Microsoft Word A. Guler dissertasiya doc



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix14.05.2018
ölçüsü0,56 Mb.
#43705
1   ...   15   16   17   18   19   20   21   22   23

 

58

adekvat cavab verə bilən, bunlarla əlaqədar yaranan yeni bilikləri mənimsəmək və 



onları sintez etməyə imkan verən intellektual xüsusiyyətlərə malik «yeni insan»ın 

yaranmasına zərurəti artırmışdır. 

nsan  kapitalı  haqqında  nəzəri  konsepsiya  müstəqil  olaraq  20-ci  əsrin  2-ci 

yarısında  qərb  iqtisadi  fikrində  formalaşmağa  başlamışdır.  Lakin  onun  təşəkkül 

tapması  prosesi  klassik  siyasi  iqtisadçıların,  V.Petti,  A.Smit,  C.Mill,  K.Marksın 

ə

sərlərində  özünü  göstərmişdir.  Onlar  əsaslandırırdılar  ki,  cəmiyyətin  bütün 



sferalarında  baş  verən  keyfiyyət  dəyişiklikləri  ilə  yanaşı,  fərdin  (insanın)  da 

iqtisadiyyatda  və  bütövlükdə,  cəmiyyətdə  rolu  və  yeri  dəyişir  və  ictimai  əməyin 

məhsuldarlığı  və  nəticəliliyi  fərdi  təsərrüfat  subyektlərinin  keyfiyyət 

xüsusiyyətlərindən, onların istehsal proseslərinə nə dərəcədə cəlb edilməsi, iştirakı 

imkanlarından  asılı  olur.  Bu  klassiklərin  ideyaları  işçi  ilə  işəgötürən  aransında, 

digər  işçilər  arasında  və  ümumilikdə  işçi  ilə  cəmiyyət  arasında  əmək 

münasibətlərinin  məzmununun,  xarakterinin  dəyişməsi  iəl  şərtləşən  aratan 

tələbatlara  cavab  verirdi  və  bu  ideyalar  ictimai  istehsalda  insanın  rolunu  və 

ə

həmiyyətini  əsaslandıraraq,  insan  kapitalının  tədqiqi  baxımından  mühüm  rol 



oynayırdı.  

V.Petti  məcmuu  əməyə  ölkənin  əmlakı  və  ya  ehtiyatı  kimi  qəbul  edilən  və 

keçmiş  əməyin  nəticəsi  olan  mili  sərvətin  bir  hissəsi  kimi  yanaşırdı.  O,  mili 

sərvətin  toplanmasında,  yığımında  əməyin  yüksək  qiymətləndirir  və  əmək 

subyektlərinin  (yəni  insanların,  işçinin)  hazırlanmasında  ictimai  resurslarının 

yönəldilməsinin  zəruriliyi  qeyd  edirdi.  O  özünün  «Vergilər  və  yığımlar  haqqında 

traktat»ında  məktəblərdə  və  universitetlərdə  təhsilin  dövlət  vəsaitləri  hesabına 

maliyyələşdirilməsini  müdafiə  edirdi. 

ctimai  əməyin  dəyərini  və  ölkə 

iqtisadiyyatındakı  rolunu  qiymətləndirməklə,  həm  də  insanlarının  məcmuu 

ə

məyinin ictimai dəyərini müəyyən etməyə çalışırdı (onu yüksək qiymətləndirirdi). 



A.Smit  insan  əməyini  cəmiyyətin  ehtiyatı  kimi  qəbul  edirdi  və  göstərirdi  ki, 

ictimai  əməyin  məhsuldarlığının  artması  hər  şeydən  öncə  işçinin  vərdiş  və 

bacarıqlarının  səviyyəsi,  çevikliyindən  asılıdır,  ondan  sonra  maşın  və 

avadanlıqların  təkmilləşdiriliməsi  və  yaxşılaşdırılmasından.  Beləliklə  o  hesab 




 

59

edirdi ki, əsas kapitalın təkcə maşın və avadanlıqdardan, digər əmək alətlərindən, 



bina və tikililiərdən, torpaqdan ibarət deyildir, o həm də cəmiyyət üzvlərinin əldə 

etdikləri  faydalı  xüsusiyyətlərdən,  qabiliyyətlərdən  ibarətdir.  Burada  həm  əsas 

kapital olaraq istehsal prosesində insanın istifadə etdiyi qabiliyyətlərın məzmunu, 

həm  də  onun  bütün  yaşadığı  dövr  ərzində  təlim-tərbiyəsi  proseslərində  qazandığı 

xüsusiyyətlər daxil edilirdi. Bunlar həm şəxsin sərvətinin bir hissəsi, həm də bütün 

cəmiyyətin sərvətinin bir hissəsini təşkil edir.  şçinin bacarığı və çevikliyi maşın və 

avadanlıqlarda olduğu kimi onun əməyini yüngülləşdirir və onun formalaşması və 

inkişafı  müəyyən  xərclər  tələb  edir  ki,  bu  xərclər  də  mənfəətlə  birgə  qayıdır. 

A.Smit işçinin əməyinin dəyərinin onun yaradıcılıq səviyyəsindən birbaşa asılılığı 

məsələsini  irəli  sürürdü.  Uyğun  olaraq,  cəmiyyət  tərəfindən  işçinin  yaradıcılıq 

qabiliyyətinə, usğalığına qarşı tələblər nə qədər yüksək olarsa, onun təlimi müddəti 

nə  qədər  çox  olarsa,  buna  nə  qədər  çox  vəsait  sərf  olunarsa,  belə  əməyin  dəyəri 

daha  yüksək  olar.  Beləliklə,  A.Smit  iqtisad  elminə  insan  qabiliyyətlərinin 

qiymətləndirilməsi  problemi  gətirməklə,  onun  dəyərini  artıran  amilləri  də  qeyd 

edirdi.  Bunlar  işçinin  ustalığı,  təhsil  xərcləri,  çeviklik,  insan  qabiliyyətlərinə 

hörmət, inam idi. O istehsal münasibətlərini bir vahid olaraq insanın qabiliyyəti və 

yerinə yetirilən işin ixtisas dəyərinə ayırırdı.  

C,S.Mill isə əməyin tətbiqi və əmək prosesinin həyata keçirilməsi nəticəsində 

alınan  məhsul  və  xidmətlərdən  asılı  olaraq  istiqamətlər  üzrə  əmək  növlərini 

nəzərdən  keçirirdi.  O,  «insan  kapitalı»  ideyasına  məhsuldar  əmək  şəraitində 

yanaşırdı.  Onun  yanaşmasındakı  yeni  məna  çalarları  insan  kapitalının 

formalaşmasında  zehni  faktorun  rolu  və  yeri  ilə  əlaqəli  idi.  O  hesab  edirdi  ki, 

insanın  məhsuldar  gücünü  inkişaf  etdirən  həm  fiziki,  həm  də  zehni  qabiliyyətləri 

ə

məyin bir hissəsi hesab etmək olar ki, cəmiyyət məhz buə mək vasitəsilə istehsal 



fəaliyyətini  həyata  keçirir.  O,  istehsal  proseslərini  yaradanların  əməyini  zehni 

ə

məyini əməyin xüsusi bir növü olaraq qəbul edirdi. Və insanın bütün gücü fiziki 



və  zehni  elementlərdən  ibarətdir.  Alimlərin  və  nəzəriyyəçi-mütəfəkkirlərin  əməyi 

texniki  yenilikləri  yaradanların  əməyi  kimi  sözün  dar  mənasında  istehsalın 

elementi olaraq çıxış edir. O öz əsərləri, nəzəri tədqiqatları ilə intellektual əməyin 



 

60

istehsal  prosesində  xüsusi  əhəmiyyətini  əsaslandıraraq,  cəmiyyətin  buna  xüsusi 



diqqət  yetirməsinin  vacibliyini  bildirirdi.  Buna  görə  də  Milli  əmək 

məhsuldarlığının amilləri sırasında biliyin xüsusi rolunu qeyd edirdi. 

C.S.Mill  istehsal  fəaliyyəti  proseslərində  işçinin  mənəvi  motivlərinin  xüsusi 

rolunu qeyd edirdi və buna əmək məhsuldarlığının xüsusi amili kimi yanaşırdı və 

qeyd  edirdi  ki,  « şçinin  mənəvi  keyfiyyətləri,  xüsusiyyətləri  onun  zehni  inkişaffı 

qədər əməyin səmərəliliyi və keyfiyyətinə təsir göstərir». Ailədə insan kapitalının 

formalaşmasını  ayrılan  xərclərin  ictimai  faydalılığı  haqqında  ideyanın 

ə

saslandırılmasına  xüsusi  əhəmiyyət  verirdi.  Onun  fikrincə  insanın  əmək 



fəaliyyətinə hazırlığı prosesində ailənin rolu daim yüksəkdir.  

Klassik  məktəbin  görkəmli  nümayəndələrindən  olan  K.Marks  «Kapital» 

ə

sərində  əmək  elementlərinin  dialektik  təhlili  məsələləlrinə  diqqət  yetirmişdir  və 



sadə və mürəkkəb əməyi bir-birindən ayırmışdır. Onun fikrincə sadə əmək hər bir 

kəsə  məxsusdur  və  istehsal  olunmuş  məhsulu  dəyər  baxımından  ölçməyə  imkan 

verir.  «Kapital»  əsərində  buə  mək  mücərrəd  insan  əməyi  anlamına  gəlir.  nsanın 

qabiliyyətləri isə əmək məhsuldarlığının məzmununda sanki «əriyir». Mraksa görə 

ə

məyin  məhsuldar  qüvvəsi  müxtəlif  şərtlər,  hallarla,  o  cümlədən  –  işçinin 



yaradıcılıq  səviyyəsi,  elmin  inkişaf  səviyyəsi  və  texnologiyanın  tətbiqi  səviyyəsi, 

istehsal  proseslərinin  ictimai  kombinasiyası,  istehsal  vasitələrinin  ölçüsü  və 

səmərəliliyi,  təbii  şərait  və  digər  amillər.  « nsan  kapitalı»  haqqında  fikirlər, 

yanaşmaya  məhz  Marksın  işçi  qüvvəsinin  təkrar  istehsalı,  bərpası  üçün  zəruri 

məsrəflər haqqındakı müddəalarında rast gəlmək olur.  şçi əmək prosesində fiziki, 

zehni enerji sərf etdiyi üçün onun bərpası zərurəti yaranır, çünki onun səhəri əmək 

prosesini təkrarlaması vacibdir. Eyni zamanda işçinin ailə üzvlərinın də yaşaması 

üçün  vəsait  tələb  olunur.  Onun  uşaqlarının  inkişafı  və  böyüyüb  işçi  qüvvəsinə 

çevrilməsi  də  işçi  qüvvəsinin  təkrar  istehsalının  tərkib  hissəsi  kimi  müəyyən 

xərclər tələb edir (təhsil, tərbiyə xərcləri və s.) Bu xərclər içərsində o işçinin təhsi 

xərclərinə  xüsusi  diqqət  yetirir.  Onun  fikrincə  işçi  qüvvəsinin  təkrar  istehsalı  ilə 

bağlı  bu  xərcləri  həyata  keçirmədən  əməyin  məhsuldarlığı  mümkünsüzdür.  şçi 

qüvvəsinin ixtisas səviyyəsindən asılı olaraq bu xərclər müxtəlifdir. Marks bununla 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə