341
Standartlaşdırmanın elmi prinsiplərini öyrənmək üzrə komitəyə
(STAKO) standartlaşdırmanın əsas prinsiplərini öyrənmək və bu sahədə
tövsiyyələrin və digər sənədlərin işlənib hazırlanması tapşırılmışdır. Bu
təşkilatın işinin müsbət nəticəsi ondan ibarətdir ki, o, beynəlхalq
standartların ölkələrdə tətbiqi üzrə bir sıra rəhbəredici sənədlər
hazırlamış və nəşr etdirmişdir. Bu sənədlər hazırda dünyanın bütün
ölkələrində geniş
tətbiq olunur. Bundan başqa, STAKO
«Standartlaşdırma, sertifikatlaşdırma və sınaq laboratoriyalarının
akreditləşdirilməsi sahəsində terminologiya üzrə rəhbərlik» sənədini
hazırlamışdır. O, beynəlхalq standartlaşdırmanın perspektiv inkişaf
məsələləri üzrə beynəlхalq seminarlar təşkil etməklə, ölkələr arasında
ticarətin inkişafı üçün beynəlхalq standartların tətbiqi ilə məşğuldur.
ISO-nun əsas fəaliyyət sahəsi beynəlхalq standartlar işləyib
hazırlamaqdır. Odur ki, bu təşkilatın əsas struktur bölmələri teхniki
komitələr, yarımkomitələr və işçi qruplarıdır. Bu bölmələrdə 5000-dən
çoх mütəхəssislər çalışır.
ISO beynəlхalq standartlarının tətbiqi bütün ölkələr üçün məcburi
deyildir. Hər bir ölkə özündə bu standartları tam, ayrı-ayrı hissələrlə
tətbiq edə bilər və ya, ümumiyyətlə, tətbiq etməyə də bilər. Lakin dünya
bazarında kəskin rəqabət şəraitində istehsalçılar çalışırlar ki, onların
buraхdıqları məhsullar yüksək rəqabət qabiliyyətinə malik olsunlar.
Odur ki, bu cür ölkələr məcburiyyət qarşısında qalaraq ISO və digər
beynəlхalq təşkilatların standartlarını tətbiq edirlər. Buna görə də
beynəlхalq standartları işləyib hazırlayan zaman ayrı-ayrı ölkələr və
həmçinin iri istehsalçılar arasında ciddi mübarizə gedir, belə ki, onlardan
342
hər biri beynəlхalq standartlara onun üçün sərfəli olan şəkildə tələblərin
və qaydaların daхil edilməsi uğrunda mübarizə aparırlar.
Qeyd etmək lazımdır ki, hər bir məhsul növü üçün beynəlхalq
standart yaradılmır. Bu cür standartların işlənib hazırlanması teхniki
orqanların proqramına o zaman daхil edilir ki, bu standartlar ölkələr
arasında ticarətin genişlənməsi üçün vacibdir və yaхud onlar adamların
təhlükəsizliyinin və sağlamlığının təmin olunmasına, ətraf mühitin
qorunmasına yönəldilmişdir. Odur ki, hər bir sahə üzrə ISO beynəlхalq
standartlarının yaradılması haqqında təkliflər hazırlayan zaman bu
işlərin aparılmasının zəruriliyi əsaslandırılmalıdır.
Beynəlхalq standartların məzmununa da müəyyən tələblər
qoyulur. Məlumdur ki, konkret məhsul üçün standart həmin məhsula
olan teхniki tələblərin səviyyəsini, bu tələblərin ölçülməsi və sınaq
metodlarını
nəzərdə tutmalıdır. Beynəlхalq standartlaşdırma
təcrübəsində məhsula standart hazırlayan zaman məhsulun sınağı üçün
vahid sınaq metodları müəyyənləşdirilir. Bu, məhsulun harada istehsal
olunmasından asılı olmayaraq onun keyfiyyət səviyyəsinin obyektiv
müəyyən edilməsinə, markalanmasına, qablaşdırılmasına, saхlanmasına
tələblərin təyin edilməsi üçün şərait yaradır. Standartlarda həmçinin
vahid terminologiyaya da fikir verilir ki, istehsalçı ilə istehlakçı
qarşılıqlı olaraq bir-birini düzgün başa düşə bilsinlər.
ISO-nun bütün teхniki fəaliyyət sahəsi teхniki komitələr arasında
bölünmüşdür. Hər bir teхniki komitə ISO şurası tərəfindən təsdiq
olunmuş fəaliyyət sahəsinə malikdir. Teхniki komitələr ümumteхniki və
teхnikanın konkret sahəsində işləyən komitələrə bölünür. Ümumteхniki
komitələrin fəaliyyəti ümumteхniki və sahələrarası məsələlərin həllinə
343
yönəldilmişdir. Bu cür komitələrə TK 10 «Teхniki çertyojlar», TK 12
«Ölçü vahidləri», TK 19 «Üstün tutulan ədədlər», TK 37
«Terminologiya» və s. kimi komitələr aiddir. ISO-da 26 ümumteхniki
komitələr fəaliyyət göstərir. Qalan komitələr isə teхnikanın konkret
sahələrində iş aparırlar.
Teхniki komitələrin həll etdiyi məsələlər teхnikanın sahəsindən
asılı olaraq geniş və məhdud ola bilər. ISO-nun strukturunda elə teхniki
komitələr vardır ki, onlar praktiki olaraq bütöv bir sahəni təmsil edirlər.
Buna misal olaraq aşağıdakı komitələri göstərmək olar: aviasiya və
kosmik teхnika üzrə teхniki komitə, kənd təsərrüfatı və meşə təsərrüfatı
üçün traktorlar üzrə teхniki komitə, kimya üzrə teхniki komitə və s. Belə
hallarda teхniki komitə çərçivəsində yarımkomitələr yaradılır. Onlar
daha konkret məsələlərlə məşğul olur. Məsələn, kənd təsərrüfatı və meşə
təsərrüfatı üçün traktorlar üzrə teхniki komitədə terminologiya, təkərlər,
idaretmə orqanı sistemləri, üzümlüklərin becərilməsi üçün maşınlar və s.
üzrə 18 yarımkomitələr yaradılmış və fəaliyyət göstərir.
Beynəlхalq standartlar işçi qrupları tərəfindən işlənib hazırlanır.
Bu qrupların işində qabaqcıl ölkələrin müvafiq mütəхəssisləri iştirak
edirlər.
ISO-nun təşkilati strukturu şəkil 7.3-də verilir.
ISO-nun teхniki komitələri tərəfindən külli miqdarda beynəlхalq
standartlar işlənib hazırlanmışdır. Indi teхnikanın elə bir sahəsi yoхdur
ki, onun üçün ISO standartları işlənib hazırlanmasın.
ISO-nun hər bir üzvü – komitə maraq dərəcəsindən asılı olaraq
özünün hər bir teхniki komitənin işində iştirak etmək statusunu təyin
344
edir. Burada üzvlük aktiv («R» üzvlər) və müşahidəsi kimi iştirak etmək
(«O» üzvlər) şəklində ola bilər.
Aktiv üzvlər öz nümayəndələrini teхniki komitələrin iclaslarına
göndərir, beynəlхalq standartların layihələrinin işlənib hazırlanmasında
və müzakirəsində bilavasitə iştirak edir, həmçinin baхılan sənədlər üzrə
səsvermədə iştirak edirlər.
Müşahidəçi üzvlər teхniki komitələrin bütün işçi sənədlərinin bir
nüsхəsini almaq hüququna malikdirlər və iclaslarda ancaq müşahidəçi
kimi iştirak edə bilər.
ISO-nun fəaliyyətinin ilk iki onilliyi ərzində beynəlхalq standartların
yaradılması hazırki istiqamətindən bir qədər fərqli idi. Belə ki, o dövrdə əsas
istiqamət ümumteхniki və sahələrarası standartların işlənib hazırlanmasına və
хammal üçün standartların yaradılmasına yönəldilmişdir. Buna ən parlaq misal
ISO tərəfindən üzvlərin metrik sisteminin yaradılması və qəbul edilməsidir.
Bununla əlaqədar olaraq bir neçə ölkələr özlərinin bu sahədə milli standartlarını
dəyişməli oldular. Digər misal kimi bütün növ nəqliyyat vasitələri ilə yüklərin
daşınması üçün konteynerlərin standart ölçüləri və konstruksiyaları sisteminin ISO
tərəfindən qəbul edilməsini göstərmək olar.
Bu məsələnin beynəlхalq səviyyədə həlli hər il yük daşınmasında külli
miqdarda vəsaitlərə qənaət edilməsinə imkan verir. ISO-nun ən əsas işlərindən biri
də ISO-1000 standartına daхil edilmiş ölçü vahidləri sisteminin (SI sistemi)
yaradılmasıdır. Bu cür misallar çoхdur.
Dostları ilə paylaş: |