Microsoft Word Azerbaycan dili haqqinda doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə7/54
tarix22.11.2017
ölçüsü4,51 Kb.
#11389
1   2   3   4   5   6   7   8   9   10   ...   54

 
27
G
öründüyü  kimi,  polemikada  mühüm  yeri  əsas  məntiqi  fikirlər,  sübutlar,  faktlar  tutur.  Həm  də 
polemika iki şəxs aras
ında gedir. Bu onu göstərir ki, polemikanın əhatə dairəsi diskussiyanın əhatə dairəsinə 
g
örə  məhduddur.  Polemika  məhkəmə  natiqliyində  müttəhimlə  hakim  arasında,  akademik  natiqlikdə 
aspirantla opponent aras
ında, hətta, müəllimlə tələbə, şagird arasında da baş verə bilər. 
Nitqini y
üksək səviyyədə qurmaq üçün natiq öz nitqində dərin mənalı mündəricə və bitkin formaya nail 
olmal
ıdır.  Həyatda  nə  varsa,  nə  inkişaf  edirsə,  bir  qanunauyğunluq  formasında  təzahür  edir.  Deməli, 
m
ündəricə ilə forma obyektiv gerçəklikdir. 
Ger
çək  aləmdə  hər  nə  varsa,  hamısı  mündəricəli  və  formalıdır.  Mündəricə  özünə  müvafiq  formada 
təzah
ür  tapır.  Məzmun  və  forma  maddənin,  həyat  faktının,  insan  fəaliyyətinin  atributu,  mövcudiyyət 
tərzidir. Həyat
ın özü kimi, onun bədii inikası da mündəricəsiz və formasız ola bilməz. 
Əsl  həqiqət...  təəss
üratla  varlıq  haqqındakı  təsəvvürlərin,  ideya  və  idealların  müqayisəsindən  və 
peyvəndindən yaran
ır. Həyatdakı bu inikas tərzi incəsənətdə bədii inikas kimi keçir. Həyat mündəricəsi də 
burada m
ütləq bədii mündəricə kimi formalaşır. 
nikas
ın  obyekti,  predmeti  yox,  inikasın  özü  incəsənət  əsərinin  mündəricəsini  təşkil  edir.  Misal  üçün, 
C.Cabbarl
ının  «1905-ci  ildə»  pyesinin  mündəricəsi  sadəcə  inqilab  hadisələri  deyil,  bu  hadisələrin  müəllif 
ş
üurundakı inikasından ibarətdir. Səməd Vurğun «Vaqif» dramında XVIII əsrin hadisələrini bir tarixçi kimi 
yox, bir sənətkar kimi inikas etdirmişdir. 
Natiq nitqini qurarkən, 
öz təxəyyülünü də bu məzmuna köçürməli, başa düşdüyü formada fikrini ifadə 
etməlidir.  Bu  prinsipə  nail  olmaq 
üçün  natiq  gərgin  zəhmət  çəkməli  və  öz  üzərində  işləməlidir.  Məzmunu 
ayd
ınlaşdırmaqdan  ötrü  natiq  induksiya  metodundan  istifadə  etməli,  onu  təcrübədən  keçirib  fikrini 
ümumiləşdirməlidir.  nduksiya  üsulu  deduksiya  ilə  əlaqəli  olduğu  üçün  natiq  bu  üsulu  da  yaddan 
çıxarmamalıdır. 
Nitqdə forma da qorunub saxlanmal
ıdır. Təcrübə göstərir ki, hər bir natiq öz üslubuna müvafiq forma 
qurur.  Bəzisi 
öz  bildikləri  kimi  danışır,  bəzisi  kitab  dilinə  üstünlük  verir,  bəzisi  müstəqilliyə,  öz  sözünü 
deməyə can at
ır. Bu isə nitqin formasını təşkil edir. 


 
28
«Predmetlə  m
ündəricə  arasında  fərq  olduğu  kimi,  əsərin  bədii  ifadə  vasitələri  ilə  onun  bədii  forması 
aras
ında da mühüm fərq vardır. Bədii ifadə vasitələri (söz,  dil,   cümlə  quruluşu,  melodiya,   ahəng,  ritm, 
kompozisiya, rəng, iş
ıq və kölgə, perspektiv və s.) müxtəlif  janrlarda  işlənir.   Forma  isə  konkret əsərin 
ifadəsidir.  Forma 
ümumilik  qəbul  etmir.  O,  əsərin  mündəricəsindən  asılıdır  və  ancaq  bu  və  ya  digər 
m
ündəricəni  əyan  edə  bilər.  Mündəricə  mütləq  özünə  müvafiq  formada  təcəssüm  tapır.  Əgər  belə  formada 
realizə  olunmursa,  deməli, 
öz-özlüyündə  gərəkli  və  zəngin  olsa  belə,  potensiyada  qalır,  aşkarlanmır. 
M
ündəricə daha mühüm və aparıcı kateqoriyadır. Forma ondan asılıdır və ona xidmət edir. Lakin bu şərt 
he
ç də formanın əhəmiyyətsizliyinə dəlalət etmir. Forma kateqoriyası da bədii yaradıcılıq prosesində mühüm 
rol  oynay
ır.  Böyük  sənətkarlar  həmişə  bədii  forma  ustası  olmuşdur.  Bunsuz  sənətkar  olmaq  və  bədii  əsər 
yaratmaq m
ümkün deyildir. M.Qorki yazır ki, «Sənətkar öz şəxsi, sübyektiv təəssüratının üzərində işləməyi, 
əsər
ın  ümumi  əhəmiyyəti  olan  cəhətlərini  tapmalı,  öz  təsəvvürlərinə  öz  formalarını  verməyi  bacaran 
adamd
ır» (M.Məmmədov, “Estetika haqqında söhbət”). 
Nitqlərin m
üxtəlifliyini nəzərə alsaq, onda belə bir nəticə çıxara bilərik ki, hər bir nitqin özünəməxsus 
formas
ı  olur.  Formadan  danışarkən  ənənəvi  formanı  da  yaddan  çıxartmaq  olmaz.  Nitqin  dinləyicilərə 
çatdırılmasında bu prinsip mühüm rol oynayır. Məsələn, bir natiq çıxış edərkən əvvəl müvəffəqiyyətlərdən, 
sonra isə n
öqsanlardan, daha sonra isə qarşıda duran vəzifələrdən söhbət açır və nəticə əldə edir. Digər natiq 
isə  əvvəl  n
öqsanlardan,  ardınca  müvəffəqiyyətdən,  sonra  isə  qarşıda  duran  vəzifələrdən  məlumat  verir  və 
nəticə əldə edir. Bu nitq hər iki halda məqbul hesab olunur. 
Çünki belə nitqi dinləyicilər daha tez qavrayır. 
Bu ənənəvi formalardan demək olar ki, b
ütün natiqlər istifadə edir, faydalanır. 
Natiq  nitqini  qurarkən  məzmun  ilə  forman
ı  vəhdətdə  götürməlidir.  Əks  təqdirdə  onlar  bir-birindən 
təcrid olar və nitq istənilən nəticəni verə bilməz. Bəzən məzmun ilə forma bir-birini tamamlam
ır, bu zaman 
nitqin  naqisliyi  dərhal  hiss  olunur.  Natiq  nitqin  ideyas
ını  tamamlaya  bilmir,  ya  da  çətinliklə  tamamlayır. 
Bəzi vaxtlar forma məzmuna qurban verilir. Bu daha 
çox nitqin nəzm formasında özünü göstərir. Şair qafiyə 
xatirinə forman
ı məzmuna qurban verir. Lakin nəsr dilində bu prinsip özünü doğrultmur. Natiqin nitqində 
məzmun  ilə  forma  o  zaman  dolğun  və  səlis  olur  ki,  m
övzu  elmi  şəkildə  qurulur,  fikir  məntiqi  cəhətdən 
əsasland
ırılır. 


 
29
Nitqin  qurulmas
ında  kompozisiya  da  əsas  amillərdən  biri  hesab  olunur.  Natiq  nitqini  necə  qurmalı?- 
sual
ına  özü  cavab  tapmalıdır.  Natiq  əvvəlcədən  topladığı  materialı  ardıcıl  şəkildə  qruplaşdırır.  Bunun 
əsas
ında  plan  qurur.  Plan  ayrı-ayrı  hissələrə  bölünür,  məntiqi  əlaqə  yaradılır  və  son  variant  diqqət 
mərkəzində  qal
ır.  Natiq  nitqini  plan  əsasında  şərh  edir  və  ardıcıllığı  gözləyir.  Bu  haqda  əvvəlki  fəsildə 
məlumat verdiyimiz 
üçün artıq şərhə ətraflı ehtiyac duymuruq. 
Nitq  ədəbi  dilin  normalar
ı  əsasında  qurulmalıdır.  Bu  da  natiqdən  böyük  zəhmət  tələb  edir.  Ədəbi  dil 
idarə  və  təşkilatlarda,  ali  məktəblərdə  (
ümumi  şəkildə  təhsildə),  informasiya  mərkəzlərində,  radio  və 
televiziyada və s. yerlərdə istifadə olunur. Ədəbi dilin formas
ı hamı tərəfindən qorunmalıdır. 
Ədəbi dil uzun bir tarixi yol ke
çib formalaşmışdır. Natiq dilin keçdiyi tarixi yolu və onun əsasında ədəbi 
dilin formalaşmas
ını, ədəbi dil normalarını, yazılı və şifahi qollarını, səs sistemini, lüğət tərkibini, qrammatik 
quruluşunu  dərindən  bilməli  və  nitqində  onlar
ı  yerli-yerində  işlətməyi  bacarmalıdır.  Onu  da  yaddan 
çıxarmaq  olmaz  ki,  natiq  bu  prinsiplərdən  seçmə  və  əvəzetmə  yolu  ilə  bəhrələnməlidir.  Bu  seçmə  və 
əvəzetməni natiq təxminən belə qruplaşd
ırmalıdır: 
1. Natiq dilimizdəki səslərin spesifik x
üsusiyyətlərini, səs və fonemi, fonetik hadisə və qanunları (ədəbi 
dildə sabitləşənlər qanun adlan
ır; belə sözlər necə yazılırsa, elə də oxunur; yazıda sabitləşməyənlər isə fonetik 
hadisə adlan
ır). 
2. Natiq l
üğət tərkibinə yaxşı bələd olmalı, hamı üçün aydın və başa düşülən sözləri seçib işlətməlidir. 
3.  Natiq  nitqində  qrammatik  qaydalar
ı  gözləməli,  sözlərdə  şəkilçilərin  düzgün  işləməsini,  şəkilçilərin 
variant
ını, növlərini düzgün şəkildə müəyyənləşdirməlidir. 
4.  Natiq  m
üasir  dilçilik  elminə  aid  yazılmış  lüğətlərdən,  ensiklopediyalardan  istifadə  edib  nitqini 
əsasland
ırmalıdır. 
5.  Dilimizdə  işlənən  bir  s
ıra  sözlər  var  ki,  dialekt  xarakteri  daşıyır,  məsələn,  bajı,  qərdeş,  məmə  (ana 
mənas
ında),  qaş  (hündür  və  yaxud  havanın  qaralması  mənasında)  və  s.  sözlər  natiqin  nitqində  özünə  yer 
tapmamal
ıdır. 
6. Natiq 
çətin anlaşılan ərəb, fars sözlərindən, həmçinin rus-Avropa mənşəli sözlərdən uzaq olmalıdır. 
L
üzumsuz sözləri nitqə gətirmək ədəbi dil normalarının pozulması deməkdir. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə