Microsoft Word b vahabzade 11. 12. 2014. doc



Yüklə 0,65 Mb.
səhifə8/32
tarix25.06.2018
ölçüsü0,65 Mb.
#51459
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 27 –––  

Bəxtiyar Vahabzadə yazır: “Uşaqlıqda qara zurnanın 

cəngisinə nə qədər qulaq asmışam! Cəngini sakit dinlə-

mək mümkün deyil. Adamın sümükləri oynayır. Biz ona 

qulaq asdığımız zaman dəliqanlı babalarımızın ruhunu 

damarlarımızda hiss edirik. Bu ruh atadan yox, babadan 

yox,  əcdaddan bizə  qədər süzülüb gəlmişdir. O bizim 

sümüyümüzdə, iliyimizdədir. Xoşa gəlməz oyun ha-

vasına “sümüyümə düşmür” demək də burdan gəlir”

1



 

                                                            

1

 Təzə rəng, təzə nəfəs. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. 



Bakı, Gənclik, 1976, s.186 


BULUDXAN  XƏLİLOV 

 

––– 28 –––

  

 

 

MÜƏLLİM HƏSSASLIĞI 

 

Həssaslıq biganəliyin, laqeydliyin əksidir. Həssaslıq 

hissetmədən başlayır və hər adamda da olmur. Bu key-

fiyyətin daşıyıcıları  hər  şeyi məqamındaca gözündən 

vurmağı bacarırlar. Onların ovqatı gündə yüzlərlə  dəfə 

dəyişir, çünki hadisələr çoxdur, ətraf mühit yeknəsək 

deyil. Həssaslar  ətraflarında baş verən hadisələrin hər 

birini ürəklərindən, beyinlərindən keçirir, onların hər 

birinə duyğulu və həssas yanaşırlar. Adətən müəllimlər-

də  həssaslıq olmazsa, o, şagirdlərə, tələbələrə diqqət 

göstərə bilməz. Məhz bu həssaslıq Bəxtiyar Vahabzadə-

nin şair, müəllim qəlbinə uyarlı olmuşdur. Bəlkə də onu 

bu keyfiyyət başqalarından daha çox fərqləndirmişdir. 

O, müəllim kimi tələbələrinin yoxlama yazı  işinə, kurs 

işinə, daha doğrusu, oradakı tələbə fikirinin özünəməx-

susluğuna və orijinallığına xüsusi diqqət yetirmişdir. 

Bəxtiyar Vahabzadə “Pıçıltı” məqaləsində yazır: “Tələ-

bələrimə sovet ədəbiyyatından kurs işi mövzuları ver-

mişdim. Onları yoxlayanda nəzərimi maraqlı bir yazı 

cəlb etdi. Həmin yazıdan bir neçə cümləni eynilə köçü-

rürəm: “Mən şeir dəlisiyəm. Şeir məni ikinci dəfə doğub 

desəm – sizə  qəribə  gəlməsin. Bircə anlığa xəyalıma 

gətirsəm ki, şeir yoxdur, mənim üçün həyat dayanar. 

Çünki şeir yoxdursa, ürək yoxdur, şeir yoxdursa, həyat 

yoxdur...”

1

.  Əvvəla, tələbə çox yaxşı bilib ki, Bəxtiyar 



                                                            

1

 Pıçıltı. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, Gənclik, 



1976, s.187-188 


BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ 

 

––– 29 –––  

müəllim tələbələrə  həssasdır.  İkincisi, tələbə o müəl-

limlərlə hissini, duyğusunu bölüşür ki, həmin müəllim-

lərə inanırlar. Belə olduğundan, tələbə  çəkinmədən, 

utanmadan öz fikrini, mülahizəsini, ürək sözünü müəlli-

minə deyir. İnanır ki, müəllimi ona səmimi və qayğı ilə 

yanaşacaqdır. Ümumiyyətlə, insan öz ürək sözünü hər 

adama demir, yalnız inandığına deyir və onunla bölüşür. 

Azərbaycan cəmiyyətində müəllim sənəti həmişə elə 

müqəddəs sənət olmuşdur ki, insanlar bu sənət sahibləri 

ilə bölüşməkdən çəkinməmiş  və onlardan məsləhətlər 

almışlar. Bu mənada Bəxtiyar müəllim “Pıçıltı” 

məqaləsini yazanda o məqama da diqqət yetirmişdir ki, 

tələbə müəllimindən məsləhət umur. Odur ki, “Pıçıltı” 

məqaləsində  tələbənin yazdıqlarını davam etdirirdi: 

“Mən  şeiri niyə sevirəm? – Bilmirəm. Onu bilirəm ki, 

hər dəfə gözəl bir şeir oxuyanda elə bil dünyaya ilk dəfə 

baxıram, elə bil təzədən doğuluram. Oxuduğum  şeir 

köhnə dünyanı  mənə  təzə göstərir. Kiminsə  qəlbinin

fikirlərinin  əks-sədası olan bir şeir “mənimləşir”. Oxu-

duğum bu şeir mənim həyata, vətənə, insanlara sevgimi 

yeniləşdirir, dərinləşdirir, ülviləşdirir. Həyat məhəb-

bətdir, şeir – məhəbbət çeşməsi. Həyat günəşdir, şeir – 

günəş şüaları. Həyat sudur, şeir – su şırıltısı”

1

. Əlbəttə, 



tələbənin bu fikirləri Bəxtiyar müəllimi məcbur etmişdir 

ki, o, tələbəni axtarsın və tapsın. Belə də olur. Bəxtiyar 

müəllim tələbəni tapır, onun şeirlərini oxuyur, şeirləri 

barədə xoş sözlər yazır. Bu, müəllimin tələbəsinə olan 

diqqətdən, sayğıdan, həssas münasibətdən başqa bir şey 

                                                            

1

 Pıçıltı. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, Gənclik, 



1976, s.188 


BULUDXAN  XƏLİLOV 

 

––– 30 –––

  

deyildir. Bəxtiyar Vahabzadə yazırdı: “Tələbəni tapdım. 

Özünün də şeir yazıb-yazmadığını xəbər aldım. Utandı, 

bir söz demədi.  

Bu  əhvalatdan bir qədər sonra Rahilənin rəfiqəsi 

mənə onun bir neçə şeirini verdi. Mən yanılmamışdım. 

Şeirin, sənətin mahiyyətini özünəməxsus  şəkildə  dərk 

edən bu tələbənin  şeirlərində  də kurs işində gördüyüm 

orijinal və  səmimi, yeni və  təravətli duyğular məni 

isitdi. Bu şeirlərdə qışqırıq yoxdur, pıçıltı var. Ona görə 

ki, ürək söhbəti sakit və  pıçıltılı olur”

1

. Bəxtiyar 



Vahabzadənin təcrübəsiz bir tələbəyə qayğısı, diqqəti, 

hətta onun şeirləri barədə xoş söz deməsi görkəmli bir 

sənətkarın – şairin həssaslığı ilə yanaşı, həm də müəllim 

kimi şəxsi nümunəsidir. Bununla da o, tələbənin özünə 

inamını artırır və gələcək fəaliyyətini stimullaşdırır. Bu 

cəhət uşaq üçün də, gənclik üçün də, eləcə  də  hər bir 

şəxs üçün də çox əhəmiyyətlidir. Ancaq müəllimlərimiz 

bunu bəzən unudurlar, yaxud da əhəmiyyət vermirlər. 

Yeri gəlmişkən onu da qeyd edək ki, valideynlərimizdə 

belə bir mental xüsusiyyət var. Valideynlərimiz uşaqla-

rını oynamağa göndərəndə, yaxud başqa yerə (məktəbə, 

dükana və s.) göndərəndə onların uşaqlarına tez-tez 

məsləhətləri belə olur ki, heç kəsə yaxınlaşma, çəkil və 

kənarda dayan, qayğı və problem yaratma və s. Bununla 

da valideynlərimiz uşağın özünə inamını itirirlər. Ancaq 

müqayisə üçün qeyd edək ki, hər hansı bir yəhudi 

uşağını həyətə oynamağa göndərəndə ona deyir ki, sən 

                                                            

1

 Pıçıltı. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı, Gənclik, 



1976, s.188 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə