tapıntılar Kiotoda (Yaponiya) saxlanılır. Nəhayət, bir neçə vərəq qədim türk yazısı Ankaradakı
Etnoqrafiya Muzeyindədir.
Beləliklə, bütün bu materiallar türk xalqlarının islamaqədərki kitab mədəniyyət haqqında
geniş söz deməyə, həmçinin mədəniyyət tarixinin daha dərin qatlarını araşdırmağa imkan
verir.
*
Orta Asiya şəhərlərinin xarabalıqlarından tapılmış
islamaqədərki qədim türk əlyazmaları
əsasən kağız üzərində yazılmışdır. Bu kitablarda kağızın müxtəlif növlərinə rast gəlmək
mümkündür, lakin hazırda onlar əksərən saralmış, hətta bəziləri tünd-qəhvəyi rəngə bürün-
müşdür, yalnız ksiloqrafların kağızı hələ də ağ olaraq qalır. Bəzi kağız növlərinin üzəri
ahərlənmişdir, qalanların üzəri coddur. Kağızın qalınlığı Ç in kağızından fərqlənir. Əlyazma
kitablarından birində belə məlumat verilir ki, Qansuda kağız hazırlanmasının mərkəzi Şaxu idi.
Ümumiyyətlə, kağızın vətəni Ç in hesab olunur: eranın ibtidasından (başqa bir məlumata
görə, hətta eradan əvvəllər də) Ç ində kağız istehsal edilir, ancaq onun texnikası başqa
xalqlardan gizlədilirdi. Bununla yanaşı, çinlilərlə qonşu olan türklər də kağız düzəldə bilirdilər.
Bu zaman türklər həm Ç in, həm də (özlərinə nisbətdə) Qərb üsulundan istifadə edirdilər.
Məsələn, türklər, manixeylilər kimi, kağızın üst səthini ahərləyirdilər – çinlilərdə bu üsula rast
gəlmirik.
Qədim türklər yazı üçün zil qara tüşdan istifadə edirdilər. Tuşu əsasən hisdən
hazırlayırdılar. Bəzi budda mətnlərində başlıqlar və “burxan”, “bodistv” kimi “hörmətli” sözlər
qırmızı tuşla yazılırdı. Bütün əlyazmaların yazılmasında qarğı qələmdən və tüklü Ç in
fırçasından istifadə olunmuşdur. İkinci alətlə yazılmış mətnlərin rəngi hazırda solmuşdur.
A. fon Qaben, qeydlər aparılması üçün nəzərdə tutulan kağız formatlarını, konspekt
yazılarını və xüsusi sənədləşdirmə üçün ayrılan kağızları bir kənara qoyaraq,
qədim türk
əlyazma kitablarının 6 növünü təsnif edir:
1)
Avropa tipli əlyazma kitabları
- kağızın ikiyə qatlandığı yerdən tikilmiş, yaxud
yapışdırılmışdır. Yazı üfüqi olub, kitabın kapitalına perpendikulyardır. Birinci vərəq sağdan
başlanır. Bu kitablar runik soqdi, uyğur, manixey və brahmi (sonuncu yalnız bir təqvimdədir)
yazısı ilə işlənmişdir. Ç inlilərdə belə kitab forması olmamışdır. A. fon Qabenin fikrincə, ola
bilsin ki, türklər bu formanı Qərbdən – suriyalılardan və ya soqdilərdən əxz etmişlər. Lakin
kitabların formatı və yazının ölçüləri soqdilərdəkindən nəzərəçarpacaq dərəcədə böyükdür.
2)
Avropa tipli əlyazma kitablarının başqa bir növü – burada yazı kitabın kapitalına paralel
yazılmışdır və vərəğin eninə nisbətdə perpendikulyardır. Birinci vərəq soldan başlanır. Əsasən
uyğur yazısı ilə işlənmişdir. Tarixin sonrakı dövrlərində buddistlər və lamaistlər tərəfindən
hazırlanmışdır.
3)
Poti yarpaqlarından düzəldilmiş kiçik ölçülü kitablar – formaca palma yarpaqlarından
düzəldilmiş hind əlyazma kitablarına oxşayır. Vərəğin birinci hissəsində
“pothi” adlanan deşik
açılır və bütün vərəqlər bu deşikdən keçirilmiş bağla “tikilirdi”. Soldan sağa yazıda (Tür-
küstanda brahma yazısı) həmin
“pothi” sol tərəfdə açılırdı ki, mətnə maneçilik törətməsin
(Kitab açılıb örtüldükcə vərəqlər cırıla bilərdi). Sağdan sola yazıda isə
“pothi” deşiyi sağda yer-
ləşdirilirdi. Bu kitablarda sətirlər vərəğin uzununa, üfüqi vəziyyətdə yazılırdı.
Bunlar buddistlərin
uyğur yazılarından ibarətdir.
4)
Poti yarpaqlarından düzəldilmiş böyük ölçülü kitablar – burada yazı vərəğin uzununa
perpendikulyardır. Bağlamaq üçün açılmış deşik vərəğin sol hissəsində yerləşir. Bu kitab
formasından yalnız buddistlər yalnız uyğur yazısı üçün istifadə etmişlər. Bu monqollar üçün də
* Турфанда тапылмыш вя Стейн тяряфиндян ашкар едилмиш Эюйтцрк ялйазмалары тцрк алими Щцсейн Намик Оркун
тяряфиндян юйряниляряк, Анкарада няшр едилмишдир [бах: 198].