Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə183/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   176   177   178   179   180   181   182   183   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



523

yə qurumlarını, habelə lizinq və  sığorta  şirkətlərini də  dəstəkləmək-

dədir . 

Azərbaycan Respublikası hökumətinin zəmanəti ilə ölkədə yeni-

dən qurma və ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını ma-

liyyələşdirmək üçün AYİB ilə bir neçə müqavilə imzalanmışdır. Bu 

müqavilələrdə Yenikənd (53 milyon dollar) və Mingəçəvir (22 milyon 

dollar ) su elektrik stansiyalarının inşası, Bakının su təçhizatı lahiyəsi-

nin həyata keçirilməsi (23 milyon dollar) və Binə Aeroportunda aero-

naviqasiya sisteminin qurulması (13.7 milyon dollar) üçün 111.7 mil-

yon məbləğində vəsait ayrılması planlaşdırılmışdır. AYİB ilə yeni kre-

dit müqavilələrinin bağlanması istiqamətində  işlər davam etdirilir. 

Qeyd etmək lazımdır ki, bu kredit qruplarından alınan kreditlər geri 

ödənilməsinə 5 il vaxt verilməklə, 15 il müddətinə ödənilməlidir. On-

ların illik faiz dərəcəsi beynəlxalq kredit bazarlarında qəbul olunmuş 

şərtlərə uyğundur. 

AYİB-nin Azərbaycanda həyata kezirdiyi və  həyata keçirmək 

istədiyi Proqramlardan biri də bankın Azəbaycanda “Sərmayə Bankı” 

qurmaq Proqramıdır. Belə bir bankın yaradılmasında ən əsas məqsəd 

kiçik və orta müəssisələrin inkişafına kömək etmək üçün onlara kredit 

verməkdən ibarətdir. Artıq bu istiqamətdə hökumətlə bir sıra razılıqlar 

əldə olunmuşdur. Beləliklə, Azərbaycanın bazar iqtisadiyyatına keçid 

mərhələsində Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığı 

hər gün daha da inkişaf etməkdədir. Bundan sonrakı illərdə bu əmək-

daşların daha da güclənəcəyi şübhəsizdir. Ölkənin iqtisadi siyasəti bu 

istiqamətdə qurulmaqda və beynəlxalq iqtisadi təşkilatlarla əməkdaş-

lara hər zaman böyük əhəmiyyət verilməkdədir. AYİB Azərbaycanda 

“İnvestisiya Bankı”-nı formalaşdırmaq fikrindədir. Belə bir bankın qu-

rulmasının məqsədi kiçik və orta sahibkarlığın inkişafına yardım et-

mək, onların kredit almalarlarına mönbit şərait yaratmaqdır. Artıq bu 

istiqamətdə hökumətlə razılıq əldə olunmuşdur. AYİB və Beynəlxalq 

Maliyyə  Təşkilatı bir başqa müqavilə ilə ölkədə GSM şəbəkəsinin 

genişləndirilməsi və inkişafı üçün və Azercell şirkətinin borclarının 

ödənilməsi üçün 100 milyon dollar məbləğində kredit ayırmışdır. Mü-

qaviləyə görə verilən kredit 2007-ci ilə  qədər verilməlidir. AYİB, 

“Trans-Qafqaz dəmiryolu sisteminin yenidənqurulması” Proqramının 

həyata keçirilməsi üçün 20.2 milyon dollar kredit ayırmışdır. Qeyd 

etmək lazımdır ki, son dövrdə Azərbaycan və İslam İnkişaf Banki mü-

nasibətləri daha da inkişaf etmişdir. 



Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

524



Belə ki, İslam  İnkişaf Bankı üzv ölkələrin  İqtisadi və sosial ba-

xımdan inkişafını  təmin etmək məqsədi ilə  fəaliyyət göstərməkdədir. 

Misal üçün, üzv ölkələrin həyata keçirmək istədikləri proqressiv in-

vestisiya layihələrinə maliyyə yardımı verir, lizinq yolu ilə iqtisadi və 

sosial infrastruktur sahələrinə qoyulan investisiyalara köməklik gös-

tərir. Azərbaycan  İslam  İnkişaf Bankına 4 iyul 1992-ci ildə üzv ol-

muşdur. 

İslam  İnkişaf Bankı  tərəfindən ayrılmış kreditlər hesabına son 

dövrdə, Bakı  Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun 

tikintisi layihəsi, Yevlax-Gəncə avtomobil yolunun yenidənqurulması 

layihəsi, Mingəçevir SES-in yenidənqurulması layihəsi, Vəlvələçay-

Taxtakörpü kanalının tikintisi layihəsi, "Şirvan  şəhərində 780 Mvt 

gücündə Həmdövrəli Buxar-Qaz Elektrik Stansiyasının tikintisi" (Cə-

nub) layihəsi reallaşmışdır. 

