Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


HƏZRƏT ƏLİ (ƏLEYHİSSALAM)IN ANASININ DƏFN MƏRASİMİ



Yüklə 1,5 Mb.
səhifə22/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   18   19   20   21   22   23   24   25   ...   91
Mead

HƏZRƏT ƏLİ (ƏLEYHİSSALAM)IN ANASININ DƏFN MƏRASİMİ


Fatimə binti Əsəd vəfat edəndə Əli (əleyhissalam) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in hüzuruna ağlar gəlib, anam dünyadan getdi” xəbərini verdi. Bir müddət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)a analıq etmiş bu sevimli qadın haqqında Həzrət buyrdu: “Mənim anam dünyadan gedib.” Kəfən zamanı Həzrət öz köynəyini gətirib, “ona bürüyün” buyurdu. Sonra qəbirdə bir müddət uzanıb dua etdi. Dəfndən sonra qəbrin başında dayandı və birdən uca səslə “ibnəki, ibnəki, la Əqil, la Cə᾽fər” dedi. Həzrətdən bu əməllərin səbəbini soruşulanda buyurdu: “Bir gün Qiyamətin üryanlığından söhbət düşəndə, Fatimə ağlayıb, onu öz göynəyimə bükməyimi istədi. Qəbir əzabından qorxduğu üçün qəbirdə uzanıb, dua etdim. Qəbirdə Allah və Peyğəmbər barədə olan suallara cavab verən Fatimə İmam barəsindəki sualda tutuldu (çünki İmamət əmri aşkar olmamışdı), ona görə mən dedim ki, Cə᾽fər yox, Əqil yox, söylə oğlun Əli.”

FATİMƏ GƏLƏCƏK ƏZABDAN QORXUR


Fatimə binti Əsəd kimi əzəmətli bir şəxs, Kə᾽bə daxilində üç gün Allaha qonaq qalmış kəs, Həzrət Əli (əleyhissalam)-ın pak vücudunu böyütmüş ana, Peyğəmbərə ikinci iman gətirmiş qadın, o sayaq ibadət əhli sonrakı əzablardan bu cür qorxursa və Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) ona bu sayaq kömək edirsə, gəlin biz də özümüzü fikirləşək.
Qayıdaq söhbətimizin davamına.

CİSMANİ BƏDƏNƏ RUHUN TƏ᾽SİRİ


Bərzəxdə ne᾽mət və ya əzab ruha aid olsa da bə᾽zən ruhun qüvvəsindən bədən də tə”sirdə olur. Bə᾽zən ruhun həyat qüvvəsindən qəbirdəki bədən min il ötsə də, çürümür, təravətini itirmir. Sübut üçün çox mövzular vardır. Məsələn, təqribən Fətəlişah döründə tə᾽mir məqsədi ilə İbn Babəveyhin (r) sərdabəsini açır və cənazənin, kəfənin zərrəcə çürümədiyinə şahid olurlar. Ən maraqlısı isə odur ki, dəfndən doqquz yüz il keçməsinə baxmayaraq, onun dırnaqlarındakı hənanın rəngi getməmişdi.

SƏDUQUN CƏSƏDİ TƏRAVƏTLİ QALMIŞDI


“Rovzatül-cənnat” kitabında yazılır: 1238-ci ildə güclü yağış Şeyx Səduqun (r) məqbərəsini uçurtdu. Tə”mir məqsədi ilə şərif qəbrə daxil oldular və cəsədin tamamilə səhih, salamat qaldığını gördülər. Cənazənin dırnaqlarında hənanın əlamətləri vardı. Bu xəbər Tehranda yayılıb, Fətəlişahın qulağına çatdı. Sultan özü bir dəstə alim və dövlət işçiləri ilə bu xəbəri yoxlamağa gedib, deyilənlərin həqiqiliyinə şahid oldular. Sultan binanın tə”mir edilib, güzgülənməsini əmr etdi.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə