MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə12/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   8   9   10   11   12   13   14   15   ...   79

qurtarmır. Sonrası belədir: allah deyir: "Bax, Adəm nəyin xeyir, nəyin Ģər olduğunu biləndən sonra bizlərdən biri oldu". 
Öncə söylənilənlərin əksinə olaraq burada mif idrakı yolverilməz deyil, ilahi durum kimi göstərir. Bu həm də fəlsəfənin 
ruhun sonluluğunun görünməsi barədə cəfəngiyatı təkzib edir. Fəlsəfə idrakdır və yalnız idrak vasitəsilə insanın ilahı 
obraz olması ilə bağlı əzəli ləyaqətini reallaĢdırır. Əgər mif sonra, allahın insanı həyat ağacının meyvəsini dadmaması 
üçün Edemdən qovduğunu söyləyirsə, bununla göstərir ki, insan təbii yöndən sonlu və ölən olsa da, ancaq idrakda 
sonsuzdur. 
  Ġnsanın təbiətdən Ģər olması və onun Ģərə təbii yönlülüyünü ilkin günah kimi göstərən kilsə təlimi bəllidir. Ancaq, bu 
ilkin günahın səbəbinin yalnız ilk insanların təsadüfi hərəkətindən ibarət olması barədə dıĢ təsəvvürdən imtina 
edilməlidir. Əslində ruh anlayıĢının özündə insanın təbiətində Ģərin olduğu mənası var və bunun baĢqa cür ola biləcəyini 
düĢünmək lazım deyil. Ġnsanın təbii varlıq olması və özünü təbii varlıq kimi aparması hələ olmalı olan münaisbət deyil. 
Ruh azad olmalıdır və buna o özünün sayəsində nail olmalıdır. Təbiət insan üçün onun dəyiĢdirməli olduğu yalnız ilkin 
məqamdır. Ġnsanın ilkin günahı haqqında dərin kilsə təliminə qarĢı insanın təbiətcə xeyir olduğu və buna görə də təbiətə 
sadəqətli olmalıdır müddəasına əsaslanan çağdaĢ maarifçilik təlimi durur. Ġnsanın öz təbii varlığından çıxması onun 
özünüdərkə malik olan varlıq kimi özünü dıĢ təbiətdən fərqləndirməsidir. Ancaq insan ruh anlayıĢına daxil olan bu 
ayrılma (der Trennunq), fərqləndirmə mərhələsində qalmamalıdır. Təfəkkürün və iradənin bütün sonluluğu ikiləĢmənin 
bu mərhələsindədir; bu mərhələdə insan özündən məqsədlər və bu məqsədlərin gerçəkləĢdirilməsi üçün hərəkət 
motivləri hasil edir; bu məqsədləri son həddinə çatdıraraq, öz xüsusiliyində yalnız özünü bilərək və istəyərək və 
ümuminin kökünü ataraq insan Ģər olmaqda qalır və bu Ģər onun subyektivliyindən ibarətdir. Biz burada ilk baxıĢda 
ikiqat Ģər görürük; əslində isə bu, eyni bir Ģərdir. Ġnsan bir halda ki, ruhdur, onda təbii varlıq deyil, ancaq madam ki, o 
özünü təbii varlıq kimi aparır və tamah məqsədləri izləyir, o Ģər istəyir. Deməli, insanın təbii Ģəri heyvanların təbii 
varlığı kimi deyildir. Daha dəqiq desək, təbiiliyin tərifi ondan ibarətdir ki, təbii insan təkcə insandır, çünki, ümumiyyətlə 
təbiət bölünmənin buxovundadır (der Vereinzelunq). Bir halda ki, insan təbii olmaq istəyir, deməli, təkcəlik istəyir. 
Ġnsanın istək və yönəlikləri üzrə hərəkətlərinə – təkcəliyi sayəsində məxsus olan hərəkətlərinə – həmçinin qanun və ya 
ümumi tərif də qarĢı çıxır. Bu qanun dıĢ güc ola və ya ilahi avtoritet formasına malik ola bilər. Ġnsan özünün təbii 
mövqeyini tərk etməyənədək qanunun köləsi olur. Doğrudur, insan özünün yönəliklərində və hisslərində də eqoist 
təkcəliyinin hüdudlarından kənarda olan xeyirxah sosial yönəliklərə, məsələn, kədərə, sevgiyə və s. malik olur. Ancaq 
bu yönəliklər bilavasitəlik olduğundan onların özündə – ümumi məzmunu yenə də subyektivlik formasına malikdir; 
özünə heyranlıq və təsadüf üçün burada hər zaman yer vardır. 
   
§ 25 
  Obyektiv fikirlər deyimi yalnız fəlsəfənin can atdığı məqsəd olmayıb onun mütləq predmeti olan həqiqəti bildirir. 
Ancaq bu deyim dərhal özündəki ziddiyyəti büruzə verir; bu ziddiyyət bizim zamanımızdakı fəlsəfi marağın yönəldiyi 
gerçəklik tərifləri, bir də həqiqət və onun dərki haqqında məsələ ətrafındadır. Əgər təfəkkürün tərifləri ziddiyyətlə 
yüklənmiĢdirlərsə, yəni əgər onlar yalnız sonlu xarakter daĢıyırlarsa, onda özündə və özü üçün məqsəd olan həqiqətə 
adekvat deyillər. Yalnız sonlu təriflər yaradan və onlarda hərəkət edən təfəkkür sözün daha dəqiq anlamında sonlu, 
yaxud empirik-əqli təfəkkür adlanır. BaĢqa sözlə, təfəkkürün təriflərinin sonluluğu iki cür baĢa düĢülməlidir. Bu 
sonluluq bir tərəfdən ondan ibarətdir ki, təfəkkürün tərifləri yalnız subyektivdir və hər zaman obyektivliklə əkslikdədir 
və ikincisi, bu sonluluq ondan ibarət ola bilər ki, təfəkkürün tərifləri, ümumiyyətlə, məzmunca məhdud təriflər kimi bir-
birinə və həm də (daha artıq dərəcədə) mütləqə əksdirlər. Biz indi təfəkkürün obyektivliyə münasibətinə fərqli baxıĢları 
gözdən keçirək; bu baxıĢlara bizim münasibətimiz burada məntiqə verilən mənanı və onun Ģərh olunduğu baxıĢ 
nöqtəsini aydınlaĢdıran giriĢ ola bilər. 
  Qeyd. Mənim "Ruhun fenomenologiyası" əsərim nəĢr edilərkən elm sisteminin birinci hissəsi adlandırılan – 
bölümündə mən, ilkin sadə ruh olayından, bilavasitə Ģüurdan baĢladım və onun dialektikasını zəruriliyi bu hərəkətlə 
sübut olunan fəlsəfi elmi baxıĢ səviyyəsinədək inkiĢaf etdirdim. Lakin bu görəvi yerinə yetirərkən mən, quru Ģüur 
formalizmində dayana bilmədim, çünki fəlsəfi elmi baxıĢ daha məzmunlu və daha konkretdir; ötən mərhələnin sonucu 
olmaqla fəlsəfənin müqəddiməsi konkret Ģüur formalarıdır, məsələn, əxlaq, mənəviyyat, incəsənət, din. Ġlk baxıĢda 


yalnız formal yöndən məhdud görünən məzmunun bu inkiĢafı fəlsəfə elminin ayrı-ayrı sahələrinin predmetlərinin 
məzmununu da özünə daxil edir. Bu inkiĢaf, necə deyərlər, Ģüurun arxasında baĢ verir, çünki məzmun Ģüura ondan asılı 
olmayan (özündə mövcud olan) bir Ģey kimi aiddir. Buna görə də Ģərh dolaĢıq olur və fəlsəfənin konkret sahələrinin 
predmeti olmalı məsələ artıq giriĢdə qismən Ģərh edilir. Burada can atdığımız baxıĢ həm də belə bir böyük 
namünasibliyə malikdir ki, o yalnız tarixi və əqli baxıĢ ola bilər; lakin o baxıĢ, əsasən, onu anlamağa yardımçı olmalıdır 
ki, bizim təsəvvür etdiyimiz və tamamilə konkret saydığımız idrakın təbiəti, inam və s. haqqında məsələlər, doğrudan da 
fikrin sadə tərifləridir və yalnız məntiqdə özlərinin həqiqi həllini tapırlar. 
  A 
  Fikrin obyektivliyə birinci münasibəti 
  Metafizika 
   
§ 26 
  Fikrin obyektivliyə birinci münasibəti təfəkkürün özündə özünün özünə əksliyini hələ dərk etmədən düĢüncə vasitəsilə 
həqiqətin dərkinə inanan və Ģüur qarĢısında həqiqi obyektlərin durduğunu aĢkar edən sadəlövh təfəkkür obrazıdır. Bu 
inamda təfəkkür birbaĢa predmetlərə yanaĢır, özündən fikrin məzmunu kimi duyğuların və seyrlərin məzmununu hasil 
edir və bu məzmunda həqiqət görərək onunla təmin olunur. Fəlsəfənin bütün baĢlanğıc mərhələləri, bütün elmlər və 
hətta Ģüurun gündəlik fəaliyyəti və hərəkəti bu inamda yaĢayır.30 
   
§ 27 
  Bu təfəkkür məzmunca əsl spekulyativ təfəkkür kimi görünsə də, özündəki əksliklərin dərki Ģüuruna malik 
olmadığından təfəkkürün sonlu tərifləri hüdudunda, yəni hələ həll edilməmiĢ əksliklər çərçivəsində qala bilər. Burada – 
giriĢdə təfəkkürün bu münasibətinin yalnız məhdudluğunu gözdən keçirmək bizi maraqlandıra bilər və odur ki, biz, öncə 
bu fəlsəfəçiliklə məĢğul olmalıyıq. Belə fəlsəfi təlimin daha müəyyən və bizə daha yaxın olan (zamanca) forması 
əvvəlki metafizika – kant fəlsəfəsinə qədərki metafizikadır. Lakin bu metafizika yalnız fəlsəfə tarixi baxımından keçmiĢ 
metafizikadır, özlüyündə isə o, ümumiyyətlə desək, hər yerdə ağıl predmetlərinə xalis abstrakt-əqli baxıĢ kimi 
mövcuddur. Odur ki, onun üsularının və əsas məzmununun daha ətraflı gözdən keçirilməsi bizim üçün vazkeçilməz 
maraq daĢıyır. 
   
§ 28 
  Əvvəlki metafizika təfəkkürün təriflərini seyrlərin əsas tərifləri kimi gözdən keçirmiĢdir. Mövcud olanın düĢünülə və 
dərk edilən olmasına dair bu müqəddimə əvvəlki metafizikanı sonrakı tənqidi fəlsəfədən yüksəyə qaldırır. Ancaq 1) 
əvvəlki metafizika təfəkkürün təriflərini özü üçün önəmli və həqiqi olanın xəbəri olmağa qabil abstraksiyalar kimi 
götürürdü. Ümumiyyətlə, bu metafizika hesab edirdi ki, mütləqi ona predikatlar (xəbərlər) aid etməklə dərk etmək olar 
və təfəkkürün təriflərini o, nə onlar üçün xarakterik olan məzmunları, nə dəyərləri, nə də onların bu formasını (mütləqi 
onlara predikatlar aid etməklə təyini formasını) araĢdırmamıĢdır. 
  Qeyd. Belə predikatlara, məsələn, "allah mövcud varlıqdır" cümləsindəki mövcud varlıq, dünya sonludur və ya 
sonsuzdur sualındakı sonlu və ya sonsuz, cümlədəki sadə, mürəkkəb, "Sadə könül", sonra "ġey tək və bütövdur" və i. a. 
predikatlar aiddir. Bu metafizika nə belə predikatların həqiqi olub olmadığı, nə də mühakimənin forması həqiqətin 
forması ola bilərmi sualını araĢdırmamıĢdır. 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə