Microsoft Word Aqida Kitabi doc



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə16/79
tarix07.08.2018
ölçüsü1,71 Mb.
#60956
1   ...   12   13   14   15   16   17   18   19   ...   79

 
33
Muddəssir 25-26) deyəni Cəhənnəm  əzabı ilə  cəzalandıracağını 
buyurduqda biz bilmiş  və  kəsin olaraq başa düşürük ki, Quran bəşərin 
yaradıcısının sözüdür və  əsla insan sözünə  bənzəməz»
102
.  Vakifə   deyə 
bilinən bir cərəyan da vardır ki, onlar deyirlər: «Biz o, Allahın kəlamıdı da 
demirik. Həmçinin də məxluq olduğunu da söyləmirik». İmam Əhməd – 
rahmətullahi aleyhi – deyir ki: «Bu elmi bilməyib cəhalətindən söyləyərsə 
ona qarşı dəlillər verərik. Əgər tövbə edib onun Uca Allahın yaradılmamış 
kəlamı olduğuna iman edərsə  məsələ yox. Əksitəqdirdə belə bir kimsə 
Cəhmiyyədən də pisdir». 
Qurani Kərimin yaradılmamış olduğunun dəlilləri bunlardır: «…Günəşi, 
ayı və ulduzları əmrinə tabe edərək yaradan Allahdır. Bilin ki, yaratmaq 
da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər 
uca, nə  qədər böyükdür!». (əl-Əraf 54). «Əvvəl də, sonunda da əmr 
Allahındır». (ər-Rum 4).  
Diqqət ediləcək olursa Allah bu iki ayədə yaratmaqla əmr etməyi bir-
birindən ayırmış  və  əmr etmənin yaratmaqdan ayrı bir şey olduğunu 
bildirmişdir. Çünki Allah Qurani Kərimdə bir şeyi yaratmaq və ya həlak 
etmək istədikdə bunu əmriylə etdiyini xəbər vermişdir.  Əmr isə onun 
kəlamından başqa bir şey deyildir. «Göyün və yerin Onun əmrində 
durması…».  (ər-Rum 25). «Bir  şeyi yaratmaq istədiyi zaman Allahın 
əmri ona ancaq «OL» deməkdir. O, da dərhal olar». (Yasin 82). «O, 
(külək) Rəbbinin əmri ilə hər şeyi məhv edər!».(əl-Əhqaf 25). Bütün bu 
ayələr  əmrin yaratmaqdan ayrı bir şey olduğunu,  əmrin  əvvəli və sonu 
olmayan Allaha aid olduğunu, onunla dilədiyi zaman dilədiyi  şeyi 
yaradıb, dilədiyi zaman dilədiyi şeyi yox etdiyini açıqca göstərməkdədir. 
Həmçinin Allah Quranın da əmrindən olduğunu bizə xəbər verməkdədir. 
«Və onlara (israil oğullarına)  əmrdən açıq-aşkar dəlillər vermişdik…. 
Sonra (Ya Muhəmməd!) səni də əmrdən şəriət sahibi etdik. Sən o, şəriətə 
tabe ol və (haqqı) bilməyənlərin nəfslərindən gələn istəklərə uyma!». (əl-
Casiyə 17-18). «Bu Allahın sizə nazil etdiyi əmridir (buyuruğdur)». (ət-
Talaq 5). «(Ya Rəsulum! Əvvəlki Peyğəmbərlərə vəhy nazil etdiyimiz kimi) 
sənə  də beləcə  əmrimizdən olan bir vəhy  (Quranı) göndərdik…».  (əş-
Şura 52). Son ayədə Allah Peyğəmbər  – sallallahu aleyhi və  səlləm –  ə 
vəhy edilən şeyin Quran olduğunu söyləməkdədir. Əgər Quran yaradılmış 
olsaydı, vəhy edilməsi doğru olmazdı. O, halda əgər Quran vəhy olunursa 
deməli yaradılmamışdır. Çünki Quranla danışan Allahın özüdür. Quran 
Allahın kəlamıdır. Kəlam isə başlı-başına baxımsız bir şey deyildir ki, 
Allahdan ayrı olsun. Əgər başlı-başına baxımsız bir şey olsaydı biz ona 
                                                 
102
 «Əqidətul Təhaviyyə» əl-Albani təhqiqi ilə s. 168. 


 
34
yaradılmış deyərdik. Lakin kəlam onunla danışanın bir sifətidir. Çünki 
Allahın sifətlərindən heç biri yaradılmamışdır.  
Möminlər, Quranın bəşər sözü kimi yaradılmamış olduğuna kəsinliklə 
iman edirlər. Onun sözü əlbəttə ki, insanların sözünə bənzəməz. Nəcə ki, 
Allahın zatı qulların zatlarına bənzəmədiyi kimi, sifətləri də qulların 
sifətlərinə  bənzəməz. Məs: Bir kimsə Quran oxuyarkən  Əlhəmdulilləhi 
Rabbil Aləmin  – deyərsə, ondan eşidilən bu söz Allahın kəlamıdır. O, 
kimsənin sözü deyildir. Onu oxuyan şəxs isə Allahın səsi ilə deyil öz səsi 
ilə oxumuş olur. O, özü yaradılmış olduğu üçün, səsi də yaradılmışdır 
(məxluqdur).  İmam  Əbu Hənifə  – rahmətullahi aleyhi – deyir: «Quran 
qulların kəlamı kimi yaradılmış deyildir»
103
.  
Quran və ya Quranın bir hissəsi məxluqdur deyən bir kimsə, insanı 
İslamdan bütünlüklə  çıxardan  ən böyük küfr etməklə kafir olur. Çünki 
Quran Allahın kəlamıdır, ondan gəlmiş və ona da dönəcəkdir. «Siz kitabın 
bir hissəsinə inanır, digər həssəsini isə inkar edirsiniz». (əl-Bəqərə 85).  
Allah istədiyi təqdirdə, istədiyi zaman, istədiyi  şəkildə, istədiyi 
kimsələrlə onların başa düşdükləri  şəkildə bir kəlam ilə danışır.  «Əgər 
Rəbbinin sözlərini yazmaq üçün dəryalar mürəkkəb olsaydı  və bir o, 
qədər ona əlavə olunsaydı yenə də Rəbbinin sözləri tükənməzdən əvvəl 
onlar tükənərdi». (əl-Kəhf 109). «Əgər yerdə hər bir ağac qələm olsaydı 
və dəryalar mürəkkəb olsaydı və yeddi dərya belə ona qoşulsaydı yenə də 
Rəbbinin sözləri tükənməzdi. Həqiqətən Allah yenilməz qüvvət və 
hikmət sahibidir». (Loğman 27). «Onun sözlərini dəyişdirə biləcək bir 
kimsə yoxdur». (əl-Ənam 115).  
Bəzi İslam alimlərinin Quran haqqında sözləri:  
Əbu Hənifə – rahmətullahi aleyhi – deyir: «Allah öz kəlamı ilə danışır. 
Kəlam onun əzəli sifətidir»
104
. «Quran məxluq deyildir»
105
. «Quran 
Allahın Kəlamı olub, müshaflarda yazılmış, qəlblərdə (zehinlər-də) hifz 
edilmiş, dillərdə oxunmuş və Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə 
enmişdir»
106
. «Allahın kəlamı yaradılmış deyildir. Fəqət Musa və digər 
yaradılmışların kəlamı yaradılmışdır. Quran isə Allahın kəlamı olub əbədi 
və  əzəlidir. Onların (yaradılmışların) sözləri deyildir»
107
. «Hər kim 
Allahın kəlamının yaradılmış olduğunu söyləyərsə o, Allahı inkar etmiş 
olur»
108
. "Allahın kəlamı Ondan ayılmadan oxunan, yazılan və hifz 
                                                 
103
 «Əqidətul Təhaviyyə» əl-Albani təhqiqi ilə s. 168. 
104
 «Fiqhul Əkbər» s. 301. 
105
 «Fiqhul Əkbər» s. 301. 
106
 «Fiqhul Əkbər» s. 58. 
107
 «Fiqhul Əkbər» s. 58. 
108
 «əl-Vasiyyə» s. 74. 


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə