18
FAYDALI MƏLUMAT
Banklar və kredit kartları
Şəhərin bir çox yerlərində bankomatlar var və demək olar ki, onların hamısı beynəlxalq debit və kredit kartlarını qəbul
edir. Bankların əsas filialları bazar ertəsindən cümə gününədək (qısa iş günü) fəaliyyət göstərir, bazar günləri isə bağlı
olur. Kiçik filiallar isə həm şənbə, həm də bazar günləri fəaliyyət göstərmir. Beynəlxalq kredit və debit kartları restoranların
və böyük mağazaların əksəriyyətində keçərlidir.
Milli valyuta
Azərbaycanın milli valyutası Azərbaycan Manatıdır (AZN).
1 Manat 100 qəpiyə bərabərdir və Manatın 1, 5, 10, 20, 50 və 100-lük əskinasları var. Azərbaycandan kənarda digər
valyutaları Manata mübadilə etmək mümkün deyil. Buna görə də ölkəyə səfər edən qonaqlar hava limanındakı
valyutadəyişmə məntəqəsindən və şəhərdəki bankomatlardan istifadə etməlidirlər.
Elektrik
Azərbaycanda standart elektrik cərəyanı 220 voltdur. Elektrik cihazlarının və qurğularının 2-bağlı ştepsel başlıqları Avropa
standartı olan 220-240 volta uyğundur.
Çaypulu
Azərbaycanda xidmət üçün çaypulu verilməsi tələb olunmur, lakin bu ənənə Bakıda geniş yayılıb. Bəzi mötəbər restoran
və otellərdə xidmət rüsumu hesaba daxil edilir. Dünyanın hər bir yerində olduğu kimi, gostərilən xidmət orta səviyyədən
yuxarı olarsa, xidmətə görə çaypulu vermək yüksək qiymətləndirilir.
Avtomobil icarəsi
Avtomobili icarə etmək üçün bir çox şirkətlərə müraciət edə bilərsiniz. Bakıda avtomobil icarəsi üzrə ixtisaslaşmış
şirkətlərdən ən məşhurları Cars4RentBaku.com və Azrent.az şirkətləridir.
Ətraflı məlumat almaq üçün 22-ci səhifəyə baxın.
Taksi xidməti
“Baku Taxi Service” +994124041238 və ya 1414
Neftçilər prospekti (Bakı İdman Sarayının yaxınlığında)
Azərbaycan prospekti (Mərkəzi Univermağın yaxınlığında)
Dil
Ölkənin rəsmi dili Azərbaycan dilidir, amma əksər insanlar rus, türk və ingilis dillərində də danışa bilir.
İş saatları
İş vaxtı bazar ertəsindən cümə gününədək saat 09:00-dan 18:00-a qədərdir. Banklar saat 09:00-dan 18:00-a qədər açıq
olur, lakin bank əməliyyatları saat 09:30-dan 17:00-a qədər həyata keçirilir. Mağazalar adətən həftənin 7 günü açıq olur
və səhər saat 09:30 və ya 10:00-dan 20:00-a qədər işləyir. Barlar və restoranlar adətən ən azı saat 23:00-a qədər
fəaliyyət göstərir.
Siqaret çəkmək
Azərbaycanda ictimai yerlərdə, o cümlədən bir çox restoran və barlarda siqaret çəkməyə icazə verilir. Siqaret çəkmək
üçün ayrılmış xüsusi yerlər istisna olmaqla, Bakı Şəhər Halqasının heç bir hissəsində siqaret çəkmək olmaz.
Vergilər (ƏDV)
Azərbaycanda Əlavə Dəyər Vergisi (ƏDV) sistemi bir çox Avropa ölkələrində tətbiq edilən sistemə bənzəyir və ƏDV satılan
malların və göstərilən xidmətlərın, habelə idxal olunmuş malların qiymətinə əlavə olunur. ƏDV ödəyiciləri, ƏDV tətbiq
olunmuş məhsullara ƏDV məbləğindən artıq vəsait ödədikləri halda, ƏDV məbləğindən artıq olan vəsaiti geri ala bilərlər.
19
Telefon
Azərbaycanın ölkə kodu +994-dür, Bakı şəhərinin kodu isə 012-dir. Azərbaycandan beynəlxalq xətlərə çıxış üçün
beynəlxalq kod 00-dır və bu kod digər ölkələrə zəng etdikdə ölkə və şəhər kodundan əvvəl yığılmalıdır. Azərbaycanda
mobil telefon nömrələri 10 rəqəmdən ibarətdir və bu nömrələr əsasən 050 və ya 051 ilə başlayır. Azərbaycan daxillində
zəng etmək üçün bütün 10 rəqəm yığılmalıdır. Məsələn: 050-123-XXXX. Xarici ölkələrdən Azərbaycana zəng etdikdə ölkə
kodu nömrəyə əlavə olunur və 1 sıfır silinir. Məsələn: +994-50-123-XXXX.
Saat qurşağı
Azərbaycanda saat ümümdünya vaxtına (UTC+4)
RESTORAN VƏ KAFELƏR
ELİT RESTORANLAR
ÇİNAR
Bar-Lounge-Restoran Ş.Ələkbərova küç. 1
(+994 12) 404 82 11
Sifariş mərkəzi: *6363 reservations@chinar-
dining.az
PARIS BISTRO
Z. Əliyeva küç, 1/4, Kukla Teatrı
(+994 12) 404 82 15
reservations@parisbistro.az
BUDDA-BAR
Bar-Lounge-Restoran
Neftçilər pros. 99
(+994 12) 404 82 09
reservations@buddhabar-baku.az
İş saatları: 10:00-02:00
ART GARDEN
A.Zeynallı küç.22, İçərişəhər
(+994 12) 492 13 31
EL PORTALON
İspan Restoranı
(Bakı buxtasının qarşısında)
(+994 12) 404 82 17
reservations@elportalon.az
HOUSE OF SULTANS
Xarici və Azərbaycan Mətbəxi
Böyük Qala küç.20, İçərişəhər
+(994 12) 437 23 06
EVDƏ
Bar-Grill
S.Vurğun küç. 25
(+994 12) 404 82 13
reservations@evde-dining.az