Microsoft Word A. Haciyev verstka doc



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix16.08.2018
ölçüsü0,69 Mb.
#63603
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

 

30

                    5. Cami 



 

Oxiyanlar olsun aqah

Münafika cəfadur bu. 

Buyurub camiya gələn, 

İstiyənə cəfadur  bu. 

 

Təfəkkür ol, dəli könül, 



Zikr et səni yaradani. 

Gərək dünya, gərək uxra 

Hər gələnə səfədur bu. 

 

Der Səfili, bax camiya 



Dünyay gəzdim gəldim gənə. 

Əzən verür əzən bizə 

Hax yoluna köpridur bu. 

 

 



           6. 1915-ci il Adahan-Axisxa-Kars kirğinina 

 

Mərhəmət kanidur Tağiyev Həzrəti

Namiylə dutmişdur cihani zati. 

Hak birə bin vermiş vari dövləti, 

Buldi haxdan şöhrət şana yetişdi. 

 

Şan dutdi Bakiyi etdilər əmək, 



Kimi nan gətürdi kimi də yemək. 

Cümlə xozeyinlər etdilər kömək, 

Gəldi nimət ianə yetişdi. 

 

Düşkünlər aldilər niməti nani, 



Mərhəmət eylədi kərəmlər kani. 

Sağ olsun Cəmiyyət vilayət xani, 

Çox dərd çekdux ol dərmanə yetişdi. 



 

31

 



Ey Səfili, ataş aldi tən viran, 

Aç gözün, biçarə, ğəflətdən oyan. 

Sancağım Axısxa, yerim Kobliyan, 

Kəzamız da Adiqönə yetişdi”

30



 



 

                 7. Camican 

 

Xerolilar Osmannıya qaçarlar

Ermanilər sədirlərə keçarlar, 

Cami havlisində şarab içarlar 

Nə gündən günlərə qaldın, camican. 

 

Ermanilər gəlür bunda tururlar, 



İstikani bir-birinə vururlar, 

Əzənin yerinə zəngi vururlar, 

Oxunmaz əzənlər, qaldın, camican. 

 

Ermanilər kəndi dinin taparlar, 



İstikani bir-birindən qaparlar, 

Mehrabın yerinə bir xaç tikarlar. 

Nə gündən günlərə qaldın, camican. 

 

Mərəqimdən bənim başım ağarur, 



Bozulur mehrabın, cami tağılur, 

Keşiş gəlib bico-bico bağırur, 

Nə gündən günlərə qaldın, camican. 

 

Səfili bekar durub gəzməsin



Ermənilər camiləri bozmasın, 

Allah sənin işin hillə bəzəsin, 

Xeyir olsun sənin işin, camican. 

 



 

32

                  8. Yatarlar 



 

Səhərdən oğradım məzərisdana, 

Əlini dünyadan çəkmiş yatarlar. 

Qan içən böcüklər taramiş tənə. 

Əzrayil belini bükmiş yatarlar. 

 

Məst olub içmişlər zəhərdən badə, 



Kimsə murad almaz fani dünyada. 

Gözləri arşdadur, yüzi qıblada. 

Qara toprax üzrə çəkmiş yatarlar. 

 

Der Səfili söyləniyer bu sözlər, 



Çəkilmiş fərdələr, kor olmiş gözlər. 

Al tuvax gəlinlər, köçəcax qızlar 

Zilifi turaba tökmiş yatarlar. 

 

 



                      9. Fələk 

 

Bir hüçüdüm başdan başa varmadi

Bir məlhəm yarama qoymadın, fələk, 

Nə insaf etdin, nə də mərhəmət, 

Vurdun tələhimi qaraya, fələk. 

 

Sən də söz arturdun sözün üstünə, 



Qara yazi yazdin yazım üstünə, 

Qaldurdun vurdun yüzün üstünə, 

O zaman gəturdün siraya, fələk. 

 

Der Səfili, bunca işlər qayırdun, 



Həsrət qoyub can cigərdən ayırdun, 

Bu ayriluğu bizə haqdan buyurdun, 

Yandurdun gülümi soldurdun, fələk. 



 

33

                 10. Tək-tək 



 

Bu gecə ruvəmdə oldum pərişan, 

Yatışdı bir yerinə odasi tək-tək, 

Salam verdi gəldi üç bək, 

Rövşan lisanları  xoş sədası tək-tək. 

 

Səlamın eşitdim etdim niyazi, 



Olarda mövçütdür əhli ülfazi, 

Xəbər etdilər, gəlin qılax namazi, 

Yığıldi aldilər abdasi tək-tək. 

 

Abdasi alınca oyandım xabdan, 



Dad ilə əhalimin haqqi tərpətdi. 

Bəni oxutdular yeşil yarpaxda, 

Oxudum hərfini nuğdasi tək-tək. 

 

Vidasıni saydım, sızladi, yaram, 



Adami öldürür  dört yilə vərəm, 

Dedilər qafisət qovuş, Səfilin, 

Yarabbım, təbib ələmin, tək-tək. 

 

 



               11. Dərdimi 

 

Ey ağalar, gəlin sizə tərif eyliyem

Elə bir kimsəm yox, bilə dərdimi, 

Arturur-arturur bu qanni fələk, 

Qərq edər ümmana selə dərdimi. 

 

Hey ağalar, bu dərt bir gün belim bükər, 



Atar hicran oxi ömrümi sökər, 

Nə kor qədən deməz, naməyə çəkər, 

Yükləsən götürməz filə dərdimi. 



 

34

Beyçarə Səfili, fani dünyada



Artar oldi dərdim hədən ziyada, 

Sənki bənə verdin ol bari xuda, 

Vermə bəndən özgə qula dərdimi. 

 

 



               12. Bənzər 

 

Ey ağalar sizə tərif eyliyim, 

Çəkduğum zəhməti sizə söyliyem, 

Bu fəni dünyada cani neyliyem, 

Bir yari aldım ceyrana bənzər. 

 

Ağrıya gəlmisin, egməsə olmas, 



Bu cahanda böylə kimsəyə qalmaz. 

Qüsura qalmayın, bu iş fənəsiz olmaz

Bir qız aldım huri mələgə bənzər. 

 

Səfili, talıb yari sevməgin  gərək. 



Qaşlari qara, kiprikləridur dirək, 

Zeyn sevmişdir canani bu ürək, 

Çənnətu ridvanına o gözəl bənzər. 

 

 



               13. Yaxşidür 

 

Gör nədən yaratdı yaradan bəni, 

Şöhrət üçün ay günəşi yaxşidur. 

Ələmdə söylənur gözəlin şani, 

Geymax üçün al qumaşi yaxşidür. 

 

Ölüm eydur aci kəlmə demədən, 



Axıl ögrənilməz dəli səmədən, 

Namərdlərin yağlısıni yemədən, 

Mərd yigidin quri aşi yaxşidür. 



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə