Mehdi Calal



Yüklə 1,94 Kb.
Pdf görüntüsü
səhifə9/20
tarix20.10.2017
ölçüsü1,94 Kb.
#6019
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

65 
 
 
*** 
 
 
"Hər şey pulun başındadı" 
Sən də bil ki, pulum yoxdu. 
Nəfsindən çatlayır dünya, 
O tərəfə yolum yoxdu. 
 
Hallandım hallı dünyada, 
Eşqi zavallı dünyada. 
Ağalı, qullu dünyada 
Ağam yoxdu, qulum yoxdu. 
 
Tapmadıq iz körpüsündən 
Ötüşdük yüz körpüsündən 
Adlarıq söz körpüsündən 
Daha bizə ölüm yoxdu. 
 


66 
 
 
                      BU ADAM 
 
 
Gözləri elə yol çəkər, çəkib qurtara bilməz, 
Ürəyini bu dünyayla büküb qurtara bilməz. 
Bircə ömrü misra-misra söküb qurtara bilməz, 
Bir keçilməz yol tutubdu; addım-addım, bu 
adam. 
 
Nə  bir toyda gülümsəyər, nə bir yasda ağlayar, 
Nə bir qohuma yovuşar, nə bir dosta ağlayar
Sükutunda haray çəkər, telli sazda ağlayar, 
Kimsə bilməz yaxındırmı, yoxsa yaddı bu adam. 
 
Həm uşaqdı, həm cavandı, həm qocadı, həm də 
ruh. 
Haqqa gedən bir Yolçudu, Yoldu-Tanrı buyurub. 
Bir ocaqdı, öz közünün istisinə uyuyur, 
Bir taledi-ululardan amanatdı bu adam. 


67 
 
 
GƏLMƏ 
 
Xeyirdən, şərdən çıxmışam, 
Xeyrimə, şərimə, gəlmə! 
Daha təhərdən çıxmışam, 
Sən bu təhərimə, gəlmə. 
 
Bir dərvişəm, libası-tən, 
Yatağı daş, balıncı nəm. 
Axşamım qəm, səhərim qəm, 
Axşam-səhərimə, gəlmə. 
 
Ünvanım yox, adım bəlli, 
Yaxınım yox, yadım bəlli. 
Təkcə sənə odum bəlli; 
Bu qəm-qəhrimə, gəlmə. 
 
Barmaq tutmaz bir pərdəyəm, 
Geridönməz səfərdəym. 
Özüm qərib şəhərdəyəm, 
Qərib şəhərimə, gəlmə. 
 
Nə axşamım-səhərim var, 
Nə xeyirim, nə şərim var. 
Görüşməyə məhşərim var, 
Gəlmə, məhşərimə, gəlmə. 


68 
 
 
ŞEİRİMƏ 
 
 
Axı mən necə yazım ki, 
Sığsınlar mənim şerimə, 
Daha nə qədər günah var 
Yıxsınlar mənim şerimə 
 
Hardan olur üzgörənlik
Bir tümənlik yüz tümənlik. 
Mənim dərdim - güzgüləndi; 
Baxsınlar mənim şerimə. 
 
Sevgidi, ana - bacıdı, 
Beş ömrün ehtiyacıdı, 
Yol üstə bar ağacıdı; 
Çıxsınlar mənim şerimə. 


69 
 
 
DÜŞMƏNİM 
 
 
Mənim  bu dünyada bir düşmənim var, 
Sinəmdə yaşayır, ikinci «mən» di. 
Dinəndə o məni ömürdən eylər, 
Susanda  qəm məni, həmən-həməndi. 
 
Bir yana gedəndə, gedər mənimlə
Ayıma, ilimə, yiyəlik eylər. 
Üstündə göz olar əməllərimin, 
Ülvü hisslərimə dayəlik eylər. 
 
Düzlükdən düzlərdə qalan olmuşam, 
Deyir: Tanrım haqdı, Allahım haqdı. 
Dedim: haqq yolunda talan olmuşam, 
Deyir ki, bu yolda ahın nahaqdı. 
 
Mən niyə dünyaya gecikdim belə, 
Bəlkə min il əvvəl doğulmalıydım. 
Bu ömrün, bu əsrin məngənəsində 
Mən niyə, mən niyə boğulmalıydım? 
 
 
 
 


70 
 
Bu dünya düzələn deyil ki, axı! 
Deyir: Zərrəsisən sən də dünyanın… 
Deyirəm bəndələr danır Allahı, 
Deyir: nəfsdi salan bəndə dünyanı. 
 
Dişlərim qıcınır, əllərim əsir, 
Boğa bilməyəndə səbrimi hərdən. 
Yenə də qarşımı o varlıq kəsir, 
Onu da duyuram döyüntülərdən… 
 
Mən niyə özümə düşmən qazanım! 
Bilirəm heç onsuz mən, mən olmaram. 
Odur ilhamımla sevgi yazanım. 
Onsuz mən göyərib çəmən olmaram. 
 
O «düşmən» anımdan-günümdən kəsər, 
O adam ömrümə, könlümə qənim, 
O varlıq sinəmdə yaşar sərasər, 
O insan ikinci ömrümdü mənim. 
 


71 
 
 
 
*** 
 
Sınıq görünürəm yaxını yada… 
Sirli arzularım bayatı, ağı. 
Bir ömür yol getdim kefli dünyada, 
Nə dəyişə bildim, mən kiməm axı?! 
 
Həmişə yedəkli taledən, bəxtdən, 
Uzaqda mən ollam, gendə mən ollam. 
Kim isə ucalar, ya düşər taxtdan; 
Tanrıya ən yaxın bəndə mən ollam. 
 
Əziz bəndəsində dərd verər Allah
Dərdsiz anlarımı hədər bilərəm, 
Ən uzaq insanın, ən yad adamın 
Dərdini ən yaxın kədər bilərəm. 
 
Cibim boş olanda qəlbim daş olur, 
Soyuqqanlı bilir dost-tanış məni 
Sıxır hisslərimin məngənəsində, 
Gah da silkələyir bu yanlış məni. 
 
 
 
 


72 
 
Yurdda  bir yurdsuz var, duymazmı bir kəs?! 
Dərdin ən ağırı payına düşüb. 
Şəkildə özünü tanımayan kəs 
Əhli-kef dünyanın hayına düşüb. 
 
O kimdi?-bir təmiz Allah bəndəsi, 
O kimdi?- bir halal kişinin oğlu. 
Sorublar haqqımda söhbət düşəndə; 
-Nəçidi o Calal kişinin oğlu? 
 
Yox, daha ömrümün payızı gəlir, 
Ürək təzə-təzə arzu bitirməz. 
Bu yalan dünyanın yalan günləri 
Məni o zirvəyə çəkib yetirməz. 
 
Soyuq görünərəm yaxına, yada 
Dərdlərin içində yadlaşıram mən. 
Bir ömür yol gedəm, yenə dünyada 
Nakam arzulara baş daşıyam mən… 
 
 
 


73 
 
 
*** 
 
Qaçan da, qovan da, Səni çağırır, 
Dünyada hamının əli göydədi; 
Qaçanın halını bilənlər bilir, 
Mənim qovana da qəlbim göynədi. 
 
Yoxdan yaratdığın bu dünya ki var, 
Hər gün şirin-şirin aldadar bizi. 
Çətin, göz doymayan bu sərvət, bu var 
Sirat körpüsündən adladar bizi. 
 
Əta eylədiyin sınaqdı ömür, 
Ruhu da, canı da özün vermisən. 
Qəlbimiz deyəni nəfsimiz demir
Dözənə dağ boyda dözüm vermisən. 
 
Qovur; qovan yazıq, qovulan yazıq 
Qaçır ixtiyarsız dünyada insan. 
Bir ayaq saxlayıb barı azcıq 
Düşünmür son nədi? - son qəbiristan! 
 
Allah, özün qoru bəd əməllərdən 
Bizi Yolçu eylə, bizi Yol eylə! 
Könlümüz istəyən əlimiz yetən 
Əbədi Sevginlə əhli - hal eylə! 


Yüklə 1,94 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə