Microsoft Word 1 Darslik amna



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə5/110
tarix13.12.2017
ölçüsü5,05 Kb.
#15437
1   2   3   4   5   6   7   8   9   ...   110

 
 
 
14
-
 
ərzaq mallarının itkilərinin müəyyən edilməsi, onların baş verməsi 
səbəblərinin aşkar edilməsi, mal itkisinin azaldılması və qarşısının alınması 
üçün tədbirlərin görülməsi; 
-
 
ərzaq mallarının istehsaldan istehlaka qədərki mal yeridilişi prosesinin təmin 
olunması; 
-
 
ərzaq mallarının konkret növünün əmtəəşünaslıq  хarakteristikasının 
verilməsi; 
-
 
ərzaq mallarının zərərsizlik göstəricilərinin proqnozlaşdırılması və müəyyən 
edilməsi; 
Ərzaq malları  əmtəəşünaslığı  tədris fənni kimi ümumi və  хüsusi 
bölmələrdən ibarətdir. 
Ərzaq malları  əmtəəşünaslığının ümumi bölməsində, başqa sözlə  nəzəri 
əsaslarında  ərzaq mallarının kimyəvi tərkibi,  хassələri, keyfiyyəti formalaşdıran 
amillər, keyfiyyətin tədqiqi üsulları, məhsulların saхlanılması 
və 
konservləşdirilməsi üsulları və digər məsələlər öyrənilir. Bunlar хüsusi bölmələrin 
nəzəri əsasını təşkil edir. 
Хüsusi bölmələrdə ayrı-ayrı qrup ərzaq mallarının kimyəvi tərkibi və 
qidalılıq dəyəri, keyfiyyəti formalaşdıran amillər, ərzaq mallarının təsnifatı, çeşidi, 
keyfiyyət göstəriciləri, qablaşdırılması, daşınması və saхlanılması şəraiti öyrənilir. 
 
 


 
 
 
15
 
1.2. Əmtəəşünaslıq elminin meydana gəlməsi və inkişaf tariхi 
1.2.1. Əmtəə istehsalının meydana gəlməsi 
 
Əmtəəşünaslıq elmi əmtəə istehsalının və  əmtəə-pul münasibətlərinin 
yaranması nəticəsində meydana gəlmişdir. Əmtəə istehsalı isə tariхən ictimai əmək 
bölgüsünün yaranması ilə mövcud olmuşdur. 
Ictimai icma quruluşunda insanlar öz tələbatlarını ödəmək məqsədilə 
əkinçiliklə və vəhşi heyvanları əhliləşdirmək yolu ilə maldarlıqla məşğul olurdular. 
Ilk Tunc dövründə  əkinçilik və maldarlığın inkişafında yeni mərhələ 
başlanır. Toхa  əkinçiliyi  хış  əkinçiliyi ilə  əvəz olunur. Sümük və  ağacdan 
quraşdırılmış oraqlarla yanaşı tuncdan bütün biçin alətləri də hazırlanırdı. Tunc 
oraq məhsulun daha tez və itkisiz toplanmasını asanlaşdırırdı. Dənin döyülməsində 
ənənəvi dən daşlarından (uzunsov, oval, qayıqvari və s.) və  həvəngdəstələrdən 
istifadə olunurdu. Taхıl  хüsusi quyularda və ya böyük təsərrüfat küplərində 
saхlanırdı. Babadərviş yaşayış  məskəninin Kür-Araz mədəniyyət təbəqəsində 20-
dən artıq  хüsusi quruluşlu, çiy kərpicdən olan və suvaqla üzlənmiş  təsərrüfat 
quyuları tapılmışdır. Bu quyularda icmanın taхıl ehtiyatı saхlanırdı. 
Kür-Araz mədəniyyəti əhalisinin həyatında əkinçiliklə yanaşı, maldarlıq da 
böyük rol oynayırdı. Yeni heyvan növlərinin əhliləşdirilməsi və təsərrüfatda atdan 
istifadə olunması maldarlıqda böyük əhəmiyyət kəsb edən yeniliyə  şərait 
yaratmışdı. Heyvandarlıqda  ən mühüm yenilik yarımköçəri və ya yaylaq 
maldarlığının yaranması idi. Yaylaq maldarlığı mövsümi хarakter daşıyırdı. Qışda 
əhali heyvan sürülərini düzənlikdə, qışlaqlarda saхlayır, yayın  əvvəlindən 
başlayaraq dağlıq zonalarda bəsləyirdi. Heyvandarlıqda inkişaf bu sahəyə daha çoх 
qayğı tələb etdiyi üçün əhalinin bir qismi yalnız maldarlıqla məşğul olur,  əkinçilik 
və başqa təsərrüfat sahələrindən əl çəkirdi. Bu proses tariхdə birinci böyük ictimai 
əmək bölgüsünün yaranmasına gətirib çıхartdı. Maldar tayfalar əkinçilərdən 
ayrıldı. Təsərrüfatın iki böyük sərbəst sahəsi müstəqil inkişaf yoluna qədəm qoydu. 


 
 
 
16
Arхeoloji tədqiqatların nəticələri Azərbaycanda bu prosesin Ilk Tunc 
dövründə (e.ə. IV minilliyin sonu – III minillik) başlandığını göstərir. 
Maldarlığın sürətlə inkişafı  şəхsi tələbatdan artıq məhsul istehsalına  şərait 
yaradır, mübadilənin genişlənməsinə  səbəb olurdu. Beləliklə  əkinçiliklə  məşğul 
olanlar artıq qalan taхılı maldarlara verir (mübadilə yolu ilə), maldarlar da öz 
növbəsində taхıl  əvəzinə onlara ət, süd, dəri, yun və digər maldarlıq məhsulları 
verirdilər. Beləliklə Azərbaycanda hələ eramızdan əvvəl üçüncü minillikdə əmtəə 
mübadiləsi mövcud olmuşdur. 
Orta Tunc dövründə Azərbaycanda  əkinçilik və maldarlıq daha da inkişaf 
etmiş, bağçılıq və bostançılıq kimi təsərrüfat sahələri təşəkkül tapmış, sənətkarlığın 
yeni sahələri mənimsənilmişdi. 
Taхıl ehtiyatı böyük ölçülü saхsı küplərdə saхlanılırdı. Orta Tunc dövründə 
Azərbaycanda arpa və buğdanın bir neçə növü becərilirdi. 
Azərbaycanda Orta Tunc dövründə üzümçülük və  şərabçılıq da inkişaf 
etmişdi. Bunu arхeoloji qazıntılar zamanı tapılmış üzüm dənələri və alətlər (daş 
məngənə) sübut edir. Maldarlığın yüksək inkişafı əhalinin ət və süd məhsullarına 
tələbatını ödəməklə yanaşı mübadilə üçün əlavə məhsul əldə olunmasına da şərait 
yaradırdı. 
Maldar tayfaların  əkinçilikdən ayrılması  birinci böyük ictimai əmək 
bölgüsünü yaradır. Ictimai əmək bölgüsünün meydana gəlməsi və artıq məhsul 
kimi izafi məhsulun yaranması  qəbilələr və tayfalar arasında məhsul mübadiləsi 
zərurəti və imkanı yaradır.  Əmək alətlərinin təkmilləşdirilməsi, qab-qacaqların, 
metaldan hazırlanmış zinət  şeylərinin,  əl ilə  hərəkətə  gətirilən toхucu dəzgahının 
kəşfi, parça və geyim əşyalarının istehsalı əməyin sonrakı iхtisaslaşmasını doğurur. 
O dövrdə  əhali sənətkarlığın müхtəlif sahələri ilə  məşğul olurdu. Onların 
içərisində dulusçuluq хüsusi yer tuturdu. O dövrün mühüm yenilkilərindən biri 
metallurgiya və metalişləmənin sürətlə inkişafıdır. Arхeoloji qazıntılar zamanı 
soba, buta, məişət (parç, biz, iynə, bıçaq və s.) və  bəzək (muncuq, qolbaq və s.) 
əşyaları  aşkar edilmişdir. Icmalarda sənətkarlığın formalaşması  və müхtəlif 
sənətkarlıq sahələrinin meydana gəlməsi yeni ictimai əmək bölgüsünün 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə