11
müəyyən etdiyi I dərəcəli (əsas) və II dərəcəli (əlavə) kapitala daxil olan
komponentlərin (elementlərin) cəmi
və onlardan tutulmaların fərqidir.
Kassa əməliyyatları – nağd pul və digər qiymətlilərin qəbulu, verilməsi,
saxlanması və
qorunması üzrə əməliyyatların məcmusudur.
Kassa qovşağı – kassa əməliyyatlarını aparmaq üçün nəzərdə tutulmuş,
texniki tələblərə cavab verən və xüsusi təchiz edilmiş yer (nağd pul və digər
qiymətlilərin saxlanması üçün anbar; anbarqabağı sahə; axşam kassası; əməliyyat
kassasında mədaxil və məxaric əməliyyatları aparılması üçün otaq; pul və
qiymətlilərin yenidən sayılması və bağlanması üçün otaq; müştərinin aldığı pulun
sayılması üçün sahə).
Gündüz mədaxil kassası – əməliyyat günü ərzində nağd pul və digər
qiymətlilərin qəbulunu həyata keçirən mədaxil kassasıdır.
Axşam mədaxil kassası – əməliyyat günündən sonra nağd pul və digər
qiymətlilərin qəbulunu həyata keçirən mədaxil kassasıdır.
Məxaric kassası – əməliyyat günü ərzində nağd pul və digər qiymətlilərin
verilməsini həyata keçirən kassadır.
Mədaxil-məxaric kassası − həm mədaxil, həm də məxaric kassalarının
funksiyalarını həyata keçirən kassadır.
Yenidənsayma kassası – müştərilərdən qəbul edilmiş nağd pul və digər
qiymətlilərin yenidən sayılmasını və formalaşdırılmasını həyata keçirən kassadır.
Kassir – kassa əməliyyatlarını həyata keçirən şəxsdir.
Kassa sənədi – kassa əməliyyatlarının aparılması üçün istifadə olunan
sənədlərdir.
Pul anbarı – qiymətlilərin saxlanması, qorunması və mühafizəsi üçün sahədir
(otaq, anbar, yer).
Formalaşdırma – əskinasların və sikkələrin nominal dəyərləri, dövriyyəyə
yararlı və yararsızlığı üzrə çeşidlənməsi və bağlanmasıdır.
Banderol – pul dəstləri bağlamaq üçün Mərkəzi Bank tərəfindən təsdiq
12
edilmiş vahid formalı kağız lentdir.
Dəst – eyni nominal dəyərdən olan 100 (yüz) vərəqdən ibarət
ə
skinasların banderol ilə bağlanmasıdır.
Bağlama – eyni nominal dəyərdən olan 10 (on) ədəd dəstdən (1000 vərəq)
ibarət əskinazların bağlanmasıdır.
aməliyyat günü – kredit təşkilatlarının daxili qaydaları ilə müəyyən edilmiş iş
günü ərzində müştərilərə xidmət göstərilən müddətdir.
Bankomat – kassirin iştirakı olmadan nağd pulun verilməsi və qəbul edilməsi
üçün istifadə
olunan avtomat qurğudur.
Qiymətlilər - nağd pul, qiymətli kağızlar, qiymətli metallar və daş – qaşlar,
zinət əşyaları. İnkassasiya - nağd pul və digər qiymətlilərin olduğu yerdən təyinat
yerinə daşınması. İnkassator - nağd pulun və digər qiymətlilərin inkassasiyasını
həyata keçirən şəxs. Qiymətləndirmə - ixtisaslı qiymətləndirici (qiymətləndirmə
fəaliyyətini müvafiq dövlət orqanı tərəfindən verilmiş lisenziya əsasında həyata
keçirən) tərəfindən müstəqil, obyektiv və qərəzsiz surətdə tərtib edilmiş yazılı
nəticədir. Burada konkret tarixə toplanmış müvafiq məlumat, onun təhlili və
qiymətləndirilən əmlakın bazar dəyəri barədə qiymətləndiricinin rəyi ifadə olunur.
Mərkəzi bankın notları - Mərkəzi Bank tərəfindən bir ilədək müddətinə
buraxılan adlı sənədsiz dövlət güzəştli qiymətli kağızlardır. Qısamüddətli notlar
dövriyyədə olan pul kütlısinin tənzimlənməsi üçün nəzərdə tutulmuş pul siyasəti
vasitəsidir.
REPO – Mərkəzi Bank (və ya bir kommersiya bankı ) tərəfindən qiymətli
kağızların digər banka sonradan geri almaq şərti ilə satışıdır.
SVOP - (məzənnə SVOP-u) - Məzənnə riskindən sığortalanmaq məqsədilə
müyyən müddətdən sonra yenidən əksinə mübadilə edilməsi şərtilə milli
valyutanın xarici valyutaya mübadilə edilməsi.
Törəmə təşkilat – o təşkilatdır ki, onun nizamnamə kapitalında üstün
iştirakına görə və ya iştirakçıları arasında bağlanmış müqaviləyə müvafiq sürətdə
digər təşkilat (baş təşkilat) onun qəbul etdiyi qərarları müəyyənləşdirmək hüququna
13
malikdir.
Baş təşkilat (baş bank) – törəmə təşkilatın nizamnamə kapitalında üstün
iştirakına görə və ya törəmə təşkilatın digər iştirakçıları ilə bağlanmış
müqaviləyə müvafiq sürətdə törəmə təşkilatın qəbul etdiyi qərarları
müəyyənləşdirmək hüququna malik təşkilatdır.
Holdinq şirkəti – kommersiya bankları daxil olmaqla, bir və ya bir neçə
törəmə təşkilatda paya sahib olmaq və onları idarə etmək məqsədi ilə fiziki və/ və
ya hüqüqi şəxs(lər) tərəfindən yaradılmış qrupdur. Bu Qaydaların məqsədləri üçün
holdinq şirkətləri aşağıdakılara bölünür:
Bank holdinq şirkəti – bank lisenziyasına malik bir və ya bir neçə törəmə
bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimlənməsi orqanları
tərəfindən tənzimlənən və nəzarət olunan qrupdur.
Maliyyə holdinq şirkəti – bank və yalnız maliyyə sektorunda fəaliyyət
göstərən digər törəmə təşkilatlarından ibarət olan qrupdur.
Qeyri-maliyyə holdinq şirkəti – bank daxil olmaqla, iqtisadiyyatın
müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan
qrupdur.
Konsolidasiya əsasında hazırlanmış maliyyə hesabatları – baş təşkilatın
və onun bütün törəmə təşkilatlarının MHBS-a uyğun tərtib edilmiş icmal maliyyə
hesabatlarıdır.
AZIPS – Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sistemidir.
SWIFT – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemidir.
XÖHKS – Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemidir.
BMS – Mərkəzi Bankın Baş Mühasibatlıq Sistemidir.
İştirakçı –AZIPS və/və ya XÖHKS-ə dair Kollektiv Sazişə qoşulmuş
(müvafiq sistemə münasibətdə) bankdır (müstəsna hallarda digər hüquqi şəxsdir).
Autsayder – AZIPS və/və ya XÖHKS-in İştirakçısı olmayan (müvafiq
sistemə münasibətdə) bankdır (müstəsna hallarda digər hüquqi şəxsdir).
Dostları ilə paylaş: |