44
qanuni imam hesab edilirdi. Hətta Həzrət Əli onların
hakimiyyətini tanımışdı.
Şiəliyin başqa bir təriqəti olan cəfərilik şiə imamı Cəfər
Sadiqin (700-765) dini hüquqi məktəbinin adı ilə bağlıdır.
Cəfərilik təriqətinə görə iradə azadlığı qəbul edilmir.
Şiə təriqətlərindən biri də ismailikdir. İsmaililər İmam
Cəfərin böyük oğlu İsmaili imamçılığın varisi kimi qəbul
edirdilər. Ölümündən sonra- o 762-çi ildə Məhəmməd ibn
Ismaili kimi tanındı. Bu məzhəbdən kəndlilərin və köçəri
ərəblər- bədəvilərin IX-X əsrlərdəki hərəkatı zamanı
mülkiyyətin ümumiliyi, torpaqların kənd icmalarına verilməsi,
sosial bərabərliyin yaranması məqsədi ilə istifadə olundu.
Hələ VII əsrin ikinci yarısında xaricilik təriqəti yarandı
ki, bu da ƏIi ibn Əbu Talibin tərəfdarları ilə Müaviyənin
tərəfdarları arasında hakimiyyət uğrunda mübarizəyə əsaslanır.
Bu təlim tərəflərin müxtəlif fikirlərə malik olması ilə seçilir.
Xaricilik təriqəti şiələrdən fərqli olaraq təsdiqləyirdi ki, hər bir
müsəlman xəlifə seçilə bilər. Eyni zamanda onların sünnilərdən
fərqli cəhəti bu idi ki, xəlifə düzgün seçilməli, icmalar
qarşısında məsuliyyət daşımalı, müsəlman icmalarının bütün
üzvləri tərəfindən seçilməlidir. Beləliklə, bütün zəhmətkeş
insanlar xaricilərin sırasına cəlb edildilər. Xaricilərin təliminə
görə hər bir icma özlərinə imam, xəlifə seçə və istəsə onu
uzaqlaşdıra bilər. Onlar bir çox dövlət birlikləri, məsələn VIII-
X əsrlərdə Şimali Afrikada Rüstəmilər dövlətini yaratdılar.
Xaricilərin dini fanatizmi əsasında bir çox insanlar, o cümlədən
qadınlar öldürüldü və nəticədə parçalanaraq bir-birinə düşmən
olan təriqətlərin meydana gəlməsinə səbəb oldu.
Fiqhdə cinayət hüququ «uqubat» adlı bölmədə «el-
cinayət», «el-kisas», «el-cirah», «el-diyat» kimi xüsusi başlıqlar
altında verilmişdir. Professor A.Zeydana görə İslam cinayət
hüququ cəzaların ölçüsünü müəyyən edən, törədilmiş cinayətə
görə cəzaya məruz qalan fərd ilə dövlətin qarşılıqlı münasibətini
45
tənzim edən hüquqdur.
23
İslam cinayət hüququ cəmiyyətin
sabitliyini pozan əməllərə qarşı mübarizədə vasitə və tədbirlərin
həyata keçirilməsi üçün tərtib və tətbiq ediləcək normaların
səlahiyyətli orqanlar və məhkəmələr tərəfindən həyata keçirilmə
qaydalarını öyrənir.
24
İslam cinayət hüququ cəmiyyəti cinayətkar
qəsdlərdən qoruyan, cinayətkar əməllərə görə cəza tətbiqi
nəzərdə tutan hüquq normalarından ibarətdir.
Bir sıra şiə hüquqşünasları cinayətləri böyük (kəbir) və
kiçik (səqir) cinayətlərə bölürlər. Böyük cinayətlərə
adamöldürmə, sələmçilik, zinakarlıq, spirtli içki içmə, böhtan,
cihaddan, yəni müharibədən yayınma, şahidləri yalan ifadə
verməyə məcbur etmə, kafirlik, ölçüdə və çəkidə aldatma,
səbəbsiz bədənə xəsarət, işgəncə, ifadə verməkdən imtina, zəkat
verməkdən imtina, abort, yetimlərin malını xərcləmək, donuz əti
yemək, quldurluq, cadugərlik, qumar oynamaq və s. aid edilir.
Böyük-kəbir cinayətlər şəriətdə öz əksini tapdığı halda, kiçik-
səqir cinayətlər qazının qərarına əsasən müəyyən edilir. Başqa bir
bölgüyə görə İslam hüququnda cinayətlər Allahın haqqını pozan,
yəni Allaha və müsəlman cəmiyyətinə qarşı olanlara və qulun
haqqını pozan, yəni ayrı-ayrı şəxslərə qarşı törədilən cinayətlərə
bölünürdü. I qrup cinayətlərlə bağlı bağışlama və barışdırılma
tətbiq edilə bilməzdi. Belə cinayətkarlar cəmiyyətin maraqlarına
uyğun olaraq qəti şəkildə cəzalandırılırdı. Bura hökmdar əleyhinə
olan cinayətlər, əmlakla bağlı cinayətlər, spirtli içki içmə,
zinakarlıq və quldurluq aid edilirdi. İkinci tip cinayətlərə
adamöldürmə, bədənə xəsarət yetirmə, başqa şəxslərə ziyan
vurma kimi cinayətlər daxil edilmişdi. Əlavə olaraq üçüncü növ
cinayətlər var idi ki, bunlar ayrı-ayrı şəxslərə qarşı törədilən
əməllər idi. Bu məsələdə hüquqşünaslar arasında fikir ayrılığı
mövcud idi. Misal üçün hənifəliyə görə zinakarlıq başqa şəxsin
23
Зейдан А. ел-Медщал ли-дирасетии-Шериатил-Исламиййе. Баьдад, 1969. s.309
24
Танер М. Тащир. Ъеза Щукуку. Ист., 1949. s. 2.
46
əleyhinə yox, daha çox cəmiyyətin əleyhinə törədilən cinayət
hesab edilirdi.
25
İslam delikt hüququnda cinayətlərin təsnifatının daha
məqbul hesab edilən forması cəzanın növünə görə müəyyən
edilməsidir. Buna görə cinayətlər hədd, qisas və diyə, təzyiq
cinayətlərinə bölünür.
Hədd cinayətlərində (hədd qadağan etmək mənasını verir)
əsasən Allahın haqlarına qəsd edən hərəkətlərə görə müəyyən
edilir. Onu da qeyd etməliyik ki, hədd cinayətlərini müəyyən
etmək və uyğun cəza növü seçilən zaman məzhəblər arasında
fərqlər mövcuddur. Ancaq, ümumiyyətlə hədd cinayətlərində
yeddi əsas ictimai təhlükəli əməl qeyd edilir. Bunlar zinakarlıq,
spirtli içkilər içmə, oğurluq, qəzf (iffətli qadınlara böhtan atma),
irtidəd, yol kəsmə və qiyamdır.
Hədd cinayətləri Allah haqqı ilə bərabər qul haqqının da
pozulması dərəcəsinə görə müxtəlif olur. Misal üçün sərxoşluq,
zina etmə, İslam dinindən dönmə kimi cinayətlərdə ancaq
Allahın haqqı pozulur. Yəni bu edilən cinayətkar əmələ görə
Allah qullarının haqları pozulmur. Digər törədilən cinayət
əməllərinə görə Allahın haqqı ilə birlikdə qulların haqqı da
pozulmuş olur.
26
Hüquqi təfəkkür prosesinin nəticəsi kimi cinayətin
obyektini müəyyən edərkən, yəni cinayət hüquq normaları ilə
tənzimlənən ictimai münasibətləri müəyyən edərkən onun İslam
mədəniyyətindən irəli gələn əhəmiyyətli tərəflərinə diqqət verilir.
İslam delikt hüququ ictimai münasibətləri daha təhlükəli
qəsdlərdən qoruyur. Eyni zamanda onu da qeyd etmək lazımdır
ki, cinayət qanunu ilə tənzimlənən İslam hüquq sistemində
ictimai münasibətlərin obyektlərinə qarşı törədilən kriminal
qəsdlərə görə verilən cəzaların həmişə dəyişməz olmasıdır.
Bunun səbəbi bu əməllərə görə verilən cəzaların ancaq yeganə
25
Садатдар М.И. Основы Мусульманского Права. М., 1968. s.110.
26
Ебу Зещра М. Ислам Щцгугунда Суч вя Ъяза (Теръ: Ибращим Тцфекчи).
Ист., 1994. s.57.
Dostları ilə paylaş: |