Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə22/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   18   19   20   21   22   23   24   25   ...   79

 
46
hadisədən sonra Məkkəyə anasının yanına gətrilir və 2 il orada qaldıqdan 
sonra anası onu Mədinəyə qohumlarının, dayılarının və atasının qəbrinə 
götürür. Mədinədə bir ay qaldıqdan sonra geri qayıdırlar. Yolda anası 
xəstələnir və  Məkkə ilə  Mədinə arasında olan Əbva adlanan yerdə 
dünyasını  dəyişir. Anası dünyasını  dəyişəndə Peyğəmbər  sallallahu 
aleyhi və səlləm – 7 yaşında idi.  
Anasının ölümündən sonra onu öz himayəsinə babası AbdulMuttalib 
götürür. Ölənə qədər ona baxır. AbdulMuttalibin atası Haşim Şama ticarət 
məqsədi ilə  çıxdıqda yolda Mədinə  şəhərinə daxil olur. Orada Nəccar b. 
Adi qəbiləsindən Amr b. Zeydin evində müsafir olur. Amrın qızı Səlmanı 
görüb onunla evlənir. Bir müddət orada qaldıqdan sonra Səlmanı hamilə 
olaraq orada buraxaraq Şama getmək üçün yola çıxır. Səfəri  əsnasında 
Fələstinin Qazzə bölgəsində vəfat edir. Sonra Səlma Mədinədə bir oğlan 
uşağı dünyaya gətirir.  İsmini  Şeybə olaraq adlandırır.  Əmisi Muttalib 
qardaşı  oğlunu görmək arzusu ilə  Mədinəyə  gəlir və orada Səlmanın 
razılığı ilə  uşağı götürüb Məkkəyə  gətirir. Məkkədə Muttalibi görənlər 
yanındakı kimdir? deyə soruşardılar. O, da göz dəyməsin deyə köləmdir – 
deyə cavab verərdi. Bundan sonra da insanlar onu AbdulMuttalib – 
Muttalibin köləsi deyə çağırmağa başladılar. AbdulMuttalib yuxusunda 
Zəm-Zəm quyusunun yeri göstərilir və oranı qazmaq əmr edilir. Oğlu 
Haris b. AbdulMuttaliblə birlikdə o, yeri tapıb qazır. AbdulMuttalib nəzir 
etmişdir ki, əgər həyatda 10 övladı olsa onlardan birini qurban kəsəcəkdir. 
Dilədiyi həyata keçdikdə (13 oğlu olduqda) o, oğlanları arasında püşk atır. 
Püşk də hər dəfəsində Abdullaha düşür. Peyğəmbər – sallallahu aleyhi və 
səlləm – in atası Abdullah, AbdulMuttalibin oğulları arasında ən gözəli, ən 
sevimlisi və  ən iffətlisi idi. Lakin qardaşları, Qureyşlilər onu bu işdən 
çəkindirirlər. Buna görə  də AbdulMuttalib Abdullahın yerinə  100  dəvə 
qurban etməyi Allaha nəzir edir. Buna görə  də Peyğəmbər  – sallallahu 
aleyhi və səlləm – həm 2 qurban edilənin İsmail və Abdullah – həm də 2 
fidyə verilənin oğludur.  İsmail  –  əlehissəlam – ın yerinə  1 qoyun, 
Abdullahın yerinə isə  100  dəvə  fəda edilmişdir. AbdulMuttalib öldükdə 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  8 yaşında idi. 10 yaşında 
olduğu da söylənilir.  
Babasından sonra əmisi  Əbu Talibin yanında yaşamağa başlayır.  12 
yaşında əmisi ilə birlikdə Şama ticarət məqsədi ilə gedir. 9 yaşında olduğu 
da söylənilir. Bu səfərində rahib Bahira ilə qarşılaşır. Rahib, Peyğəmbər – 
sallallahu aleyhi və  səlləm – in əlindən tutaraq bu aləmlərin Rəbbinin 
elçisidir. Bunu Allah haqq olaraq, aləmlərə  rəhmət olaraq göndərib. 
Oradakılar: «Bunu haradan bilirsən?» deyə soruşdular. O: «Siz nə zaman 


 
47
ki, buraya gəldiniz bütün daşlar və  ağaclar səcdəyə qapandılar. Belə ki, 
onlar Peyğəmbərdən başqasına səcdə etməzlər və  mən onun iki kürək 
sümüyü arasındakı Peyğəmbərlik möhürünü də bilirəm. Bu bizim 
kitabımızda yazılmışdır. Yəhudilərdən ona bir zərər gələ bilməsindən 
qorxduğu üçün əmisinə onu Şama gətirməməsini söyləyir.  Əmisi onu 
uşaqları ilə birlikdə  Məkkəyə geri göndərir. Məkkəyə qayıtdıqdan sonra 
isə Peyğəmbər – sallallahu aleyhi və səlləm – Məkkə xalqının qoyunlarını 
otarmağa başlayır. Peyğəmbər  – sallallahu aleyhi və  səlləm – buyurur: 
«Elə bir Peyğəmbər yoxdur ki, çobanlıq etmiş olmasın»
133
.  
3.  Peyğəmbərin – Sallallahu Aleyhi Və  Səlləm – İyirmi Üç İllik 
Peyğəmbərlik Həyatını Bilmək:  
Hira mağarasına çəkilib orada bir neçə vaxt ibadət etdikdən sonra 610-
cu ildə  40 yaşında ikən ona Peyğəmbərlik verilir
134
. Peyğəmbərlik ona 
birinci gün verilir. Əbu Qatadə  - radıyallahu anhu – rəvayət edir ki, 
Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  dən birinci gün oruc tutmaq 
haqqında soruşurlar. O, buyurur: «O, gün mən doğulmuşam, o gün mən 
insanlara göndərilmişəm və o, gün mənə ilk vəhy gəlib»
135
. Allah onu 
bütün yaratdıqlarına göndərdi. Quran Ramazan ayında Qədr gecəsində 
dünya səmasına nazil olmuş, oradan da iyirmi üç il ərzində hissə-hissə 
endirilmişdir.  «….Haqqı batildən ayıran Quran Ramazan ayında nazil 
edilmişdir».  (əl-Bəqərə 185)
136
.  Həmçinin Yəhya Sərrasi «Nuniyə» adlı 
qəsidəsində deyir: «Peyğəmbərlik ona qırx yaşında gəldi, Elçilik günəşi 
Ramazan ayında parladı»
137
.  
4. Peyğəmbərliyin Necə Və Hansı Buyuruqla Ona Verilməsini Bilmək:  
«Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan 
yaratdı. Oxu! sənin Rəbbin  ən böyük kərəm sahibidir. O Rəbbin ki, 
insana qələmlə  (yazmağı) öyrətdi. O Rəbbin ki, insana bilmədiklərini 
öyrətdi». (əl-Ələq 1-5). Bu buyuruqdan sonra ona Peyğəmbərlik verildi.  
Vəhy Peyğəmbərimiz  – sallallahu aleyhi və  səlləm – bir neçə  şəkildə 
gəlirdi. Aişə - radıyallahu anhə – rəvayət edir ki, bir gün Xaris b. Hişam 
radıyallahu anhu – Peyğəmbər – sallallahu aleyhi və səlləm –  dən: «Ya 
Rəsulullah! Vəhy sənə necə  gəlir?» deyə soruşdu. Peyğəmbər: «Hərdən 
vəhy zınqırov səsi kimi gəlir. Bu da mənim üçün (vəhyin)  ən ağır gəliş 
                                                 
133
 Tirmizi 4/516, İmam Məlik 2/971, İbn Məcə 2148, Buxari 9/488, Müslim 14/5,6. 
134
 Buxari, Müslim.  
135
 Müslim. 
136
 İbn Cərir 2/144, əl-Həkim «Mustədrək» 2/530, əs-Suyuti «Durrul Mənsur» 6/370. 
137
 O, Şeyx Cəmaləddin Əbu Zəkəriyyə b. Yusif b. Yəhya olub Bağdadda doğulmuşdur. Gözəl dilçi və 
hafiz idi. Gözəl  şer yazardı. Monqolların Bağdada girdikləri vaxt öldürüldü hicri 656. Şəzarat  əl-
Zəhəb 5/285,286. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə