Microsoft Word Azerb Ceyhun 07. 11. 2016. ata soz nesr



Yüklə 12,53 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix31.10.2018
ölçüsü12,53 Mb.
#77368
1   2   3   4   5   6   7   8   9   10   ...   30

İradə Məlikova 
26 

  Sözdən söz götürür. 

  Sözlə plov olmaz, yağ ilə düyü gərək. 

  Sözü ağzında bişir, sonra çıxart. 

  Sözü asta, ürəyi tasvasda. 

  Sözü at, yiyəsi götürər. 

  Sözü məqamında deyərlər. 

  Sözü söz kəsər. 

  Sözü sözdən alarlar. 

  Sözü yaxşı anla, 

  Sözün başı axırından bilinər. 

  Sözün damarı olar, çəkdikcə uzanar. 

  Sözün də qanadı var. 

  Sözün doğrusun de, min atını çap. 

  Sözün doğrusunu zarafatla deyərlər. 

  Sözün ilə işin bir olsun. 

  Sözün yalanı olmaz, yanlışı olar. 

  Sözün yaxşısı baldan şirin olar. 

  Sözün zahiri zərif, batini lətif olmalıdır. 

  Sözünü bilməyənə aşağı başda da yer yoxdur. 

  Suda boğulan saman çöpündən yapışar. 

  Sular hərəkətlidir,  
Torpaq bərəkətlidir. 

  Tək əldən səs çıxmaz. 

  Təkədə qoç hünəri olmaz. 

  Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram". 
Çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynaram". 

  Tezduranlatezevlənənuduzmaz. 

  Tor atan balıq tutar, nə böyüyü, nə kiçiyi. 

  Torpaqda itki olmaz,  


27 
Kötüksüz bitki olmaz. 

  Toydan sonra nağara, xoş gəldin, bayram ağa. 

  Toyun axırında zurna belə səslənər. 

  Toyun əvvəlinə getmə, axırına da qalma. 

  Toyunda qəlbirlə su daşıyım. 

  Tula itdən də murdar. 

  Uçan damın böyüklüyü binövrəsindən bilinər. 

  Ucuz ətin şorbası olmaz. 

  Uşağauşaqdeyiblər, böyüyə böyük. 

  Uşaq atadan yox, anadan yetim qalar. 

  Uşaq evin yaraşığıdır. 

  Uşaq gördüyün götürər, eşitdiyin deyər. 

  Uşaq sözün düzünü deyər. 

  Uşaq, atasını hamıdangüclü bilər. 

  Uşaqlıqda yalançı olana böyüyəndə inanmazlar. 

  Vəfalı dostyadolmaz, görməsə yüzilsəni. 

  Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi. 

  Vətənviranə də olsa, məsəldir, məhz cənnətdir. 

  Vətəndən ayrı ayrı düşsəm, viran ollam, talannam. 

  Vətənə gəldim, imana gəldim. 

  Vur deyənlə, vuran yarıdır. 

  Vur qırxı, gedər qorxu. 

  Vurabilməyən, daşınböyüyünü götürər. 

  Vuran igid dayısına gəyişməz. 

  Vuraram ölər, kiş deyərəm getməz. 

  Yağ yağa qarışdı, yarmalar yavan qaldı. 

  Yağışdan çıxdıq, yağmura düşdük. 

  Yağmasan da gurulda. 

  Yalan ayaq tutar, yeriməz. 
Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri 


İradə Məlikova 
28 

  Yalan danışan hamını qanmaz bilər. 

  Yalan ilə dünyanı gəzmək olar, qayıtmaq olmaz. 

  Yalan ki var, doğrunun quludur. 

  Yalan söz üz qızardar. 

  Yalançı tamahkarı aldadar. 

  Yalançını mənzilənədək qov! 

  Yalançının evinə od düşdü, heç kəs inanmadı. 

  Yalançının hafizəsi olmaz. 

  Yalançının üzü qara olar. 

  Yalvarmaqdan sözdən olduq, gözləməkdən gözdən. 

  Yaman dil başa bəladır. 

  Yaman yeyənin olsun, yaman deyənin olmasın. 

  Yanan yerdən tüstü çıxar. 

  Yanında igid olsun, kol dibi evin olsun. 

  Yatan itləri oyatma. 

  Yaxşı at nalı gözlər, yaxşı igid dalı. 

  Yaxşı dostu yaman gündə sına. 

  Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman 
gündə dayansın. 

  Yaxşı igid dayısına çəkər, xanım qız bibisinə. 

  Yazıya pozu yoxdur. 

  Yel aparan yelinki, 

  Yeməkdən ümid yaxşıdır. 

  Yeməklə dostolanillərlə küsülü qalar. 

  Yer, oturan adamla şərəflənər. 
Yerdə qalan mənimki. 

  Yerin də qulağı var. 

  Yerlərdir haman yerlər,  
Görünməz oldu illər. 


29 

  Yersiz gəldi, yerli qaç. 

  Yıxılan ağaca balta çalan çox olar. 

  Yoldan çıxanı yol vurar. 

  Yoldaşını nişanver, özünü tanıt. 

  Yurddan çıxsan da, eldən çıxma. 

  Yuxarı başdayeryoxdur, aşağı başdadaoturmur. 

  Yüz ölç, bir biç. 

  Zəri də var, zoru da. 
 
Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri 


İradə Məlikova 
30 
AZƏRBAYCANDA YAŞAYAN XALQLARIN 
ATALAR SÖZLƏRİ VƏ DEYİMLƏRİ 
 
1. AVAR ATALAR SÖZLƏRİVƏ DEYİMLƏRİ 
 
 
* Гонкlол кьинчlид мошокl багьана, бацlил кlинчlид гlи 
ганкъна. 
Siçanın balası kisəni deşər,canavar balası qoyunu boğar. 
 
* Кида гьоцlо гlемерлърилъи кьугlаб бена. 
Bal çox olsa, acı gələr. 
 
* Бицнухьалъи меер мугlрухъ кlала божун, бицнухьалъи 
гlамал хъисала божнугуй. 
Desələr, dağ dağın yanına gedib, inan, desələr, xasiyyətini 
dəyişib, inanma. 
 
* Аллагьасиги лъикlал ракьал ракьана. 
Allah da münbit torpaqlari sevir. 
 
* Бугlата кьороб гимиш билъатуну, гъирагъуса цlедул 
кlенчl бичахийлъул магlна шеб? 
Əkin qırağından keçi balalarını qovmaq mənasızdır, əgər 
əkin ortasında camışlar otlayırsa. 
 
* Гъидил бакl долъул сисийса батана. 
Qarğanın yuvası qarıltısı ilə tanınar. 
 


Yüklə 12,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə