MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə14/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   10   11   12   13   14   15   16   17   ...   79

  Əlavə. Ehkamçılığa birbaĢa əks olan baxıĢ skeptisizimdir. Əski skeptiklər, ümumiyyətlə, bütün fəlsəfəni ehkamçı 
adlandırırdılar, çünki fəlsəfə müəyyən müddəalar ortaya qoyurdu. Bu geniĢ anlamda skeptisizm həm də spekulyativ 
fəlsəfəni doqmatik, ehkamçı kimi qəbul edirdi. Lakin doqmatizm daha dar anlamda birtərəfli təfəkkür anlamlarını 
saxlamaqdan, onlara əks olanları isə dəf etməkdən, atmaqdan ibarətdir. Ümumiyyətlə, bu qəti ya-ya ona gətirib çıxarır 
ki, məsələn, təsdiqləyirlər ki, dünya ya sonlu, ya da sonsuzdur, ancaq mütləq ikisindən biridir. Həqiqi, spekulyativ olan 
odur ki, özündə bu cür birtərəfli tərifləri yoxdur və o, təriflərlə bitmir, totallıq kimi özündə doqmatizmin ayrı-ayrılıqda 
möhkəm və hiqiqi saydığı tərifləri özündə yerləĢdirir. Fəlsəfədə çox vaxt birtərəfliliyi totallıqla müqayisə edib 
təsdiqləyirlər ki, bitərəflilik totallıqla müqayisədə xüsusidir, sarsılmazdır. Ancaq əslində birtərəfli olan sarsılmaz və özü 
üçün mövcudluq olmayıb bütövdə bərtərəf edilmiĢ biçimdə saxlanılır. Metafizik təfəkkürün doqmatizmi ondan ibarətdir 
ki, burada fikrin birtərəfli tərifləri bir-birindən ayrılmıĢ halda götürülür, spekulyativ fəlsəfi idealizm isə totallıq 
prinsipinə malikdir və təfəkkürün birtərəfli abstrakt tərifləri hüdudundan kənara çıxır.Belə ki, məsələn, idealizm təsdiq 
edir: ruh (könül) yalnız sonlu və ya sonsuz olmayıb həm sonlu, həm də sonsuzdur və deməli, onların heç biri deyildir, 
yəni belə təriflərin ayrı-ayrılıqda gücü yoxdur, onları ancaq bərtərəfləĢmiĢ halda alır. Ġdealizmin artıq bizim adi 
Ģüurumuzda yeri vardır: hissi Ģeylər barəsində biz deyirik ki, onlar dəyiĢkəndir, yəni onlar həm varlığa, həm də heçliyə 
malikdir. Biz təfəkkür təriflərinə möhkm söykənirik. Onlar təfəkkür tərifləri kimi daha möhkəm və hətta sarsılmaz 
təriflər olaraq qəbul edilir. DüĢünürük ki, onlar biri-birindən sonsuz uçurumla ayrılmıĢdır, belə ki, bir-birinə əks olan 
təriflər heç zaman yaxınlaĢa bilməzlər. Ağlın mübarizəsi abstrakt idrakın qeydə aldığını aradan qaldırmaqdan ibarətdir. 
   
§ 33 
  Bu metafizikanın birinci hissəsi ontologiya – mahiyyətin abstrakt tərifləri haqqında təlim adlanır. Bu təriflər çoxluğu 
və onların son anlamları üçün prinsip yox idi; odur ki, onlar empirik olmalı və təsadüfi olaraq adları çəkilməlidir; 
onların əsas məzmunu təsəvvürə, inandırmaya (bu sözün altında məhz filan-filan və filan-filan baĢa düĢürlər), bəzən də 
etimologiyaya əsaslana bilərdi. Bu zaman belə təriflərin özündə və özü üçün həqiqiliyi və zəruriliyi haqqında deyil, 
yalnız analizin duzgunluyunün iĢlədilən sözə uyğunluğu və empirik dolğunluğundan söz gedə bilərdi. 
  Qeyd. Özündə və özü üçün "varlıq", "mövcud varlıq", "sonluluq", "bəsitlik", "mürəkkəblik" və digər anlayıĢların 
həqiqiliyi məsələsi qəribə görünməlidir; bu halda o anlayıĢların qeyri-dəqiqliyi təsəvvürün subyekti ilə ona xəbər kimi 
birləĢən anlayıĢ arasındakı ziddiyyətdən asılıdır. Lakin anlayıĢ bir konkret (və hətta ümumiyyətlə hər bir müəyyənlik) 
kimi daha çox fərqli təriflərin vəhdətindən ibarətdir. Odur ki, əgər həqiqət ziddiyyətin olmamasından ibarət olsaydı, 
onda öncə bir anlayıĢın bu üç ziddiyyətinin olub və ya olmaması gözdən keçirilməli olardı. 
   
§ 34 
  Sözü gedən metafizikanın ikinci hissəsi rasional psixologiya və ya ruhun (könlün – A. T.) metafizik təbiətini, yəni bir 
əĢya kimi ruhu gözdən keçirən pnevmotologiyadır. 
  Qeyd. Ölməzliyi (ruhun – A. T.) mürəkkəbliyin, zamanın, keyfiyyət dəyiĢkənliliyinin və kəmiyyətcə böyümənin və ya 
kiçilmənin özünə yer tapdığı sferada tapacaqlarını düĢünürdülər. 
  Əlavə. Ruhun təzahürlərinin gözdən keçirilməsinin empirik üsuluna əks olan psixologiya rasional psixologiya adlanır. 
Rasional psixologiya ruhu metafizik təbiəti yönündən, abstrakt təfəkkürlə müəyyənləĢdirildiyi biçimdə gözdən keçirirdi. 
O, ruhun iç təbiətini – özlüyündə və fikir üçün necə olduğunu dərk etmək istəyirdi. Bizim zamanımızda fəlsəfədə 
könüldən çox ruhdan danıĢılır. Ruh bədənlə ruh arasında orta bir Ģey olan və onları bir-birinə bağlayan könüldən 
fərqlidir. Könül, fərdi ruh kimi ruh bədənə yüklənmiĢdir və bu fərdi ruh bədənin canlı baĢlanğıcıdır. 
  KeçmiĢ metafizika ruha əĢya kimi baxırdı. Ancaq əĢya ikianlamlı ifadədir. ƏĢya dedikdə biz ilk öncə bilavasitə var 
olanı, hissi olaraq təsəvvür etdiyimiz bir Ģeyi baĢa düĢürük və ruh (könül – A. T.) haqqında bu anlamda söz açılırdı. 
SoruĢulurdu ki, ruh harada məskunlaĢmıĢdır. Lakin əgər ruh bəlli bir yerdə olursa, onda o, məkanda və hissi təsəvvürün 


predmeti olmalıdır. Bundan baĢqa, ruh əĢya kimi anlaĢıldıqda soruĢula bilər ki, o, bəsitdir yoxsa mürəkkəb. Bu sual 
ruhun ölməzliyi baxımından özəl maraq doğurmuĢdu, çünki düĢünürdülər ki, onun ölməzliyi sadəliyi ilə ilgilidir. Ancaq 
əslində abstrakt sadəlik tərifi də mürəkkəblik tərifi kimi ruhun mahiyyətinə az uyğundur. 
  Rasional psixologiyanın empirik psixologiyaya münasibətinə gəlincə birinci ikincidən ucadadır, çünki o, ruhu təfəkkür 
vasitəsilə dərk etmək, həmçinin təfəkkürün düĢündüyünü sübuta yetirmək məqsədini izləyir, bununla belə empirik 
psixologiyanın etdiyi kimi qavrayıĢdan çıxıĢ edir və onun verdiklərini sadalayır və təsvir edir. Ancaq ruh barəsində 
düĢünmək istəyirlərsə, onun özəlliklərinə bu cür müqavimət göstərmək gərək deyil. Ruh artıq sxolastiklərin allah 
haqqında "o mütləq fəallıqdır" ifadəsi anlamında fəaliyyətdədir. Amma əgər ruh fəaldırsa, onda buradan belə çıxır ki, o 
özünü aĢkarlayır. Odur ki, biz ruhun hərəkətsiz iç tərəfini onun dıĢ tərəfindən ayıran keçmiĢ metafizika kimi ruha 
hərəkətsiz bir varlıq (ens) kimi baxmamalıyıq. Ruh özünün konkret kerçəkliyində, enerjisində gözdən keçirilməlidir, 
yəni ona elə yanaĢılmalıdır ki, onun dıĢ görüntüləri iç tərəfi ilə ĢərtlənmiĢ halında dərk edilmiĢ olsun. 
   
§ 35 
  KeçmiĢ metafizikanın üçüncü hissəsi adlanan kosmologiyanın predmeti dünya, onun təsadüfləri, zərurəti, əbədiliyi, 
məkan və zamanda məhdudluğu, onun dəyiĢməsin, formal qanunları, daha sonra, insan azadlığı və Ģərin qaynağı idi. 
  Qeyd. Burada əsasən təsadüf və zərurət, dıĢ və iç zərurət, fəal və son səbəblər yaxud, ümumiyyətlə, səbəbiyyət və 
məqsəd, mahiyyət (və ya substansiya) və olay, forma və materiya, azadlıq və zərurət, xoĢbəxtlik və üzüntü, xeyir və Ģər 
mütləq əksliklər kimi qəbul edilirdi. 
  Əlavə. Kosmologiyanın predmeti təbiətin və ruhun dıĢ birliyi, olayları idi, deməli, onun predmeti ümumiyyətlə 
mövcud varlıq, sonlunun toplamından (məcmusundan) ibarət idi. Ancaq kosmologiya özünün bu predmetini bir konkret 
bütöv kimi deyil, yalnız abstrakt təriflərə görə gözdən keçirirdi. Deməli, burada, məsələn, dünyada təsadüf yoxsa zərurət 
hökm sürür, dünya əbədidir yoxsa yaradılmıĢdır sualları gözdən keçirilirdi. Sonra bu fənn (kosmologiya – A. T.) ən 
ümumi kosmoloji qanunların, məsələn, təbiətdə sıçrayıĢların olmaması qanununun müəyyənləĢdirilməsiylə 
maraqlanmıĢdır. Burada sıçrayıĢ bilavasitə keyfiyyət fərqini və keyfiyyət dəyiĢikliyini göstərir, halbuki kəmiyyətcə 
tədriciliyin vasitələnmiĢ olduğu təsəvvür edilirdi. 
  Ruhun dünyadakı, kosmologiyadakı varlığına münasibətdə, əsasən, insan azadlığı, Ģərin qaynağı məsələləri gözdən 
keçirilirdi. Bunlar, Ģübhəsiz ki, olduqca maraqlı məsələlərdir, ancaq onlara yetərli cavablar vermək üçün hər Ģeydən 
öncə abstrakt idrak tərifləri müstəqil mövcud olan və ona görə də bir-birindən ayrılıqda substansial və həqiqi olan 
anlamda və bitmiĢ təriflər kimi qeyd olunmamalıdır. KeçmiĢ metafizikanın baxıĢı, yanaĢması ümumiyyətlə belə idi və 
odur ki, kosmoloji mühakimələrində də öz məqsədinə – dünya olaylarının dərkinə uyğun olmadı. Belə ki, məsələn, 
metafizika öz baxıĢ çevrəsinə azadlıq və zərurət arasındakı fərqi daxil etmiĢdi və bu təriflər təbiətə və ruha aid edilirdi 
ki, təbiət öz hərəkətlərində zərurətə tabe olurdu, ruh isə azad götürülmüĢ olurdu. Bu fərq, Ģübhəsiz, mühüm fərqdir və 
ruhun özünün dərinliyində onun kökü vardır; amma azadlıq və zərürət abstrakt olaraq bir-birinə əks olan təriflər kimi 
yalnız sonlu varlıq sahəsinə məxsusdurlar və yalnız o zəmində anlam daĢıyırlar. Heç bir zərurəti olmayan azadlıq və 
azadlığı olmayan quru, boĢ zərurət – hər ikisi abstraktdır, deməli, qeyri-həqiqi təriflərdir. Azadlıq olduqca konkretdir, 
əbədi özündə müəyyənləĢmiĢdir və deməli, həm də zəruridir. Zərurətdən söz getdikdə, adətən, yalnız kənardan 
determinasiya (təyin olunma) baĢa düĢülür, məsələn, sonlu mexanikada31 cismin hərəkətinə baĢqa cismin ona təsirinin 
sonucu kimi baxıldığı kimi. Amma bu, əsl iç həqiqət deyil, yalnız dıĢ zərurətdir, belə ki, iç zərurət azadlıqdır. Xeyir və 
Ģər arasındakı əkslik də bu yöndən gözdən keçirilə bilər. 
  Əgər biz Ģərə özü üçün davamlı, xeyir olmayan bir Ģey kimi baxırıqsa, bu yöndən məsələnin qoyuluĢu düzgündür və 
onların əksliyi qəbul olunmalıdır; xeyir və Ģərin əksliyinin qeyri-həqiqiliyi, nisbiliyi ondan idarət deyil ki, onlar 
mütləqlə, həqiqətlə birgədirlər və guya Ģər yalnız bizim subyektiv baxıĢımızın sayəsində yaranır. Bu cür anlamanın 
qeyri-həqiqi olduğu onunla bağlıdır ki, Ģərin əslində mənfi, özü üçün mövcudluğu olmayan, yalnız mövcud olmağa 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə