67
Azərbaycanlıların Sоyqırımı Günü (31.03.1918)
Milli Qəhrəmanlar
Azərbaycanın Milli Qəhrəmanı Nəzərli Hikmət Baba oğlunun
(07.03.1966-02.1992) anadan olmasının 45 illiyi
Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Nurəddin İslam oğlunun
(16.03.1951-10.02.1995) anadan olmasının 60 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Nəsrəddinov Rafiq Hüseyn oğlunun
(18.03.1961-06.09.1992) anadan olmasının 50 illiyi
Azərbaycanın Milli Qəhrəmanı Əsədov Əsəd Soltan oğlunun
(22.03.1956-29.10.1991) anadan olmasının 55 illiyi
Mühəndis işi. Texnika
Dövlət xadimi, energetik, texnika elmləri namizədi, professor
Bayramzadə Əlirza Baxşəli oğlunun (18.03.1911-01.08.1963) anadan
olmasının 100 illiyi
Rus fiziki, dövlət xadimi Vavilov Sergey İvanoviçin (24.03.1891-
25.01.1951) anadan olmasının 120 illiyi
İsveçli ixtiraçı və sənaye sahibkarı Nobel Emmanuelin (24.03.1801-
03.09.1872) anadan olmasının 210 illiyi
Mədəniyyət. Maarif. Təhsil
Akademik Nağıyev Tofiq Murtuza oğlunun (04.03.1941) anadan
olmasının 70 illiyi
Rəssamlıq. Heykəltəraşlıq
Rus rəssamı Vrubel Mixail Aleksandroviçin (17.03.1856-14.04.1910)
anadan olmasının 155 illiyi
Fransız heykəltəraşı Qudon Jan Antuanın (20.03.1741-15.07.1828)
anadan olmasının 270 illiyi
68
Alman rəssamı, qrafikaçı Qrundiq Leanın (23.03.1906) anadan
olmasının 105 illiyi
İspan rəssamı Qoyya-i-Lüsyentes Fransisko Xose de Fuendetodosun
(30.03.1746-16.04.1828) anadan olmasının 265 illiyi
Neft
Neftçi-geoloq Bağırzadə Faiq Məmməd oğlunun (20.03.1926-
24.03.1988) anadan olmasının 85 illiyi
Neftçi, buruq ustası Məmmədov Abbas Zaman oğlunun (24.03.1916-
01.01.1976) anadan olmasının 95 illiyi
Riyaziyyat
Fransız filosofu və riyaziyyatçısı Dekart Renenin (31.03.1596-
11.02.1650) anadan olmasının 415 illiyi
Kimya.Biologiya
AMEA-nın həqiqi üzvü, Milli Onkologiya Elmi Mərkəzinin direktoru
Əliyev Cəmil Əziz oğlunun (30.03.1946) anadan olmasının 65 illiyi
Texnika elmləri doktoru, kimyaçı alim Qəmbərov Yunis Heydər
oğlunun (05.03.1926-07.09.1991) anadan olmasının 85 illiyi
Coğrafiya. Geologiya
Rus coğrafiyaşünası, bioloq, Əməkdar elm xadimi Berq Lev
Semyonoviçin (14.03.1876-24.12.1950) anadan olmasının 135 illiyi
Əməkdar elm xadimi, coğrafiyaşünas Kərəmov Nurəddin Kərəm
oğlunun (20.03.1911-13.08.1981) anadan olmasının 100 illiyi
Türk səyyahı, coğrafiyaşünas Övliya Çələbi ibn Dərviş Məhəmməd
Zillinin (25.03.1611-1679 (1682,1685)) anadan olmasının 400 illiyi
69
Musiqi.Opera. Balet
Əməkdar incəsənət xadimi, bəstəkar Bağırov Zakir Cavad oğlunun
(16.03.1916-08.01.1996) anadan olmasının 95 illiyi
Macar bəstəkarı, pianoçu və musiqi folklorçusu Bartok Belanın
(25.03.1881-26.09.1945) anadan olmasının 130 illiyi
Rus aktyoru, rejissor və teatr pedaqoqu Tuqanov Aleksandr
Aleksandroviçin (31.03.1871-06.03.1960) anadan olmasının 140 illiyi
Xanəndə, musiqi xadimi Cabbar Məşədi İsmayıl oğlunun (Cabbar
Qaryağdı oğlu) (31.03.1861-20.04.1944) anadan olmasının 150 illiyi
Xalq artisti, pianoçu Babayev Rafiq Fərzi oğlunun (31.03.1936-
19.03.1994) anadan olmasının 75 illiyi
Teatr. Kino
Polyak kinorejissoru, ssenarist Vayda Anjeyin (06.03.1926) anadan
olmasının 85 illiyi
Xalq artisti, görkəmli aktyor Qurbanov Ağadadaş Gülməmməd oğlunun
(08.03.1911-25.06.1965) anadan olmasının 100 illiyi
Əməkdar artist, aktyor Qafarlı Əlihüseyn Əbdülrəhim oğlunun
(15.03.1911-06.10.1961) anadan olmasının 100 illiyi
Xalq artisti, aktyor Haqverdiyev Əyyub Məmmədəli oğlunun
(15.03.1911-12.06.1996) anadan olmasının 100 illiyi
Xalq artisti, aktyor Seyfi Ələkbər Seyfulla oğlunun (19.03.1901-
15.12.1977) anadan olmasının 110 illiyi
Aktyor, pedaqoq Kazımzadə Kazım Cəfər oğlunun (Kazım Ziya)
(21.03.1896-20.11.1956) anadan olmasının 115 illiyi
Xalq artisti, Dövlət mükafatı laureatı Axundov Ruhulla Fətulla oğlunun
(Sidqi Ruhulla) (28.03.1886-05.05.1959) anadan olmasının 125 illiyi
70
Hökumə İbrahim qızı Billuri
1926-ci il mart ayının 3-də Cənubi
Azərbaycanın Zəncan şəhərində
dəmirçi ailəsində anadan olmuş-
dur. 1933-1943-cü illərdə “Azəri”
orta qız məktəbində təhsil almış və
həmin məktəbdə müəllim saxlan-
mışdır. Sovet Ordusu İranda oldu-
ğu dövrdə ictimai-siyasi fəaliyyətə başlamışdır. Xəm-
sə vilayət partiya komitəsinin üzvü olmuşdur. İlk şeir-
lərini orta məktəbdə ikən fars, sonra Azərbaycan di-
lində yazmışdır. Onun Azərbaycan dilində qələmə al-
dığı ilk şeirləri, “Fəhlə”, “Göyərçin”, “Sübh açıldı” və
s. məqalələri 1945-ci ildə “Azər”, “Vətən yolunda”
qəzetlərində və “Azərbaycan” jurnalında çıxmışdır.
Azərbaycan Demokrat Partiyası Zəncan Vilayət Ko-
mitəsi Təbliğat şöbəsinin sədr müavini və “SSRİ ilə
İran arasında mədəni rabitə cəmiyyəti” Zəncan şöbəsi-
nin sədr müavini, mədəniyyət evi kitabxanasının mü-
diri vəzifəsində işləmişdir. Cənubi Azərbaycanda in-
qilabi hadisələrin fəal iştirakçısı olduğuna görə “21
Azər” medalına layiq görülmüşdür. 1946-cı ilin deka-
brından Şimali Azərbaycanda mühacirətdə yaşayır.
Həmin vaxtdan fəal bədii və elmi yaradıcılıqla məşğul
olmuş, dövri mətbuatda müntəzəm çıxış etmişdir.
1955-ci ildə “Şeirlər”, 1963-cü ildə “Azadlıq baharı”,
1970-ci ildə “İthaf”, 1980-ci ildə “Sənin könül otağın”
və s. kitabları Moskvada və Bakıda rus dilində nəşr
olunmuşdur.
1952-ci ildə ADU-nun (indiki BDU) Filologiya
fakültəsini bitirmiş, 1952-1954-cü illərdə “Azərnəşr”
də Ədəbi-bədii şöbədə re-
daktor işləmiş, 1954-1956-
cı illərdə Azərbaycan KP
MK nəzdində partiya mək-
təbini fərqlənmə diplomu
ilə bitirmişdir. Bu dövrdə o,
iki dəfə Azərbaycan De-
mokratik Partiyası MK-nın
üzvü seçilmişdir. 1956-
1960-cı illərdə ADP MK-
nın siyasi orqanı “Azərbay-
can” qəzetinin baş redakto-
ru vəzifəsində işləmişdir.
1960-1963-cü illərdə Mos-
kva Sov.İKP MK nəzdində
olan İctimai Elmlər Akade-
miyasını bitirmiş, orada
“İran Azərbaycan realist
demokratik
ədəbiyyatı”
mövzusunda dissertasiya
müdafiə edərək filologiya
elmləri namizədi elmi dərə-
cəsini almışdır. 1964-cü il-
də Azərbaycan EA Yaxın
və Orta Şərq xalqları İnsti-
tutunda baş elmi işçi vəzi-
fəsində işləmişdir.
Azərbaycan Ali Soveti
Rəyasət Heyətinin Fəxri
fərmanı və SSRİ medalları
ilə təltif olunmuşdur. O,
Mart
85 illiyi
Hökumə Billuri
1926-2000
Şairə
3
Dostları ilə paylaş: |