MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə8/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   4   5   6   7   8   9   10   11   ...   79

azadlıq əldə edir, dıĢ və iç hissiliyindən ayrılır, bütün özəl maraqları və meylləri özündən kənarlaĢdırır. Məntiq bu zəmin 
üzərində durduğundan biz onu yüksək qiymətləndirməliyik. 
  3-cü əlavə. Məntiqi xalis formal təfəkkür haqqında elm anlamında olduğundan daha dərin anlamda baĢa düĢmək 
tələbatı dinin, dövlətin, hüququn və əxlaqın maraqlarından irəli gəlir. Əvvəllər azad və zorakılığa məruz qalmadan 
düĢünürdülər və heç nədən Ģübhələnmirdilər. Allah, təbiət və dövlət haqqında düĢünürdülər və əmin idilər ki, həqiqətin 
dərkinə hisslər və ya təsadüfi təsəvvürlər və rəylər vasitəsilə deyil, yalnız düĢüncə vasitəsilə nail olmaq olar. Bu cür 
düĢünmək davam edirdi, bəlli oldu ki, bu cür düĢüncə həyatın yüksək özüllərini Ģübhə altına salır, bütün müsbət olanın 
önəmini azaldır. Dövlət quruluĢları düĢüncənin qurbanı oldular, din düĢüncənin, fikrin hücumuna məruz qaldı, 
indiyədək Ģübhəsiz kəĢflər sayılan dini təsəvvürlər sarsıldı və əski inanc bir çox könüllərdə məhv oldu. Belə ki, məsələn, 
yunan filosofları əski dinə düĢmən kəsildilər və onun təsəvvürlərini məhv etdilər. Bir-birilə önəmli ölçüdə bağlı olan 
dinin və dövlətin bu cür aĢağılanmasına görə filosoflar ölkədən qovulur və öldürülürdülər. Təfəkkür özünü belə göstərdi 
və böyük təsir göstərdi. Bu, təfəkkürün hakimiyyətinə diqqət göstərilməsinə məcbür etdi; onun tələblərini daha diqqətlə 
gözdən keçirməyə baĢladılar və bu məsələni araĢdıranların rəyincə aydın oldu ki, təfəkkür zorla öz üzərinə heç bir vəzifə 
qəbul etmir və özünün baĢlamadığı iĢləri yerinə yetirə bilməz. O, allahın, təbiətin və ruhun mahiyyətini dərk etmək, 
ümumiyyətlə, həqiqəti dərk etmək yerinə dövləti və dini devirdi. Odur ki, təfəkkürdən tələb etməyə baĢladılar ki, o 
özünün gəldiyi nəticələrə bəraət qazandırsın və beləliklə, təfəkkürün təbiətinin və onun düzgünlüyünün tədqiqi ən yeni 
dövrdə fəlsəfi marağın önəmli sahəsi olmuĢdur. 
   
§ 20 
  Ġlk baxıĢda təsəvvür edildiyi kimi götürüldükdə təfəkkür a) özünün adi subyektiv anlamında digər – hissi qavrayıĢla, 
seyrlə, fantaziya və i. a., istəklə, arzu ilə və i. a. yanaĢı, ruhi, mənəvi fəaliyyətlərdən və ya qabiliyyətlərdən biridir. 
Təfəkkürün məhsulu, müəyyənlik və ya fikrin forması ümumiyyətlə, ümumidir, abstraktdır. Deməli, fəaliyyət kimi 
təfəkkür fəal ümumidir – məhz özünü yaradan fəaliyyətdir, belə ki, törədilən əməl ümumidir. Subyekt kimi təsəvvür 
edilən təfəkkür düĢünən varlıqdır; düĢünən mövcud subyekti göstərmək üçün sadə ifadə, söz "mən"dir. 
  Qeyd. Burada və sonrakı paraqraflarda göstərilən təriflər təfəkkür haqqında mənim təsdiqim və rəyim kimi baĢa 
düĢülməlidir. Belə ki, Ģərhin bu ilkin üsulunda bizim verdiyimiz təriflərin hasil edilməsi və sübutu öz əksini 
tapmadığından onları faktlar saymaq olar, belə ki, hər kəs əgər düĢünür və o faktları araĢdırırsa, onları özünün empirik 
Ģüurunda tapa bilər; bu fikirlər ümumi xarakterə malikdirlər, eyni zamanda sonradan göstəriləcək tərifləri aĢkar edə 
bilər. Öz Ģüurunun və təsəvvürünün faktlarını müĢahidə etmək üçün hər halda inkiĢaf etdirilmiĢ diqqət və 
abstraktrlaĢdırma qabiliyyəti tələb olunur. 
  Artıq bu ilkin Ģərhdə biz hissi olan, təsəvvürlə fikir, düĢüncə arasındakı fərqdən söz açmalıyıq; bu fərq idrakın təbiəti 
və növlərini anlamaq üçün həlledici önəm daĢıyır və bu fərq haqqında burada edilən bir sıra qeydlər predmetin 
aydınlaĢmasına xidmət edir. Hissi olana gəlincə onun izahı üçün ilk öncə onun dıĢ qanadlı olduğunu, hiss üzvləri ilə 
bağlı olduğunu göstərirlər. Ancaq hissiliyin alətini göstərmək onun bu alət vasitəsilə hasil edildiyini müəyyənləĢdirmir. 
Hiss ilə fikir arasındakı fərqi biz onda görməliyik ki, birincinin xarakter özəlliyi təkcədir və təkcə (tamamilə abstrakt 
götürüldükdə bu, atomdur) digər təkcələrlə bağlı olduğundan hissi olan bu təkcələrin bir-birindən kənarda olmasının 
ifadəsidir ki, bunun da abstrakt formaları onların bir yerdə və ardıcıl olmasıdır. 
  Təsəvvürün də məzmunu hissi materialdır, ancaq təsəvvürdə olan bu material məndə olan və mənim materialım kimi 
və ümumi kimi, özü ilə münasibət, sadəlik kimi xarakterizə olunur. Lakin təsəvvürün hissilikdən baĢqa elə bir materialı 
da var ki, məsələn, hüquqi, mənəvi və dini təsəvvürlər kimi, həmçinin, təfəkkür haqqında təsəvvürlər kimi özünü bilən 
təfəkkürdən yaranır və belə təsəvvürlərin bu məzmunla fikirdən nə ilə fərqləndiyini göstərmək asandır. Burada məzmun 
fikirdir və həmçinin ümumilik formasına malikdir və bu forma ondan ötrüdür ki, hansısa məzmun məndə olsun və o, 
təsəvvürdən ibarət olsun. Lakin təsəvvürün fərqləndirici əlamətini burada onda görmək lazımdır ki, təsəvvürdəki 
məzmun sanki təcrid olunmuĢ kimi durur. Doğrudan da hüquqi və buna bənzər digər təriflər hiss-məkani kənarlıqda 
deyillər. Zamana münasibətdə isə onlar bir-birindən sonra gəlirlər; lakin onların məzmunu isə zamana məhkum, 


zamanca yaranan və dəyiĢilən deyil. Amma özlüyündə belə ruhi təriflər yenə də, ümumiyyətlə, təsəvvürün iç abstrakt 
ümumiliyinin geniĢ zəminində ayrı-ayrıdırlar. Bu ayrılıqda onlar: hüquq, borc, allah bəsitdirlər. Təsəvvür ya onun 
üzərində dayanır ki, hüquq elə hüquqdur, allah allahdır, ya da əgər o daha inkiĢaf etmiĢ təsəvvürdürsə, onda, məsələn, 
belə tərifləri göstərir: allah aləmin yaradıcısıdır, o hər Ģeyə sahib və qadirdir və i. a.; burada yenə də bir sıra ayrı-ayrı 
sadə təriflər bir-birinə qovuĢur, halbuki onların arasında subyektin (təfəkkürün, "Mən"in – A. T.) onlara verdiyi bir 
bağlılıq var. Təsəvvür burada ondan yalnız ümumilə xüsusi arasındakı, və ya səbəblə fəaliyyət və s. arasındakı 
bağlantını, yəni təsəvvürün ayrı-ayrı tərifləri arasındakı zərurət bağlantısını müəyyən etməsilə fərqlənən empirik-əqli 
dərrakə ilə üst-üstə düĢür, halbuki təsəvvürün qeyri-müəyyən məkanında bu təriflər sıra təĢkil edir və bir-biri ilə yalnız 
sadə həmçinin vasitəsilə bağlanır. Təsəvvürlə fikrin fərqli olması çox önəmlidir, ona görə ki, ümumiyyətlə demək olar 
ki, fəlsəfə təkcə təsəvvürü fikrə çevirir, amma, əlbəttə, bu da əlavə edilməlidir ki, o sonradan çılpaq fikri anlayıĢa 
çevirir. 
  Lakin əgər biz hissiliyin təkcəlik və özündənkənarlıq kimi təriflərini göstərmiĢiksə, onda əlavə etməliyik ki, bu təriflər 
də fikirdir və ümumidir; məntiqdə aĢkar olacaq ki, fikir və ümumi fikrin özü və özünün özgəsidir, o özünün özgəsini də 
əhatə edir və ondan kənarda heç nə qalmır. Belə ki, dil fikrin əsəri olduğundan ümumi olmayan heç bir Ģeyi ifadə edə 
bilməz. O Ģey ki, mənə elə gəlir o mənimdir, mənə ayrıca fərd kimi məxsusdur; ancaq əgər dil yalnız ümumini ifadə 
edirsə, onda mən yalnız mənə elə gəlir deyə bilmərəm. Və ifadə oluna bilməyən, hiss, duyğu ən yaxĢı ən həqiqi deyil, ən 
önəmsizdir, daha qeyri-həqiqidir; əgər mən təkcə deyirəmsə, bu təkcə burada indiki təkcədirsə, onda bütün bunlar 
ümumi ifadələrdir; "hamı" və "hər kəs" təkcələrdir, ümumiyyətlə, "budur", "burada" və "indi"dir, ümumiyyətlə, hissi 
olandan söz getdikdə burada və indi olan nəzərdə tutulur. Eləcə də mən "mən" deyərkən özümü bu bütün baĢqa 
"mənləri" istisna edən mövcud "mən"i nəzərdə tuturam; ancaq "mən" deyimi bütün baĢqa "mən"ləri də ifadə edir, bu 
"mən" bütün baĢqa mənləri istisna edən "mən"dir. Kantın "mən" mənim bütün təsəvvürlərimin, eləcə də duyğularımın, 
hərəkətlərimin və i. a. müĢayətçisidir deyimi uğurlu seçilməyib. "Mən" özlüyündə ümumidir və ümumilik də ən 
ümuminin formalarından biridir, ancaq onun yalnız dıĢ formasıdır. Bütün insanlar "mən"dən ibarət olan ümumiliyə 
malikdirlər, eləcə də mənim bütün duyğularım, təsəvvürlərim və i. a. arasındakı ümumilik mənim olmalarından 
ibarətdir. Ancaq abstrakt götürülən "mən" özümün özümə xalis münasibətimdir ki, bu, təsəvvürdən, duyğudan hər cür 
halımdan, eləcə də hər cür təbii özəlliyimdən, istedadımdan, təcrübəmdən və i. a. abstraksiya edilmiĢdir. Bu yöndən 
"mən" tamamilə abstrakt ən ümumiliyin varlığıdır, abstrakt azadlıqdır. Odur ki, "mən" subyekt kimi təfəkkürdür; və belə 
ki, mən "mən" kimi bütün özümün duyğularımda, təsəvvürlərimdə, hallarımda iĢtirak etdiyimdən, fikir hər yerdə 
mövcuddur və bütün bu təriflərdən kateqoriya kimi irəli çıxır. 
  Əlavə. Təfəkkürdən söz açdıqda öncə onu subyektiv fəaliyyət, çoxlu qabiliyyətlərimizdən biri, məsələn yaddaĢ, 
təsəvvür, iradə və i. a. kimi təsəvvür edirik. Əgər təfəkkür yalnız bir subyektiv fəaliyyət olsaydı və bu cür də məntiqin 
predmeti olsaydı, onda o da baĢqa elmlər kimi müəyyənləĢmiĢ bir predmetə malik olardı. Onda təfəkkürün ayrıca bir 
elmin predmeti edilməsi, iradənin, fantaziyanın və i. a. ayrıca bir elmin predmeti edilməməsi zorakılıq olardı. Təfəkkürə 
sayğının əsası onun bir avtoritet kimi qəbul olunmasıdır və bu, insanda onu heyvandan fərqləndirən daha həqiqi bir 
özəllikdir. Təfəkkürün hətta subyektiv fəaliyyət kimi öyrənilməsi də maraqlıdır. O zaman təcrübə vasitəsilə dərk olunan 
qaydalar və qanunlar onun ən yaxın tərifləri olardı. Təfəkkürün bu yöndən gözdən keçirilən qanunları, adətən, məntiqin 
məzmununu oluĢdurur. Bu elmin banisi Aristoteldir. O elə bir güclü ağıl sahibi idi ki, təfəkkürə layiq olduğu dəyəri verə 
bilmiĢdir. Bizim təfəkkürümüz çox konkretdir, ancaq onun məzmun rəngarəngliyində, çoxcürlüyündə biz təfəkkürə 
məxsus olanı və ya fəaliyyətinin abstrakt formasını ayırmalıyıq. Gizli ruhi bağlar, təfəkkür fəaliyyəti bütün bu məzmunu 
və bu bağları, bu formanı birləĢdirir və bunu olduğu kimi Aristotel irəli sürmüĢ və müəyyənləĢdirmiĢdir. Aristotelin 
məntiqi günümüzədək məntiqin özülü olaraq qalmaqdadır və Aristoteldən sonra, əsasən, orta əsrlər sxolastikləri 
tərəfindən onun üzərində iĢlənilmiĢdir; ancaq onlar məntiqin məzmununa heç nə əlavə etməmiĢ, yalnız bəzi detalları 
inkiĢaf etdirmiĢlər. Yeni dövrün məntiq sahəsində baĢlıca xidməti, əsasən, bir tərəfdən Aristotelin və sxolastiklərin 
yaratdıqları bir çox tərifləri atması ilə, digər tərəfdən çoxlu kənar psixoloji materialı əlavə etməklə məhdudlaĢır. Bu elm 
onunla maraqlıdır ki, orada biz sonlu təfəkkürün üsulları ilə tanıĢ oluruq və bu elm özünün nəzərdə tutduğu predmetinə 
uyğundursa, düzgün elmdir. Formal məntiqi öyrənmək, Ģübhəsiz, fayda verir; onun öyrənilməsi qəbul olunduğu kimi, 
ağlı cilalayır. Biz fikrimizi toparlamağı öyrənirik, abstraktlaĢdırmaya vərdiĢ edirik, bununla yanaĢı adi Ģüurda olduğu 
kimi, bir-biri ilə çarpazlaĢan və qovuĢan təsəvvürlərimizlə iĢləyirik. Amma abstraktlaĢdırmada ruhun bir nöqtədə 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə