yaxınlığında şiddətli döyüş başlandı. Bu döyüşdə xürrəmilər ilk dəfə olaraq ağır
məğlubiyyətə düçar oldular. Həmədan döyüşündəki qələbə Mötəsimə öz sələfinin
üsyançılara qarşı tətbiq etdiyi hərbi taktikanın qüsurlarını anlatdı. Bizansla
müharibəni dayandırıb bütün ordunu, maddi və hərbi sursatı Babəkilərə qarşı
mübarizəyə sərf etdi. Afşin Heydər ibn Kavus 832-ci ildə xürrəmilərə qarşı
vuruşan ərəb ordusuna baş komandan təyin edildi. Müharibə uzandıqca qüvvələr
nisbətindəki fərq ərəblərin xeyrinə dəyişdi. Afşinin köməyinə göndərilmiş adlı-
sanlı sərkərdə Buğa əl-Kəbirlə 836-cı ildə Həşdadsər dağı yaxınlığındakı döyüşdə
xürrəmilər onun ordusunu əzdi, bir neçə sərkərdəsini məhv etdi.837-ci ilin
avqustunda ərəb qoşunu Bəzz qalasına yaxınlaşdı və onu mühasirəyə aldı. Döyüş
daha yaxşı silahlanmış və təchiz olunmuş düşmən üçün əlverişli vaxtda, 837-ci il
avqustun 26-dabaşlandı. Bu döyüşdə yaralananlardan və itkin düşənlərdən əlavə,
ə
rəblərdən 100 min nəfər, üsyançılardan 80 min nəfər həlak olmuşdu. Bəzzin
süqutundan və ailə üzvlərini itirdikdən sonra Babək qardaşı Abdulla ilə birlikdə
Arazdan keçib Arrana gəldi. Məqsədi Bizans imperatorunun yanına getmək yeni
qüvvə toplayıb ərəblərə qarşı müharibəni davam etdirmək idi. Lakin Babək
xəyanət nəticəsində ələ kecirildi və 838-ci il martın 14-də xəlifə Mötəsimin hökmü
ilə edam edildi. Bu hərəkat istiqlaliyyət uğrunda azadlıq müharibəsi idi. Xilafət
Azərbaycan xalqının müvarizə əzmini söndürə bilmədi.
18. IX-XI ə
srlə
rdə
Azə
rbacyan feodal dövlə
tlə
ri (Ş
irvanş
ahlar-
Mə
zyə
dilə
r, Sacilə
r, Salarilə
r)
Abbasilər imperiyasının dağılması gedişində Azərbaycanda bir sıra müstəqil
feodal dövlətləri meydana gəldi. Hələ xilafətin tərəqqisi dövründə Azərbaycanda,
xüsusilə Arranda ərəblərdən asılı olan Sünik, Varsan, Beyləqan, Qəbələ, Şəki və s.
kimi knyazlıqlar vardı. IX-XI əsrlərdə Azərbaycanda yaranmaqda olan feodal
dövlətləri ərəblərin hakimiyyətindən imtina edir və özlərinin istiqlaliyyətinə nail
olurdular.
Ş
irvanş
ahlar. Bu dövlətin yaradıcısı Heysəm ibn Xalid Şirvanın birinci
rəsmi məliki Yəzid ibn Məzyədin nəvələrindən idi. Ona görə də sülalə Məzyədilər
(861-1538) adlanırdı. IX əsrin 60-cı illərində xilafətdə başlanan yeni iğtişaşlardan
istifadə edən Heysəm ibn Xalid özünü Şirvanın müstəqil hakimi (şahı)elan etdi və
mərkəzi hökümətlə əlaqəni kəsdi. Beləliklə, Şirvanın istiqlaliyyəti bərpa edildi.
Məzyədilər sülaləsinin hakimyyətinin ilk dövründə Şirvanşahların sərhədləri
cənubda Kür çayı, şimalda Dərbənd və Samur çayı, qərbdə Göyçay və Şəki, şərqdə
Xəzər dənizi ilə əhatə edilirdi. Məzyədilərin uğurlu siyasəti nəticəsində müxtəlif
dövrlərdə Şəki, Beyləqan və Bərdə Şirvanşahların tabeçiliyinə keçmişdi. Dövlətin
paytaxtı əvvəlcə Şirvan, X əsrin birinci rübündən etibarən Yəzidiyyə (Şamaxı)
şə
həri olmuşdu. Məzyədi sülaləsinin uğurlu siyasətinə baxmayaraq, bəzən özləri də
asılı vəziyyətə düşürdülər. IX əsrin axırlarında Məzyədilər öz vassaları ilə birlikdə
ə
vvəlcə Sacilər, sonra isə Salarilər dövlətinə tabe idilər. Daxili idarə işini öz
ə
llərində saxlamaqla Məzyədilər onlara xərac verirdilər. XI əsrin 60-70-ci illərində
Fəriburzun hakimiyyəti dövründə Şirvanda siyasi vəziyyət daha da ağırlaşdı.
Şə
ddadilər hakimi Şavurun Şirvana hücumları başlandı. Şavur Şirvanda bir sıra
qalaları ələ keçirdi və 40 min dinar xərac alıb geri qayıtdı. Ön Qafqazda
hakimiyyəti ələ keçirən səlcuq türklərinin Şirvanda da təsiri gücləndi. Sultan
Məlikşahın dövründə Dərbənd iqta şəklində raq hakiminə bağışlandı. Şirvanşah
Məzyədilər daxili istiqlaliyyətlərini saxlamaq şərtilə səlcuqların vassalına çevrildi
və hər il sultanın xəzinəsinə 40 min dinar xərac verməli oldu.Şirvanşahlar titulu
ləğv edildi.Məzyədilərin də iki növ qoşunu vardı. Əsas qoşun şahın xüsusi
qvardiyasından ibarət idi. Bundan əlavə iri feodalların və vilayət hakimlərinin
xüsusi qoşun dəstələri olurdu.
Sacilər
dövlə
ti. IX əsrdə xilafətə qarşı mübarizə şəraitində Azərbaycanda meydana gələn
feodal dövlətlərdən biri də paytaxtı Ərdəbil şəhəri olan Sacilər dövləti (889-942-ci
illər ) idi. Sacilər mənşəcə türk idilər. Əbu Sac Divdad və onun varisləri
Məhəmməd və Yusif müxtəlif vaxtlarda xilafətin əyalət hakimləri olmuş,
Abbasilər hakimyyətinə qarşı baş baş vermiş üsyanların yatırılmasında fəal iştirak
etmişlər. Sacilərin banisinin Əbu Sac Divdad hesib edilməsinə baxmayaraq, dövlət
onun ölümündən xeyli sonra oğlanları Məhəmmədin və Yusifin dövründə
yaranmışdı. Xidmətləri ilə xəlifənin rəğbətini qazandığına görə 889-cu ildə
Məhəmməd Azərbaycanın hakimi təyin olundu. 901-ci ilin martında Məhəmmədin
ölümündən sonra hakimiyyətə oğlu Divdad keçdi. Həmin ilin avqustunda əmisi
Yusif Divdadı hakimyyətdən salıb özü xəlifənin Azərbaycan hakimi və canişini
oldu. Azərbaycan bütövlüklə onun hakimiyyəti altında birləşmişdi. Yusif hər il
Xilafətin xəzinəsinə 120 min dinar xərac verirdi. 927-ci il dekabrın 27-də Kufə
şə
həri yaxınlığındakı döyüş zamanı Yusifin qoşunu məğlub oldu. O özü yaralandı,
ə
sir düşdü və öldürüldü. Yusifin ölümündən sonra hakimiyyət əldən-ələ keçdi.
Onun sərkərdəsi Deysəmin dövründə Azərbaycan yenidən müharibə meydanına
çevrildi. 942-ci ildə Sacilər sülaləsinin hakimyyətini Salarilər əvəz
etdilər.Salarilər dövləti.Dövlətin yaradıcısı Mərzuban ibn MəhəmmədGilan
vilayətindəki Salarilər tayfasına mənsub olduğundan dövlət Salarilər
adlandırıldı.O, 942-ci ildə Sacilər hakimi Deysəmi məğlub edərək Azərbaycanı
tutdu. Həmin tarixdən hakimyyət onun təmsil etdiyi Salarilər sülaləsinin (942-981)
ə
linə keçdi. Salarilər dövlətinin də paytaxtı Ərdəbil idi. Salari hakimi Mərzuban
ibn Məhəmməd çətin mübarizə şəraitində Sacilər dövlətinin hakimyyəti altında
olan Azərbaycan torpaqılarına sahib olaraq öz səltənətini möhkəmləndirməyə
çalışdı. Azərbaycanın şimal-qərb vilayətlərini və Ərməniyəni öz hakimiyyəti altına
keçirdi. Sacilərin dövründə olduğu kimi, Şirvanşahlar Məzyədilərin dövləti
Salarilərə tabe edildi. Bununla da Salarilərin şimal sərhədi Dərbəndə qədər uzandı.
Azərbaycanın cənub-şərq vilayətlərinin, xüsusilə, Zəncanın, Əbhərin və Qəzvinin
sfahan hakiminin asılılığında qalması Mərzubanı narahat edirdi. Onun məqsədi
Azərbaycanın qədim sərhədlərinin bütövlüyünə nail olmaq idi. O, bu niyyətlə 948-
ci ildə hərbi yürüşə başlayaraq Qəzvinə getdi. Savaş Mərzubarın məğlubiyyəti ilə
başa çatdı. O, sərkərdələri ilə birlikdə əsir düşdü. Lakin Mərzuban anasının və
yaxın adamlarının köməkliyi ilə 953-cü ildə əsirlikdən qaçıb Ərdəbilə gələrək
hakimyyəti ələ keçirdi. Mərzuban vilayətlərdən alınan vergiləri nizama saldı,
maliyyə işlərinə nəzarəti və diqqəti artırdı. Onun dövründə iki cür vergi toplanırdı.
Onlardan biri torpaq və əmlak vergisi idi. kincisi, asılı ölkələrin hakimlərindən
alınan illik xərac idi.957-ci ilin dekabrında Mərzuban ibn Məhəmmədin