İslam  İnkişaf Bankı islam müasibətləri prinsipi çərçivəsində 

Azərbaycan kommersiya banklarına öz dəstəyini davam etdirir. Hal-

hazırda Azərbaycanın 7 bankı (Turanbank, Azərbaycan Beynəlxalq 

Bankı, Rabitəbank, Unibank, Bank Standart, Kövsərbank,  Əmrah-

bank) bu siyahıya daxildir. Bu banklardan təkcə 5-i İİB-in 20mln.$ 

maliyyə  xəttindən istifadə edir. Azərbaycan üzrə  İİB-in büdcəsi 150 

milyon $-a yaxınlaşır. Amma 4 ilə kredit hesabına 200 mln.$ -dək 

yüksələcəyi gözlənilir.İslam  İnkişaf Banlkı ilə aparılan danışıqlara 

əsasən Azərbaycanda iki layihənin – Ələt-Qazıməmməd avtomobil 

yolunun və Mil-Muğan kollektorunun tikintisinin həyata keçirilməsini 

maliyyələşdirmək məqsədi ilə razılıq  əldə edilmişdir. Ümumi dəyəri 

12.5 milyon dollar olan birinci layihə üçün ayrılan kreditin geri ödən-

mə müddəti 20 il və məbləği 9.6 milyon dollar olan ikinci layihə üçün 

ayrılan kreditin geri ödənmə tarixi isə 25.5 ildir. Azərbaycanın müstə-

qilliyini yeni qazanmış müsəlman bir ölkə olması İİB-nı ölkəyə geniş 

investisiyalar qoymağa təşviq etmişdir. Bankın  ən  əsas məqsədi üzv 

ölkələrin və digər müsəlman əhalisinin sosial, iqtisadi inkişafına yar-

dım etmək məqsədilə bu ölkədə sosial iqtisadi tərəqqiyə çatmaq ol-

muşdur. İİB Azərbaycanda həyata keçirilən bir çox iqtisadi layihələri 

maliyyələşdirmək məqsədi ilə ölkəyə 43.000.000 İslam Dinarı 

($57.907.000) həcmində müxtəlif kredit, qrant və texniki yardımlar et-

mişdir. Bunlara misal olaraq “Mil-Muğan kollektor kanalının inşası”, 




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



525

“Hanarıhlı kanalının inşası”, “Ələt-Qazıməmməd yolunun inşası”, 

“Mingeçevir SES” və s. layihələrin həyata keçirilməsində İİB-nın bö-

yük köməkliyi olmuşdur. İslam İnkişaf Bankı yoxsulluğun azaldılması 

və aradan qaldırılması layihəsi çərçivəsində Azərbaycana 557 min 

dollar qrant ayırmışdır. Bu proqrama Azərbaycan hökuməti tərəfindən 

də 115 min dollar ayrılmıştır. İslam İnkişaf Bankı Azərbaycana diğər 

sahələrdə da investisiyaların maliyyələşməsi üçün kreditlər vermiş, 

müxtəlif layihələrə köməklik etmişdir. Misal üçün, İslam İnkişaf Ban-

kı Azərbaycana təyyarə angarlarının inşası üçün 287 milyon dollar 

kredit ayırmışdır. 

Son dövrdə Azərbaycan və Qara Dəniz Ticarət və İnkişaf Banki 

ilə münasibətləri xeyli yaxşılaşmışdır. 1993-cü ildə yaranmış Qara 

Dəniz  İqtisadi  Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 

Qara Dəniz hövzəsinin 11 ölkəsinin – Albaniya, Ermənistan, Azərbay-

can, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumınya, Rusiya, 

Türkiyə  və Uykraynanın parlamentarilərini birləşdirməkdədir. Misir 

və  İsrail parlamentariləri təşkilatda müşahidəçi statusuna sahibdirlər. 

Hər 6 aydan bir Assambleyanın başçıları əlifba sırasına görə dövretmə 

əsasında bir-birlərini əvəz etməkdədirlər. 

24 yanvar 1997-ci ildə Bank regional əməkdaşlığın inkişaf prin-

siplərini dəstəkləyərək üzv ölkələrdə layihələrin maliyyələşdirilməsin-

də və səhm kapitalında iştirakla bağlı layihələrin reallaşmasını həyata 

keçirir. Qara Dəniz Ticarət və İnkişaf Bankı 1 milyard SDR (təqribən 

1,5 mlrd. ABŞ dollar . Azərbaycanın səhm payı 2% təşkil edir). Alba-

niya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, 

Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukraynanın 

üzv olduğu bank dövlət zəmanəti ilə kreditləri 10 il müddətinə, 3 ili 

güzəştli müddət və illik faiz dərəcəsi Libor+1% olmaqla təqdim edir. 

Azərbaycan 11 üzv-ölkə arasında 2-ci ölkədir ki, kredit resursları alır. 

Buna səbəb bütövlükdə bank sistemin etibarlı olmasıdır. QDTİB vasi-

təsi ilə Azərbaycan banklarına ipoteka kreditləri üçün 10 mln. dollar 

(10,3%), ticarətin maliyyələşdirilməsinə 47 mln. dollar (48,5%), kiçik 

və orta sahibkarlığın maliyyələşdirilməsinə 24 mln. dollar (24,7%) və 

çoxməqsədli kreditlər üçün 16 mln. dollar (16,5%) vəsait ayrılıb. 

Beynəlxalq maliyyə  təşkilatları ilə  əlaqədə Asiya İnkişaf Bankı 

ilə əməkdaşlıq məsələsi mühüm rol oynayır. Azərbaycan Respublikası 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə