70
nominal dəyəri saxlanılmaqla tez bir zamanda nağd pula çevrilmək imkanını
nəzərdə tutur.
-gəlirlilik-əvvəli prinsiplərin gözlənilməsi şərti ilə investisiyaya yönəldilmiş
aktivlərin daimi və yüksək gəlir gətirməsini nəzərdə tutur.
Sığorta fəaliyyəti haqqında qanuna əsasən sığortaçılar sığorta ehtiyatlarını
aşağıdakı istiqamətlərə investisiyaya yönəldə bilərlə
-dövlət qiyməli kağızları-1oo%,
- bank hesablarındakı pul vəsaitləri-100%,
-daşınmaz əmlak -80%,
-qeyri-dövlət qiymətli kağızları-80%,
- sığorta və təkraasığorta müqavilələri üzrə alınmalə olan sığorta və təkrarsığorta
haqları:
1)hesabat tarixinə ödəmə vaxtı gecikdiriməmiş və (və ya) 90 gündən az
müddətə gecikdirilmiş sığorta və təkrarsığorta haqları-100%,
2)hesabat tarixinə ödəmə vaxtı 90 gündən artıq müddətə gecikdirilmiş sığorta
və təkrarsığorta haqları-0%,
3)dövlət icbari şəxsi sığortalılar üzrə alınmalı olan sığorta və təkrarsığorta
haqları-100%.
-sığorta ehtiyatlarında təkrarsığortaçıların payı-100%,
- həyatın yığım sığortası üzrə sığortalılara və ya sığorta olunanlara borc verilmiş
pul vəsaitləri-100%.
Sonda onu da qeyd etmək lazımdır ki,sığortaçının ödəniş qabiliyyətinin təmin
edilməsi baxımından sığorta ehtiyatlarının yerləşdirilmə müddətləri sığorta
müqavilələri üzrə qəbul edilmiş öhdəliklərin müddətlərinə uyğun olmalıdır
71
III Fə
sil. Bazar iqtisadiyyatı şə
raitində
sığ
orta təş
kilatlarının
maliyyə
sinin formalaş
masının tə
kmilləş
dirilmə
si istiqamə
tlə
ri
3.1. Sığorta təşkilatlarının maliyyəsinin formalaşmasının dövlət
tə
nzimlə
nmə
sinin tə
kmilləş
dirilmə
si istiqamə
tlə
ri
Sığortaçının fəaliyyəti digər təsərrüfat subyektlərindən köklü şəkildə fərqlənir,çünki
bu fəaliyyət istehsal prosesinin fasiləsizliyinə və müxtəlif təsadüflər nəticəsində
dəyən zərərlərin ödənilməsinə yönəldilmişdir.Sığorta riskinin hər biri fərdi ölçüyə
malikdir.Onun həcmi bir sıra amillərdən ,o cümlədən,sığorta hadisəsinin ehtimal
səviyyəsindən asılıdır.Təbiətin dağıdıcı qüvvələrinin təsiri bir sıra hallarda faciəli
xüsusiyyətə malik olur,maddi və insan həyatının itkiləri ilə nəticələnə bilər.Belə
şə
raitdə fəaliyyət göstərən sığortaçının əhəmiyyəti daha da artır.Bu hər şeydən əvvəl
mürəkkəb təsərrüfat əlaqələri ilə əhatə olunmuş elmi-texniki inqilab dövründə
risklərin həcmi və miqyasının artması ilə əlaqədardır.
Fəaliyyətinin sosial məsuliyyətli olması sığortaçının dövlət tərəfindən nəzarətə
alınmasının zəruri edir.Daha ümumi forma kimi bu nəzarət sığortaçının maliyyə
vəziyyətinin tədqiq olunmasında və onun sığorta etdirən şəxs qarşısındakı müqavilə
öhdəçiliyinin qəbul etməsi üçün ödəniş qabiliyyətinə malik olmasında öz əksini
tapır.Qəbul olunmuş öhdəçiliklər üzrə hesablaşmaların aparılması üçün sığortaçıda
72
maliyyə vəsaitlərinin mövcud olmaması ,nəinki konkret sığortaçıya ,həmçinin sığorta
ideyasının özünə olan etimadı da sarsıtmış olur.Məhz buna görə də dövlət sığorta
nəzarətinin təşkilinin əsası sığortaçının ödəniş qabiliyyətinə zəmanət verən
ehtiyatların ölçü problemlərindən ibarətdir.
Maliyyə-kredit sahəsinin bir hissəsi olan sığorta ictimai təkrar istehsal prosesində
sığortanın mahiyyətini nəzərə almaqla ,onun sabit şəkildə fəaliyyət göstərməsini
təmin edən dövlətin tənzimləyici və nəzarətedici obyektidir.Sığorta fəaliyyətinin
dövlət tənzimlənməsi xüsusi vergi siyasəti və eləcə də sığorta müqavilələrinin
bağlanması qaydalarında əmələ gələn mübahisələri əks etdirən sahibkarlıq
fəaliyyətinin müxtəlif növləri üzrə qanunların qəbul edilməsi vasitəsilə həyata
keçirilir. Dövlət həmçinin bütün cəmiyyətin maraqlarını nəzərə almaqla sığortanın
icbari növünü də müəyyən edir.
Dövlət sığorta orqanlarının tənzimləyici rolu sığorta etdirən şəxslərin etibarlı
müdafiəsini təmin edən 3 əsas funksiyanın yerinə yetirilməsini nəzərdə tutur.
Sığorta müqavilələrinin bağlanması ilə əlaqədar olan fəaliyyətin həyata keçirilməsinə
razılıq verən qeydiyyatın aparılması-birinci və əsas funksiyadır.Sığortaçıların hamısı
qeydiyyatdan keçməlidirlər.Qeydiyyat sığortaçının peşəkarlıq səviyyəsini və onun
maliyyə vəziyyətini müəyyən edir. Qeydiyyat aktı dövlətin sığorta nəzarəti orqanları
tərəfindən müvafiq icazə və ya lisenziyanın sığortaçıya verilməsi ilə rəsmiləşdirilir.
Növbəti funksiya-aşkarlığın təmin olunmasıdır.Sığorta fəaliyyəti ilə peşəkar
səviyyədə məşğul olan hər bir şəxs sığortaçının maliyyə vəziyyəti haqqında tam
,doğru və aydın informasiyadan ibarət olan prospekti nəşr etdirməlidir.Aşkarlıq
prinsipi sığorta fəaliyyəti haqqında qanunvericilik aktları vasitəsilə həyata keçirilir.
Rəqabət mübarizəsində məhdudiyyətlərə yol verməmək üçün dövlətin sığorta
nəzarəti orqanları təqdim olunmuş informasiyanın nə qədər düzgün olduğunu
yoxlamalıdır.
Sığortaçıların maliyyə vəziyyəti haqqında informasiyaların aşkar şəkildə olması
rəqabət mübarizəsinin qorunub saxlanmasına şərait yaradır.