Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə8/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   4   5   6   7   8   9   10   11   ...   69

 
 
30
 
 
 
İqtisadi-coğrafi səciyyəsi" mövzusunda namizədlik 
dissertasiyası müdafiə etmişdir. 
Gənc alim elə  həmin il Bakı  şəhərinə qayıtmış  və 
Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutun-
da kiçik elmi işçi vəzifəsində  işlədikdən sonra 1957-ci ilin 
əvvəlindən öz taleyini iqtisad elmilə bağlamışdır. 
Akademiyanın iqtisadiyyat bölməsinə (1958-ci ilin may 
ayından İqtisadiyyat İnstitutuna çevrilmişdir) kiçik elmi işçi 
vəzifəsinə  işə keçmiş, burada elmi fəaliyyətini davam 
etdirmiş  və bu günədək, bu institutla əlaqəsini kəsməmiş 
"Regional iqtisadiyyat" şöbəsində yerinə yetirilən elmi 
tədqiqat işlərinə bilavasitə elmi rəhbərlik edir və burada fəal 
elmi tədqiqat işlərinə rəhbərlik edir. 
Onun keçdiyi bu paralel həyat yolu da, elmi yaradıcılığı 
da, respublika iqtisadiyyatının inkişafı problemlərinin 
tədqiqinə qeyri-standart yanaşma metodlarının tədqiqi də öz 
orijinallığı ilə fərqlənir. Məhz orijinal elmi-tədqiqat metodu, 
respublika iqtisadiyyatının problemlərinə  dərindən bələd 
olmaq, onların həllinə qeyri-standart yanaşmaq və  zəhmət-
sevərlik A.A.Nadirovu respublika iqtisadiyyatının ən kəskin 
və aktual problemlərindən biri olan məhsuldar qüvvələrin 
yerləşdirilməsinin tədqiqatçısı kimi nəinki Azərbaycanda, 
həm də onun hüdudlarından çox-çox kənarlarda tanıtmışdır. 
Asəf Nadirovun tədqiqatlarını nəzərdən keçirdikdə onun 
elmi maraq və  fəaliyyət dairəsinin olduqca geniş  və 
çoxcəhətli olduğu dərhal gözə çarpır. Onun əsərləri 
Azərbaycan iqtisadiyyatının inkişafının aktual problemlərinə 
və xüsusilə  də  məhsuldar qüvvələrin yerləşdirilməsi, 
şəhərlərin və regionların inkişafı, sənaye qovşaqları və ərazi-


 
 
31
 
 
 
istehsal komplekslərinin səmərəli formalaşması,  ərazi 
planlaşdırma və iqtisadi rayonlaşdırma, sənayenin inkişafı 
və səmərəli yerləşdirilməsi kimi respublikamız üçün həmişə 
aktuallıq kəsb edən problemlərə həsr olunmuşdur. Məhz bu 
istiqamətdə respublikamızda ilkin olaraq apardığı tədqiqatlar 
A.A.Nadirovu ölkəmizdə  və onun hüdudlarından kənarda 
görkəmli iqtisadçı alimlərdən və elmin təşkilatçılarından 
biri, regional iqtisadiyyatın tədqiqi sahəsində Azərbaycan 
məktəbinin banisi kimi tanıtdırmışdır. 
A.A.Nadirov aspirant olduğu vaxtlarda, Naxçıvan 
Muxtar Respublikasının iqtisadiyyatına dair nəşr etdirdiyi 
məqalələrilə özünün regional iqtisadiyyat üzrə bacarıqlı 
tədqiqatçı olduğunu sübut etmişdir. Namizədlik dissertasiya-
sının müdafiəsindən sonrakı ilk illərdə o, İttifaq alimləri ilə 
birlikdə bir sıra müştərək məqalələr nəşr etdirmiş və həmin 
vaxtdan keçmiş  İttifaqda regional tədqiqatçı, iqtisadçı alim 
kimi diqqət çəkmişdir. 
Qeyd edildiyi kimi, A.A.Nadirov hansı  vəzifədə 
işləməsindən asılı olmayaraq, öz elmi taleyini İqtisadiyyat 
İnstitutuna bağlamış  və burada özünün geniş  və çoxcəhətli 
elmi axtarışlarını  dərinləşdirmiş, iqtisadiyyat sahəsində 
sanballı  əsərləri ilə  tədqiqatçıların və dövlət strukturlarının 
maraq dairəsində olmuşdur. 
Respublika iqtisadçıları arasında ilk dəfə olaraq 
A.A.Nadirov ötən əsrin 60-cı illərində şəhər iqtisadiyyatının 
tədqiqinə önəm vermiş, xırda və orta şəhərləri müəyyənləş-
dirmiş  və onların  ən perspektivlilərinin regional mədəni-
iqtisadi mərkəz kimi formalaşmasının zəruriliyini elmi 
cəhətdən  əsaslandırmışdır. Bu ideyalar sonrakı illərdə 


 
 
32
 
 
 
respublikada düzgün regional siyasət yeridilməsində, xırda 
və orta şəhərlərin inkişafında müsbət rol oynamışdır. Onun 
perspektivli xırda və orta şəhərlərin elə  səviyyədə inkişaf 
etdirilməsi ideyasını irəli sürürdü ki, onlar regionların yerli 
ehtiyat və imkanlarından tam və səmərəli istifadəyə xidmət 
edə bilsin. 
Respublikadaxili iqtisadi rayonlaşdırma və  ərazi 
planlaşdırmanın təkmilləşdirilməsi məsələlərinin kompleks 
şəkildə  tədqiqi də A.A.Nadirovun elmi yaradıcılığında 
mühüm yer tutur. Hələ 1958-ci ildə apardığı  tədqiqatı 
ümumiləşdirərək A.A.Nadirov B.Əbdürəhmanov və başqa-
ları ilə birlikdə Azərbaycanın iqtisadi rayonlaşmasının 
təkmilləşməsi ideyasını irəli sürmüşdür. O, işləyib 
hazırladığı müvafiq elmi prinsipləri  əldə  rəhbər tutaraq ilk 
olaraq yeni iqtisadi rayonlar şəbəkəsinin yaradılmasını təklif 
etmişdir. 
A.A.Nadirov sonralar bu problemə öz yaradıcılığında 
dəfələrlə müraciət etmiş  və 60-cı illərdə  ərazi-istehsal 
komplekslərini tədqiq edərək ilk dəfə olaraq DQMV-nin 
iqtisadi rayon tələblərinə cavab vermədiyini sübut etmiş  və 
onun Ağdam-Stepanakert (Xankəndi) iqtisadi rayonunun 
tərkibinə daxil edilməsi fikrini irəli sürmüşdür. Lakin çox 
təəssüflər olsun ki, bu fikir lazımi dairələrdə düzgün 
anlaşılmamış və reallaşmamışdır.  
90-cı illərin  əvvəllərində A.A.Nadirovun yaxından 
iştirakı ilə respublikanın iqtisadi rayonlaşmasının təkmilləş-
dirilməsi məsələsi Azərbaycan EA İqtisadiyyat və Coğrafiya 
institutlarının,  İqtisadiyyat Nazirliyinin, İqtisadi  İslahatlar 
Mərkəzinin və başqa müvafiq elm və tədris müəssisələrinin 


 
 
33
 
 
 
yüksək ixtisaslı mütəxəssislərinin iştirakı ilə müzakirə 
olunmuşdur. Son nəticədə onun bir sıra mütəxəssislərlə 
(B.Ə. Budaqov, Ə. X. Nuriyev, K. S. Hüseynov, T. Q. 
Həsənov və i a.) birlikdə hazırladığı yeni iqtisadi rayonlaşma 
şəbəkəsi təklif olunmuşdur. Təklif olunan yeni iqtisadi 
rayonlaşma  şəbəkəsi 1996-cı ildən başlayaraq Təhsil 
Nazirliyinin sərəncamı ilə orta məktəblərdə coğrafiyanın 
tədrisində, habelə elmi-tədqiqat işlərində istifadə olunur. 
Bütün elmi fəaliyyəti dövründə A.A.Nadirovun yaradıcı-
lığının ana xəttini sənayenin-inkişafı, onun quruluşunun 
təkmilləşdirilməsi və  səmərəli yerləşdirilməsi problemləri 
təşkil etmişdir və indi də təşkil edir. Akademik A. Nadirov 
hələ özünün ilk tədqiqatlarında ipəkçiliyin və ipək 
sənayesinin səmərəli inkişafı üçün respublikada geniş  təbii 
imkanların,  əhalinin böyük istehsal təcrübəsi və tarixi 
ənənələrinin mövcud olduğunu əsaslandırmışdır.  
60-cı illərin  əvvəllərində A.A.Nadirovun rəhbərliyi və 
fəal iştirakı ilə Azərbaycanın yeyinti sənayesinin inkişafı və 
yerləşdirilməsi problemləri tədqiq olunmuşdu. Kollektiv 
monoqrafiya kimi nəşr edilən bu iş (Azərbaycanın yeyinti 
sənayesi. Elm, 1963,437 s.) həmin dövrdə iqtisad elmində 
mühüm nailiyyət kimi qeyd edilmişdir. Sonrakı illərdə bu 
monoqrafiyanın materiallarından Azərbaycanda yeyinti 
sənayesinin inkişaf proqnozları işlənib hazırlanarkən istifadə 
olunmuş  və  həmin monoqrafiyanın materialları  əsasında 
Bakıda keçmiş SSRİ-nin tanınmış alimlərinin iştirakı ilə 
böyük elmi-praktik konfrans keçirilmişdir.  
A.A.Nadirov 1968-ci ildə "Azərbaycanda sənayenin 
səmərəli yerləşdirilməsinin iqtisadi problemləri" mövzusun-


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə