MergedFile



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə38/45
tarix11.04.2018
ölçüsü2,89 Kb.
#37030
1   ...   34   35   36   37   38   39   40   41   ...   45

Yazma metodikası 
 
 
 
118 
Donald  M.  Murrey  öz  işində  ideyaların  qeyd  olunmasını  yazma 
konseptinin  işlənməsində  görüləcək  ilkin  mərhələ  adlandırır  [68].
 
Bu 
metodun  icrası  üçün  müəllif  onun  mövzu  ilə  bağlı  ağlına  gələn  bütün 
ideyaları  ardıcıl  qeyd  edir.  Siyahının  tərtibi  təxminən  5‒10  dəq.  arasında 
aparılır.  Əgər ilk  addımdan  siyahının  tərtibi alınmırsa,  onda  buna  yenidən 
cəhd etmək lazımdır. Burada aşağıdakı suallara cavab axtarılır: 
  Ağlınıza gözlənilməz gələn nədir? 
  Siyahıdakı ayrı–ayrı fikirlər arasında hansı əlaqələr mövcuddur? 
İş
lənilmiş siyahını bu suallarla bir neçə dəfə nəzərdən keçirdikdə bir o 
qədər  yeni  ideyaların  yaranma  ehtimalı  artır.  Bu  material  əsasında  sonra 
verilmiş mövzu ətrafında mətn tərtib etmək olar. 
İ
deyaların qeyd edilməsini iki mərhələyə bölürlər: 
1. Birinci mərhələdə ideyalar işlənir və assosiasiyalar yaradılır. Burada 
başqalarının  ideyalarını  dəyərləndirməyə  icazə  verilmir.  Çünki,  bu 
iştirakçılara mənəvi cəhətdən pis təsir göstərə bilər. 
2. İkinci mərhələdə nəticələrin ətraflı tənqidi analizi aparılaraq ən yaxşı 
ideya seçilir.  
  
5.3.3.2.  Sərbəst yazma 
Sərbəst  yazma  kreativ  yazma  texnikasına  aid  olan  növbəti  metoddur. 
Burada düşünmə prosesi zamanı ideyalar axını heç bir dəyişiklik edilmədən 
kağıza köçürülür.  Müəllif təxminən 15‒20 dəqiqə ərzində ağlına gələn hər 
bir  ideyanı  qeyd  edir.  Bu  zaman  ayrı-ayrı  sözlər,  söz  birləşmələri  və  ya  
cümlələr  yaranır  və  yazma  prosesi  kəsilmədən  davam  etdirilir.  Fasiləsiz 
yazma  tələbəyə  yazma  axınına  maneə  ola  biləcək  refleksiyanı  aparmağa 
imkan vermir.  
Bu metodun müxtəlif məqsədləri vardır. O, yazmağa həvəs olmadıqda, 
ə
n azından yazmağa başlamağa kömək edir və beyindəki ideyaları nizam-
lamağa imkan verir. Sərbəst yazma metodu mövzuya girişə bilməyən tələbə 
ilə  mövzu  arasında  münasibət  yaradır.  Proses  zamanı  ortaya  elə  də  güclü 
mətnlər  çıxmasa  da,  bu  tələbənin  yazma  qabiliyyətini  gücləndirir.  İlk 
baxışdan xaotik qeydlər kimi gözə çarpan sərbəst yazılar, sonradan nizamlı 
yazmağa yol açır. Sərbəst yazma aşağıdakı texnikaları özündə cəmləşdirir: 


Yazma metodikası 
 
 
  119 
  Sərbəst assosiasiya; 
  Assosiasiyalar zənciri; 
  Sürətli yazma; 
  Avtomatik yazma. 
Sərbəst  assosiasiya  kreativ  yazmanı  tədris  metodu  kimi  təbliğ  edir. 
Tələbə verilmiş mövzu haqqında assosiasiyalarını qeyd edir. Sərbəst asso-
siasiyalara dalma zamanı tələbə heç bir plan olmadan, yazmağa başlayır  və 
o  mövzu  ətrafında  düşündükdə  daxili  şəkillər,  düşüncələr  və  ideyalarını 
daha  yaxşı  cəmləyə  bilir.  Assosiasiyaların  biruzə  verməsi  çox  zaman 
mövzu  ətrafında  mətnin  strukturunun  yaradılmasına  ilkin  yardım  göstərir. 
Alınmış  assosiasiyalar  zənciri  təfəkkürün  içərisinə  daxil  olur  və  yazmanı 
proses kimi təsvir edir.    
Sürətli  yazmada  kreativ  yazmanın  praktiki  tətbiqinə  nəzər  salınır. 
Avtomatik  yazmada  isə  dilin  qrammatikasına,  orfoqrafiyasına  o  qədər  də 
diqqət  vermədən,  ideyaların  söz,  söz  birləşmələri  və  cümlələr  şəklində 
sürətlə  yazılmasına cəhd edilir. Xətaların olması o qədər də vacib sayılmır.    
Sərbəst  yazma  metodu  1960–cı  illərdə  Ken  Makror  tərəfindən  yaradıl-
mış və sonralar Peter Elbou tərəfindən inkişaf etdirimişdir [68]. 
 
5.3.3.4. Klaster metodu 
Klaster (ingl. Clustering– toplama, cəmləmə) amerikalı pedaqoq Qabriel 
L.  Riko  tərəfindən  işlənmiş  kreativ  yazma  metodudur  [68].  Bu  metod 
Ziqmund  Freudun  işlədiyi  “sərbəst  assosiasiya  etmək”  üsuluna  əsaslanır. 
Yəni insan dərin düşünmədən təxəyyülünə gələni qeyd edir. 
Sərbəst yazmadan fərqli olaraq burada assosiasiyalar zənciri sərbəst yox 
müəyyən  struktura  malikdir.  Metodun  əsasında  seçilmiş  mərkəzi  söz 
ə
trafında  müxtəlif  sərbəst  assosiasiyaların  cəmlənməsi  durur.    Klaster 
metodu ilə assosiasiyalar zəncirinin qurulma sxemi belə izah edilir: 
1. Klaster özəyin yaradılması ilə başlayır: Bir seçilmiş söz və ya fraza boş 
vərəqin ortasında yazılır və çevrəyə alınır.  
2.  Sonra  bu  sözlə  bağlı,  beyində  yaranan  ilk  ideyalar  (assosiasiyalar) 
kağızda  açar  sözlər  şəklində  qeyd  edilir.    Hər  bir  assosiasiya  çevrəyə 
alınır  və  məntiqi  ardıcıllıqla  özək  sözlə  oxla  birləşdirilir.  Heç  də  bütün 


Yazma metodikası 
 
 
 
120 
assosiasiyalar özək sözlə birbaşa bağlanmır. Onların arasına tamamlayıcı 
ideyalar  da  daxil  ola  bilər.  Qeyd  olunmuş  assosiasiyalar  yoxlanmaya 
məruz  qalmırlar.    Şəkil  5.5–də  “məhəbbət”  sözünə  yaradılmış  klaster 
göstərilib. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 5.5. Məhəbbət ifadəsi ilə bağlı assosiasiyalar strukturu. 
 
Assosiasiyaların  qeydində  müəyyən  ideyalar  ardıcıllığına  fikir  verilir. 
Yəni,  klasterdə  qeyd  edilmiş  hər  söz  onunla  bağlı  assosiasiyalara  əsasən 
müxtəlif  istiqamətlərə  hərəkət  edə  bilər.  Bu  halda  “yeni  mətni  sınamağ”a 
can  atılır.  Beləliklə,  gözlənilmədən  yaranan  ideyalar  nə  vaxtsa  yazmağa 
impuls verərək sonradan əsas mətnin tərtibində tətbiq oluna bilər.  
Klasterin vizual şəkildə  tərtib edilməsi tədqiqatçının  sağ və sol beyin 
yarımkürələri  arasında  funksional  əlaqəni  gücləndirir.  Qabriele  L.  Riko 
qeyd  edir  ki,  təbii  yazma  üçün  vacib  şərtlərdən  biri  ondan  ibarətdir  ki, 
yazma  prosesində  hər  iki  beyin  yarımkürəsi  aktiv  iştirak  etsin.  Sol  beyin 
yarımkürəsi  məntiqi  təfəkkürə  malik  olduğu  halda,  yəni  informasiyaları 
ardıcıl  işlədiyi  halda,  sağ  beyin  yarımkürəsi  bir  neçə  informasiyanı  eyni 
zamanda  nəzərdən  keçirə  bilir.  Sağ  beyin  yarımkürəsi  hissələrin  idarə 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə