Mehman ağayev



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə100/105
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#21931
1   ...   97   98   99   100   101   102   103   104   105

 
322
Böyrək amiloidozunun klassik gedişi proteinuriyanın proqressiv 
artması, nefrotik sindromun inkişafı, xroniki böyrək çatışmazlığının 
baş verməsi və ağır proqnoz ilə xarakterizə olunur. Yüksək arterial hi-
pertenziya, interkurrent infeksiya və qan dövranı çatışmazlığı, fibri-
noz-irinli peritonit xəstəliyin gedişini pisləşdirən ağırlaşmalardandır. 
Diaqnoz.  Amiloidozun  əsas diaqnostik əlamətləri daimi yüksək 
proteinuriya, hipoalbuminemiya, hiperqlobulinemiya, hepatolienal 
sindrom və ishaldan ibarətdir. 
Bəzi rəngləyici maddələr (konqo qırmızısı, metilen abısı, Evans 
abısı) amiloid tərəfindən tutulduğu üçün bədənə vurduqda sidiklə 
ifraz olunmur və tez bir zamanda qanda onların səviyyəsi düşdüyü 
üçün onlardan diaqnostika məqsədilə istifadə olunur. Amma mənfi 
nəticələr xəstədə amiloidozun olmamasını təsdiqləyə bilməz. 
Xəstəliyin diaqnostikasında ən dəqiq üsul böyrəklərin biopsiyası-
dır. Bəzən başqa orqanların (qaraciyər, düz və S-vari bağırsağın se-
likli qişası, diş əti) biopsiyasından da istifadə olunur. 
Bu zaman aparılan histokimyəvi üsulların köməyi ilə toxumalara 
amiloidin yığılması aşkar edilir. 
Differensial diaqnostika. Böyrək amiloidozunu xroniki qlomeru-
lonefrit, xroniki pielonefrit, mieloma xəstəliyi, şəkərli diabet zamanı 
böyrəklərin zədələnməsi ilə differensasiya etmək lazım gəlir. Bunla-
rın arasında böyrək amiloidozunu nefrotik formalı xroniki qlomeru-
lonefritdən fərqləndirmək daha böyük çətinlik törədir. Xroniki qlo-
merulonefritdə nefrotik sindrom birdən-birə baş verirsə, amiloidoz 
zamanı isə nefrotik sindrom uzun sürən proteinuriyadan sonra tədri-
cən inkişaf edir. Qlomerulonefritdən fərqli olaraq amiloidoz üçün  
hiperqammaqlobulinemiya xarakterikdir. 
Amiloidozu həddən artıq ödem və sidikdə minimal dəyişikliklərlə 
gedən ürək çatışmazlığından ayırmaq ürək əzələsinin birincili zədə-
lənməsinə  əsasən olur. Həmçinin ürək çatışmazlığı zamanı  nəzərə 
çarpan hipoproteinemiya, hiperlipidemiya, hiperxolesterinemiya mü-
şahidə olunmur. Amiloidozu mieloma xəstəliyindən sümük iliyi 


 
323
punktatında tipik mielom hüceyrələrin tapılması və yastı sümüklərin 
rentgenoloji dəyişikliklərinə əsasən ayırmaq olur. 
Müalicə. İkincili amiloidozun səbəbi olan xəstəliyin radikal müa-
licəsi xəstənin vəziyyətinin yaxşılaşmasına və böyrək zədələnməsi 
əlamətlərinin azalmasına gətirib çıxarır ki, bunu da amiloid prosesi-
nin geriyə inkişaf edə bilməsi ilə izah edirlər. Tez-tez baş verə bilən 
infeksion ağırlaşmaların qarşısını almaq üçün xəstələrə antibiotiklər 
və sulfanilamid preparatları təyin edilir. 
Qlyukokortikoidlər və immunodepressantlar məsləhət görülmür. 
Əsasən xəstələrə 4-aminoxinolin sırası preparatları (xinqamin və s.), 
levamizol məsləhət görülür. Son illərdə plazmaferezin müsbət təsiri 
qeyd olunur. 
Nefrotik sindromun və xroniki böyrək çatışmazlığının müalicəsi 
məlum qaydada aparılır.  
Gündə 80-120 q çiy qaraciyəri şəkər tozu ilə qarışdırıb qəbul et-
dikdə 6-12 aydan sonra xəstəliyin kliniki əlamətlərinin xeyli yaxşı-
laşması qeyd olunur. Bunun təsir mexanizmi tam açılmamış qalır. 
Proqnoz. Proteinurik dövrün uzunluğunu təyin etmək çətindir
adətən onun tapılmasından 3 il sonra nefrotik sindrom baş verir və 
tezliklə onun fonunda xroniki böyrək çatışmazlığı inkişaf edir. Bu 
isə xətəliyin proqnozunu çox ciddiləşdirir. 
Profilaktika.  İdiopatik və irsi amiloidozun profilaktikası  məlum 
deyil. İkincili amiloidozda isə profilaktik tədbirlər amiloidoza səbəb 
ola bilən xəstəliklərin tam müalicə olunmasından ibarətdir.  
 
BÖYRƏK  XƏSTƏLİKLƏRİNİN  FİTOTERAPİYASI 
Daxili orqanların başqa xəstəlikləri kimi böyrək xəstəlikləri zamanı 
da dərman bitkilərinin tərkibində olan alkaloidlər, qlyukozidlər, ku-
marinlər və furokumarinlər, efir yağları, aşılayıcı maddələr, vitaminlər, 
başqa üzvi birləşmələr, mineral duzlar, mikroelementlər müalicəvi təsir 
göstərirlər. Böyrək xəstəlikləri zamanı ardıc meyvəsi, tozağacı yarpağı, 
mərsin yarpağı, meyvəsi, gəndəlaş çiçəyi, peyğəmbərçiçəyi gülü, 


 
324
qırxbuğum otu, xəşəmbul otu, at pıtrağı kökü, boyaqotu kökü, ayıqulağı 
yarpağı, qatırquyruğu otu, pişikdili otu, baldırğan toxumu, bağayarpağı 
yarpağı, biyan kökü, boymədərən çiçəyi, böyürtkən yarpağı, qaragilə 
yarpağı, qarğıdalı saçağı, quşəppəyi otu, damotu otu, diş qurtlayan çiçə-
yi, cirə toxumu, cəfəri toxumu, zirə toxumu, zimbirtikan kökü, zəfəran 
gülü, itburnu meyvəsi, yarpız otu, kalendula çiçəyi, kar gicitkan otu, 
keşniş toxumu, kəkotu otu, lavanda otu, limonotu otu, mayaotu qozası, 
meşə çiçəyi otu, mərcangilə yarpağı, meyvəsi, nanə otu, pişikotu kökü, 
razyana toxumu, reyhan otu, toxumu, səhləb kökü, çobanyastığı çiçəyi, 
söyüd qabığı və s. istifadə olunur. 
Böyrək xəstəlikləri zamanı  dərman bitkilərinin aşağıdakı  təsirlə-
rindən istifadə olunur: 
 
- infeksiya əleyhinə mübarizə; 
- iltihabı azaltmaq; 
- ağrını azaltmaq və ya kəsmək; 
- bədəndən suyu çıxartmaqla ödemi azaltmaq; 
- arterial təzyiqi normalaşdırmaq; 
- maddələr mübadiləsini tənzim etmək; 
- bədən müqavimətini artırmaq; 
- immun dəyişikliklərinə qarşı mübarizə. 
 
Qlomerulonefrit  
Qlomerulonefrit zamanı istifadə olunan fitopreparatlar iltihab, anti-
koaqulyant, desensebilizəedici, dezintoksikasion, sidikqovucu effektə 
malik olduqları üçün müalicəvi təsir göstərirlər. Bu zaman 62 №-li 
bitki  yığımından istifadə olunur. Bu yığım, həmçinin hipotenziv təsir 
göstərir və bədən reaktivliyini dəyişir. 
 
Bitki yığımı № 62 
 
1. Böyrək çayı, ot                                  15,0 
2. Tozağacı, yarpaq                               15,0 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə