Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə2/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   2   3   4   5   6   7   8   9   ...   69

 
 
6
 
 
 
imkanları müəyyən etmiş  və elmi nailiyyətlər  əsasında 
kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinin 
konkret istiqamətlərini təklif etmişdi. Respublika rəhbəri 
həmin Plenumda yüksək məhsuldar, xəstəliyə davamlı 
yerli bitki sortları yaratmağa imkan verən aqrar elmin 
nailiyyətlərinə, toxumçuluq təsərrüfatlarının inkişafına, 
damazlıq təsərrüfatlarının işinin yaxşılaşdırılmasına və 
məhsuldar heyvan cinslərinin  yetişdirilməsi məsələlərinə 
böyük diqqət yetirməsinin vacibliyini əsaslandırmışdır. Bu 
baxımdan plenumda həmçinin aqrar sahədə çalışan alim-
lərin qarşısında dənli bitkilər, pambıq, üzüm, tərəvəz, 
meyvə və başqa məhsulların yetişdirilməsi və becərilməsi 
ilə  əlaqədar mütərəqqi texnologiyaların işlənib hazır-
lanması və tətbiqi üzrə vəzifələr qoyulmuşdur. 
1970-ci il iyulun 23-də Sov.İKP MK və SSRİ Nazirlər 
Soveti respublika rəhbərliyinin təşəbbüsü əsasında "Azər-
baycan SSR-də  kənd təsərrüfatının inkişafı  tədbirləri 
haqqında" qərar qəbul etdi. Bu sənəd respublikada kənd 
təsərrüfatının sonrakı inkişafı üzrə konkret məsələləri 
müəyyən edən fəaliyyət proqramı oldu. Tezliklə  kənd 
təsərrüfatının pambıqçılıq, üzümçülük, taxılçılıq, meyvə-
çilik, çayçılıq və heyvandarlıq kimi sahələrinin sonrakı 
inkişafı üzrə proqramlar işlənib hazırlandı. Respublikanın 
ayrı-ayrı regionlarında bitkiçilik və heyvandarlıq sahələri 
üzrə ixtisaslaşmanın  əsası qoyuldu. Suvarılan  əkinçiliyin 
respublikada kənd təsərrüfatının inkişafının  əsasını  təşkil 
etdiyini nəzərə alaraq, irriqasiya-meliorasiya qurğuları 
tikintisinin genişləndirilməsi, onların keyfiyyətinin yaxşı-
laşdırılması,  şoran torpaqların yuyulması üzrə  işlərin 


 
 
7
 
 
 
sürətləndirilməsi  əsas vəzifələrdən biri hesab edilirdi. 
İstehsal proseslərinin kompleks mexanikləşdirilməsi və 
əməyin təşkilinin təkmilləşdirilməsi üzrə  işlər də geniş 
vüsət almışdı.  İttifaq Hökuməti yuxarıda göstərilən 
məsələlərin həllini təmin etmək məqsədi ilə respublikanın 
texnika  əldə etməsi üçün milyonlarla maliyyə  vəsaiti, 
ehtiyat hissələri, tikinti materialları, mineral gübrələr, 
bitkilərin xəstəliklərinə  və  zərərvericilərə qarşı mübarizə 
üçün kimyəvi preparatlar ayırmışdı. 
Kənd təsərrüfatının sonrakı inkişafı üzrə  İttifaq və 
respublika hökumətinin qərarları  İnstitutun fəaliyyətində 
islahatların və elmi tədqiqat işləri planında köklü dəyişik-
liklərin  əsasını  təşkil etdi. Aqrar elmin qarşısında duran 
yeni vəzifələr nəzərə alınmaqla institutun strukturu, elmi 
axtarışların və  tədqiqatların mövzuları yenilənmiş, təsər-
rüfatlararası kooperasiya və aqrosənaye inteqrasiyası, 
istehsalın və əməyin təsərrüfatdaxili təşkili, maddi həvəs-
ləndirmə  və başqa məsələlər tədqiq edilmiş, kənd 
təsərrüfatı müəssisələrinin optimal ölçüləri, onların 
rasional yerləşdirilməsi, kənd təsərrüfatında ixtisaslaş-
manın dərinləşməsi və respublika təsərrüfatlarında  əkin 
sahələrinin strukturunun əsaslandırılması üzrə tövsiyələr 
verilmişdi. Həmçinin aqrar sahənin  əsas sahələri, o 
cümlədən – pambıqçılıq, üzümçülük, tərəvəzçilik, tütün-
çülük, taxılçılıq, quşçuluq və heyvandarlığın infrastrukturu 
ilə bağlı bir sıra tədqiqatlar və araşdırmalar həyata 
keçirilmiş, kollektiv münasibətlərin, kooperasiya və 
inteqrasiya proseslərinin inkişafı  və  təkmilləşdirilməsi, 
özünümaliyyələşdirmə prinsipinin reallaşdırılması, təbii 


 
 
8
 
 
 
şərait nəzərə alınmaqla kənd təsərrüfatının ixtisaslaş-
masına dair tövsiyələr verilmişdir. Bu tədqiqatlar institu-
tun alimləri tərəfindən dərc edilmiş bir sıra monoqrafiya 
və kitabların əsasını təşkil etmişdir.  
Müxtəlif illərdə instituta kənd təsərrüfatı istehsalı 
sahəsində tanınmış mütəxəssis və təşkilatçı, i.e.d., profes-
sor Mirzəyev Sultan Abbas oğlu (1963-1973-cü illər), 
i.e.d. professor  Qayıbov Kərim Məmməd oğlu (1973-
1977-ci illər), i.e.n. dosent Məmmədov Rasim Fəti oğlu  
(1977-1979-cu illər), i.e.n. dosent Hacıyev  Əhməd Hafiz 
oğlu (1979-1987-ci illər), i.e.d. professor  Qasımov Həsən 
Allahyar oğlu (1988-1992-ci illər), i.e.d. professor 
Verdiyev Əhməd Çoban oğlu (1993-2001-ci illər) rəhbər-
lik etmişdir. 
Qorbaçovun dağıdıcı yenidənqurmasının son mərhə-
ləsində Azərbaycanda kənd təsərrüfatının üzümçülük, 
pambıqçılıq və başqa bu kimi sahələrinin fəaliyyəti əslində 
dağıdılırdı. Həmin illərdə ölkə ərzaq təhlükəsi ilə üzləşdi. 
1990-cı illərin  əvvəllərində aqrar iqtisadiyyatın göstəri-
cilərinin təhlili göstərir ki, aqrar sahə öz imkanlarından 
qat-qat aşağı səviyyədə işləyirdi. Kənd təsərrüfatında əmək 
məhsuldarlığı kəskin azalmışdı.   
SSRİ dağılandan və Azərbaycan öz dövlət müstəqil-
liyini bərpa edəndən (18 oktyabr 1991-ci il) sonra ölkənin 
tarixinin yeni dövrü - müstəqil, suveren dövlət dövrü baş-
landı. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə dünya 
miqyaslı görkəmli siyasətçi Heydər  Əliyev hakimiyyətə 
gəldikdən sonra ölkədə vəziyyət kökündən dəyişdi. O, ilk 
növbədə vətəndaş müharibəsini və erməni silahlı qüvvələri 


 
 
9
 
 
 
tərəfindən hərbi təcavüzü dayandırmağa nail oldu. Bunun 
nəticəsində respublika iqtisadiyyatının böhrandan çıxarıl-
ması  və sabitləşdirilməsinə  şərait yarandı. 1995-ci ilin 
noyabrında müstəqil Azərbaycanın Konstitusiyası  qəbul 
edildi. Bu əsasda sonradan Respublika parlamenti 
tərəfindən 1000-dən çox qanunverici və normativ- hüquqi 
aktlar qəbul edilmişdir Onların 500-dən çoxu aparılan 
islahatların sürətləndirilməsinə  və respublika iqtisadiy-
yatının effektivliyinin artırılmasına yönəldilmişdir.  
Bu mürəkkəb illərdə Heydər  Əliyevin ölkəmizin 
həyatında yürütdüyü hərtərəfli düşünülmüş xarici və daxili 
siyasət nəticəsində, daxili və xarici qüvvələrin yaratdığı 
maneələr aradan qaldırıldı, ölkəni vətəndaş qarşıdurması, 
özbaşınalıq, dərin iqtisadi və sosial-siyasi böhran, xarici 
siyasi mühitdən təcrid olunma vəziyyətindən çıxardı, onu 
sabit və davamlı inkişaf məcrasına salınması təmin olundu. 
Ölkə inamla ayağa qalxdı, həm yaradıcı  fəaliyyət üçün, 
həm də dövlətçiliyin qorunub saxlanması və inkişafı üçün 
şərait yarandı. Buna görə 1996-cı ildən başlayaraq və 
sonrakı illərdə Azərbaycanın sosial-iqtisadi inkişafı bir 
qədər sabitləşməyə başladı ki, bu da ilk növbədə, real 
ÜDM-nin artımında əks olundu.  
Keçid dövrünün bütün çətinliklərinə baxmayaraq, 
dövlət hər vasitə ilə ölkənin  ərzaq təhlükəsizliyinin 
təminatında aparıcı rol oynayan aqrar sahənin inkişafına 
qayğı  və yardım göstərirdi. 1995-ci ildən başlayaraq 
həyata keçirilən, əsasını ümummilli lider Heydər Əliyevin 
qoyduğu aqrar islahatlar bazar münasibətlərinin yaran-
masına ciddi təsir göstərdi. Azərbaycanın ərzaq təhlükəsiz-


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə