Microsoft Word Asif Ata. II yan Bitiq Yollasan Aqibet Mugam Felsefesi doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə3/63
tarix08.09.2018
ölçüsü1,51 Mb.
#67142
1   2   3   4   5   6   7   8   9   ...   63

 
11
da ideal tələbi ilə yaşayan Ruhani mühit formalaşır.  İnamın tələbi 
özünü dərkdir. Özünü dərk prosesi həqiqətin yaşamasını və gerçəkləş-
məsini  şərtləndirir. Bu yöndən Asif Ata hər bir Evladı ilə xüsusi 
məşğul olub. Aylarla, illərlə  səbr edib, dözüm göstərib – onların 
ağlına işıq salıb, ürəyinə qüvvət verib. “Vətən necədir, dünya nə 
haldadır, insan kimdir” kimi suallara cavab tapmağı hər bir Evladının 
ömründə yaradıcı  tələbə çevirib. Onlara öyrədib ki, insani yaşamaq 
mübarizədir, xalqı yaratmaq özündənkeçmə  əməlidir. Yalnız Mütləq 
olan  İnsanidir.  İnsani olmayan Xəlqi deyil. Xəlqi olmayan əməl
əhval, münasibət xalqı yarada bilməz. 
Bura qədər Asif Atanın  İnam, Atalıq, Ruhani Qurum, Mübarizə 
məsələlərindən qısaca bəhs elədik. İndi isə bir neçə kəlmə Müqəddəs 
İrs haqqında söz deyək. Mütləqə  İnam dünyabaxışının ideya və 
prinsipləri burada hərtərəfli ifadə olunmuşdur. Bu İrsə,  əsasən Asif 
Atanın Müqəddəs Kitab və  Kəlamları daxildir. Bu vaxta qədər Asif 
Atanın 10-a qədər kitabı Ocaq Evladları tərəfindən müxtəlif tirajlarla 
çap olunmuşdur.  
Ocaq ilsırasının 29-ilindən Asif Atanın Müqəddəs  İrsi üzərində 
yeni mərhələdə  iş başlanmışdır və 30-ilin sonuna doğru bu iş 
yekunlaşmışdır. Ocağın Evladları  tərəfindən həyata keçirilən bu iş 
ondan ibarətdir ki, Ata İrsi təsnifatlaşdırılmış, sistemləşdirilmiş və 10 
cilddə  tərtib olunmuşdur. Bu cildlər  əski və  əsl türkcədə “Kutsal 
Bitiqlər” adlanır. Nəşrin ümumi adı “Kutsal Onluq”,  yaxud qısaca 
“Onluq” adlanır. Aşağıda onun cədvəl biçimini dərc edirik: 
 
 
12
Kutsal Bitiqlərin cədvəl bicimi 
 
ASİF  ATA (İNAM ATA) 
 
KUTSAL  BİTİQLƏR 
10 Bitiqdə 
 
 
 ASİF ATA (İNAM ATA) 
 
MÜQƏDDƏS KİTABLAR 
10 cilddə 
 
Nəşrin ümumi adı: 
KUTSAL  ONLUQ,  qısaca ONLUQ 
 
Bitiq 
(cild) 
sırası
 
Bitiyin 
(cildin) adı 
 
İçindəki əsərlər 
I Mütləqə 
İnam 
 Mütləqə İnam 
II Mütləqləşmək 
– Var olmaq 
 Mütləqləşmək – Var olmaq 
 III 
Anlam 
İnsaniliyi 
 Təzadlar;   Rəmzlər;  Mənalar 
 IV 
Görmək 
İnsaniliyi 
 Mütləqilik;   Olan və Olmayan;  
 Varlıq – Yoxluq; Ruhani Xətt;  
Münasibətlər;   Hallar 
 V 
Fəlsəfənin 
Təməli 
 İnam Fəlsəfəsi;  Təməl 
 VI 
Kutsal 
Quruculuq 
  Yol.Ata Sözü;  Sədaqət;  
 Ruhani Hökmlər;  Ruhani 
Sənədlər;  Müqəddəs Kəlamlar 
VII Yetməli 
Olduğunuz 
 Adamlıq – İnsanlıq;   Adamdan – 
İnsana;   İnsana Yaramaq;  Özümlük 
– Özgəlik;   Dünənçilik – Sabahçılıq;  


 
13
İnsanilikdən Yaranan; Müqəddəslik; 
İnsanilik İmkanı; Həqiqət İnsaniliyi;  
İnsanilik 
 
VIII 
Özüllər 
Özülü 
Ruhaniyyat; Əxlaq;  Mahiyyət 
 
 
IX 
 
İçdən 
Yaranma 
 Özündən Yüksək; Dünyadan 
Üstün; Dünyaçılıq – İnsançılıq;  
Gerçəkliyi Ötmək;  Kamilləşmə 
Əməli;   Daxildən Gerçəkləşmək;  
Bütövlük Həqiqəti 
 
 

Hüquqdan 
Haqqa 
Haqq; Ölçü;  Siyasətdən Üstün; 
Haqq – Haqsızlıq;  İqtisadiyyat 
İnsansızlığı – İqtisadiyyat İnsaniliyi;  
Həqiqət Azadlığı – Cəfəngiyyat 
Əsarəti 
1 Ruhani 
Sənədlər 
 
 
2 
Yollaşan 
Aqibət 
Atalıq Xilqəti; Ömrüm – Günüm; 
Bədiiyyat; Muğam Fəlsəfəsi                 
 

Həqiqətlər 
(Ata Söyləmləri   və ya Gerçəklik 
–      Ata sınağında) 
 
Bitiqlər (Cildlər) içlərindəki kitabların Mütləqə  İnam sistemində 
ifadə elədikləri məna yaxınlığına görə  təsnifatlaşdırılıb. Bundan baş-
qa, 2 yan Bitiq (əlavə cild) hazırlanıb (bunlar Onluğun əlavəsi sayılır).  
Birinci Yan (əlavə) Bitiqdə Asif Atanın Ocaq quruculuğuna aid 
olan Ruhani Sənədlər – Evladlara Atanın buyuruqları, onları Ruhani 
Səfərlərə, əməllərə yönəltmələri, Ailə Gününə Xeyir-duaları, Evladla-
rın Atadan Ruhani ad almaları və b.k. öz əksini tapmışdır.  
İkinci Yan Bitiqə Asif Atanın Ömür Yolunu, sənətə baxışını  əks 
etdirən Əsərləri daxildir. 
Üçüncü Yan Bitiqdə isə Asif Atanın fəlsəfə ilə, ədəbiyyatla, dinlə, 
ictimai-siyasi hadisələrlə bağlı çoxsaylı deyimləri ifadə olunmuşdur. 
 
14
Bundan sonra Ocaq Müqəddəsatı həm ayrı-ayrı Müqəddəs Kitab və 
Kəlamlar biçimində (Asif Atanın sağlığında olduğu kimi) qorunub 
saxlanacaq, həm də “Onluq” şəklində artırılıb yayılacaqdır. Asif 
Atanın Müqəddəs Kitablarında (Bitiqlərdə sıralama baxımından) quru-
luş dəyişikliyi aparılsa da, mənasına, məzmununa, üslubuna, cümlə və 
fikir quruluşuna toxunulmayıb və bundan sonra da, Mütləqə  İnam 
Ocağı olaraq, toxunulmasını yolverilməz hesab edirik. Kitab və 
Kəlamları uyğun sıralamaqla “Onluq” şəklinə salmaqda məqsəd Ocaq 
Ruhaniyyatının toplu halında  əldə olunmasını  və öyrənilməsini 
sadələşdirməkdir.  
Atanın elə Kitabları var ki, cəmi bir neçə yarpaqdan ibarətdir. 
Bunları ayrıca nəşr elətdirmək çətindir və  nəşrlər arasında fasilələrin 
olması  pərakəndəlik yaradır. Bir kitabı  əldə edən o birini əldə edə 
bilmir. Beləliklə, İnamı sistemli şəkildə öyrənməkdə çətinlik yaranır. 
Ancaq işin  əsas məqsədi təkcə bu çətinliyi aradan qaldırmaq deyil. 
Burada həm də böyük türk xalqına ruhaniyyat Ocağı yaratmaq, onu 
bəşəriyyətin gələcəyində Kitablı, Sözlü, Peyğəmbərli bir xalq olaraq 
görmək məqsədi güdülür. Asif Ata buyurur: “İstədim ki, türk xalqı heç 
kimdən fəlsəfə dilənməsin”. Bəli, türk xalqı özünə böyük mədəniyyət 
yaratmalıdır ki, başqa mədəniyyətlər onun yönünü türklükdən qırağa 
döndərməsin.  
Asif Atanın kitablarının müxtəlif adlarda və cildlərdə olmasına 
baxmayaraq, onları ümumi bir ad altında – “Mütləqə  İnam Ruhaniy-
yatı”  kimi qəbul eləmək gərəkdir.  
İnam Kitabla gəlir. Bu Kitab Göylərin diktəsi və  tələbi ilə 
yazılmayıb. O, İnsan qəlbinin, idrakının Anlama qovuşması ilə mey-
dana çıxan müqəddəs fikirlər sistemidir.  
İnam Bəşər Ruhunun ölməzliyinə bağlıdır.  
İnamın məqsədi İnsanilikdir.  
İnamı Dinə  bərabər tutmaq olmaz. Din etnik keyfiyyətlərin içinə 
girdi və onları içəridən dəyişikliyə  uğratdı. Qəbul edildiyi xalqlarda 
insani, bəşəri imkanların üzə  çıxmasına yardımçı olmadı. Din özü 
məqsədə çevrildi. Bu səbəbdən də ideologiyalaşdı – ulusallığın 
(milliliyin) zərərinə. Başqa sözlə, din konseptual ideologiya kimi çıxış 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə