325
3. Bağayarpağı, ot 15,0
4. Böymədərən, ot 15,0
5. Gicitkan, ot 15,0
6. Kalendula, gül 15,0
7. Pişikdili, ot 15,0
8. İtburnu, meyvə 15,0
9. Biyan, kök 10,0
10. Kəkotu, ot 10,0
11. Razyana, toxum 10,0
12. Şüyüd, toxum 10,0
13. Cəfəri, toxum 10,0
14. Yonca, gül 10,0
15. Elrika, çiçək 10,0
16. Xəşəmbül, ot 10,0
17. Qarğıdalı, saçaq 10,0
18. Qara qarağat, yarpaq 10,0
19. Meşə çiyələyi, ot 10,0
1 xörək qaşığı bitki yığımını 500 ml suda dəmləmək, yeməkdən
15 dəqiqə qabaq, ilıq halda, gündə 3 dəfə 150 ml içmək.
Bu bitki yığımını xroniki qlomerulonefrit zamanı bir neçə ay ərzində
içmək olar, bir ay fasilədən sonra yenə təkrar edilir. Hematuriya müşa-
hidə olunduqda eyni zamanda 109 №-li bitki yığımı da istifadə olunur.
Bitki yığımı № 109
1. Quşəppəyi, ot 25,0
2. Böymədərən, ot 15,0
3. Su bibəri, ot 15,0
4. Dazı, ot 15,0
5. Gicitkan, ot 15,0
6. Qaytarma, ot 15,0
7. Nar qabığı 15,0
8. Yonca, çiçək 15,0
9. Biyan, kök 15,0
326
1 xörək qaşığı bitki yığımını 500 ml suda dəmləmək, ilıq halda,
gündə 3 dəfə yeməkdən 15 dəqiqə qabaq içmək.
Angina və farinqo-laringit müşahidə olunduqda qarqara etmək
məqsədi ilə 21 №-li bitki qarışığından istifadə olunur.
Bitki qarışığı № 21
1. Evkalipt, yarpaq 20,0
2. Klendula, gül 15,0
3. Sürvə, yarpaq 15,0
4. Çobanyastığı, gül 10,0
5. Andiz, kök 10,0
6. Biyan, kök 10,0
7. Cökə, gül 10,0
8. Bağayarpağı, ot 10,0
1 xörək qaşığı bitki yığımını 500 ml suda dəmləmək, gündə 5-6
dəfə ilıq halda qarqara etmək.
Yaz dövründə tozağacı şirəsi tətbiq edilir. Həmçinin bu dövrdə
gicitkanın, zəncirotunun, şüyüdün, ballıcanın, kasnının tər yarpaqla-
rından hazırlanmış salatdan da istifadə olunur.
Payız-qış dövründə itburnu, qarağat, qaragilə, mərcanı, moruq, gicit-
kandan hazırlanmış vitaminli şirələrdən (cövhərlərdən) istifadə edilir.
Bu cövhərlər orqanizmi vitaminlərlə (C vitamini) təmin etməklə yanaşı
sidikqovucu effektə də malikdirlər. Mövsüm ilə əlaqədar xəstə çoxlu
miqdarda təzə meyvələr və giləmeyvələr (qaragilə, çiyələk, mərcanı, cır
mərsin, böyürtkən, qarağat, krıjovnik, çaytikanı, qarpız, üzüm, alma, ar-
mud) və onların şirələrindən istifadə etməlidir.
Pielonefrit. Xroniki piolonefritin kompleks müalicəsində anti-
septik, diuretik və hemostatik təsirə malik olan dərman bitkilərindən
istifadə olunur (cədvəl 22).
327
Cədvəl 22
Pielonefrit zamanı istifadə olunan dərman bitkilərinin təsir
mexanizmi
T ə s i r i
Bitkinin adı
Diuretik Antiseptik Aşılayıcı Hemostatik
Sürvə otu
-
++
-
-
Mərsin otu
++
++
-
-
Andiz kökü
++
+
-
+
Dazı otu
+
+++
++
+
Qarğıdalı saçağı ++
++
+
+
Gicitkan otu
-
++
+
+++
Mələkotu kökü
++
-
-
-
Tozağacı yarpağı ++
-
-
-
Ayrıq otu
++
-
-
-
Böyrək çayı +++
-
-
-
Qatırquyruğu otu
+++
+
+
++
Çobanyastığı gülü -
++
-
-
Üvəz meyvəsi ++
+
+
++
Ayıqulağı yarpağı +++
++
+
-
Göyçiçək gülü
++
+
-
-
Mərcanı meyvəsi +
+
-
-
Çiyələk yarpağı +
-
-
++
Böyrək və sidik yollarında sidiyin normal passajının bərpasından
sonra dərman bitkilərinin pozitiv təsiri artmış olur. Xroniki pielonef-
ritdə istifadə olunan müalicə sxemində 6 ay ərzində, hər ayın 1-10-cu
günləri arasında iltihab əleyhinə preparatlar təyin olunur və bütün
dövr ərzində bitki 61№-li yığımından istifadə edilir.
328
Bitki yığımı № 61
1. Qatırquyruğu, ot 20,0
2. Kalendula, çiçək 20,0
3. Böymədərən, ot 20,0
4. Tozağacı, yarpaq 15,0
5. Gicitkan, ot 10,0
6. Razyana, toxum 10,0
7. Biyan, kök 10,0
8. Qəndəlaş, gül 10,0
9. Qaraqınığ, ot 10,0
10. Qarğıdalı, saçaq 10,0
11. Cəfəri, toxum 10,0
12. Quşbuğdası, ot 10,0
13. Yonca, gül 10,0
14. Reyhan, ot 10,0
15. Çobanyastığı, çiçək 10,0
1 xörək qaşığı yığımı 500 ml suda dəmləmək, yeməkdən 15
dəqiqə qabaq, ilıq halda, gündə 3 dəfə 150 ml içmək.
Remissiya dövründə xəstəyə mərcanı morsu 1 stəkan gündə 3 dəfə
və metionin 0,5 1 tab. gündə 3 dəfə verilir. Belə kombinasiya nəticəsin-
də qaraciyərdə hippur turşusu sintez olunur və böyrəklər ilə xaric olu-
nur. Hippur turşusunun bakteriostatik təsiri sayəsində pielonefriti törə-
dən əksər mikroorqanizmlərin inkişafının qarşısı alınır.
Diabetik nefropatiya. Diabetik nefropatiyanın kompleks
müalicəsi zamanı qanda şəkərin səviyyəsini müəyyən qədər tənzim
etmək üçün 72 №-li bitki yığımından istifadə olunur. Qarışığın
istifadəsi yüngül hiperqlixemiya olan xəstələrdə qanda şəkərin
səviyyəsini müəyyən qədər aşağı salır, bəzi xəstəliklərdə hətta qanda
şəkəri aşağı salan preparatların qəbul dozasını azaltmağa imkan
verir. Bu qarışığa daxil olan bəzi bitkilər eyni zamanda antiaqreqant,
iltihab əleyhinə təsir göstərirlər.
Dostları ilə paylaş: |