Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   7   8   9   10   11   12   13   14   ...   105

 
 
 
Şəkil 8. Sidik əmələgəlmənin əsas prosesləri. 
1 – yumaqcıq kapsulunun boşluğuna ultrafiltrasiya; 
 2 – maddələrin kanalcıq daxilindən qana və kanalcıqyanı mayeyə 
reabsorbsiyası; 3 – kanalcıq hüceyrələrində əmələ gələn maddələrin qana 
və kanalcıq daxilinə sekresiyası; 
4 – maddələrin qandan kanalcıq daxilinə sekresiyası; 5 – hüceyrələrin 
luminal membranında natrium kanalı; 6 – natriun nasosu; 7 – hüceyrə 
kontaktları (oxla maddələrin hüceyrəarası mayedən nefronun mənfəzinə və 
əks istiqamətdə diffuziyası göstərilmişdir). 
 
nb 
 
 
 
 
 
 
 
 
37


 
II FƏSİL 
 
BÖYRƏK  XƏSTƏLİKLƏRİNİN  MÜAYİNƏ  ÜSULLARI 
 
 
 
Kliniki müayinə üsulları 
 
1.
 
Əsas müayinə üsulları 
 
I. Subyektiv müayinə üsulları (sorğu - interrogatio) 
 
Şikayətlər (molestio). Böyrək xəstəlikləri zamanı  xəstələr bel 
nahiyəsində ağrılar, sidik ifrazı aktının və ifraz olunan sidiyin miq-
darının, rənginin pozulması, ödemlər, baş ağrıları, başgicəllənməsin-
dən şikayət edirlər. Bəzi xəstələr isə görmənin pozulması, ürək nahi-
yəsində ağrı, təngənəfəslik, iştahasızlıq, ürəkbulanma, qusma, həra-
rətin yüksəlməsindən narahat olurlar. 
Bəzən böyrək xəstəlikləri uzun illər xəstələri narahat etmir. Belə 
halda xəstələrdə tədricən böyrəklərin büzüşməsi baş verir və ancaq 
xroniki böyrək çatışmazlığının aşkar kliniki əlamətləri meydana 
çıxdıqda xəstə həkimə müraciət edir. 
Ağrının lokalizasiyasının təyin olunması xüsusi əhəmiyyət kəsb 
edir. Böyrək mənşəli ağrılar adətən bel nahiyəsində, qabırğaaltı 
sahədə olur. Sidik axarının patoloji dəyişiklikləri zamanı  ağrı sidik 
axarı boyunca qarnın yan nahiyələrində meydana çıxır. Sidik  kisəsi 
xəstəliklərində ağrı qasıqüstü nahiyədə hiss olunur. 
Ağrının irradiasiyası bel və qarnın yan nahiyəsi, XII qabırğaaltı 
sahəyə, sidik axarının patoloji  proseslərində budun yuxarı ön-içəri 
sahəsinə, sidik kisəsi xəstəliklərində göbək-qasıq birləşməsi arasında 
orta xəttə uyğun sahəyə ötürülür. 
 
38


 
39
Ağrının belə irradiyasiya etməsinə  səbəb bu orqanlara gedən və 
həmin nahiyələri innervasiya edən sinir liflərinin onurğa beyninin 
eyni seqmentlərindən çıxması  və ya həmin seqmentlərə yaxın 
yerləşməsidir. 
Ağrılar bir və ya ikitərəfli ola bilər. Xarakterinə görə böyrək 
xəstəliklərində ağrılar küt və sancı şəklində, vaxtaşırı və daimi olur. 
Böyrəkdə  ağrının baş verməsinə  səbəb böyrək kapsulu və yaxud 
ləyəninin gərilməsidir. Sidik axarının hər hansı    maneə (daş, qan 
laxtası, qatı irin) vasitəsilə tutulması onun spastik yığılmasına və 
ağrıların baş verməsinə səbəb olur. 
Böyrək nahiyəsində küt ağrılar kəskin qlomerulonefritdə, kəskin 
pielonefritdə, paranefritdə, ürək dekompensasiyası zamanı («durğun 
böyrək»), böyrək şişində müşahidə olunur. 
Sancışəkilli ağrılar (böyrək sancısı) böyrəkdaşı xəstəliyində, sidik 
axarının qan laxtası  və irinlə tutulması, yaxud patoloji hərəkətli 
böyrəyin sidik axarının bükülməsi nəticəsində meydana çıxır. Böy-
rək sancısı birdən-birə böyrək nahiyəsində  kəskin, bəzən tədricən 
başlayaraq getdikcə  şiddətlənir, bir neçə saatdan tutmuş bir neçə 
günə  qədər davam edə bilər. Adətən böyrək sancısı uzun müddət 
gəzdikdən və ya avtomobildə hərəkət etdikdən sonra baş verir, bəzən 
isə adi sakit halda meydana çıxır. 
Böyrək sancısı adətən birtərəfli olub, böyrək nahiyəsindən başla-
yaraq qarın, qasıq, bud nahiyələrinə, aralığa və xarici cinsiyyət 
orqanlarına irradiasiya edir. Böyrək sancısı zamanı  xəstə  ağrının 
azalması üçün yataqda müxtəlif vəziyyətlərdə oturmasına baxmaya-
raq heç cür rahat ola bilmir. Bundan fərqli olaraq qeyri-böyrək mən-
şəli xəstəliklərdə  hərəkət vaxtı ağrılar artdığı üçün xəstə  hərəkətsiz 
uzanmağı üstün tutur. Böyrək sancısı zamanı ağrı qıcıqlarının günəş 
kələfinə  və aortaətrafı sinir kələfinə yayılması  nəticəsində reflektor 
olaraq ağrılar qarın nahiyəsinə ötürülür, xəstədə ürəkbulanma, 
qusma, köpmə baş verə bilir, bu da bəzən səhv diaqnozun qoyulma-
sına gətirib çıxarır. Qarın boşluğu orqanları  xəstəliklərindən fərqli 
olaraq böyrək sancısı zamanı  xəstənin ümumi vəziyyəti kafi olur. 


 
40
Bununla belə  nəbz tezləşir, hərarət normal olur (bəzən yüksəlir). 
EÇS artır və leykositoz müşahidə olunmur. Uzunmüddətli böyrək 
sancısı böyrəklərin irinli xəstəlikləri fonunda baş verirsə  xəstənin 
sifəti avazıyır, onu soyuq tər basır, halsızlıq, EÇS-in artması və ley-
kositoz müşahidə olunur. 
Böyrək sancısının baş verməsinə səbəb əsasən böyrək ləyəninin və 
ya sidik axarının daşları, böyrək sallanması, hidronefroz, böyrək 
vərəmi, şiş, pielonefrit və s. olur. Bu zaman ağrının baş vermə səbə-
bini tək sidik yollarının mexaniki tutulub (məsələn: daş, qan laxtası və 
s.) onların divarının və ya böyrək kapsulunun gərginləşməsi deyil, 
həmçinin saya əzələlərin spastik yığılması  və böyrək, yuxarı sidik 
yollarının işemiyası ilə də izah etmək olar. Beləliklə, böyrək ağrıları 
əsas üç mexanizm ilə baş verir – distenzion, spastik və işemik. 
Ağrıların sakitləşməsində bu və ya digər müalicə vasitələrinin 
effektliliyi  bir daha onun hansı xəstəliyə aid olduğunu nümayiş etdi-
rir. Məsələn, isti vasitələr (isitqac, vanna) və ya spazmolitiklərdən 
keçən ağrılar böyrəkdaşı, horizontal vəziyyətdə sakitləşən ağrılar 
böyrək sallanması, analgetiklərin qəbulundan və böyrək nahiyəsinə 
buz qoyulandan sonra keçən ağrılar paranefrit üçün xarakterikdir. 
Böyrək xəstəlikləri zamanı sidik ifrazının pozulması, yəni gündə-
lik sidiyin miqdarının dəyişilməsi və yaxud onun ifraz olunma ritmi-
nin pozulması əlamətləri müşahidə olunur. 
Müəyyən müddət  ərzində ifraz olunan sidiyin miqdarına diurez 
deyilir. Ona görə də həmişə diurez sözündən əvvəl vaxt göstərilməli-
dir; məsələn, dəqiqəlik diurez, gündəlik diurez və s. 
Sağlam adam gün ərzində 1,5 l sidik ifraz edir (gündəlik diurez 
1,5 l). Gündəlik diurez 2 l-dən çox olduqda poliuriya adlanır. 
Poliuriya böyrək, yaxud qeyri-böyrək mənşəli ola bilir. 
Böyrək mənşəli poliuriya adətən sidiyin nisbi sıxlığının azalması 
(hipostenuriya) ilə gedir və çox ağır böyrək xəstəliklərində (xronik 
pielonefrit və ya qlomerulonefritin son mərhələsində, xronik böyrək 
çatışmazlığı), böyrək arteriolosklerozunda müşahidə olunur. Poliuri-
ya həmçinin kəskin böyrək çatışmazlığının 3-cü mərhələsində də baş 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə