Microsoft Word A. Guler dissertasiya doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix14.05.2018
ölçüsü0,56 Mb.
#43705
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

 

33

2. Zəif yerlərin təyin edilməsi; 



3. Zəif yerlərin diaqnostikası; 

4. Şəraitin yaxşılaşdırılması. 



Standartlarin  yaradilmasi  və  şəraitin  tədqiqi −  təhsil  sahəsində  aparılan 

tədqiqat  obyektiv  və  standartlaşdırılmış  göstəricilər  vasitəsilə  faktların 

qeydiyyatından  ibarətdir.  O,  müəyyən  vaxtda  müəyyən  qrup  məktəblilərin  təyin 

edilmiş  xarakteristikalarının  seçməli  tədqiqatlar  vasitəsilə  dəqiq  qiymətinin  əldə 

edilməsinə istiqamətlənmişdir. 

Zəif  yerlərin  təyin  edilməsi  −  Təhsil  sahəsində  aparılan  tədqiqat  məqsəd 

ola  bilməz,  buna  görə  də  bu  cür  tədqiqatın  nəticəsi  elə  şərh  edilməlidir  ki,  təhsil 

sisteminin “məhsul”unun hansı hissəsinin pis olmasını təyin etmək mümkün olsun. 

Buna görə də tədqiqatlar zəif yerin mövcud olub olmaması və əgər varsa, bu təhsil 

sisteminin  hansı  alt  sistemində,  hansı  təhsil  sahəsində  və  hansı  alt  populyasiyada 

olması haqqında qərarla yekunlaşmalıdır. 



Zəif  yerlərin  diaqnostikası  −  Adətən  bu  addımı  “ikinci  analiz” 

adlandırırlar. Burada da zəif yerin mövcud olması kimi nəticə təyin edilir. 

Şə

raitin  yaxşılaşdırılması  −  Bu  addımda  əvvəlki  addımlardan  asılı  olaraq 

nəticələr müəyyənləşdirildikdən sonra mövcud şəraitin yaxşılaşdırılması və ya yeni 

şə

raitin hazırlanması prosesi həyata keçirilir. 



Tədqiqatın əsas nəticələri: 

Məzmun1  −  Modulu  çərçivəsində  məzmunda  “cəhtlər”  və  “imkanlar” 

fərqlənirdilər.  Birincilər  T-yə  görə  reallaşdırılması  nəzərdə  tutulan  təlim 

nəticələrini  və  təhsil  proseslərini  planlaşdıran  təlim  məqsədlərini  (təlim  prosesi, 

müəllimin rolunu, nəticələrin qiymətləndirilməsini) terminlərlə təsvir edir.  kincilər 

məktəblilərə verilən təhsil imkanları ilə reallaşdırılan terminlərlə təsvir edilir. 

“Cəhdlər”  və  “imkanlar”  haqqında  informasiya  məktəb  direktorlarından 

alınmışdır.  Metodiki  sistem  məktəblərin  vəziyyətini  “ənənəvi  –  fasiləsiz  təhsil 

sistemi”  oxu  üzərində  göstərir.  Məktəbin  bu  və  ya  digər  sistemi  hansı  dərəcədə 

dəstəkləyəcəyi  haqqında  informasiya,  həmin  məktəbin  T-yə  görə  qoyduğu 

məqsədləri anlamağa kömək edə bilər. 




 

34

Metodik  sistem  −  Məktəbin  bu  və  ya  digər  sistemə  hansı  dərəcədə 

istiqamətləndiyini  anlamaq  üçün  təsdiqləmələr  siyahısı  formalaşdırılmışdır. 

Direktorlar bunların hər biri ilə nə dərəcədə razı olduqlarına cavab verməli idilər: 

Sizin məktəbdə aşağıda göstərilən hər bir təlim və tədris istiqamətləri hansı 

dərəcədə öz əksini tapır? 

1. Məktəblilər sərbəst öyrənmə vərdişlərini inkişaf etdirirlər; 

2. Zəif şagirdlərlə yenidən məşğul olurlar; 

3.  Təlim  elə  təşkil  edilir  ki,  ilkin  səviyyə,  temp  və  öyrənmə  yolunun 

müxtəlifliyi nəzərə alınır və s. 

Bu  təsdiqləmələrin  bəziləri  ənənəvi  təhsili,  bəziləri  isə  fasiləzis  təhsili  əks 

etdirir. 

Ə

nənəvi  təhsil  sisteminin  bütün  ölkələr  üçün  orta  indikator  qiymətləri, 



fasiləsiz  təhsil  göstəricilərinə  nisbətən  daha  yüksək  oldu.  Burada  Norveç,  Yeni 

Zelandiya  və  Kipr  (ibtidai  məktəb),  Danimarka,  Macarıstan,  Norveç,  Sloveniya 

(natamam-orta məktəb), Latviya, Norveç (orta məktəb) istisna təşkil edir. 

T  ilə  əlaqədar  təlim  məqsədləri  −  Məktəblərin  T  sahəsində  qarşılarına 

hansı təlim məqsədlərini qoyduqları haqqında informasiya almaq üçün direktorlara 

iki  sual  verilmişdir.  Birinci  sual  –  hazırda  məktəbdə  T-dən  istifadə  edilməsində 

məqsədlər  haqqındadır.  kinci  sual  –  T-nin  məktəbdə  istifadəsində  metodik 

baxışlara aiddir. 

A.  Aşağıda  verilmiş  kompüterlərdən  istifadə  olunma  məqsədləri  sizin 

məktəb üçün nə dərəcədə vacibdir (vacib deyil, vacibdir, çox vacibdir)? 

1. Məktəbliləri gələcək profesional fəaliyyətə hazırlamaq; 

2. Təlim göstəricilərini artırmaq; 

3. Aktiv təlim metodlarını inkişaf etdirmək; 

4. Təlimi fərdiləşdirmək; 

5. Əməkdaşlığı və planlı işi inkişaf etdirmək; 

6. Təlim nəticələrinə görə məsuliyyət hissini inkişaf etdirmək; 

7. Trenajor imkanlarını vermək; 

8. Təhsilə olan marağı inkişaf etdirmək.. 



 

35

B.  Növbəti  təsdiqlər  kompüterlərin  müxtəlif  formada  istifadə  olunmasına 



aiddir. Onlar sizin məktəbin  T sahəsində siyasətini əks etdirirmi? 

1. Hər bir sinifə bir və ya bir neçə kompüter lazımdır; 

2. Müəllim kompüterdən təlim prosesində istifadə edir; 

3. Geridə qalan şagirdlərlə işləmək üçün kompüterlərdən istifadə edirlər; 

4. Şagirdlərin kompüterdən sərbəst istifadə imkanları artırılır; 

5. Şagirdlər kompüterdən köməkçi vasitə kimi (informasiyanı analiz etmək, 

axtarmaq və təsvir etmək üçün) istifadə edirlər; 

6. Şagirdlər elektron poçtdan istifadə edirlər; 

7. Şagirdlər  nternet vasitəsilə uzaq məlumat bazasından istifadə edirlər; 

8.  T sahəsində digər məktəblərlə əməkdaşlıq edirlər. 

Tədqiqat  göstərdi  ki,  (“A.”  sualında)  əsas  məqsədlər:  Təhsilə  olan  marağı 

artırmaq,  gələcək  peşəyə  hazırlanmaqdır.  Bu  mənada  bir  çox  ölkələrin  məktəb 

direktorları xarici həmkarları ilə həmrəydirlər. 

“B.”  sualına  gəldikdə  isə,  burada  müxtəlif  ölkə  məktəbləri  arasında  böyük 

fərqlər  meydana  çıxmışdı.  Hər  şeydən  əvvəl,  bəzi  ölkə  məktəbləri  (obyektiv 

səbəblərə görə) kompüterləri hər bir sinif otağına yerləşdirməyi qarşılarına məqsəd 

qoymurlar. Lakin bəzi inkişaf etmiş ölkələrdə də (Yaponiya, Belçika) oxşar şərait 

müşahidə olunmuşdur. 

Praktik  olaraq  bütün  ölkələrdə  məktəblər  kompüterdən  təlim  vasitəsi  kimi 

istifadə etməyi qarşılarına məqsəd qoyurlar. 

Azərbaycanda  məktəb  direktorları,  məktəblilərin  sərbəst  öyrənmə  və 

kompüterdən təlim vasitəsi kimi sərbəst istifadə imkanlarını genişləndirmirlər. 

Aydındır ki, Azərbaycan məktəbləri üçün elektron poçtdan istifadə edilməsi 

məqsəd ola bilməz, lakin bəzi ölkələrdə (Belçika, Yaponiya, Slovakiyada) bir çox 

məktəblilər, bu halın nəzərə alınmadığı məktəblərdə oxuyurlar. 

T sahəsində gözlənilən təlim nəticələri haqqında informasiya növbəti sual 

vasitəsilə alınmışdır: “Göstərilən sinifin sonunda məktəblilər  T sahəsində hansı 

vərdişləəldə etməlidirlər?” 

1. Kompüterlə işləmə (fayl, klaviatura, xarici qurğular); 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə