Ə
rzincan və Diyarbəkiri tutdu. Diyarbəkiri geri qaytarmaq üçün Şah smayıl Xətai
Qara xanın başçılıq etdiyi qüvvələri şəhərin mühasirəsinə göndərdi. 1516-cı ildə
tərəflər arasında həlledici Qoçhisar döyüşü oldu. Şimalda Xarput və Bitlisdən
Rakkiyə qədər, cənubda isə Mosul Osmanlıların əlinə keçdi. Lakin buna
baxmayaraq I Sultan Səlimin vaxtında Azərbaycanı işğal etmək cəhdləri baş
tutmadı. Ümumilikdə isə Səfəvi-Osmanlı münasibətləri hələ də gərgin olaraq
qalırdı.
31.XVI-cı əsrin 30-50-ci illərində Səfəvi-Osmanlı müharibələri.
Amasya sülhü
I Süleyman Qanuninin (1520-1566) vaxtında Osmanlı ali təbəqəsi öz nüfuz
dairələrini şərq istiqamətində genişləndirmək cəhdlərindən əl çəkmirdilər. 1534-cü
ildə Sultan I Süleyman 100 minlik qoçunla Azərbaycan sərhədlərini keçdi. Cənubi
Azərbaycanin xeyli hissəsi işğal olundu. Sentyabrın 27-də Təbriz tutuldu. Qışı
Bağdadda keçirən I Süleyman 1535-ci ildə ikinci dəfə Təbrizə yürüş etdi. Hələ
buna qədər Şah Təhmasib Təbrizin əhalisini raqa və rana köçürdü Düşmən əlinə
keçməmək üçün ot-ələfə od vuruldu, mal-qara məhv edildi, şah özü isə
Sultaniyyəyə çəkildi. Bundan dərhal sonra türklər Təbrizə daxil oldular. Şah
danışıq aparmaq üçün iki dəfə cəhd etdi. Lakin rədd cavabı aldı. Ötəri toqquşmalar
türklər üçün uğurlu olmadı. Aclıq və səfalətdən onlar geri çəkilmək
məcburiyyətində qaldılar. Beləliklə, brahim paşa buranı tərk etdi. Van və Ərciş
ə
razisi şah tərəfindən tutuldu.
1548-ci ildə Sultan I Süleymanın qoşunu yenə də Azərbaycana yürüş etdi.
Həmin ildə Təbrizi tutdu. Bu zaman Azərbaycanda Qızılbaş tayfaları əmirlərinin
arasında çəkişmələr qüvvətlənmiş, Şirvanda isə Burhan Mirzənin başçılığı ilə
qiyam qalxmışdı. Belə bir şəraitdə I Təhmasib öz paytaxtını şərqə, Türkiyə
sərhədlərindən uzaqlara, Qəzvinə köçürdü. Sultan qoşununun Azərbaycanda
hərəkətini çətinləşdirmək üçün I Təhmasibin əmrilə Türkiyə sərhədlərindən tutmuş
Təbrizə qədər bütün yerlər xarabazara çevrilmişdi. Burada türklərin əlinə keçə
biləcək “ bir dənə də olsun dən, bir çəngə belə ot ” qalmamışdı. Əhali kəhrizləri
doldurur, ərzağı gizlədirdi. Osmanlılar böyük tələfat verərək, 4 gündən sonra
Təbrizi, sonra isə Azərbaycanın digər şəhərlərini tərk edilər. Kürdüstandan Vana
çəkildilər. Osmanlı qoşununu Əlqas Mirzə və Ülamə bəy müşayiət edirdilər. Əlqas
Mirzənin qoşunu Həmədan tərəfdə darmadağın edildi, özü isə əsir alınaraq
ömürlük Qəhqəhə qalasındakı zindana salındı və 1549-cu ildə öldürüldü. 1552-ci
ildə I Təhmasib müdafiədən fəal mübarizəyə keçdi. Həmin ildə Ərzrum hakimi
sgəndər paşa Xoya daxil oldu. Çuxur-Səddən keçərək şəhər bazarını yandırıb geri
qayıtdı. O qızılbaşlara məktub yazaraq özünü Şirvan və Gürcüstan hakimi kimi
təqdim etdi. 1552-ci ilin yayında I Təhmasibin əmrilə səfərbərlik elan edildi və
dörd istiqamətdə osmanlıların üzərinə yürüşə başlandı. Şah Təhmasib bu hərbi
ə
məliyyatda şəxsən özü iştirak etdi. Qızılbaşlar Xilatda 30 min baş qoyun, 10 min
baş mal-qara, 3 min at ələ keçirdilər. Xilat qalası yerlə yeksan edildi. Van
ə
razisində evlər dağıdıldı, əkinlər tapdandı. Muş yandırıldı. Şah Təhmasib oğlu
smayıl Mirzəni sgəndər paşaya qarşı göndərdi. Döyüşdə 2576 türk əsgəri
öldürüldü. Daha sonra Barqiri qalası tutuldu . 1553-cü ilin aprel-mayında I
Təhmasib Naxçıvana qayıtdı və danışıq aparmaq üçün Əmir Şəmsəddin Dilicanini
sultanın yanına göndərdi, lakin sultandan rədd cavab aldı. 1554-cü ilin yazında
Sultan I Süleyman dördüncü dəfə Azərbaycana hücum etdi. O. Naxçıvanı işğal
edərək şəhərə od vurdu. I Təhmasib öz taktikasına sadiq qalaraq türklərin real
qüvvəsilə toqquşmadan çəkindi və sultan ordusunun yolu üzərində olan hər şeyin
məhv edilməsi əmiri verdi. Beləliklə ərzağa ehtiyacı olan sultan Naxçıvanı tərk
edib Ərzruma çəkildi. Azərbaycanı işğal etmək cəhdinin boşa çıxdığını görən
Sultan Süleyman Səfəvilərlə danışığa başlamağı lazım bildi. Naxçıvandan qayıdan
kimi, baş vəziri Məhəmməd paşaya göstəriş verdi. Məhəmməd paşa qızılbaş
ə
mirlərinə məktub göndərib Sinan bəyin əsirlikdən azad edilməsini və danışıq üçün
öz nümayəndələrini göndərməyi xahiş etdi. Sınan bəy azad edildi və qacar
tayfasından olan Şahqulu bəylə sultanın yanına göndərildi. Şahqulu geri
döndükdən sonra Səfəvi səfiri, eşikağası Fərruxzad Amasyaya göndərildi. 1555-ci
il mayın 29-da Amasyada Səfəvi-Osmanlı müharibələrinin birinci mərhələsini
başa çatdıran sülh müqaviləsi imzalandı. Bu sülhə görə, Qərbi Gürcüstan –
meretiya, Menqreliya və Quriya, Qərbi Ermənistan Türkiyənin, Gürcüstanın şərq
vilayətləri- Meshi, Kartli, Kaxetiya və indiki Ermənistan Səfəvilərin ixtiyarına
keçdi. Lakin bu sülh uzun sürmədi. XVI əsrin 70-ci illərindən etibarən Osmanlı
işğalının yeni dövrü başladı.
32.Sə
fə
vilə
r dövlə
ti I Ş
ah Abbasın hakimiyyə
t dövründə
1587-ci ildə Mürşüdqulu xan, xüsusilə ustaclı və şamlu tayfalarından olan
qızılbaşların Xorasan qrupu Qəzvində on altı yaşlı Abbası şah elan etdilər. Bu
vaxta qədər Qaracadağ, Ərdəbil, Xalxal, Talış istisna olmaqla Azərbaycanın bütün
vilayətləri osmanlı türklərinin əlində idi. Qızılbaş dövləti inkişaf etmiş iqtisadi
bölgələrində, yüksək mədəniyyətindən, güclü hərbi potensialından məhrum
edilmişdi. Qızılbaşların Azərbaycan Səfəvi dövləti tənəzzülə uğrayırdı. 1587-ci
ildə özbəklərlə müharibənin qızğın vaxtında I Abbas atasının şəhərdə
olmamasından istifadə edərək qızılbaş və fars əyanlarının köməyilə Qəzvini tutdu.
O, qızılbaş bürokratiyasını özünə sadiq dayaq elədi.
Ş
ah Abbas hər şeydən əvvəl orduya xüsusi əhəmiyyət verirdi. taətsiz
feodallara qarşı mübarizə aparmaq, xalq hərəkatını boğmaq və yürüşlər üçün
qüdrətli nizami orduya ehtiyac vardı. Ona görə də Şah Abbas hakimiyyətə
gələndən sonra (1587-1629) Səfəvilərin itirilmiş ərazisini geri qaytarmaq və
sarsılmış qüdrətini bərpa etmək üçün hərbi və inzibati islahat keçirdi. Nizami ordu
yaradıldı. Eyni zamanda iranlılardan ibarət olan şiə ruhani və məmurlarının dövlət
işlərində iştirakını gücləndirdi. ri torpaq sahiblərinin sıxışdırılması, edam edilmiş
feodallann torpaqlarının ələ keçirilməsi hesabına şah öz şəxsi torpaqlarını xeyli
genişləndirdi. Bu mübarizədə xeyli feodal hakim və əmirlər məhv edildi. Şah
Abbas hakimiyyətə qarşı çıxan təkəli tayfasına amansız divan tutdu. Onun əmrilə
bir sıra tayfalar məhv edildi. Yeni şah dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaq