məqsədilə yüksək dövlət vəzifələrinə irəli çəkilən bütün şəxslərdən peşkəş adı ilə
xəzinəyə müəyyən məbləğ verilməsini tələb etdi. Pul islahatı keçirdi. Maliyyə işi
qaydaya salındı. 7,7 qram ağırlığında olan qızıl və gümüş skkələr (Abbası) uzun
müddət təkcə Səfəvilər deyil, şərqdə sərbəst dövriyyədə olmuşdur.
On illərlə davam edən dağıdıcı müharibələrdən sonra, 1590-cı ildə stanbulda
Səfəvi-Türkiyə dövlətləri arasında sülh müqaviləsi imzalandı. Sülh müqaviləsi
Azərbaycanı Səfəvi və Türkiyə dövlətləri arasında böldü, ölkənin böyük hissəsi
Osmanlı feodallarının sərəncamına keçdi. Şirvan, Qarabağ, Təbriz, Sərab, Marağa
və onların qərbində yerləşən digər torpaqlar Türkiyəyə verildi. Xalxal, Ərdəbil,
Qaracadağ və Talış Səfəvilər tərəfində qaldı. Beləliklə, Səfəvi-Osmanlı arasında
bağlanmış 1590-cı il müqaviləsi Azərbaycan torpaqlarını parçaladı. Əslində
Amasiya müqaviləsinin şərtləri tamamilə pozuldu.
Lakin I Şah Abbasın apardığı məqsədyönlü siyasət Səfəvilər dövlətinin
tədricən yenidən dirçəlməsinə şərait yaratdı. XVII əsrin əvvəllərindən
Azərbaycanda Osmanlı hakimiyyəti zəiflədi.
1603-cü ilin sentyabrından I Abbas Azərbaycan torpaqlarını geri qaytarmaq
məqsədilə hərbi yürüşə başladı. Öz növbəsində Təbrizlilər Osmanlılara qarşı üsyan
qaldırdılar. 1603-cü ilin oktyabrında I Abbas Təbrizi tutdu. Yürüşlərini davam
etdirən I Abbas Mərənd, Xoy, Salmas, daha sonra Culfa, Naxçıvanı və b. şəhərləri
azad etdi. 1604-cü ilin iyun ayında rəvan qalası tutuldu. Elə bu ərəfədə
Gürcüstanla məsələlər Səfəvilərin xeyrinə həll olundu.
Bundan sonra Azərbaycanın şimal torpaqları uğrunda mübarizə davam
etdirildi. 1606-cı ilin iyun ayında Gəncə, 1607-ci ilin qışında Bakı, 1607-ci ilin
martında Dərbənd tutuldu. 1612-ci ilin Sərab sülhünə görə 1555-ci ilin sülh
müqaviləsinin şərtləri bərpa olundu. 1618-ci ilin Mərənd sülhü bunu bir daha
təsdiq etdi. 1639-cu il mayın 17-də imzalanmış Qəsri-Şirin müqaviləsi Osmanlı-
Səfəvi münasibətlərini bir daha yoluna qoydu və 1612-ci ilin müqaviləsini təsdiq
etdi. Bağdad daxil olmaqla ərəb raqı Osmanlı dövlətinə verildi. Eyni zamanda
Van, Qars, Axıska əraziləri də Osmanlı dövlətinə çatdı.
33.XVII ə
srdə
Azə
rbaycanda iqtisadi hə
yat. Şə
hə
rlə
r
I Şah Abbasın dövlətin gücləndirilməsi istiqamətində apardığı uğurlu
siyasət, sülalə çəkişmələrinə və Osmanlı ilə müharibələrin səngiməsi sonrakı
dövrlərdə sabitliyə şərait yaratmasıdır. Ona görə də XVII yüzillikdə Azərbaycanın
iqtisadi həyatında inkişaf nəzərə çarpırdı. Səyyahlardan Övliyyə Çələbi, Kempfer,
Adam Ollari, Jan Batis Tavarye həmin dövrdə Azərbaycan iqtisadiyyatındakı
dirçəlişi qeydə almışlar.
Kənd təsərrüfatında əsas yeri dənli bitkilər (arpa, buğda, çəltik, paxla və
s.), pambıq tuturdu. Şirvanda Xoy, Gəncə, Təbriz, Marağada pambığın yeddi növü
becərilirdi. Meyvəçilik (alma, armud, şaftalı, ərik, badam, püstə, gavalı, əncir, qoz,
ş
abalıd və s.) üzümçülük inkişaf etmişdi. Təbrizdə üzümün 60 növü yetişdirilirdi.
Tərəvəzçilik və bostançılıq Təbrizdə, Şamaxı, Bakı, Naxçıvan, Qarabağda geniş
yayılmışdı. Azərbaycanda ipəkçilik ayrıca qeyd olunmuşdur. XVII əsrin 30-cu
illərində Səfəvi dövlətində 18 min yük ipək istehsal olunmuşdu. Tədricən yeni
bitki növü olan tütün becərilirdi. XVII əsr iqtisadiyyatında maldarlıq da mühüm
yer tuturdu. XVI əsrin 40-60-cı illərində təkcə Qarabağda yüz mindən artıq qoyun
saxlanılırdı.
Dulusçuluq, toxuculuq, miskərlik, arıçılıq və s. də inkişaf etmişdir.
Suvarma şəbəkələrindən geniş istifadə olunurdu.
Səfəvi-Osmanlı müharibələri Azərbaycana ağır zərbələr vurmuş, şəhərlərdə
böyük dağıntılar baş vermişdi. I Abbasın “böyük sürgün” siyasəti şəhərləri
tənəzzülə uğratdı. Şəhərlərin təsərrüfat və mədəni həyatı gerilədi. Lakin
Azərbaycan xalqı təsərrüfatını bərpa etmək və şəhər həyatını canlandırmaq
ə
zmindən əl çəkmədi. Azərbaycan şəhərləri yalnız XVII əsrin ortalarında özünə
gəldi və öz incəsənət, ticarət, sənətkarlıq, mədəniyyət şöhrətini geri qaytardı.
Karvan ticarəti bərpa edildi, çoxsahəli sənətkarlıq sahələri qaydaya salındı.
Təbriz şəhəri tezliklə dirçəldi, əsrin 60-70-ci illərində əhalisinin sayı 550
minə çatırdı. Təbrizdə 47 mədrəsə, 600-ə qədər ibtidai məktəb, 320 məscid, 200-
ə
yaxın karvansara, müxtəlif məmulatlar və mallar satılan 7000 dükan var idi.
Gə
ncə də tədricən keçmiş qüdrətini qaytardı.
Qacar nəslinin əyanlarının iqamətgahı da Gəncə idi. Gəncədə nəzərə
çarpacaq dərəcədə abadlıq işləri görülmüş, bunun da nəticəsində şəhərdə əmin-
amanlıq hökm sürmüşdür. Şamaxı da XVII əsrin əvvəllərində möhkəmləndirilmiş
böyük şəhər idi. Burada 50-60 min əhali yaşayırdı. 1668-ci il yanvarın 4-ü baş
vermiş zəlzələ şəhər həyatına zərbə vurdu. Lakin şəhər tezliklə dirçəldi. Bu şəhər
öz ipəyi ilə çox məşhur idi. Bu bölgənin Lahıc kəndi xəncər, mis qab-qacağı ilə
məşhur idi. Quba xalçasına, Şəki ipək parçasına görə fərqlənirdi. Abşeron,
Qarabağ, Naxçıvanda xalçaçılıq geniş yayılmışdır. Təbrizdə, Ərdəbildə zərgərlik
məmulatı hazırlanırdı.
Əsrin sonunda Səfəvi imperiyasını əhatə edən iqtisadi tənəzzül şəhərlərə də
öz təsirini göstərmişdir. Şəhər həyatı durğunluq keçirirdi. Gəncə, Ərdəbil, Şəki,
Bakı şəhərlərində 8 minə yaxın əhali yaşayırdı. Azərbaycan qonşu ölkələrlə sıx
ticarət əlaqələri saxlayırdı. Şəki və Gəncə ipəyi Rusiya, taliya, Türkiyə və rana
ixrac olunurdu. Bu dövrdə Səfəvi dövlətində müxtəlif ölçü, çəki sistemlərinin
olması iqtisadiyyata mənfi təsir göstərmiş, Azərbaycanda əmtəə-pul
münasibətlərinin yayılmasına mane olmuşdur. Bakı əvvəlki mövqeyini saxlayırdı.
Bu şəhərdə çoxlu məscid, karvansara, hamam, bazar var idi. Dərbənd isə hərbi
istehkam kimi tanınırdı. Bu şəhərdə Narınqala adlı istehkam var idi. I Abbas
Dərbənd əhalisinə dövlət vergilərini bağısladı. Marağa şəhəri də öz meyvə bağları
ilə şöhrət tapmısdır. Səfəvi-Osmanlı müharibələrindən kənarda qalan şəhərlərdən
biri də Əhər şəhəri idi. Əhər Ərdəbil və Gəncə arasındakı Xudafərin vasitəsilə
karvan ticarət yolu üzərində yerləşirdi. Əsrin sonunda bu şəhər tənəzzülə uğradı.
XVII əsrdə iki dəfə dağılmış Naxçıvan bir qədər dirçəldi lakin əvvəlki qüdrətini
bərpa edə bilmədi. Miyanə, Xalxal, Sərab şəhərləri karvan yolları üzərində
yerləşir və təsərrüfat həyatında diqqətəlayiq rol oynayırdı. Azərbaycanın
ş
imalında yerləşən Şabran, Ərəş, Niyazabad tam tənəzzülə uğradılar. Qanlı