37
verdikdə), yəni kompüterdə heç bir əməliyyat və ya əmr icra
etmək mümkün olmadıqda bu düymə istifadə edilir.
Şəkil 2.2. Sistem blokun ön hissəsi
• İndikatorlar - kompüterin işində ınüəyyən parametrləri
əks etdirən 2 elektrik lampalarıdır. İndikatorlardan biri
kompüterin
vəziyyətini
göstərir:
kompüter
şəbəkəyə
qoşulmuşdur, ya yox. Kompüterin bütün işləmə vaxtı bu
indikator işıqlanır. İkinci indikator adətan sərt disklə əlaqəli olur:
kompüter sərt diskdən verilənləri oxuyan zaman və ya əksinə,
sərt diskə verilənləri yazan zaman bu indikator işıqlanır.
• Disk qurğuları. Qabaq paneldə çıxarıla bilən informasiya
daşıyıcıları ilə işləyən bir neçə disk qurğuları da yerləşirlər.
Kiçik disk qurğusu çevik floppy) maqnit diski üçün təyin
edilmişdir. Bundan başqa, alt hissəsi irəli gələn və geri qayıdan
disk qurğusu yığcam disklərlə işləmək üçün təyin olunan CD-
ROM və ya DVD disk qurğularıdır.
•
Birləşdirici
kontakt
sıstemləri
(Slotlar-USB,
cardreader). Əksər ınüasir sistem blokunun qabaq hisəssində
xarici qurğuları kompüterlə birləşdirmk üçün bir neçə kontakt
sistemi vardır. Bir qayda olaraq, bu kontakt sistemləri xüsusi
38
qapağın arxasmda, panelin lap aşağı hissəsində yerləşirlər.
Burada USB kimi bir-iki universal kontakt sistemi, kvadrat yuva
şəklində sürətli FireWire, həmçinin qulaqcıqları qoşmaq üşün
yumru yuvalar yerləşirlər.
Arxa hissə. Sistem blokununun arxa hissəsində xarici
qurğuları qoşmaq üçün təyin olunan, çoxlu sayda yuvalar və
birləşdiricilər vardır. Lakin hər hansı bir qurğunu istənilən
yuvaya qoşmaq praktiki olaraq, mümkün deyildir: hər bir yuva
unikal olur.
Şəkil 2.3. Sistem blokun arxa hissəsi
Qara rəngli 2 böyük birləşdirici (3 kontaktlı) şəbəkə naqilini
və monitorun qida naqilini qoşmaq üçündür. Qida mənbəyini
sistem blokuna Siz onsuz da mütləq qoşmalısınız. Monitora
gəldikdə isə, yaxşı olardı ki, onu birbaşa qida mənbəyinə
qoşasınız. Yerdə qalan digər birləşdiriciləri 3 qrupa bölmək olar:
"yuvalar", nazik-ayaqcıqlara malik birləşdiricilər (bunlara bəzən
"ata" deyilir) və boş yuvalara malik birləşdiricilər (bunlara isə
çox vaxt "ana" deyilir).
Çoxlu sayda yuvalar və 16-naqilli birləşdirici - "ana" səs
platasına aiddir. Buraya mikrofonun, kolonkaların, səsin xarici
mənbəyi, məs., maqnitofonun ştekkeri qoşulurlar. 16 sancaqlı
birləşdirici isə "oyun portu" adlanır və oraya oyun oynamaq üçün
xüsusi oyun manipulyatoru djoystik qoşulur.
Adətən səs platasının yanında 3 naqilli "ana" adlı plata vardır
ki, bu da "videoplatanın" birbşdiricisidir, buraya monitorun
naqili birləşdirilir.
downloaded from KitabYurdu.org
39
25 kontaktlı birləşdiricili paralel port (LPT). Bu port
vasitəsilə printer, skaner, həmçinin informasiyanı saxlayan və
nəql edən xarici qurğular (yaddaş yığıcıları) kompüterə qoşula
bilərlər. Son zamanlara qədər onun sürəti 2 Mbit/s olmuşdur.
Gövdənin arxasında bu yeganə birləşdiricidir, yaxın gələcəkdə
isə onu yəqin ki, universal USB birləşdiricisi əvəz edəcəkdir.
9 və 23
kontaktlı birləşdiricili ardıcıl portların (COM)
sürəti bir qədər az olur (yalnız 112 Kbit/s). Ona görə də, buraya
cəld işləməyi çox da tələb olunmayan - maus və modem kimi
qurğular qoşulurlar. Əvvəllər belə portlar kompüterdə 4 ədəd idi,
lakin sonralar onlardan birı-ikisi qalıb. Maus üçün PS/2
birləşdiricisi yaradıldı, COM portu isə yavaş işləyən modem
üçün saxlanıldı. Vaxt gələcək ki, bu port sıradan çıxarılacaq və
o, USB portu ilə əvəz olunacaqdır.
PS/2 portu. Vaxtı ilə maus və klaviatura-ekiz-qardaşlar
olub, təyinatlarına (hər ikisi idarə qurğusudur) və verilənlərin
kiçik sürətlə ötürülmə funksiyalarına görə bir-birinə oxşar
olduqları üçün, müxtəlif birləşdiricilərə qoşulurdular. Maus -
COM-birləşdiriciyə qoşulurdu, klaviatura isə heç nəyə
oxşamayan, yalnız onun üçün təyin olunmuş birləşdiriciyə malik
idi. Sonralar isə, 1998-ci ildə bu iki qurğu üçün PS/2 adlı xüsusi
birləşdirici meydana gəlmişdi. Ona görə sistem blokunun
arxasında PS/2 birləşdiricisinin aşağı hissəsində "Maus" va
"Keyboard" sözləri yazılmışdır.
USB. 2000-ci illərdə yaranmış bu interfeys həmin on illiyin
ən mühüm hadisəsi olmuşdur. Müasir kompüterlərdə bu
portların sayı 6-dan 8-ə qədər olur və bununla da müxtəlif
portlardan istifadə etməyə son qoyulmuş olur. Əgər köhnə
portların hər birinə yalnız bir qurğu qoşmaq mümkün olurdusa,
bir USB portuna 127 qurğu qoşmaq mümkün olur: bütün USB-
qurğular kompüterə "sıra" ilə qoşula bilirlər. Belə ki, tamamilə
müxtəlif olan qurğular - maus və klaviatura, monitor və printer,
skaner və rəqəmsal fotoaparat, kolonkalar və modemlər sıraya
düzülürlər. Belə ki, birinci qurğu kompüterin USB birləşdiri-
cisinə qoşulur, ikinci qurğu isə birinci qurğunun USB-
birləşdiricisinə qoşulur və i.a. USB ilə işlədikdə yeganə qayda
40
bundan ibarət olur ki, həmin sırada birinci yerdə ən məhsuldar
işləyən qurğular - printer, skaner, kolonkalar, yaddaş yığıcıları
olmalıdırlar. Axırıncı yerdə isə yavaş sürətlə işləyən klaviatura
və modem olmalıdır.
USB-nin daha bir vacib keyfiyyəti vardır - bu interfeys
kompüterə əməliyyat sistemini təkrarən yükləmədən, istənilən
qurğunu qoşmağa imkan verir. USB-nin ilkin modifikasiyaların-
da verilənlərin ötürülmə sürəti 12 Mbit/s olmuşdur. Yeni
yaradılan USB2.0 şinində verilənlərin ötürülmə sürətini 480
Mbit/s-ya qədər artırmaq mümkün olmuşdur. Məhz belə bir
interfeyslə bütün müasir "ana plataları" təmin olunmuşlar.
IEEE 1394 (FireWire). USB2.0 ilə rəqabət aparan
verilənləri yüksək sürətlə ötürə bilən bu kontroller xarici qurğu-
ları kompüterə qoşmaq üçün təyin olunmuşdur. Hal-hazırda
ondan rəqəmsal kameralara malik olan isfifadəçilər istifadə
edirlər. 2003-cü ildən sonra buraxılan bütün platalarda bu
interfeys olmalıdır.
Kompüterin gövdəsinin seçilməsi. Kompüterin gövdələri 2
tipdə olur: şaquli və üfüqi. Şaquli gövdə ya "qala", ya da "mini
tower" şəklində olur. Adətən "qala" tipli gövdə ya monitorun
yanında stol üzərində yerləşdirilir, ya da ki, stolun altında
yerləşdirilir. Üfüqi formalı sistem bloku isə "desktop" adlanır və
adətən monitorun altında yerləşdirilir. Lakin, "desktop"
bazasında kompüterin hissələrini bir yerə yığmaq çox narahatlıq
yaradır, kompüteri təmir etmək isə daha çətin olur. Ondan əlavə,
üfüqi gövdənin həcmi və qida mənbəyinin gücü də az olur.
Buradan belə nəticəyə gəlmək olar ki, güclü ev kompüterləri
üçün bu forma yaranır. Sadəcə olaraq, balaca ofislərdə onlardan
istifadə etmək olar. Hansı gövdənin seçilməsi isə, kompüterin
qoyulacağı yerdən asılı olur. Ən başlıcası isə odur ki, həmin
kompüteri, ona xas olmayan yerdə yerləşdirməyəsiniz. Bu halda,
müəyyən bir vəziyyətdə işləməyə hesablanan optik yaddaş
yığıcıları və sərt disklərin işinə bu pis təsir göstərir.
Estetik nöqteyi-nəzərdən isə, əvvəllər istehsal olunan boz
rəngli kompüterlər əvəzinə, son zamanlar istehsal olunan iMac
kompüterinin gövdəsi yan şəffafdır. Ondan əlavə, ağac, mərmər
downloaded from KitabYurdu.org