12
BAKI ŞƏHƏR HALQASINA NECƏ GETMƏLİ
Metro Xidməti
Şəhərin mərkəzinə gediş-gəliş üçün ən rahat vasitə metrodur. Yarış Trekinə ən yaxın metro stansiyaları bunlardır:
İçərişəhər metro stansiyası – Yarış Trekinin ətrafı
28 may metro stansiyası – Yarış Trekindən 700 metr məsafədə
27, 28, 29 aprel tarixlərində, İçərişəhər və 28 may metro stansiyaları saat 02:00-a qədər fəaliyyət göstərəcək (Giriş və
Çıxış). Digər metro stansiyaları isə saat 00:00-a kimi fəaliyyət göstərəcək (yalnız Çıxış üçün).
Qeyd: Sahil metrosu aparılan müvəqqəti təmir-tikinti işləri ilə əlaqədar fəaliyyət göstərməyəcək.
Ətraflı məlumatı http://www.metro.gov.az/en/ vebsaytından əldə edə bilərsiniz.
13
BAKI ŞƏHƏR HALQASINA NECƏ GETMƏLİ
Taksi Xidməti
Bakıda taksi tapmaq çətin deyil. Taksi yarış həftəsonu sizi Yarış Trekinin yaxınlığında sərnişinlər üçün
nəzərdə tutulmuş dayanacağa qədər gətirə bilər. Lakin Məkana Giriş Qapılarının yanına nəqliyyatın hərəkəti
qadağandır. Odur ki, məkana vaxtında çatmaq üçün bir qədər tez yola çıxın.
Bakı şəhərində fəaliyyət göstərən taksi şirkətləri haqqında ətraflı məlumatı
https://www.bakutaxi.info/taxi
vebsaytından əldə edə bilərsiniz.
Yuxarıda verilmiş linkə daxil olaraq, yol xərcini əvvəlcədən öyrənməklə ən münasib taksi şirkətini seçə
bilərsiniz. Sürücü sizdən artıq pul almağa çalışarsa, bu barədə taksi şirkətinə məlumat verməyiniz xahiş
olunur. Bakıda taksi qiymətləri baha deyil.
İtmiş əşyalarla bağlı sualınız yaranarsa, taksi şirkəti ilə əlaqə saxlayın.
Taksi sifariş etməyin bir sıra yolu var: dispetçer
nömrəsi ilə əlaqə saxlaya, vebsayt üzərindən onlayn
qaydada müraciət edə və ya smartfon tətbiqi vasitəsilə taksi sifariş edə bilərsiniz. Qiymət avtomobilin
növündən və yolun uzunluğundan asılı olaraq dəyişir.
Müştərilərin rahatlığı üçün şirkətlər müxtəlif ödəniş üsulları təklif edir:
Nəğd
Əvvəlcədən onlayn Visa və MasterCard-la ödəniş etməklə
Mobil tətbiq vasitəsilə
Kredit kartla ödəniş etmək istəyirsinizsə, bunu öncədən taksi şirkəti ilə dəqiqləşdirin. Bəzi şirkətlərdə bu xidmət yoxdur.
14
BAKI ŞƏHƏR HALQASINA NECƏ GETMƏLİ
Yolların Bağlanması, Yol Hərəkəti və Parklamaya Nəzarət
Aprelin 21-dən Nəqliyyatın İdarə Olunması Planı qismən tətbiq olunacaq. Yarış Treki ətrafında nəqliyyatın
hərəkəti isə aprelin 23-ü, gecə saat 01:00-dan etibarən tamamilə dayandırılacaq.
Trekin yaxınlığında parklama sahəsi olmadığından tamaşaçılara Yarış Trekinə gediş-gəliş üçün ictimai
nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.
Yarış vaxtı bağlanmış yollar, BŞH treki və nəqliyyatın hərəkəti haqqında ətraflı məlumat üçün aşağıdakı xəritəyə nəzər
salın. (
Bağlı yol
,
BŞH trası
,
Yarış zamanı ictimai nəqliyyatın hərəkəti
)
Xəritə – Yolların Bağlanması, Yol Hərəkəti və Parklamaya Nəzarət – Ümumi görünüş