Microsoft Word bank dersli doc



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə96/101
tarix31.08.2018
ölçüsü2,4 Mb.
#65849
1   ...   93   94   95   96   97   98   99   100   101

  
 
213 
           Kontokorrent hesabı hesablaşma və borc hesablarının birləşməsi nəticəsində əmələ gəlmişdir. Bankı 
müştəriləri ilə həyata keçirdiyi əməliyyatları nəzərə alan vahid hesab cari hesab adlandırılır. Bu hesabda bir 
tərəfdən sifarişçinin göstərişi ilə hesabdan ödənişlər, digər tərəfdən isə hesaba köçürmə, borc ödənişi, məvacib 
kimi daxil olan vəsaitlər yazılır. 
          Kommersiya banklarında tələb olunanadək depozitlər cəlb olunmuş vəsaitlər arasında böyük yer tutur. 
Həmin əmanətlər bank resursların ən ucuz başa gələn mənbəyidir. Bu səbəbdən tələb olunanadək hesablardakı 
vəsaitlərə görə banklar çox aşağı faizlər ödəyir, bəzən heç ödəmirlər. Banklardakı vəsaitlərə görə müştərilərin 
mənfəətinin artırılması və bank kreditləşməsi üçün resursların təşkili məqsədi ilə tələb olunanadək hesablarda 
saxlanan vəsaitlərin təcili depozit hesabına keçirmək üsulundan istifadə olunur. 
         Hüquqi şəxslərin cari hesablarında və müxbir hesablarında vəsait qalıqları əhəmiyyət kəsb edir. 
Kommersiya bankları həmin hesabların sahiblərinin tələblərini yerinə yetirərkən öz likvidliyini qoruyub 
saxlamaq məqsədi ilə özlərinin yüksək likvidli aktivlərini bankdakı müxbir hesabında və s. pul vəsaitləri daim 
yetərli səviyyədə saxlamağa vadar edir. Hüquqi şəxslər özlərinin müvəqqəti sərbəst pul vəsaitlərinin sabit 
miqdarını bankda müddətli depozit hesablarında yerləşdirmək imkanından istifadə edir. 
         Kommersiya banklarındakı müddətli depozitlər - banklar vasitəsilə müəyyən müddətə cəlb olunmuş 
depozitlərdir. Xüsusi müddətli depozitlər fərqlidir. Fərqli qoyuluşlar üzrə hüquqi və fiziki şəxslərin 
qabaqcadan xəbərdarlıq edilməsi qaydası mövcuddur. 
Xüsusi müddətli əmanət qoyuluşu bütün vəsaitlərin müqavilənin müddəti ərzində bankın tam 
səlahiyyətinə götürülməsidir. Həmin müddətin bitməsi zamanı müddətli əmanət hesab sahibi tərəfindən hər bir 
zaman götürülə bilər. Müddətli əmanət üzrə müştərilərə mükafat məbləğinin ödənilməsi müddətdən, depozit 
məbləğindən və əmanət müqavilə şərtlərinə icra olunmasından asılı olur. Əmanətin uzun müddətli olması və 
onun ümumi məbləğinin həcmi mükafatın məbləğinə təsir edir. Təcrübə göstərir ki, müddətli əmanətlər 12 ay 
və daha uzun müddətə rəsmiləşdirilir. 
          Vəsaitin götürülməsi üçün xəbərdarlıq müştəri tərəfindən müqavilənin müddətinin başa çatması zamanı 
banka təqdim edilir. Xəbərdarlığın müddətindən asılı olaraq depozit qoyuluşu üzrə faiz tarif ilə müəyyən 
olunur. 
Bankdakı müddətli depozit məbləği tam məbləğ formasında edilir və müqavilənin müddətinin başa çatmasına 
qədər dəyişilmir. Həm də depozit qoyuluşu cari ödənişlərin ödənilməsində istifadə olunmur. Əmanətçi 
ə
manətin məbləğini dəyişmək istədikdə müqaviləni dəyişdirir və yeni şərtlərlə vəsaiti hesabdan götürə bilir. 
Vəsaitlərin müəyyən olunmuş müddətdən əvvəl hesabdan götürülməsi halında əmanətçi müqavilədə göstərilən 
faizlər alınması hüququnu itirə bilər. 
        Depozitlər valyutasına gəldikdə, o, həm Mərkəzi valyutada, həm də xarici valyutada ola bilər. 
Azərbaycanda depozit qoyuluşları islahatların gedişinə müvafiq surətdə dəyişilir. 
Kommersiya bankları kredit fəaliyyətini həyata keçirmək və digər aktiv əməliyyatları aparmağa çalışır. Bunun 
ə
n başlıca yolları banklara depozitlərin və başqa pul vəsaitinin cəlb edilməsidir. 
        Banklarda depozitlərin artması bank sisteminin inkişafını əks etdirir. 
       Bu nöqteyi nəzərdən diqqəti ən çox cəlb edən əhalinin banklara qoyulan əmanətləridir. Əhalinin əmək 
haqlarının və başqa pul gəlirlərinin artması ilə əlaqədar olaraq əmanətlər şəklində banklara cəlb edilən 
depozitlərin artması müşahidə olunur. 
       Bu bir aksiom kimi qəbul edilə bilər ki, banklar ssuda kapitalları bazarında aparıcı mövqe tutur, ona görə 
də depozitlərin ən çox hissəsini də məhz onlar cəlb etməlidir. Kreditləşdirmə əməliyyatlarının inkişafı ilk 
növbədə depozitlərin artması ilə bağlıdır. Çünki depozitlər banklara cəlb edilən resursların əsasını təşkil edir. 
Depozitlər onları toplayan bankların vasitəçiliyi ilə onların aktiv əməliyyatlarının müxtəlif növlərində istifadə 
edilə bilər.Qeyd etmək olar ki, bank resurslarının bir hissəsi bankların öz maddi bazasını yaratması üçün 
istifadə edilərək maddi aktivlərə qoyulur. Bankların maddi aktivləri yalnız öz fəaliyyətini təmin etmək üçün 
istifadə edilir. Həmin 
aktivlərlə ticarət əməliyyatları qadağan olunur. Maddi aktivlərə qoyuluşları bank resurslarının idarə edilməsi 
kontekstində nəzərdən keçirilmir. Çünki bu qoyuluşlarının miqdarı bank fəaliyyətinin rentabelliyi 
müəyyənləşdirir. 
nkişaf etmiş ölkələrin bank praktikası göstərir ki, kommersiya banklarının resurs bazasının strukturu öz 
vəsaitlərinin payının az olması ilə səciyyələnir. Bu isə bank fəaliyyətinin vasitəçilik funksiyalarının yerinə 


  
 
214 
yetirilməsindən ibarət olan spesifikasına uyğun gəlir. Bank resurslarının əksər hissəsini cəlb olunmuş vəsaitlər 
təşkil edir.  
      Həmin vəsaitlər bir sıra bank əməliyyatları vasitəsi ilə səfərbər olunur: 
1) hüquqi şəxslərin, o cümlədən müxbir hesablarının açılması və aparılması yolu ilə. 
2) fiziki şəxslərin pul vəsaitlərinin əmanətlərə cəlb edilməsi yolu ilə. 
3) başqa bankdan kreditlərin və borcların cəlb edilməsi sayəsində. 
4) bankın öz borc öhdəliklərini buraxması yolu ilə. 
        Bankların cəlb etdiyi vəsaitlərin geniş dairəsi onların bir sıra digər əlamətlər üzrə də sistemləşdirilməsinə 
imkan verir. Kommersiya banklarının cəlb edilmiş vəsaitlərin formalaşma xarakterindən asılı olaraq 
aşağıdakılardan ibarətdir: 
1. lkin cəlbetmə vəsaitlər, o cümlədən: 
- müəssisə və təşkilatların hesablaşma və cari hesablardakı vəsaitləri, 
- ictimai təşkilatların, fondların, sığorta təşkilatlarının və yerli büdcələrin vəsaitləri, 
- əhalinin əmanətləri, 
- hesablaşma əməliyyatı üzrə vəsaitlər. 
2. Təkrar cəlbetmə vəsaitləri (resursların maliyyə bazarında yenidən satılması yolu ilə əldə edilmiş vəsait), o 
cümlədən: 
- dövlət və qeyri-dövlət  qiymətli kağızları ilə əməliyyatlar üzrə vəsaitlər, 
- banklararası kredit bazarında, 
- valyuta bazarından. 
lkin cəlbetmə vəsaitləri adlandırılan, cəlb olunan resursları öz roluna görə kommersiya banklarının resurs 
bazasında bankların balansında passivin cəlb olunmuş vəsaitlərin miqdarının yarıya qədərini əhatə edir. 
Kommersiya banklarının depozitlərinin müddətə görə bölünməsi balansın aktivləri ilə passivləri arasında 
düzgün nisbəti müəyyənləşdirməyə imkan yaradır. Bununla da cəlb olunmuş vəsaitlərdən daha səmərəli 
istifadə etmək mümkün olur. 
Banklar depozit bazasını artırmaqla likvidliyi tənzimləmək imkanı əldə edirlər. Bundan sonra isə qeyri-
depozit mənbələri kimi banklararası bazarda borc və mərkəzi bankdan kreditlər almaq üsuluna da istifadə edir. 
Bu növ vəsaitlər banklara ehtiyaclarını optimal nisbətini saxlamaq imkanı verir. Banklararası kreditlər 
vasitəsilə likvidli resursların banklar arasında bölgüsü həyata keçirilir. Banklararası pul bazarı sayəsində 
banklar likvidliyə tələbin gözlənilməz gündəlik qalxıb-enməsini tənləşdirmək imkanını təmin edir. Çətinliyə 
düşdükdə vəsaitin cəlb edilməsinin bu üsulundan istifadə edirlər. Ayrı-ayrı vaxtlarda banklarda likvidliyin 
qalxıb-enməsi nəzərə alınarsa, depozitlərlə yanaşı onların rolu olduğu qeyd edilə bilər. 
                                  2. Kommersiya banklarının depozit sertifikatları. 
     Kommersiya banklarının depozit sertifikatları ilə əməliyyatları aparması dünya praktikasında uzun 
müddətdən bəri depozit əməliyyatlarının tərkib hissəsi kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasında bu 
ə
məliyyatlar əvvəllər əmanət bankları vasitəsilə yerinə yetirilirdi. Sonra isə depozit sertifikatının bank 
fəaliyyətində tətbiqi qanunçuluğu ilə təsbit edilmişdir.Azərbaycan Respublikasının qanunlarına və 
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 26 iyul tarixli 161 saylı fərmanı ilə təsdiq edilmiş 
«Azərbaycan Respublikası yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında» əsasnaməyə müvafiq 
olaraq hazırlanmış qaydalarda vardır.    Depozit sertifikatı-əmanətçi tərəfindən depozitin kredit təşkilatında 
yerləşdirilməsinin və əmanətçinin, yaxud onun hüquqi varisinin həmin depozit və depozit üzrə faizləri kredit 
təşkilatından qeydsiz-şərtsiz almaq hüququnu təsdiqləyən qiymətli kağızdır. 
     Azərbaycan Respublikasında kredit təşkilatlarının depozit sertifikatlarının buraxılması, qeydiyyatı və 
tədavülü qaydalarını müəyyən edilmişdir. 
     Sertifikatlar birdəfəlik qaydada və ya seriyalarla, Mərkəzi, yaxud xarici valyutada, yalnız sənədləşdirilmiş 
formada buraxıla bilərlər. 
      Sertifikatlar adlı və təqdim edənə ola bilərlər. Təqdim edənə sertifikatları yalnız fiziki şəxslər əldə edə 
bilərlər. 
      Sertifikatlar üç ildən artıq olmamaq şərti ilə müddətli olmalıdırlar. 
      Sertifikatlar buraxıldığı valyutada ödənilməlidir. 
      Sertifikatlar blanklarının hazırlanması ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli 
Kağızlar üzrə Dövlət Komitəsindən bütün növ qiymətli kağızların blanklarının hazırlanması fəaliyyətinə 


Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə