Azərbaycan Respublikası Səhiyyə Nazirinin
19 sentyabr 2012-ci il tarixli 70 nömrəli
əmri ilə təsdiq edilmişdir.
Həkim-patoloqoanatomun nümunəvi vəzifə
T Ə L İ M A T I
I. Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı həkim-patoloqoanatomun vəzifə öhdəliklərini, hüquq
və məsuliyyətini müəyyən edir.
2.
Həkim-patoloqoanatom vəzifəsinə ali tibb təhsili olan, qanunvericiliklə
müəyyən edilmiş qaydada müvafiq ixtisas üzrə peşə hazırlığı keçmiş şəxs təyin
edilir.
Elmi-tədqiqat institutlarının klinikalarında, respublika mərkəzlərində
(xəstəxanalarında), klinik xəstəxanalarda ali tibb təhsili olan və qanunvericiliklə
müəyyən edilmiş qaydada_“patoloji anatomiya, məhkəmə tibbi ekspertiza” ixtisası
üzrə peşə hazırlığı keçmiş, ixtisası üzrə ən azı 3 il əmək stajına malik şəxs təyin
edilir.
3. Həkim-patoloqoanatom Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin və
vəzifədən azad edilir.
4.
Həkim-patoloqoanatom bilavasitə patoloqoanatomik şöbənin müdirinə,
onun olmadığı halda isə tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.
5.
Həkim-patoloqoanatom aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə
müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
5.2. xəstəxana və ambulator-poliklinik müəssisələrində, təcili və
təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman yardımının təşkilinin
əsaslarını;
5.3. öz ixtisası üzrə diaqnostika müasir metodlarını;
5.4. patoloji anatomiya,məhkəmə tibbi ekspertiza xidmətinin təşkili, strukturu,
ştatları və təchiz edilməsi ilə bağlı məsələləri;
5.5. öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik
sənədləri;
5.6. tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;
5.7. əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial
ekspertizanın aparılması qaydasını;
5.8. dispanserizasiyanın əsaslarını, prinsip və metodlarını;
5.9. tibbi sığorta şəraitində səhiyyə müəssisəsinin və tibb işçilərinin
fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;
5.10. həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın
əsaslarını;
2
5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və
laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;
5.12. təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;
5.13. sanitar-maarifləndirmənin əsaslarını;
5.14. daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.
II.
Vəzifə öhdəlikləri
6.
Həkim- patoloqoanatom tədqiqatın müasir metodlarından istifadə etməklə
ixtisaslaşdırılmış patoloqoanatomik diaqnostikanı aparır.
7.
Histoloji preparatların mikroskopik tədqiqatını aparır, əlavə tədqiqatların
nəticələrini təhlil edir və yarılma protokolunda müvafiq qeydlər edir.
8.
Müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz
ixtisası üzrə məsləhət yardımı göstərir.
9.
Ölüm haqqında həkim şəhadətnaməsini doldurur, ölənin qohumlarına
xəstəliyin xarakteri və ölümün səbəbi barədə şifahi arayış verir.
10. Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə
öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.
11. Diaqnostik
və müalicə prosedurlarının aparılmasının, alət, aparat və
avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik
tibb heyəti tərəfindən əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir.
12. Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir. Tibbi və
digər sənədlərin müəyyən edilmişqaydalara uyğun olaraq vaxtında və keyfiyyətli
rəsmiləşdirilməsini təmin edir.
13. Klinik-patoloqoanatomik konfransların hazırlanması və aparılmasında
iştirak edir.
14. Bölmənin işi barədə illik hesabatın tərtib edilməsində iştirak edir.
15. Tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan
əməyin mühafizəsi qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin
vaxtında məlumatlandırılması da daxil olmaqla, tədbirlər görür.
16. Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə
təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.
17. Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.
III.
Hüquqlar
18. Həkim-patoloqoanatom aşağıdakı hüquqları vardır:
18.1. müstəqil surətdə patoloqoanatomik diaqnoz qoymaq, zərurət olduqda
başqa ixtisaslı həkimləri müəyyən edilmişqaydada məsləhət üçün cəlb etmək;
18.2. müalicə-diaqnostika prosesinin təkmilləşdirilməsi, özünün əmək
fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək;
18.3. öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət
etmək, sərəncamlar vermək və onların həvəsləndirilmə və tənbeh edilmə üzrə
rəhbərliyə təkliflər vermək;
3
18.4. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
18.5. onun işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik
konfranslarda və müşavirələrdə iştirak etmək;
18.6. müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.
19. Həkim-patoloqoanatom Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.
IV.
Məsuliyyət
20. Həkim-patoloqoanatom aşağıdakılara görə məsuliyyət daşıyır:
20.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
20.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə;
20.3.
daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası
qaydalarına riayət edilməsinə;
20.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər
xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;
20.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş
qaydada təqdim edilməsinə;
20.6. ona tabe işçilərin nizam-intizam qaydalarına və vəzifə öhdəliklərinin
yerinə yetirilməsinə;
20.7. tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan
təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan
qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ
tədbirlər həyata keçirilməsinə;
21. Həkim-patoloqoanatom əmək intizamının, qanunvericilik və normativ-
hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq
dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb
edilə bilər.
Dostları ilə paylaş: |