8
qaytarılmasını təmin etmək üçün həmin bankda yerləşdirilmiş depozitlərlə və
ya bazar dəyəri bu kreditin ödənilməmiş məbləğinə bərabər və ya ondan artıq
olan girovla (daşınmaz əmlakla təmin olunmuş kreditlər üzrə girovun bazar
dəyəri kreditin minimum 150%-i həcmində) və ya digər təminatla təmin
edilmişdir (girov dedikdə ipotekalar da başa düşülür).
Qismən təminatlı kredit - bazar dəyəri kreditin ödənilməmiş
məbləğindən aşağı olan girovla və
ya digər təminatla təmin edilmiş kreditdir.
Təminatsız kredit - təminatı olmayan kreditdir və ya təmin edilən
təqdirdə, bu təminatın bazar dəyəri yoxdur, etibarlı şəxs tərəfindən
verilməmişdir, yaxud dəyərindən asılı olmayaraq qanunvericiliyə uyğun
olaraq rəsmiləşdirilməmişdir.
Restrukturizasiya olunmuş kredit – bu elə kreditdir ki, adi şəraitdə
bankın güzəştə getmədiyi, lakin borclunun maliyyə vəziyyətinin pisləşməsi
səbəbindən o, qaytarılmasını təmin etmək məqsədilə müqavilədə nəzərdə
tutulduğundan daha əlverişli şərtlərlə yenidən rəsmiləşdirilmişdir
(məsələn, faiz dərəcəsi azaldılmış, yaxud hesablanmış faizlərin alınması
hüququndan tam və ya qismən imtina edilmiş, yaxud borcalan tərəfindən
ödəniş aparılmadan əsas və faiz borclarının məbləği azaldılmış və
qaytarılma müddəti uzadılmış kreditlər).
Yüksək risklə təsnifləşdirilmiş aktiv - qeyri-qənaətbəxş, təhlükəli və
ya ümidsiz təsnifləşdirmə kateqoriyasına aid edilmiş aktivdir.
Bazar dəyəri - "ədalətli satışın" bütün şərtlərinə əməl etməklə açıq
bazarda əmlakı almaq üçün ehtimal olunan ən münasib qiymətdir.
Hesablama metodu ilə hesablanmayan aktiv − faizlərinin
hesablanması dayandırılmış aktivdir.
Yığılma prosesində olan kredit - borcalan tərəfindən ödəniş şərtləri
pozulmuş elə kreditdir ki, onun məhkəmə iddiası irəli sürmədən borcalan
tərəfindən, yaxud zəruri tədbirlər görməklə təminat hesabına qaytarılması
və ya əlavə təminat hesabına onun qaytarılması üçün məhkəmə qərarının
9
müvafiq vaxt ərzində verilməsi ehtimalı vardır.
Faizin kapitallaşdırılması − müqaviləyə əsasən ödənilmə vaxtı
çatmış faizlərin ödənilməmiş hissəsinin kreditin qalıq məbləğinə əlavə
olunmasıdır. Kapitallaşdırılmış faizə müddəti uzadılmış, yaxud yeni kredit
kimi rəsmiləşdirilmiş faizlər də aiddir.
Qeyri-işlək kredit - faizinin hesablanması dayandırılmış, yaxud əsas
məbləğinin və ya faizinin ödənişi müqavilədə nəzərdə tutulmuş
müddətlərdən 90 gün və ya daha çox gecikdirilmiş, faizi kapitallaşdırılmış
və ya yeni kredit kimi rəsmiləşdirilmiş, yaxud faizinin ödəniş müddəti
uzadılmış kreditlər, habelə faizinin ödəniş müddəti 90 gün və ya daha çox
gecikdirilmiş overdraftlardır.
Qeyri-işlək kreditin məbləği - ödənilməmiş faiz məbləği istisna
olmaqla kreditin əsas məbləğinin ödənilməmiş qalığıdır
İşlək kredit - qeyri-işlək kredit kateqoriyasına daxil edilməyən kreditdir.
Zərərin ödənilməsi üçün ehtiyatlara ayırmalar - təsnifləşdirilən aktivlər üzrə
mümkün (gözlənilən və ya gözlənilməyən) zərərin ödənilməsi üçün xərclərə aid
edilən xüsusi ehtiyatların məbləğidir.
Xüsusi ehtiyatlar- aktivlər üzrə zərərin ödənilməsi üçün “adi ehtiyatlar”a və
“məqsədli ehtiyatiar”a bölünür. Xüsusi ehtiyatlar konkret bir və ya bir qrup aktivlə
ə
laqədar mümkün zərərin ödənilməsi üçün istifadə olunur.
Aktivlər üzrə zərərin ödənilməsi üçün "adi ehtiyatlar" - bankın “standart
aktivlər”i üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış ehtiyatdır.
Aktivlər üzrə zərərin ödənilməsi üçün "məqsədli ehtiyatlar" - bankın
“qeyri-standart aktivlər”i üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış
ehtiyatdır.
Banklararası tələblər - müəyyən müddətə və ya tələb olunanadək bir bank
tərəfindən digər bankda yerləşdirilmiş depozitlər və ya “nostro”müxbir hesab
qalıqlarıdır.
Ödəməmələrə görə balansa götürülmüş daşınmaz əmlak - borcalanın
borcunun tam və ya qismən ödənilməsi məqsədi ilə bank tərəfindən balansa
10
götürülən daşınmaz əmlakdır.
Təsnifləşdirmə məqsədi ilə- bu anlayışa əldə edılməsı mənbəyindən asılı
olmayaraq keçmişdə bankın və ya onun struktur bölmələrinin ofisləri kimi istifadə
edilmiş, hazırda istifadə olunmayan və istifadəsi nəzərdə tutulmayan binalar və
tikililər də daxildir.
Ödəməmələrə görə balansa götürülmüş daşınar əmlak - nəqliyyat
vasitələri, avadanlıqlar (daşınmaz əmlaka birbaşa bağlanmamış daşınar əmlak),
qiymətli kağızlar, digər daşınar əmlak və maliyyə aktivləri daxil olmaqla,
borcalanın borcunun tam və ya qismən ödənilməsi məqsədi ilə bank tərəfindən
üzərində mülkiyyət hüququ əldə edilən daşınar əmlakdır.
Qeyd olunmuş dəyər - kreditin əsas məbləğinin ödənilməmiş hissəsidir.
Kredit olmayan aktivin“qeyd olunmuş dəyəri” onun əldə edilməsi qiymətidir.
Kreditin ümumi dəyəri - borcun əvvəlki silinmələri nəzərə alınmadan
(yəni xüsusi ehtiyat fondu hesabına əvvəllər silinmiş borclar çıxılmaqla) bütün
hesablanıb alınmamış faizlər, komissiyon haqları və digər ödənişlər
(kapitallaşdırılmış) daxil olmaqla ödənilməmiş kredit məbləğidir
Depozit - müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar
ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə
qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında
aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş
pul vəsaitidir.
Klirinq - hesablaşmalar sisteminin bir və ya bir neçə iştirakçısının həmin
sistemin bir və ya bir neçə digər iştirakçısına verdiyi və ya onlardan aldığı ödəniş
məbləğləri üzrə yaranan tələblərin və öhdəliklərin, onların fərqi olan bir xalis tələb
və ya bir xalis öhdəliyə çevrilməsi prosesidir.
Prudensial - bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş
normativlərə,qaydalara, tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış,
idarəetmə və nəzarət üsuludur.
Bankın məcmu kapitalı (öz vəsaiti) — prudensial hesabatlıq məqsədləri üçün
istifadə olunan kapital olmaqla, Mərkəzi Bankın normativ xarakterli aktları ilə
Dostları ilə paylaş: |