Microsoft Word A. Haciyev verstka doc



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix16.08.2018
ölçüsü0,69 Mb.
#63603
1   2   3   4   5   6   7   8   9   10   ...   19

 

22

etməliyik ki, şairin irsinin böyük hissəsi əlimizdə olmadığın-



dan, belə fikirlərin bir çoxu ehtimali səciyyə daşıyır. 

Aşıq Səfilinin fəlsəfi-lirik məzmunlu  əsərləri də öz 

məna dərnliyi, bədii kamilliyi ilə seçilir. Həyatın mənası, 

ölüm və yaşam, tale və  qədər, dünyanın faniliyi, dostluq 

kimi motivlər aşığın bir sıra  şeirlərinin  əsas mövzularıdır. 

Dini-fəlsəfi məzmunlu “Came”, “Yatarlar”, “Fələk”, “Bə-

ni”, “Qürbət” kimi şeirlərində insanın mənəvi varlığı, ərzani 

həyatın faniliyi, taleyin müəmması kimi anlamlar barədə 

şairin düşüncələri  əks olunub. Bir sıra  şeirləri (“Tək-tək”, 

“Dərdimi”, “Bənzər”, “Yaxşidür”, “Oğul”...) mənəvi-əxlaqi 

mövzudadır və şairin lirik hisslərini, fərdi yaşantılarını, mü-

şahidələrini, həyat təcrübəsindən, daxili axtarışlarından do-

ğan qənaətini bəyan edir. 

Səfilinin deyişmə şəklində yaratdığı “Aşıq Molla Mə-

həmməd Səfili və  dəyirmançı  İbrahimin dastanı”, eləcə  də 

“Yatarlar”, “Qürbət”, “Fələk” kimi şeirləri müəllifin fikir 

dərinliyindən, ruhsallığından, incə  qəlbindən xəbər verir. 

Toxunduğu məqamlar, araşdırdığı  mətləblər, aşkarladığı 

mənalar konkret fakt, hadisə  və  şəxslərlə  məhdudlaşmır, 

ümumi fəlsəfi məzmun qazanır, geniş anlayışları, insanın 

mənəvi varlığını, həyat və ölüm sirrini, taleyin mübhəm-

liyini, zamanın əsrarəngizliyini ehtiva edir. 

Bütövlükdə Səfilinin yaradıcılığı göstərir ki, o, qədim 

aşıq ənənəsi ilə bərabər, klassik poeziyanı, ilahiyyatı, şəriət 

qaydalarını,  dünyəvi elmləri dərindən mənimsəmiş fitri iste-

dadlı şəxsiyyət olub. Eyni zamanda, qəlbi yurdunun, el-oba-

sının, türklüyün eşqiylə çırpınan alovlu vətənpərvər kimi ya-

şayıb. 


Koblıyanlı  Səfili ilk növbədə böyük insanpərvər

haqq-ədalət carçısıdır. Yurdunun, soydaşlarının, insanlığın 

dərdini, dünyanın iztirablarını içinə  çəkən  şair bəşəriyyəti 

hikmətdə, cəmiyyəti  ədalətdə, insanları  səadətdə görmək 

arzusundaydı: 



 

23

Beyçarə Səfili, fani dünyada, 



Artar oldi dərdim hədən ziyada, 

Sən ki bənə verdin ol bari, xuda, 

Vermə bəndən özgə qula dərdimi. 

 

Lakin sovet rejimi böyük humanist Şairi amansızlıqla 



qətl etdi, nə məzarı məlum, nə ağsaqqal günlərində məhbəs-

də keçirdiyi iztirablar! Əsərlərinin əksəri də qeyb oldu. Şai-

rin sürgünündən bir müddət sonra yurddaşları vətənindən çı-

xarıldı, olmazın əzablara düçar edildi və hələ də vətənlərin-

dən uzaqlardadırlar. 

Acı  təəssüflə bildirək ki, Səfilinin nəvəsi, ulu usta-

dının-babasının ənənəsini şeirlərində, şəxsiyyətində  şərəflə 

yaşadan  gözəl şair, ziyalı İlim Şahzadayevi də vaxtsız əcəl 

aramızdan tez apardı. 

Şairin nəslindən digər tanınmış bir şəxsin – Türkiyədə 

yaşayan qardaşı  oğlu Dəmiralı Kuşunun – şairlik istedadı 

olan əməkli imamın, el ağsaqqalının da qəlbi qürbətdə qal-

mış  vətən sevgisiylə  çırpınır. Bu kitaba Molla Məhəmməd 

Səfilinin müxtəlif dövrlərdə topladığımız  əsərləri ilə  bəra-

bər, İlim Şahzadayevin 1980-ci illərin axırlarında mənə təq-

dim etdiyi materialı – babası haqqında xatirə-düşüncələrini, 

eləcə  də  İlimin və  Dəmiralı Kuşunun  şeirlərindən nümu-

nələri daxil etmişik. Aşığın əsərlərinin yalnız hafizələrdə qo-

runub saxlandığı  nəzərə alınaraq, bəzi mətnlərin  əldə olan 

fərqli variantları da topluya daxil olunub. 

Bəzi mənbələrdə

26

 Aşıq Səfilinin şeirləri kimi təqdim 



edilən, lakin 1950-ci illərin axırlarının hadisələrinə toxunu-

lan, yaxud üslub və leksikasına, eləcə də bədii keyfiyyətinə  

görə Aşığın məlum əsərlərindən köklü fərqlənən və əslində 

onun olmayan mətnləri kitaba salmamışıq. “Səfili” və “Sə-

fil” təxəllüsü ilə Axısqada bir çox şairlər (Səfil Əmrah, Səfil 

Aslan, Səfil Lado, Səfil Kamil və b.), o cümlədən Aşıq Mə-

həmməd Səfilinin nəvəsi  İlim  Şahzadayev də  əsərlər yaz-



 

24

mışdır (İlim Səfili, Səfil  İlim). Nəticə etibarilə, bəzən Ko-



blıyanlı Aşıq Məhəmməd Səfilinin əsərləri kimi təqdim edi-

lən müəyyən lirik şeirlərin İlim Şahzadayevə məxsus olması 

qənaətindəyik

27



Ümumən, klassik irsi araşdırarkən faktlara ehtiyatlı 

yanaşmaq lazımdır. Həmin məqalədə Aşıq Səfilinin bir sıra 

aşıqlarla (“Murad Zarzamlı, Aşıq Bezgün Sakunetli, Aşıq 

Sümməni,  Şəhri  Əfəndi, Aşıq Bəsir”) bərabər, “Əhməd 

Pepinov kimi... söz ustası ilə deyişib onu bağlaması” fikri də 

sual doğurur. – Qafqazda maarifçiliyin inkişafında, Azər-

baycan Cümhuriyyətinin qurulmasında böyük rol oynamış 

Əhməd Bəy Pepinov 1893-cü ildə Axılkələkdə anadan ol-

muş, Tiflis gimnaziyasını bitirmiş, Moskva Universitetinin 

hüquq və iqtisadiyyat fakültələrində təhsil almış, tələbəlik il-

lərində “Azərbaycan Həmyerlilər Təşkilatı”nın rəhbərlərin-

dən və bir sıra mədəni-etnoqrafik tədbirlərin təşkilatçıların-

dan olmuş, “Axalkələkli  Əhməd Cövdət” imzası ilə “Açıq 

söz” qəzetində  məqalələr dərc etdirmişdir.  Əhməd Bəy 

1918-ci ildən Bakıda siyasi fəaliyyətə başlamış, Azərbaycan 

Müəssislər Məclisində seçkilər üzrə komissiyanın sədr müa-

vini (M.Ə.Rəsulzadənin müavini), Azərbaycan Milli Şurası-

nın, Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin 

üzvü və katibi, 5-ci Nazirlər Kabinetinin üzvü – Əmək və 

əkinçilik naziri, sonradan Qazaxıstan SSR Maarif nazirinin 

müavini işləmiş, Bakı Universitetinin yaranmasında fəal 

iştirak etmiş, 1937-ci ildə siyasi repressiya qurbanı olmuş-

dur. Axısqa türklərinin görkəmli ziyalısı, maarifçi və dövlət 

xadimi  Əhməd Bəy Pepinovun

28 

el məclislərində saz çalıb 



aşıqlıq etməsi və Səfili ilə deyişərək bağlanması barədə mə-

lumat yoxdur. 

Koblıyanlı  Aşıq Məhəmməd Səfilinin Aşıq  Şenlik və 

Aşıq Sümmani ilə deyişməsi barədə  həmin məqalədəki 

müddəaya dair də səhih məlumat yoxdur. Ərzurumun Sami-

qala kəndindən (Sümmaninin doğulduğu kənd) Səfili adlı 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə