MəHƏMMƏD Əliyev həMİd həMİdov


Sual listi vasitəsi ilə icra olunan üsul



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   135
KY0000382

3. Sual listi vasitəsi ilə icra olunan üsul
-
Bu üsul görüşmə üsuluna bənzəyir. 
Ancaq, bu üsulun görüşmə üsulıından fərqli cəhəti ondan ibarətdir ki, bu usulda 
işçilər öz vəifələrini, işlərinin təsvirini ya hekayə şəklində yazıb verir, ya da onlara 
verilmiş olan, qabaqcadan hazırlanmış suallardan ibarət olan listə cavab yazırlar. 
Bu üsulun digərlərinə nisbətən, daha ucuz və az vaxt tələb etməsi xüsusi 
əhəmiyyət kəsb edir. 
Ancaq bu üsulun bəzi nöqsanlı tərəfləri də mövcuddur. 
İşçilər işləri barəsində yalan və ya şişirtmə məlumatlar verə bilərlər. Belə bir 
nöqsanı aradan qaldırmaq üçün bəzi məlumatları işçilərin özlərindən deyil, onların 
tabe olduqları şəxslərdən və ya əvvəlki iş yerlərindən almaqda fayda vardır. Şəkil- də 
sual listinin forması göstərilmişdir. (Bax şəkil 4). 
Yuxarıda izah edilən bu üsullardan başqa işləri analiz etmək üçün keçmişdə 
hazırlanmış sənədləri araşdırmaq mümkündür. Bu sənədlər diqqətlə gözdən keçi rilir 
və bəzi nöqsanlı tərəfləri dəyişdirilir. Bu sənədlər nöqsanlı tərəfləri aşkar edildikdən 
sonra, günün tələblərinə uyğun olaraq tətbiq edilir. 
İŞİN TƏSVİRİ (iş tanımı): 
İşin təsviri iş analizi çalışmaları nəticəsində ortaya çıxan yazılı sənəddir. Buna 
görə də iş təsviri, iş analizi mövzusunun ayrılmaz bir hissəsini təşkil edir. 
downloaded from KitabYurdu.org


32 
Müəssisədə mövcud olan hər iş ayrı-ayrı şərh edildikdən sonra, müəyyən 
ləşdirilən xüsusiyyətlər, qanuna uyğun olaraq formalar üzərində yazılı şəkildə göstə 
rilir. Bu proses nəticə «işin təsviri» adlı sənəd tərtib olunur. İş təsvirini göstərən sə- 
nəddə işin yerinə-yetirilməsi lazım olan xüsusiyyətlər, öhdəliklər, cavabdehlik və 
çalışma şərtləri, qeyd edilən formalardan, öz əksini tapır. İş təsviri sənədindəki 
məlumatların istifadə edildiyi sahələr aşağıda göstərilmişdir. 
a) seçmə, b)mükafatlandırma, s) işin qiymətləndirilməsi, d) təhsil standart larının 
hazırlanması, e) bacarıq və qabiliyyətlərin qiymətləndirilməsi:
 
İşin təsviri, insan resurslarının idarə edilməsi fəaliyyətinin ən əhəmiyyət kəsb 
edən hissəsidir. Rəhbər işçilərlə qulluqçular arasında olan əlaqədə bir anlaşılmazlıq 
meydana gəldiyi zaman, qulluqçular işin təsvir edildiyi sənəd vasitəsi ilə rəh- bərliyə 
qarşı çıxaraq anlaşılmazlığı ortadan qaldırırlar. Eyni zamanda işçilər üşin təsvirində 
göstərilməyən vəzifə və öhdəlikləri rədd edə bilərlər. 
İşin təsviri sənədində yer alan bölmələr şəkildə göstərilmişdir. (Bax şəkil 5) 
Şəkildən göründüyü kimi işin təsvirində ilk bölməni işin təsviri təşkil edir. Bu 
bölmədə işin adı, işin tabe olduğu departament ya da şöbəsinin adı, kodu, sənədin 
hazırlandığı tarix, işi icra edənlərin sayı, bölmə rəhbərinin adı, ödəniləcək əmək haqqı 
miqdarı yer alır. 
İş təsvirini göstərən sənəddə işin yerinə yetirilməsi üçün nə kimi qabiliyyət və 
bacarıq tələb olunduğu qısa olaraq göstərilir. 
Bu sənəddə iş bütün detalları ilə təsvir edilir. Tələb olunan cavabdehlik və 
məsuliyyət dərəcəsi, işin digər işlərlə ələqəsi, təşkilat daxilindəki yeri, işə nəzarət 
qaydaları bu sənəddə öz oksini tapır. Bundan əlavə, işin icrası üçün istifadə ediləcək 
texniki avadnlıqların adı da bu sənəddə qeyd edilir. 
Yekun olaraq bunu söyləmək olar ki, iş analizi - işlə bağlı olan məlumatları 
toplayan bir sistemdən, işin təsviri isə bu məlumatları sistematik bir şəkildə göstərən 
sənəddən ibarətdir. 
downloaded from KitabYurdu.org


33 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə