27
görəcəkdir. Munkər və Nəkir
mələkləridir ki, bərzəx aləmində insana:
«Rəbbin kim? Dinin nə? Peyğəmbərin kim?» -
deyə sullar verirlər
86
.
Həmçinin - Mələklər heykəl, surət və it olan heç bir evə girməzlər. Əbu
Təlhə
- radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər
– sallallahu aleyhi
və səlləm – buyurdu: «Mələklər it və şəkil olan evə girməzlər»
87
.
Həmçinin - Adəm oğullarına əziyət verən şey onlara da əziyyət verir.
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Soğan və sarmısağ
yeyən hər bir kəs bizim məscidə yaxın durmasın. Adəm oğullarına əziyyət
verən şey mələklərə də əziyyət verir»
88
.
Bütün bunlara iman gətirmək vacibdir. Buna görə də mələklərə iman
etmək, imanın əsaslarını təşkil edən altı əsasdan biridir.
KİTABLARA İMAN
Kutub - Kitablar ləfzindən toplamaq və bir-birinə qatmaq mənasında
gələn
Kətbdən gəlməkdədir. Kitabların cəmi, yazılmış deməkdir.
Kitablardan qəsd səmadan Allahın Rəsullarına endirilmiş kitablardır.
Bizim bu kitablardan bildiklərimiz İbrahim
– əleyhissəlam – ın səhifələri,
Musa
– əleyhissəlam – a lövhələrdə endirmiş olduğu Tövrat, İsa
–
əleyhissəlam – a endirilmiş olan İncil, Davud
– əleyhissəlam – a
endirilmiş olan Zəbur və son olaraq nazil
olan əvvəlkiləri doğrulayan
Qurani Kərimdir.
Bizlər Allahın bunlardan başqa Peyğəmbərlərinə endirmiş olduğu başqa
kitabların olduğuna da iman edirik. Bunların ad və saylarını Allahdan
başqa heç kəs bilməz.
«Ey möminlər! Allaha və Peyğəmbərinə, onun öz
Peyğəmbərinə endirdiyi kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi
kitablara iman gətirin!». (ən-Nisa 136).
Bizlər Allahın Peyğəmbərlərinə endirmiş olan kitabların Allah
tərəfindən gəldiyinə, onların haqq olduqlarına,
bir hidayət, bir nur, bir
bəyan və bir şəfa olduqlarına iman edirik.
(Ey möminlər!) Belə deyin:
«Biz Allaha, bizə nazil olan Qurana, İbrahimə, İsmailə, İshaqa, Yəquba
və onun övladına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi
tərəfindən bütün Peyğəmbərlərə verilən şeylərə iman etdik. Onların heç
birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanıq».
(əl-Bəqərə 136). «Biz Nuha və ondan sonrakı Peyğəmbərlərə vəhy
göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə,
İshaqa, Yəquba və onun övladlarına, İsaya, Əyyuba, Yunusa, Haruna
86
əl-Albani «Əhkəmul Cənaiz» s 202, İbn Kəsir 2/131, İbn Həcər 3/234,240.
87
Buxari, Müslim.
88
Buxari, Müslim.
28
və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik». (ən-
Nisa 163). «İbarahimin və Musanın səhifələrində». (əl-Əla 19).
«Bundan əvvəl insanları doğru yola yönəltmək üçün Tövratı və İncili də
(səmadan) o, endirdi. (Haqqı nahaqdan ayırd edən) Furqanı (Quranı) da
o nazil etdi». (Ali İmran 3-4).
Allah kitabları Rəsullarına insanları hidayətə yönəltmək, onları
zülmətdən nura çıxartmaq üçün endirmiş olduğuna iman gətirməliyik.
«Əlif, Ləm, Ra! Bu Quran elə bir kitabdır ki, onu sənə insanları öz
Rəbbinin izni ilə zülmətdən nura, həm də yenilməz qüvvət sahibi və hər
cür tərifə, şükrə layiq olan Allahın yoluna (İslam dininə) çıxartmaq
üçün nazil etmişik». (İbrahim 1).
Bu kitablardan bəziləri Allahdan, arada elçi, mələk olmadan pərdə
arxasından endirilmiş,
kimisini də mələk olan elçi, insan olan elçiyə təbliğ
etmiş, kimisini də Allah öz əli ilə yazmışdı.
«Allah onlarla ancaq vəhylə,
yaxud (Musa ilə) pərdə arxasından danışar və ya bir elçi (mələk)
göndərər, o da Allahın izni ilə Allahın istədiyini vəhy edər». (əş-Şura
51). «Allah Musa ilə sözlə (arada heç bir vasitə olmadan) danışdı». (ən-
Nisa 164). Peyğəmbər
– sallallahu aleyhi və səlləm – buyurdu: «Sənin
üçün lövhələrdə hər şeyi çəkdi və sənin üçün Tövratı öz əli ilə yazdı»
89
.
Qurana
iman etməyə gəlincə, bu da onu iqrar və qəbul etmək, içindəki
hökmlərə tabe olmaqdır. Qurandan başqa Allah digər kitabları qorumaq
üçün insanların öhdəliyinə buraxmışdı. Lakin onlar bu kitabları qoruya
bilmədilər. Onlara haqqıyla riayət etmədilər, kitablarda bir çox
dəyişikliklər və yeniliklər etdilər.
«Halbuki (Musa dövründə) olanların
içərsində elələri vardır ki, Allahın kəlamını (Tövratı) dinləyib
anladıqdan sonra, onu bilə-bilə təhrif edirdilər». (əl-Bəqərə 75).
Buna görə də bütün kitablar Qurani Kərimin
endirilməsi ilə nəsx
90
edilmiş oldular. Digər tərəfdən əvvəlki kitabların qorunması insanlara
həvalə edilmişdisə, Qurani Kərimin qorunmasını isə Allah öz üzərinə
götürmüşdür. Bu kitab nə nəsx edilir, nə də dəyişdirilir. Allah dünyadan
qaldırdığı günə qədər onu hər cür dəyişikliklərdən, batildən qoruyur.
«Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, biz də onu (hər cür
təhrif, artırıb-əskiltmədən) qoruyub saxlayacağıq». (əl-Hicr 9). «Nə öncə,
nə də sonra batil ona yol tapa bilməz. O, hikmət sahibi və şükrə tərifə
layiq Allah tərəfindən endirilmişdi». (Fussilət 42). «Onlar Quran
89
Buxari, Müslim.
90
Nəsx – lüğətdə nəql etmək, axtarmaq deməkdir.
İstilahi Mənası – şəri bir dəlilin hökmünü yaxud da
ləfzini Kitab və Sünnətdən bir dəlil ilə qaldırmaq deməkdir. Hökmü qaldırmaq. «Usuli Fikh» şeyx
Useymin.