Tədqiqat işlərinin fəlsəfəsi
13
Müasir elm bir neçə yüzilliklər öncə mövcud olandan kəskin fərqlənir.
Daimi tərəqqi nəticəsində onun cəmiyyətlə qarşılıqlı əlaqəsi inkişaf edərək
tam yeni müstəviyə qədəm qoymuşdur. Müasir elmə konseptual nöqteyi
nəzərdən həm bilik, həm fəaliyyət, həm də bir sosial qurum kimi baxılır.
Bilik onun özünəməxsus „substansı“ rolunu oynadığı halda, sosial qurum
elm adamlarının birləşdirilməsi və onların birgə fəaliyyətinin təşkilinə
xidmət edir.
Bu qurumlar daxilində çalışan elm adamları maddi istehsal və mənəvi
fəaliyyətdən fərqli olaraq bilik istehsalı ilə səciyyələnən yaradıcılığın
xüsusi forması ilə məşğul olurlar. Maddi istehsalda bilik ideal vasitə kimi
tətbiq edildiyi halda, elmi fəaliyyətdə ona əsas tədqiqat mənbəyi kimi
baxılır. Nəticələri əvvəlcədən məlum olan işlərdən fərqli olaraq, elmi
fəaliyyətin son nəticəsini qabaqcadan dəyərləndirmək mümkün deyil, çünki
bu nəticələr özü-özlüyündə yenidirlər. Buna görə də, elmə həmişə digər
fəaliyyət sahələrində inqilaba təkan verici bir qüvvə kimi baxılır. Elmi
fəaliyyət sistemli xarakter daşıyır. O, yalnız biliyi əldə edib, onu müxtəlif
üsullarla registrasiya etmir, həmçinin onu mövcud hipotez, qanun və
nəzəriyyələrin köməyi ilə izah edir. Elmi fəaliyyətin bu üstün cəhəti alınan
nəticələrin sistematik, ardıcıl və nəzarət olunan xarakterlərini sərt
sübutetmə və əsaslandırmanın köməyi ilə daha yaxşı başa düşməyə şərait
yaradır. Bununla bərabər bu fəaliyyəti çoxlu sayda hipotezlər, uydurmalar,
ehtimallar müşaiyət edir. Ona görə də, elmi fəaliyyətlə məşğul olan
işçilərin metodoloji cəhətdən hazırlanması, onların elmi mədəniyyəti, daimi
təkmilləşdirilmələri, elmin qanunlarını və prinsiplərini düzgün tətbiq etmə-
ləri önəmlidir.
Elm cəmiyyətlə daima qarşılıqlı münasibətdə olaraq müəyyən təsirə
malik qalır. Antik dövrdən fərqli olaraq müasir cəmiyyətin inkişafı çox vaxt
elmi tədqiqatların mövzularını müəyyənləşdirir (məsələn, bəşəriyyətin
xərçəng xəstəliyindən qurtulması üçün əlacın axtarılması). Aparılan elmi
işlərin vəziyyətinə cəmiyyətdə mövcud olan texniki bazanın təsiri
böyükdür. Fundamental elmlərin məqsədli aparılması praktiki elmlərin də
ardıcıl inkişafına stimul verir. Cəmiyyət müəyyən elmi problemlərin çözül-
məsini birbaşa sifariş etsə də, elmin inkişafı özünəməxsus yolla davam edir.
Məsələn, elm ehtiyatının inkişafı adlanan anlayış mövcuddur. Bu ehtiyat
Tədqiqat işlərinin fəlsəfəsi
14
mövcud olmadan elm heç bir problemi həll etmək iqtidarında deyil. Elmin
inkişaf prosesi öz əksini təkcə müsbət elmi biliklərin toplanmasında
tapmır. O, həmçinin elmin bütün strukturunu əhatə edir. Hər bir tarixi
mərhələdə elmi fəaliyyət müəyyən idrak formalarının toplumundan –
izahetmənin üsulları, prinsipləri və sxemlərindən istifadə edir. Məsələn,
antik dövr düşünmə tərzi üçün yalnız müşahidə yolu ilə biliyin əldə
olunması səciyyəvi idi. Müasir dövrün elmi isə daha çox sınaqlara və
dərindən araşdırılan problemin daha kiçik elementlərə bölünməsinə əsas-
lanan analitik yanaşmaya söykənir. Müasir elmi araşdırma bütövlüyə can
atır və tədqiqat obyektinin hər tərəfli əhatə olunmasına cəhd edir. Hər bir
elmi düşüncə tərzinin strukturu təsdiq olunduqdan sonra idrakın ekstensiv
inkişafına, onun yeni sahələrə yayılmasına yol açır. Çox vaxt mövcud
üsullarla izah oluna bilməyən elmi biliklərin toplanması elmin daha yeni,
daha intensiv inkişaf yollarının axtarılmasını şərtləndirir ki, bu da öz
növbəsində elmi inqilablara səbəb olur. Nəticədə elmin əsas struktur təşkil-
edicilərinin radikal olaraq dəyişdirilməsi, idrakın yeni forması, elmin
kateqoriya və üsulları meydana gəlir.
1.2. Elmi–tədqiqat üsullarının strukturu və mərhələləri
Elmi bilik elmi–tədqiqat prosesi sayəsində qazanılır. Tədqiqat işləri bilik
istehsalının əsas hərəkətverici qüvvəsidir. Bu baxımdan elmi–tədqiqat
fəaliyyəti strukturunun yaxından öyrənilməsi önəmlidir. Elmi–tədqiqat
fəaliyyətinin əsas təşkiledicisinə subyekt, obyekt və vasitə daxildir. Bu
halda “subyekt–obyekt” adlanan qnoseoloji sistem konkretləşərək bu for-
manı alır: “tədqiqatçı–tədqiqat vasitəsi–tədqiqat obyekti” [1–3]. Müasir
cəmiyyətdə subyekt bir–bir ilə qarşılıqlı əlaqədə olan üç müstəvidə
mövcuddur. Birinci müstəvidə subyekt kimi, elmi işi kollektiv işin tərkib
hissəsi olmayan fərd (tədqiqatçı, alim) fəaliyyət göstərir. İkinci müstəvidə
elmi idrakın subyekti kimi kollektiv çıxış edir. Burada fərdi biliklərin
inteqrasiyası “yığcam alim” (laboraoriya, institut, akademiya və s.) rolunu
oynayır. Sonuncu, üçüncü mərhələdə elmi idrakın subyekti kimi bütöv bir
cəmiyyət çıxış edir. Bu halda ön plana elmin sosial təşkili və onun müxtəlif
sosial–iqtisadi strukturlardakı xüsusiyyətləri üzə çıxarılır. Beləliklə, qeyd
olunan müstəvilər fərdi və kollektiv dialektikanı elmi idrakın subyektində
Tədqiqat işlərinin fəlsəfəsi
15
göstərməyə imkan verir [2]. Bu hər üç müstəvi elmdə təqdim olunur və hər
birinin öz əhəmiyyəti var.
Elmi fəaliyyətin obyekti tədqiqatçının aktiv maddi–praktiki və nəzəri
fəaliyyəti zamanı meydana gəlir. Reallığın bir parçasının elmin obyektinə
çevrilməsi üçün ona fiziki təsir göstərilir, məsələn, fiziki–praktiki sınaq
zamanı. Reallığın nəzəri təfəkkürün obyektinə çevrilməsi üçün isə onu
elmi abstraksiya üsullarının köməyi ilə ideal obyektə “çevirirlər”. Buradan
“elmin predmeti” anlayışının yaradılması zərurəti meydana gəlib.
Eyni bir obyekt bir çox elm sahələrinin predmetinə çevrilə bilər, məsələn
insan onlarca elm sahələrində (təbiət elmləri, sosial–humanitar elmlər)
tədqiqat obyekti kimi öyrənilmişdir. Eyni misalı dil, texnika üçün də
çəkmək olar. Gələcəkdə verilən obyekt haqqında, müxtəlif elm sahə-
lərindən əldə edilən biliklərin sistemli yanaşma üsulunun köməyi ilə
birləşdirilməsi sayəsində ümumi nəzəriyyənin və eyni zamanda yeni fənnin
yaradılmasına ehtiyac duyula bilər. Başqa bir hal da mümkündür: elmin
predmeti mövcud bir çox obyektlərin məlum parametrlərini müəyyən
münasibətdə əks etdirir. Məsələn, kimya elminin predmeti – müxtəlif
maddələrin tərkibinin və quruluşunun dəyişilməsi ilə müşaiyət olunan
çevrilməni əhatə edir; fiziologiyanın predmeti – müxtəlif canlı orqanizm-
lərin funksiyalarını (boyu, çoxalması, nəfəsalması və s.), onların ətraf
mühitə uyğunlaşmasını, mənşəyini və evolyusiya ərəfəsində inkişafını
öyrənir.
Elmi fəaliyyətin vasitələrinə material–texniki cihazlar, alətlər, avadanlıq-
lar və s., həmçinin dil vasitələri – ümumi və elmi dil daxildir. Onu da qeyd
etmək lazımdır ki, son zamanlar texniki inkişaf sayəsində elmi–tədqiqatın
bütün vasitələrinin yeniləşməsi nəzərə çarpır. Prinsipial məqam kimi,
kompyüter və elmi işçilərin təkcə verilənlər bazalarına daxil olmaq imkanı
yox, həmçinin ekspert dairələrində nəticələrin müzakirəsinə imkan verən və
beynəlxalq məlumat məkanında yerləşdirilməsinə şərait yaradan internetin
tədqiqat işlərinin tərkib hissəsi olması danılmazdır.
Elmi fəaliyyətin araşdırılan komponentləri onun strukturunu açdığı halda,
fəaliyyətin struktur analizi elmi–tədqiqatın mərhələlərini aydınlaşdırmağa
xidmət edir. Ümumi şəkildə aşağıdakı mərhələləri qeyd etmək olar:
Problemin qoyuluşu;
Dostları ilə paylaş: |