196
mət imiş. Sonda evin adresini deyəcəm. Yə-
qin sən evə gələndə mənim yasım qurtarmış
olar. Bilmirəm bütün bu olanlara görə məni
bağışlayassan ya yox, amma, bil ki, həmişə
sənin kimi bir qardaşım olsun istəmişdim.
Kaş səni əvvəldən tanıyardım. Səssiz qalmaq
o qədər çətin idi ki. Qorxurdum biləsən və
hər şey daha pis olar. Bilirəm bir az şübhə-
lənmişdin. Əshabi-Kəfdə o turistin şəklimizi
hədiyyə etməsi, onu başa düşməyim bəzən
siz danışanda gülməyim. Damcıxanada tut-
duğum dilək qəbul oldu. Arzu etmişdim ki,
sənə qardaşım olmanı öz dilimlə deyim. Ol-
du, amma, video lentdə. Rəşad da sağ olsun,
məni bilirdi və sənə yalan danışmağa məcbur
qaldı, amma, məni üzə vurmadı. Çox yaxşı
oğlan idi. Eşitdim ölüb. Yəqin sənə indi
burdan birlikdə baxırıq. Naxçıvanda mənə
yaşatdığın əvəzolunmaz günlərə görə sənə
borcluyam və kiçik bir hədiyyəmi qəbul et.
Evdə çəkməcəmdə sənə bir kağızda pul
ayırmışam. Mən sənə ilk saatı göndərməmiş-
dən iki həftə əvvəl öləcəyimi bildim. Bibim-
197
dən keçən bu xəstəlik daha ağırıydı məndə və
tezliklə öləcəyimi bilirdim. Səni tanımadan
ölmək mənə daha pis olardı. Məni sevirdin.
Bağışla qaqaşım həmişə söhbəti dəyişdirir,
çalışırdım ki, bu cür söhbətləri yığışdırasan sən
isə inada düşmüşdün. Hər nə isə deməli mən
universiteti bitirən kimi mükəmməl İngilis-dili
bildiyimə görə tərcüməçi işlədim və yaxşı pul
qazandım. Bir az xərclədik, amma, qalanlarını
götür özünə kiçik bir iş qur. Az puldu, amma,
yenə də olsun. Ancaq 6min manat yığa bildim.
Bağışla qaqaş və nə olar hədiyyəmi qəbul et.
Evimiz Sabir küçəsi 11, bina 2, ev 13. Birdə
səkkiz manata almışdın e mənə səhra çiçəyi?
Elə bir gül yoxuymuş, bunu Rəşad Naxçıvanda
olanda mənə demişdi. Məni bağışlamayacağını
bilirəm. Səni tək qoyduq, amma, bir az tək qal
və düşün ki, biz sənə keçmişini niyə demirdik.
“
İnsan tək qaldıqda anlayır ki, əslində o tək
deyil”. Heç
də asan deyil ki, neçə illərdir
xəyallarında təsəvür etdiyin bir ailənin belə
çıxması. Hər şeyin günahkarı anamızdı. Sağol..
Video qurtaranı bir saat olmuşdu və
198
Nihad buz bağlamış baxışlarını televizordakı
qaraltıdan çəkə bilmirdi. Ayağa qalxdı vanna
otağına girib duşu açdı və buz suyun altında
durdu. Paltarları tamam islanmışdı və bəlkə
də bir saatdan sonra su kəsilməsə idi, Nihad
fərqinə varmayacaq və ayılmayacaqdı. Bir-
dən bədəninə elə bir üşütmə tutdu ki, rəngi
ağappaq olmuş, gözləri qanın içində idi. Ya-
tağa tərəf gəldi və eləcə yorğana sarılıb uzan-
dı. Artıq gecə saat beş idi, amma, hələ də necə
vardısa qalan Nihad, xəstələnmişdi. Asqırır
və elə titrəmə tutmuşdu ki, yataq döşəməni
silkələyirdi. Heç nə demədən sabahın açıl-
masını gözləyir və gözlərini zillədiyi divar
saatından çəkə bilmirdi. Artıq bir gün keç-
mişdi. Nihad qrip olmuş və yatağından qalxa
bilməyəcək qədər xəstə idi. Dayanmadan ös-
kürür, burnunu çəkir və ağlayırdı. Telefonun
pili bitmişdi. Hava isə yağışlı idi. Nihad
ayağa qalxdı və paltarlarını dəyişib titrə-
yə-titrəyə qapıya tərəf yeridi. Və eləcə qapıya
yaxınlaşmışdı ki, müqavimətin saxlaya bil-
məyib yerə yıxıldı.
199
AİLƏMİ TANIDIM…
Həyatımı bitirmişəm,
Bir siratdan keçirmişəm,
Tək günahım doğulmaqdı,
Mən həyata gecikmişəm.
Təqvim artıq yeni bir ayı göstərirdi.
Mayın biri səhər saat on bir idi. Nihad göz-
lərini döşəmədə açmış və son dəfə iki gün
əvvəl yıxıldığını xatırlamışdı. Çox bərk ac-
mışdı. Aşağı yendi və avtomobilə oturub ye-
məkxanaların birinə getdi. Qarnını doyur-
duqdan sonra, bir az dənizkənarı parkda
gəzdi və günorta keçdikdən sonra Dəniz de-
yən ünvana yollandı. Çətində olsa soruşaraq
evi tapmışdı. Qapını döydü, bir yaşlı qadın
çıxdı və heç təəccüblənmədən:
-Keç içəri Xəzər.
-Salam, siz?
-Hə mənəm, Dənizin bibisiyəm. Keç.
Nihad bir az təəccüblənmişdi, axı ona
Xəzər deyən ilk insan bu idi və heç nə olma-
mış kimi onu qarşılamışdı.
200
-Keç əyləş divanda. Yəqin hər şeydən
xəbərin var.
-Hə var. Bilirəm, Dəniz mənə video lent
yollamışdı.
-Lap yaxşı. Keçmişdən danışmayacam.
Gəl mənimlə.
Nihad bu qadının arxasınca getdi və
qadının buradı deməsi ilə dayandı.
-Niyə baxırsan mənə? Keç içəri. Dənizin
otağı bura idi. Mən qonaq otağındayam. Sən
çıxanda xəbərim olacaq.
-Sağ olun.
Nihad otağa girən kimi gözünə ilk dəy-
diyi şəkil divarda böyütdürülərək vurulan
Əshabi-Kəfdəki çəkilən şəkil idi. O vaxt necə
də xoşbəxt idi. Dənizin yatağında oturdu və
qarşıdakı ardıcıl üç çəkməcəni gördü. Birin-
cinin üstündə Dəniz, ikincində Xəzər və
üçüncündə ana və ata yazılarını gördü. Birin-
ci çəkməcəni açdı və ordakı şəkilləri götürüb
baxdı. Burda Dənizin balaca uşaqlıq, məktəb
və universitet şəkilləri idi. Hamısına sevərək
baxırdı Nihad. Rəşadın kitabını da burda
Dostları ilə paylaş: |