MergedFile



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə5/45
tarix11.04.2018
ölçüsü2,89 Kb.
#37030
1   2   3   4   5   6   7   8   9   ...   45

Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
 
16 
 Tədqiqat obyektinin seçilməsi; 
 Eksperiment; 
 Eksperimentdə alınan faktlarn təsviri və izahı; 
 Hipotezin (nəzəriyyənin) yaradılması; 
 Əldə olunan biliyin yoxlanılması. 
O  da  aydındr  ki,  tədqiqat  işlərinin  mərhələləri  tətbiq  olunan  təbiət, 
riyaziyyat  və  ya  sosial–humanitar  elmlərin  xüsusiyyətlərindən  asılı  olaraq 
dəyişilir.   
Metodologiyada elmi bilik və öyrədici fəaliyyətdən ibarət ümumi sistemi 
struktur  baxımından  məhdudlaşdırmaq  üçün  empirik  və  nəzəri  səviyyələr 
mövcuddur [4]. Bu anlayışlara yaxından baxaq.  Empirik gündəlik praktiki 
biliklərə  aid  edilmir.  Çünki  o,  gündəlik  biliklərdən  fərqli  olaraq  məqsəd-
yönlü,  sistemli  şəkildə  xüsusi  metodlarla  işləyən    xüsusi  elmi  dərketmə 
səviyyəsi    hesab  olunur.  Bu  səbəbdən  də,  istənilən  əqli  fəaliyyəti  nəzəri 
hesab emək olmaz. Nəzəri və empirik bilikləri həmçinin hissi və ya məntiqi 
olaraq  müqayisə  etmək  də  düzgün  deyil.  Ümumi  prosesin  tərkibi  kimi 
hissiyyat  və  məntiq  istənilən  idrakı  səciyyələndirir.  Hiss  etmək  və  
düşünməyə  parçalama  beyin  fəaliyyətinin  yüksək  fizioloji  parametrlərinə 
söykəndiyi  halda,  empirik  və  nəzəriyyəyə  bölmə  fərqli  olaraq  elmi  idraka 
aid  edilir  və  biliyin  forma  və  metodlarını,  tədqiqatın  növünü  sinifləşdirir. 
Empirik və nəzəri səviyyələr ilkin olaraq fəaliyyətin üsulu və metodlarına 
görə fərqlənirlər. Empirik mərhələnin kökündə predmet – silah (vasitə) və 
elmi–praktiki  fəaliyyət  durur.  Bunun  köməyi  ilə  ilkin  məlumatların 
toplanması  və  ümumiləşdirilməsi  mümkünləşir.  Nəzəri  mərhələdə  isə 
abstrakt–nəzəri  fəaliyyət  sayəsində  ideal  modellər  və  biliklər  sistemi  əldə 
olunur.  Digər  tərəfdən  elmi  biliyin  səviyyəsi  onun  forma  və  xarakterinə 
görə  bölünür:  empirik  səviyyədə  heç  də  həmişə  obyektin  xassələri  və 
yaranma səbəbləri göstərilmir və yalnız fakta söykənən biliklər formalaşır; 
nəzəri  səviyyədə  nəzəri  biliyin  məntiqi  təşkil  olunmuş  formada  tətbiqi 
sayəsində  hadisələrin  xarakteri  və  qanunauyğunluqları  yaradılır.  Hər  bir 
səviyyənin xüsusiyyətləri növbəti bölmədə ayrıca izah edilir.  
  Elmi dərketmənin səviyyələrə bölünməsi onunla bağlıdır ki, onlar bir-biri 
ilə  qarşlıqlı  əlaqədədirlər.  Heç  bir  empirik  araşdırma  “karkas”  rolunu 
oynayan  nəzəri  əsas  olmadan  aparıla  bilmir.  Bu  anlayışlar  və  prinsiplər 


Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
  17 
sistemi  empirik  tədqiqat  üçün  ilkin  şərt  sayılır.  Başqa  tərəfdən  məlumdur 
ki,  nəzəriyyə  nə  qədər  abstrakt  olsa  da,  sonda  o  da  praktikaya,  empirik 
verilənlərə  söykənir.  Empirik  və  nəzəri  tədqiqatları  qarşı–qarşıya  qoymaq 
metodoloji  konstruksiyaetmə  fəaliyyətinin  nəticəsi  olan  abstrakisya  növü 
sayılır. Bu zaman fərdi ilə ümumi, hadisə ilə mahiyyət, empirik faktlar və 
onların  nəzəri  izahı  arasında  dərin  daxili  əlaqənin  mövcudluğu  nəzərdə 
tutulur.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  empirik  və  nəzəri  səviyyələrin 
abstraktlaşdırılması nisbidir və real biliyin struktur təşkiledicilərini tam əks 
etdirmir.
       
