
org/reading_levels.htm>)
SMOG-un oxunuş qrafiki
(SMOG Readabil-
ity Formula http://www. hoagi-
esgifted.org/reading_levels.htm>)
Şonelin oxu testi
(Schonell Reading Test
org/reading_levels.htm>)
Ceri El Conun oxu reyestri
(Jerry L. Johns
Reading Inventory
s.htm>)
İkidilli təhsil, #8, 2011
17
İnkişafetdirici oxunun qiymətləndirilməsi
(Developmental Reading Assessment (DRA)
levels
ing _levels.htm>)
Keyfiyyətli oxu reyestri
(Qualitative Read-
ing Inventory (QRI) level
s.htm>)
Fleş -Kinsedin indeksi
/ mütaliə səviyyəsi
Flesch-Kincaid Index / Literacy Level (LL)
Müstəqil oxu səviyyəsinin qiymətləndirmə
çərçivəsi
(IRLA: Independent Reading
Level Assessment Framework)
4.
Kitabların
səviyyələrə
bölünmə
konsepsiyasının modifikasiyalı və inkişaf etmiş
variantı Fauntas və Pineliyə aiddir (Fauntas, Pi-
neli, 1996). Bu müəlliflər Kley və Petersona
uyğun olaraq, müəllim tərəfindən
mətnin
çətinliyinə
və
çoxamilli
xüsusiyyətlərin
qiymətləndirilməsinə xüsusi önəm verirdilər.
Onların “Səlis oxu” modeli
(Guided Reading)
oxunun dəstəkləndirilməsinin istənilən dərs
fəallığının həyata keçirilməsini təmin edir. Bu
konsepsiyaya əsasən müəllim dərs prosesində bir
səviyyəli şagirdlərin birləşdikləri kiçik qruplarda
hər bir oxucuya yardım edir. Mətnlər oxucuya
yavaş-yavaş, az miqdarda yeni dərs materialını
çatdırır. Bu da uşaqlara müxtəlif oxu
strategiyalarından istifadə etmək və elə iş
prosesindəcə onları inkişaf etdirmək imkanlarını
verir. Bu modelin əsas dəyəri ondadır ki, uşaqlar
məmuniyyətlə mətnin oxu prosesinə cəlb olunur-
lar, çünki onu dərk etməkdə çətinlik çəkmirlər.
Müəllimin təlimatı onların problemin həlli
strategiyasını mənimsəməkdə yardım edir və or-
foqrafik və fonetik, qrammatik strukturlarla və
xarici konsepsiyalarla əlaqədar çətinlikləri dəf
etmək imkanını verir. Müvafiq olaraq səviyyələrə
bölünmüş kitablar bu modelin yalnız tərkib
hissəsidir, çünki müəllim tərəfindən fərdi olaraq
şagirdin
və
qrupların
müntəzəm
qiymətləndirilməsi mətnlərlə iş prosesinin vacib
şərtidir.
Fauntas və Pineliyə əsasən mətnlərin
şagirdin fərdi ehtiyaclarına və imkanlarına yaxşı
uyğunlaşdırılması
üçün
4
əsas
mətn
xüsusiyyətlərini
nəzərə
almaq
lazımdır.
Bunlardır:
Kitabların
və
çap
materialının
xüsusiyyətləri. Onlar səhifələrinin uzunluğu və
hər səhifədə sözlərin və cümlələrin həcminə
nəzarəti nəzərdə tutur. Bu kriteridə eləcə də çap
dizaynı birləşmişdir. Məsələn, səhifənin əvvəli və
sonu, durğu tipləri, illustrasiya dəstəyi və çap
hissəsi və illustrasiya dəstəyinin münasibliyi.
Məzmun, mövzu və ideya. Oxunun
erkən pilləsində materialların əksəriyyəti şagird
üçün tanış məzmunun ətrafında hərlənir, məsələn,
ailə, məktəb, gündəlik həyat.. Tematika və
ideyalar sadədir. Məsələn, yardım göstərmək,
dostluq və s. Şagirdin oxu bacarığının inkişafı ilə
birlikdə məzmun, tematika və ideyalar daha
kompleksiv olurlar.
Mətnin strukturu materialın hansı
şəkildə
təqdim
edildiyini
müəyyənləşdirən
xüsusiyyətlərin
vəhdətidir.
Bu,
hekayə
formatında təqdim edilən və inkişafın strukturu-
nun, hadisənin yerini, süjetin, problemin və onun
həllinin formalarını birləşdirən nəqli mətn ola
bilər. Müvafiq olaraq bu mətn xüsusiyyəti eləcə
də kitabın janrını müəyyən edir (bədii, qeyri-
bədii, nəsr və s.) və yarımjanrları da (qeyri-bədii
materialın
misalında
–
izahatlı,
təsviri,
məlumatverici və ya inandırıcı və s.). Bir sıra
hallarda
mətnin
strukturu
onun
vizuallaşdırılmasına səbəb olur. Məsələn, əgər
mətn təsviri xarakterlidirsə, kitabda qrafikin və
ya diaqramın vasitəsilə təsvir oluna bilər və
şagird üçün vizual dəstəyi təqdim edə bilər.
Dil və ədəbi xüsusiyyətlər səviyyələrə
bölünmüş materialın həm xassə, eləcə də
kəmiyyət aspektlərini təsvir edir və müəllifin
nəzərinin, ədəbi üsullarının (məs., omonimlər,
metaforalar) dil strukturlarının (cümlələrin struk-
turu, paraqrafın quruluşu), leksikanın və sözlərin
seçimini və həcmini (yüksək sıxlıqlı, yuxarı
məzmunlu, baza və tranzit) birləşdirir.
Şübhəsiz ki, səviyyələrə böünmədə oxunun
inkişafı pillələrini bilmək zərurəti təqdim edir. O
izah edir ki, oxucu hansı bacarıqların birliyinə
sahibdir və onun hansı oxu təcrübəsi vardır. Bu
pillələr şagirdin təcrübəsindən asılıdır və onun
İkidilli təhsil, № 8, 2011
18