67
diliondən tərcümədə “müddətə mütənasiblik” deməkdir) metodlarından istifadə
edilir.
“Pro rata temroris” metodundan istifadə zamanı QZM hər bir sığorta müqaviləsi
üzrə ayrılıqda hesablanır.Bu metod pauşal metodlarına nisbətən daha dəqiq hesab
edilir.QZM həmin metodla hesabat tarixinə sığorta müqaviləsinin günlərlə başa
çatmamış qüvvədəolma müddətinin onun günlərlə bütün qüvvədəolma müddətinə
nisbətinin baza sığorta mükafatına hasili kimi müəyyən edilir.
Baza sığorta mükafatı –sığorta müqaviləsi üzrə hesablanmış sığorta haqqından
həmin müqavilənin bağlanması üzrə göstərilən vasitəçilik xidməti üçün komisyon
muzdu (hesablanmış sığorta haqqının 15 %-dən çox olmamaqla) çıxıldıqdan sonra
qalan məbləğdir.
“ Pauşal” metodlara “24-cü”, “1/12”, “1/8” ,”1/4” və “36%” metodları aid
edilir.Bu metodlar pay sistemləri adlanır.Bu ifadənin işlədilməsi həmin
sistemlərdə ilin bərabər dövrlərə,hər bir dövrün isə bərabər hissələrə və ya paylara
bölünməsi ilə əlaqədardır.Bu metodlar hesabat dpvrü ərzində sığorta haqları
müntəzəm daxil olduğu hallarda tətbiq edilir.
II uçot qrupuna –maliyyə risklərinin sığortası,kreditlərin ödənilməsi üçün
borcluların məsuliyyətinin sığortası aid edilir.Bu uçot qrupu üzrə QME hər bir
sığorta müqaviləsi üzr bazab sığorta mükafatı miqdarında sığorta müqaviləsinin
qüvvədəolma müddəti tam qurtaranadək təyin olunur.
III uçot qrupuna –qüvvədə olma müddətinin başlanğıc və son tarixləri qeyri-
müəyyən olan (açıq)sığorta müqavilələrinin bağlanmasının mümkünlüyünü
nəzərəd tutan sığorta növləri aid edilir.Bu uçot qrupu üzrə QME hər bir sığorta
müqaviləsi üzrə hesabat tarixinə baza sığorta mükafatının 40%-i miqdarında təyin
edilir.
Bidirilmiş,lakin tənzimlənməmiş (ödənilməmiş) zərərlər ehtiyatı hesabat
dövründə və ya ondan əvvəlki dövrlərdə baş vermiş sığorta hadisələri (hansı
ki,həmin sığorta hadisələrinin başvermə halı haqqında qanunla və ya sığorta
müqaviləsi ilə müəyyən olunmuş qaydada sığortaçıya bildirilmişdir)nəticəsində
68
yaranmış zərərlərin tənzimlənməsi üzrə hesabat tarixinə icra və tam icra
olunmamış öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədi üçün
yaradılır.Bu ehtiyatın miqdarı tənzimlənməmiş hər bir tələb üzrə müəyyən edilir.
Zərərin miqdarı təyin olumayıbsa ,hesablama üçün zərərin sığorta məbləğini
aşmayan maksimum mümkün miqdarı hesablamaya qəbul edilir.
Baş vermiş ,lakin bildirilməmiş zərərlər ehtiyatı hesabat dövrü ərzində baş
vermiş sığorta hadisələri (hansı ki,həmin hadisələrin başvermə halı haqqında
qanunla və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş qaydada hesabat tarixinə
sığortaçıya bildirilməmişdir) nəticəsində yaranmış zərərləri tənzimlənməsi üzrə
xərclər də daxil edilməklə sığorta müqavilələri öhdəliklərin yerinə yetirilməsini
təmin etmək məqsədilə yaradılır.Bu ehtiyatın miqdarı aşağıdskı qaydada
hesablanır:
-
əgər hesabat dövrü il kimi qəbul edilirsə,onda həmin ehtiyat hesabat dövründə
daxil olunmuş sığorta haqlarına əsasən hesablanmış baza sığorta mükafatları
məbləğinin 10%-i miqdarında müəyyən edilir,
-
əgər hesabat dövrü rüb kimi qəbul edilirsə,onda həmin ehtiyat hesabat
dövründə və bu hesabat dövründən əvvəlki 3 hesabat dövrünə daxil olmuş
sığorta haqlarına əsasən hesablanmış baza sığorta mükafatları məbləğinin 10%-
i miqdarında müəyyən olunur.