Hər  bir  tədqiqat  səviyyəsi  öz  bilik  metod  və  formaları ilə  səciyyələnir. 
Amma elə elmlər də vardır ki, orada biliyin nəzəri və empirik səviyyələrə 
bölünməsi  mümkün  deyil.  Məsələn,  məntiqi-riyaziyyat  fənləri  nəzəri 
səviyəyə  aid  edilsə  də,  onlara  oxşar  olan  təbiət-tarixi  fənləri  geologiya, 
paleontologiya  və  bir  çox  başqaları  əsasən  empirik  səviyyədə  mövcud-
durlar.  Humanitar  sahələrdə  də,  empirik  və  nəzəriyyə  səviyyələrində  də 
biliyin  abstraktlaşdırılması  müəyyən  çətinliklər  yaradır.  İş  ondan  ibarətdir 
ki,  bu  halda  yalnız  biliyin  formallaşdırılması  və  riyaziləşdirilməsi  çətinlik 
yaratmır,  həmçinin  obyektlərin  özləri  dil  fenomeni  baxımından  ikili 
xarakter  daşıyır  və  material  və  şərti  göstəricilərin  ayrılmasını 
çətinləşdirirlər. 
1.3.  Tədqiqatın elmi metodları 
İ
stənilən elmi tədqiqatın planlanmasının kökündə mövcud elmi metodlar 
durur.  Elmi  metod  –  yeni  biliklərin  əldə  olunmasının  əsas  üsullarının, 
həmçinin  istənilən  elm  çərçivəsində  məsələlərin  həlləri  üsullarının 
toplumudur. Metod fenomenin araşdırılmasını, üsulları, əvəllər və yeni qa-
zanılmış biliklərin sistemləşdirilməsini və düzəlişini əhatə edir. Elmi meto-
dun  vacib  tərəfi  araşdırma  zamanı  obyektivliyə  qoyulan  yüksək  tələbdir. 
Sərbəst  yoxlamanı  təmin  etmək  üçün  müşahidələr  sənədləşdirilir,  prosesə 
başqa alimlər buraxılır. 
Elm fəlsəfəsində empirik və nəzəri dərketmə anlayışları səciyyələndirilir. 
Bu bölmə onunla bağlıdır ki, tədqiqatçı biliyi həm sınaq yolu  ilə (empirik), 
həm də mürəkkəb məntiqi əməliyyatlar, yəni nəzəri yolla əldə edə bilər. 
Dərketmənin empirik üsuluna daxil olan kateqoriyalara: 


Tədqiqat işlərinin fəlsəfəsi 
 
 
 
18 
 Müşahidəetmə, 
 Faktların toplanması və seçilməsi, 
 Onlar arasında əlaqənin yaradılması daxildir.      
Nəzəri  araşdırmanın  əsasını  empirik  materialların  analizi  və  emalı  ilə 
bağlı olan əqli əmək təşkil edir. Nəzəri mərhələdə: 
 Sistem və hadisələrin daxili struktur və inkişaf qanunauyğunluqları, 
 Onların qarşılıqlı münasibətinin şərtləri açılır. 
Dərketmənin  empirik  və  nəzəri  mərhələlərində  aşağıdakı  elmi  metodlar-
dan istifadə olunur [5–7]. 
Empirik tədqiqat metodları 
Müşahidəetmə  –  ətraf  mühitdə  baş  verən  hadisələrin  insan  tərəfindən 
araşdırılması  və  mənasını dərk  etmək    üçün  onların məqsədyönlü  mənim-
sənilməsinə xidmət edir.  Müşahidə zamanı araşdırılan obyekt heç bir təsirə 
malik  qalmır.  Əsaslı  nəticə  əldə  etmək  üçün  müşahidə  təkrarən  aparılır. 
Birbaşa (vizual) və ya bilavasitə müşahidə (texniki avadanlığın – cihazların 
köməyi ilə)  üsulu fərqləndirilir. 
Təsviretmə  –  müşahidə  zamanı  qazanılmış  hissin  faktların  köməyi  ilə 
yazılı  şəkildə  qeyd  olunmasıdır.  Burada  əldə  edilən  bilik  fərdi  idrak  üçün 
material  kimi  tətbiq  olunur.  Təsviretmə  empirik,  kəmiyyət  və  keyfiyyət 
şə
klində  aparılır.  Empirik  təsviretmədə  obyekt  və  proses  haqqındakı  
məlumatlar  (hisslər)  sonrakı  mərhələlərdə  əlverişli  istifadə  olunmaq  üçün 
rəqəmlər,  sxemlər  və  ya  dil  anlayışları  vasitəsilə  qeyd  olunur.  Təsviretmə 
müşahidənin  tamamlayıcı  mərhələsi  olub,  təsvir  olunan  problemin 
dərinliyinə  baş  vurmur.  Əsas  məqsəd  tədqiq  olunan  obyektin  imkan  daxi-
lində  ətraflı  qeyd  olunmasıdır.  Kəmiyyət  və  keyfiyyət  terminləri  təsvir-
etmədə  önəmli  rol  oynayırlar.  Elmin  inkişafında  çox  vaxt  elə  olub  ki, 
hadisə  öncə  keyfiyyət  formasında  baş  verib,  yalnız  bundan  sonra  onun 
kəmiyyətlə  təsviri  mümkün  olub.  Müasir  elmdə  keyfiyyət  və  kəmiyyət 
təsvirləri  vahid  tədqiqat  prosesinin  müxtəlif  tərəflərini  təmsil  edirlər  və 
onlar  bir––biri  ilə  sıx  bağlıdırlar.  Keyfiyyət  təsviri  “müşahidə  protokolu” 
adlanan,  müxtəlif  ölçmə  prosedurları  zamanı  yaranan  cədvəl,  qrafik  və 
matrisalar şəklində həyata keçirilir. Müasir təsviretmə, ölçmə əməliyyatının 
daxil olduğu riyazi aparata söykənir. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə