AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
517
ilə cəlbedici investisiya mühiti yaratmaq niyyətini daşıyır. İslahatların
məşğulluq və real gəlirlərin yüksəldilməsi və maliyə stabilliyi, təkmil-
ləşmiş dövlət idarəetmə sektoru və kommunal xidmətləri və özəl sek-
torun inkişafı vasitəsi ilə ən yoxsul təbəqəni müdafiə etmək üçün so-
sial təhlükəsizlik şəbəkəsinin yaradılmasının sağlam əsasını təmin
edəcəyi gözlənilir.
Hal-hazırda bu proqram başa çatmışdır və hökumətin elan etdiyi
Yoxsulluğun Aradan Qaldırılması ilə bağlı Dövlət Proqramı üzrə işlə-
rin 2005-ci ildə tamamlanmışdır. Bu istiqamətdə qeyri-neft sektorunda
fəaliyyət göstərən müəssisələr üzrə vergi dərəcələri azaldılmış, Azər-
baycan rayonları üçün isə diferensial vergiqoyma tətbiq edilmişdir.
2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində ölkə başçı-
sı seçilən cənab İlham Əliyev etdiyi çıxışında bundan sonra qeyri-neft
sektorunun inkişafına və yoxsulluğun aradan qaldırılmasına xüsusi
diqqət veriləcəyini bildirmişdir. Bu prosesdə prezidentin böyük səy və
əzmlə həyata keçirilən proqramları öz nəticəsini vermiş və Dünya
Bankının 2014, cü il məlumatlarına əsasən Azərbaycanda yoxsulluğun
həcminin 40 faizdən 5 faizə qədər azalması bu istiqamətdəki uğurları
sübut etmişdir.
Bütün bunlardan başqa, Dünya Bankı Azərbaycanda bir sıra
başqa layihələr də həyata keçirir ki; Kənd Təsərrüfatının İnkişafı və
Kredit Layihəsi, Təxirəsalınmaz Ekoloji Tədbirlər Layihəsi, Maliyyə
Sektoruna Texniki Yardım Layihəsi, İnstitusional Quruculuğa Texniki
Yardım Layihəsi, Qaz Sisteminin Bərpası Layihəsi, Təhsil Sektorunun
İnkişafı Layihəsi, Yol Layihəsi və s. kimi layihələr aiddir.
Ümumiyyətlə, Dünya Bankının bu illər ərzində Azərbaycandakı
fəaliyyətini müsbət qiymətləndirmək olar və bank gələcəkdə də Azər-
baycana uzunmüddətli kreditlər ayırmağı nəzərdə tutur. Həmçinin
Azərbaycan hökuməti də kreditlərin Dünya Bankı tərəfindən təsdiq
edildikdən sonra tezliklə imzalanması və bu kreditlərin qüvvəyə min-
məsi üçün vacib şərtlərin heç bir ləngimə olmadan yerinə yetirilməsi
məqsədi ilə zəruri tədbirlərin görülməsinə çalışır[13].
Dünya Bankının 2002-ci ilin oktyabr, dekabr, 2003-cü ilin yan-
var, fevral missiyaları zamanı 10 illik Təhsil İslahatı Proqramının
komponentləri müzakirə olunmuş və 2003-2009-ci illəri əhatə edən
təhsil layihəsinə dair sənədlər hazırlanmışdır.
Birinci mərhələni əhatə edən Təhsil İslahatı Layihəsinin həyata
keçirilməsi üçün Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən 18 mil-
Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
518
yon ABŞ dolları məbləğində güzəştli kredit ayrılmışdır. Azərbaycan
hökumətinin layihədəki iştirak payı 2,8 milyon ABŞ dolları təşkil et-
məkdədir. Donor təşkilatı kimi Açıq Cəmiyyət İnstitutu öz maliyyə
vəsaitinin qoyuluşu hesabına təxminən 200 min ABŞ dolları məblə-
ğində layihəyə texniki yardım göstərmişdir .
Bakı-Ələt-Kürdəmir-Gəncə-Qazax-Gürcüstan sərhədi istiqamə-
tində keçən Avropa- Qafqaz- Asiya- TRASEKA -"Böyük İpək Yolu"
Transqafqaz avtomobil yolu dəhlizinin bərpasını maliyyələşdirmək
üçün Azərbaycan hökuməti üzvləri ilə birgə çox faydalı danışıqlar
aparmışdır. Belə ki, investorlar Ümumdünya Bankı, Avropa Yenidən-
qurma və İnkişaf Bankı, Ərəb İqtisadi İnkişaf Küveyt Fondu, İslam İn-
kişaf Bankı, Səudiyyə İnkişaf Fondu, Asiya İnkişaf Fondu, Abu-Dabi
Fondudur. Danışıqların nəticələrinə görə, 503 km-lik yolun yenidən
qurulması, reabilitasiyası və tikintisinə təxminən 250 milyon dollar
vəsait xərclənəcək. Bunun 41 milyon dolları (16%) Azərbaycan höku-
mətinin payına düşür. Azərbaycan hökuməti ilə Dünya Bankı arasında
imzalanmış 48 milyon dollarlıq kredit sazişinə müvafiq olaraq 94 km
uzunluğunda Gəncə-Qazax yolunun reabilitasiyasına başlanılmışdır.
Hazırda 47 km-lik Bakı-Ələt yolunda Dövlət Büdcəsi hesabına əsaslı
təmir işləri aparılmışdır. Dövlət Bankının layihəsinə uyğun olaraq
Azərbaycanın Naxçıvan MR daxil olmaqla beş regionunda dünya
standartlarına cavab verən sağlamlıq mərkəzləri tikiləcək. Layihə çər-
çivəsində çoxsaylı treyninq kursları da təşkil ediləcək, infeksiyalara
qarşı mübarizə davam etdiriləcək. Hazırda bir neçə böyük həcmli layi-
hə Azərbaycan hökuməti tərəfindən hazırlanıb Dövlət Bankı ilə müza-
kirə olunur. Dövlət Bankı Azərbaycanda islahatların inkişafı çərçivə-
sində iqtisadiyyatın inkişafı üçün böyük məbləğlərdə kredit verilməsi
məsələsinə baxır. O cümlədən infrastrukturun özəlləşdirilməsinə xüsu-
si əhəmiyyət verilir. Enerji, kommunal xidmətlərin özəlləşdirilməsi
sahəsində Dövlət Bankının böyük məbləğdə kredit verməsi üçün danı-
şıqlar aparılır. Xəzər Dənizinin ehtiyatlarının bərpasından qaynaqla-
nan ehtiyacı qarşılamaq üçün qiymətli balıq nümunələrinin yetişdiril-
məsi məqsədilə hazırda Dünya Bankı tərəfindən maliyyələşdirilən ba-
lıq çoxaldan müəssisələrin yaradılması Proqramı həyata keçirilir. Xə-
zər Dənizi Hövzəsi ölkələri arasında əlaqələndirmə, biomüxtəliflik və
mühafizə cəhdlərini asanlaşdırmaq üçün Xəzərin Ekoloji Proqramı
yaradılmışdır. Xəzəryanı ölkələr prioritetləri müəyyənləşdirmək, re-
gional strategiyanı yaratmaq və maliyyələşdirici qrupların diqqətini
cəlb etmək üçün birlikdə işləməyə başlamışdır.
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
519
Xəzərin Ekoloji Proqramı (XƏP) beynəlxalq səviyyədə dəstəklə-
nən və yardım göstərilən, regional, ümumiləşdirilmiş proqramdır ki,
onun əsas məqsədi Xəzər dənizinin çirklənmiş mühitini xilas və bərpa
etmək üçün regional əməkdaşlıqdır . Xəzərin Ekoloji Proqramının
əsas vəzifələri aşağıdakıları əhatə edir: Regional Ətraf Mühit Roqra-
mının İnkişafı, xüsusilə, onun Rəhbər Komitəsinin (RK), Proqram
Əlaqələndirmə Şurasının (PƏŞ), Xəzər Dənizi ətrafında bir sıra Xəzər
Regional Tematik Mərkəzləri (XRTM), Xəzər üzrə Maraqlı Qrupların
yaradılması və nəticə etibarı ilə Xəzər Dənizi çərçivəsi üzrə Konvensi-
yanın formalaşması və təsdiqi ;
Transsərhəd problemlərinin həlli, su ilə əlaqədar ətraf mühit mə-
sələləri və onların əsas nəticələri olan TransSərhəd Diaqnostitk Ana-
lizlərin (TDA) tamamlanması vasitəsilə, Xəzər Strateji Fəaliyyət Proq-
ramı (XSFP) və Ətraf Mühit üzrə Milli Fəaliyyət Planlarının
(ƏMMFP) formalaşması və təsdiqi;
Xəzərin Ətraf Mühit Proqramının (XƏMP) yüksək prioritet təd-
birləri meyarlarına uyğun investisiya layihələrinin müyəyyənləşdiril-
məsi və ilkin hazırlanması vasitəsilə ehtiyatların səfərbərliyi. XƏMP -
Xəzəryanı 5 ölkə- Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmə-
nistan arasında və beynəlxalq tərəf müqabillərlə, xüsusi ilə Aropa İtti-
faqı Tasis, BMTİP, BMTƏP və Dünya Bankı arasında əməkdaşlıqdır.
Özəl sektor və digər beynəlxalq təşkilatlar da XƏMP–nın fəaliyyətlə-
rində iştirak edirlər. XƏMP-nın əsas büdcəsi 15 milyon ABŞ dollarına
bərabərdir. İlk maliyyə mənbələri Qlobal Ekoloji Fond və Avropa İtti-
faqı / Tasis tərəfindən müvafiq olaraq 8,4 milyon ABŞ dolları və 5,6
milyon ABŞ dolları təşkil edir. Qlobal Ekoloji Fondun maliyyələş-
dirilməsi BMTİP, BMTƏP və Dünya Bankı vasitəsi ilə həyata keçiri-
rilir. Bu üç təşkilat əlavə olaraq 3,8 milyon ABŞ dolları həcmində
vəsait ayırıblar. Özəl sektorun payı 0,3 milyon ABŞ dolları həcmində-
dir. Xəzəryanı dövlətlər müvafiq kömək göstərməklə proqramın həya-
ta keçirilməsində yaxından iştirak edirlər. XƏMP öz fəaliyyətinə
1998-ci ildə başlayıb və 2002-ci ilin axırına qədər davam etmişdir.
Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış sazişə
əsasən Xıllı Nərə Balıqartırma Zavodu üçün “Nərə” İctimai Fondu
Respublikanın Maliyyə Nazirliyi, keçmiş İqtisadiyyat Nazirliyi, Döv-
lət Ekologiya Komitəsi və “Azərbalıq” Dövlət Konserni tərəfindən tə-
sis edilmişdir. Bu fondun yaradılmasında əsas məqsəd Xəzər dənizin-
də nərə balığı ehtiyatlarının artırılmasıdır. Layihənin reallaşması Azər-
Dostları ilə paylaş: |