Həyat sığortası üzrə ehtiyatların tərkibinə daxildir:
-uzunmüddətli öhdəliklər ehtiyatı,
- zərərlər ehtiyatı( BVBZE və BTZE).
Riyazi ehtiyat dedikdə qüvvədə olan həyat sığortası müqaviəsi üzrə sığortaçının
öz öhdəliyini yerinə yetirməsi üçün yaratdığı sığorta ehtiyatı başa düşülür. Sığorta
ehtiyatının bu cür adlandırılmasının əsas səbəbi həyat sığortası sahəsinə aid olan
sığorta növləri üzrə sığorta tariflərinin hesablanmasında aktuar hesablamalar
nəzəriyyəsindən ,kommutasion ədədlərdən və demoqrafiq statistikadan istifadə
edilməsindən ibarətdir.Riyazi ehtiyat sığorta haqlarının birdəfəlik və ya hissə
ödənilməsindən asılı olaraq mütəlif düsturlarla hesablanır.Bu ehtiyat hər bir
69
sığorta müqaviləsi üzrə ayrılıqda hesablanır.Ona görə də həyat sığortası üzrə
ümumi riyazi ehtiyat ayrı-ayrı sığorta müqavilələri üzrə hesablanmış riyazi
ehtiyatların cəminə bərabərdir.
Son illərdə ölkəmizdə sığortaçılar tərəfindən yaradılmış sığorta ehtiyatlarının
məcmu miqdar aşağıdakı cədvəldə qeyd edilmişdir:
Cədvəl 2.7 mln.manat
llər
Sığorta ehtiyatları
2008
121,8
2010
125,3
2012
182,0
Cədvəldən də göründüyü kimi 2008-2012 –ci illərdə sığorta ehtiyatları artmışdır.
Yuxarıda qeyd etdiyimiz kimi , sığorta ehtiyataları sığorta haqları hesabına
formalaşır. Məhz 2009-cu ildə yığılan sığorta haqlarının azlıq təşkil etməsi
uyğun olaraq bu ildəki sığorta ehtiyatlarının azalmasına səbəb olmuşdur.
Hər bir sığortaçı böyük itkilərə məruz qalma risklərinin qarşısını almaq və gəlir
ə
ldə etmək məqsədilə öz vəsaitini və sığorta ehtiyatlarını “qaytarılma”,
“divesifikasiya”, “ gəlirlilik” və “likvidlik” şərtləri ilə səmərəli yerləşdirə bilər.
Bu şərtlətrin qısa şərhinı baxaq:
-qaytarılma – investisiyaya qoyulmuş vəasitlərin tam həcmdə qaytarılmasını təmin
etməklə,həmin vəsaitlərin ən etibarlıyerləşdrilməsini nəzərdə tutur.
-diversifikasiya (qarıdırma və səpələmə) – investisiya portfelinin ümumi riskini və
gəlirlərin itkisini azaltmaq məqsədilə həmin portfelin bilavasitə bir-biri ilə
ə
laqədar olmayan müxtəlif aktivlərdən yaradılmasını nəzərdə tutur.
-likvidlik-sığorta müqavilələri üzrə investisiyaya yönəldilmiş aktivləri sığorta
ödənişlərinin verilməsi ilə əlaqədar sığortaçının vəzifələri yarandıqda onların