Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc


Ömrün etməyəcək vəfa dedilər



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə22/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   18   19   20   21   22   23   24   25   ...   92

Ömrün etməyəcək vəfa dedilər 

 

125



 

BİRİ MİN DƏRDİ 

 

Əgər açılarsa haqqın üzünə, 



Hər kiçik gözlüyün biri, – min dərdi. 

Çoxu bağ becərdi, barın görmədi, 

Heç nə əkməyənin biri min dərdi. 

 

Biri fitnəsini yaydı ellərə, 



Birisi güvəndi qara əllərə. 

Birinin ağrısı düşdü dillərə, 

Qəlbində gəzdirdi biri min dərdi. 

 

Görən, harda danışıldı, dağ oldu, 



Çobanoğlu, kədər artdı, dağ oldu! 

Dağ çəkildi sinəmizə, dağ oldu, 

Minini göynətdi birimin dərdi. 

 



Aydın Çobanoğlu 

 

 



126

 

ÇOBANOĞLU 

 

Atamın adını andım, ay ellər! 



Dedi: – Bir hava çal, ay Çobanoğlu! 

Ayə, nə tapmısan dar otaqlarda, 

Səsini dağlara yay, Çobanoğlu! 

 

Yandır ocağını, qoru közünü, 



Mərdanə de, açıq söylə sözünü. 

Heç zaman, atasız bilmə özünü, 

Məni öz yanında say, Çobanoğlu! 

 

Bülbül nəğmə deyir gül həvəsindən, 



Ruhlanıb sazımın zümzüməsindən. 

Könüllər oxşayan incə səsindən, 

Qoy, çatsın hamıya pay, Çobanoğlu! 

 



Ömrün etməyəcək vəfa dedilər 

 

127



 

SEVMİŞƏM 

 

Qarış-qarış gəzib Azərbaycanı, 



Cənnət Qarabağdan bir qız sevmişəm. 

Bu sınıq qəlbimə nur səpələyən

Əbədi sönməyən ulduz sevmişəm. 

 

Şirin kəlmələri bir can dərmanı, 



Əyilməz sütundur əhdi-peymanı. 

İnsanlıq eşqilə gəzib dünyanı, 

İnsanlar içində yalqız sevmişəm. 

 

Gözdə eşq-məhəbbət, qəlbdə dəyanət, 



Ürəkdə səxavət, eşqə sədaqət, 

Aydına etibar, inam, mətanət, 

Şəhla gözlü gözəl, Nərgiz sevmişəm. 

 



Aydın Çobanoğlu 

 

 



128

 

YUBANMA 

 

Əziz qağa! Əzəl başdan salamlar! 



Dağlarıma düşüb çənim, yubanma! 

Xamırlanıb dəyirmanım, üyütmür, 

Zəhrimara dönüb dənim, yubanma! 

 

Başım üstə qanadını gərmisən, 



Öz əlinlə “halal” çörək vermisən. 

Göndərəndə ürək-dirək vermisən,  

“Yarı sənin, yarı mənim”, yubanma! 

 

Çox deyirdin, – “Arxandayam dağ kimi, 



Mən ki, varam, işin gedər yağ kimi”. 

Saralmışam şaxta vurmuş bağ kimi

Ağsaqqalım, başbilənim, yubanma! 

 

Gözlərim ac, şişman qarnım tox olub, 



“Nəzir yığan” ağalarım çox olub. 

Pay gətirən qağalarım yox olub, 

İndi yoxdu bir gələnim, yubanma! 

 

Cah-cəlallı o günlərim hanı, de, 



Kef çəkmişəm başda tüküm sanı, de. 

İnsafdırmı, sən “QAĞA”mın canı, de, 

Qapı-qapı mən dilənim, yubanma?! 

 

Yollarımı bürüyübdü boran, qar, 



Bilirsən ki, yeddi yerdə balam var. 

Yeddi yerdə gözüyaşlı qalan var, 

Razı olma, güllələnim, yubanma! 



Ömrün etməyəcək vəfa dedilər 

 

129



İlişmişəm, əldə sübut, dəlil var, 

Gəl, hardasan, mənim kimi zəlil var! 

Heç olmasa kürəyimdə on il var

Yarı sənin, yarı mənim, yubanma! 

 

Elə et ki, Çobanoğlu bilməsin, 



Aça bilər bu düyünün ilməsin. 

Toyda, vayda danışmasın, gülməsin, 

Kəsilməsin mənə qənim, yubanma! 

  



Aydın Çobanoğlu 

 

 



130

 

ƏRZİ – HAL 

 

Ümidvaram ki, Sizə bu müraciətim 

nəticəsiz qalmayacaq. Abşeron rayon 

İcraiyyə Komitəsini sədri 

Əhməd Əhmədzadəyə. 

 

Qəbul elə diqqət ilə ərzimi



Qoyma qalım intizarda, ay sədr! 

Yox sözümün bir yalanı, müxtəsər, 

Amandı, qalmışam darda, ay sədr! 

 

Qəlbim qan ağlayır, gülsə də üzüm, 



Məsləhət görürlər səbr edim, dözüm. 

Uşaqlar kənddədir, burdayam özüm, 

Əzab içindədir, yar da, ay sədr! 

 

Az maaşla altı adam dolanır, 



Yazıq canım oda-közə qalanır. 

Gözüm baxır, könlüm evi talanır, 

Ömrüm keçir ahu-zarda, ay sədr! 

 

Mənzilsizəm, bu günümü görən yox, 



Növbədəyəm, əhvalımı soran yox. 

Dörd uşaqla kirayə də verən yox, 

Üz döndərib məndən var da, ay sədr! 

 

El aşığı dözür hər əzablara, 



Qış qapını alıb, günüdü qara. 

Aydının ümidi sənsən, qıl çara, 

Qoyma qalsın boran-qarda, ay sədr! 



Ömrün etməyəcək vəfa dedilər 

 

131



 

AY ƏLİ 

   


 

Qurbanı olduğum atalar deyib: 

Ümid yox dövlətə, mala, ay Əli! 

Əlində azacıq varsa imkanın 

Kömək et topala, lala, ay Əli! 

 

Neçə dəfə zəng eləyib, sormuşam, 



Altı ayda neçə yollar yormuşam. 

Mən ki, növbəlikdə öndə durmuşam, 

Bəs niyə qalmışam dala, ay Əli?! 

 

Düzdü, dilənçidən çıxmaz sadağa, 



Nadürüstə yoxdu qoruq-qadağa. 

Badaqsız işimi salma badağa, 

Bəlkə qayıdasan yola, ay Əli?! 

 

Vermisən çoxuna ağır zəhməti, 



Nə haqq-sayı qandın, nə də hörməti. 

İnsan götürəmməz belə töhməti, 

Bürünmə yəhərə, çula, ay Əli! 

 

Xoruz kimi darta tutub özünü, 



İtiribsən cığırını, izini. 

Qəpik-quruş eşqi tutub gözünü

Dönübsən bir müti qula, ay Əli! 

 

Arxa sel gələrsə, dönüb çay olmaz, 



Bədöy kəhər kor ulağa tay olmaz. 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə