Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında



Yüklə 249,7 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix06.02.2018
ölçüsü249,7 Kb.
#25982
1   2   3   4   5   6   7

 

19 


 

-

 



Şirkətlər  tərəfindən  ARDNŞ-yə  kompensasiya  nefti  kimi  köçürülmüş 

məbləğlər; 

-

 

Şirkətlər tərəfindən ödənilmiş maliyyə sanksiyaları.  



7.   Hesabatları  təqdim  edən  şirkətin  məsul  şəxsi  tərəfindən  imzalanmalı  və  möhürlə 

təsdiqlənməlidir. 

 



 

20 


 

 

Azərbaycan Respublikası Hökumətinin mədən hasilatı sənayesində əldə 



etdiyi məcmu daxilolmaları barədə hesabat 

 

Hesabat dövrü: 1 yanvar – 31 dekabr 20__-c_ il 

 

  

DƏYƏR * 



HƏCM (naturada) 

 

  



 milyon 

ABŞ 

dolları 

 

milyon 

Azərbaycan 

manatı 

neft 

(milyon 

barel) 

qaz 

(min 

kub 

metr) 

qızıl  

(min 

unsiya) 

gümüş 

(min 

unsiya) 

əsas 

metallar 

(min 

ton) 

 







 

1.Ərazisində fəaliyyət göstərdiyi ölkə hökumətinə xarici şirkətlərdən daxilolmalar  

  

 

1.1 



Neft 

 

  

 

  

  

     

 

1.2.  Təbii qaz  



  

  

  

  

  

     

 

1.3.  Səmt qaz  



  

  

  

 

  

     

 

1.4.   Əsas metallar 



  

  

  

  

  

  

 

 



1.5 

Qızıl 

  

  

  

  

  

     

 

1.6 



Gümüş  

  

  

  

  

  

     

 

2. Hökumətin yerli şirkətlərdən daxilolmaları. Yerli şirkətlərin hasilatında dövlətə məxsus pay 

 

2.1.  Neft 



  

  

  

  

  

     

 

2.2.  Təbii qaz  



  

  

  

  

  

     

 

2.3.   Səmt qaz  



  

  

  

  

  

     

 

2.4.   Əsas metallar 



  

  

  

  

  

     

 

2.5.  Qızıl 



  

  

  

  

  

     

 

2.6 



Gümüş  

  

  

  

  

  

     

 

3. Hökumətin xarici şirkətlərdən digər daxilolmaları (yerli dövlət şirkəti vasitəsilə toplanmış ödənişlər daxil 



olmaqla) 

 

3.1.   Royalti (mədən vergisi) 



  

  

  

  

  

  

  

 



3.2.  Mənfəət vergisi 

  

    

  

  

  

  

 



3.3. 

Digər vergilər (fiziki şəxslərin 

gəlir vergisi, sosial və ödəmə 

mənbəyindən tutulan vergilər 

istisna olmaqla) 

  

  

  

  

  

  

  

 



3.4. 

İmzalanma bonusları və digər 

bonuslar 

 

  

  

  

  

  

  

 



3.5.  Lisenziya və konsessiya haqları 

  

  

  

  

  

  

  

 



3.6. 

Hökumətə digər ödənişlər, cəmi, o 

cümlədən : 

  

  

  

  

  

  

  

 



  

3.7.1. akrhesabı ödənişlər 



 

  

  

  

  

  

  

 



3.7.2. tranzit haqqı 

 

  

  

  

  

  

  

 



3.7.3. qazın satışı üzrə müqavilə 

qiymətində edilmiş dəyişiklik 

nəticəsində yaranmış fərqdən 

daxilolmalar 

 

  

  

  

  

  

  

 



4. Hökumətin yerli şirkətlərdən digər daxilolmalar 


 

21 


 

 

4.1 



Vergilər:  

 

  



4.1.1. Royalti (mədən vergisi) 

  

 

 

  

  

  

  

 



  

4.1.2. Mənfəət vergisi 



  

 

 

  

  

  

  

 



  

4.1.3. Əlavə dəyər vergisi 



  

 

 

  

  

  

  

 



  

4.1.4. Torpaq vergisi 



  

 

 

  

  

  

  

 



  

4.1.5. Əmlak vergisi 



  

 

 

  

  

  

  

 



  

4.1.6. Qiymət fərqi 



  

 

 

  

  

  

  

 



  

4.1.7. Sair vergilər (fiziki şəxslərin 



gəlir vergisi, Dövlət Sosial 

Müdafiə Fonduna ayırmalar və 

ödəmə mənbəyindən tutulan 

vergilər istisna olmaqla) 

  

 

 

  

  

  

  

 



4.2. 

İmzalanma bonusları və digər 

bonuslar 

  

 

 

  

  

  

  

 



4.3.  Lisenziya və konsessiya haqları 

  

  

  

  

  

  

  

 



4.4. 

Hökumətə digər ödənişlər, cəmi, o 

cümlədən : 

  

  

  

  

  

  

  

 



  

milyon 

ABŞ 

dolları 

 milyon 

Azərbaycan 

manatı  

neft 

(milyon 

barel) 

qaz 

(min 

kub 

metr) 

qızıl 

(min 

unsiya) 

gümüş 

(min 

unsiya) 

əsas 

metallar 

(min 

ton) 

 

Cəmi: 



 

 

 

 

 

 

 

 

 



   

 

 



 

 

 



 

 

 



 

 

Şirkətin səlahiyyətli nümayəndəsi:  

_________________________________________ 

möhür 


 

   


 

 

(imza, soyadı, adı )  



 

 

 



 

 

 



Hesabatın doldurulma tarixi:  

______________________________ 

 

 

 



   

 

 



 

 

 



 

 

 



 

   


 

 

 



 

 

 



 

 

 



 

Qeyd: 

 

 



 


 

22 


 

ƏLAVƏ 4 (Administratorun seçilməsi və fəaliyyət dairəsi) 

 

Bu  sənəd  Komissiyanın  və  Şirkətlər  Qrupunun  hesabatlarının  təhlil  edilib 



tutuşdurulması  məqsədilə  audit  şirkətinin  (“Administrator”un)  seçilməsi  üçün 

nəzərdə  tutulan  fəaliyyət  dairəsini  əks  etdirir  və  bu  məqsəd  üzrə  əsas  prinsipləri 

müəyyənləşdirir.  Sənəd  “Mədən  Hasilatı  üzrə  Şəffaflıq  Təşəbbüsünün  Azərbaycan 

Respublikasında  tətbiqinə  dair  qarşılıqlı  anlaşma  haqqında”  Memoranduma  uyğun 

olaraq  hazırlanıb  və  Memorandumda  istifadə  olunan  təriflərə  istinad  edir. 

Memoranduma  uyğun  olaraq  audit  şirkətləri  tərəfindən  təqdim  olunmuş  təklifləri 

ÇQ  qiymətləndirir  və  1.8  bəndində  qeyd  olunmuş  seçim  meyarlarına  əsaslanaraq 

yalnız bir şirkəti Administrator olaraq seçir.  

Tam şəffaflığı, müstəqilliyi, obyektivliyi və auditin beynəlxalq ictimaiyyət tərəfindən 

tanınmasını təmin etmək üçün bu işin böyük, beynəlxalq nüfuza malik audit şirkəti 

tərəfindən  görülməsinin  vacibliyi  nəzərə  alınır.  Bu  məqsədlə  ÇQ  satınalma 

prosesində  mümkün  qədər  çox  sayda  beynəlxalq  audit  şirkətinin  iştirakını  təmin 

edir. 

1. Administratorun seçilməsi 

MHŞT  üzrə  hesabatları  tutuşduracaq  Administratorun  seçim  müsabiqəsində  yalnız 

dünyada tanınmış nüfuzlu beynəlxalq auditor şirkətləri iştirak edə bilərlər. 

Audit  şirkətlərinin  təkliflərinin  qiymətləndirilməsi  aşağıdakı  ardıcıllıqla  həyata 

keçirilir: 

1.1.


 

Audit  şirkətləri  texniki  və  maliyyə  təkliflərini  ayrı-ayrı  zərflərdə  (maliyyə 

təklifləri  bağlı  möhürlənmiş  zərfdə  təqdim  olunmalıdır)  kağız  daşıyıcıda 

ARDNF-yə  göndərir.  Eyni  zamanda,  auditorlar  texniki  təklifi  elektron  şəkildə 

MHŞT  üzrə  Katibliyə  göndərir.  MHŞT  üzrə  Katiblik  isə  öz  növbəsində  təklifi 

ÇQ  üzvlərinə  yollayır.  Texniki  təkliflər  audit  şirkətini  və  onun  imkanlarını 

tanıtmalıdır.  Təqdim  edilmiş  texniki  təkliflərdə  heç  bir  maliyyə  təklifi  əks 

olunmur.  Əgər  əks  olunarsa,  həmin  texniki  təklif  etibarsız  hesab  edilir.  ÇQ 

üzvlərinə texniki təklifləri nəzərdən keçirmək üçün 10 gün vaxt verilir. 

1.2.


 

Maliyyə  təklifləri  olan  möhürlənmiş  zərflər  ÇQ-nin  iclasında  bu  təkliflərə 

baxılana qədər ARDNF-də bağlı saxlanılır.  

1.3.


 

ARDNF müsabiqəyə qatılmış audit şirkətlərinin göndərdikləri möhürlü zərfləri 

(maliyyə təklifləri) ÇQ-nin  iclası zamanı ÇQ-nin üzvlərinə təqdim  edir, zərflər 

ÇQ-nin  iclası  zamanı  açılır  və  ÇQ  iclasının  sədri  təkliflərin  qiymətləndirilməsi 

prosesini təşkil edir. 

1.4.


 

Audit  şirkətinin  nümayəndələri  səlahiyyətlərini  təsdiq  edən  müvafiq  sənəd 

əsasında  yalnız  həmin  şirkətlərin  təqdim  etdiyi  möhürlü  zərflərin  açılışında 

iştirak  edə  bilərlər.  Audit  şirkətlərinin  nümayəndələri  şirkətləri  barədə  ətraflı 

məlumat vermək hüququndadırlar. 

1.5.


 

Təkliflərin qiymətləndirilməsi ÇQ-nin birgünlük iclası ərzində başa çatdırılır. 

1.6.

 

ÇQ-nin təqdim edilmiş bütün təklifləri rədd etmək hüququ vardır. 




 

23 


 

1.7.


 

Təkliflərin  qiymətləndirilməsi  fərdi  qiymətləndirmə  bülletenləri  əsasında 

həyata  keçirilir.  ÇQ  üzvlərinin  imzaladığı  qiymətləndirmə  bülletenləri  ÇQ 

iclasının  sədrinə  təqdim  olunur  və  ÇQ  iclasının  sədri  həmin  bülletenlərdəki 

qiymətləndirməni toplayır və qiymətləndirmənin nəticələrini elan edir. 

1.8.


 

Təkliflərin  qiymətləndirilməsi  aşağıda  göstərilən  meyarlar  əsasında  həyata 

keçirilir: 

a)

 



Audit  şirkətinin  verdiyi  təklifin  keyfiyyəti  -  səliqəliliyi,  dizaynı,  auditor 

şirkətinin təcrübəsini əks etdirən məlumatların dolğunluğu (maksimum 20 

xal) 

b)

 



Hesabatların  təhlili  prosesinə  cəlb  olunacaq  mütəxəssislərin  səviyyəsi  və 

təcrübəsi (maksimum 20 xal) 

c)

 

Audit şirkətinin təcrübəsi (maksimum 20 xal) 



d)

 

İşin başa çatdırılması üçün təklif olunmuş müddət (maksimum 10 xal) 



e)

 

Təklifin maliyyə dəyəri (maksimum 30 xal).   



 

Maliyyə  dəyəri  üçün  nəzərdə  tutulmuş  xal  aşağıdakı  formula  əsasən 

hesablanacaq: X = Z / Y * 30 

 

Burada  



X nəzərdən keçirilmiş təklifə verilən xallar; 

Y nəzərdən keçirilən təklifin dəyəri

Z isə ən ucuz təklifin dəyəridir. 

 

Hər meyara verilmiş  bal toplanır və ən çox bal toplamış audit şirkəti tenderin 



qalibi elan olunur. 

2. Administratorun fəaliyyət dairəsi 

2.1.


 

Memorandumda  qeyd  olunduğu  kimi,  Komissiya  və  Şirkətlər  Qrupu  Üzvləri 

razılaşdırılmış  tarixədək  (hesabat  tarixi)  Azərbaycan  Respublikası  hökumətinə 

yerli  və  xarici  şirkətlərdən  daxilolmalar  və  Azərbaycan  Respublikası 

hökumətinə  yerli  və  xarici  şirkətlərin  ödənişləri  barədə  hesabatları  audit 

şirkətinə təqdim edir. 

2.2.

 

Azərbaycan  Respublikası  hökumətinə  yerli  və  xarici  şirkətlərdən  daxilolmalar 



barədə hesabat Komissiya tərəfindən birbaşa Administratora təqdim edilir.  

2.3.


 

Yerli və xarici şirkətlər tərəfindən Azərbaycan Respublikası hökumətinə edilən 

ödənişlər  barədə  doldurulmuş  fərdi  hesabatlar  da  həmçinin  birbaşa 

Administratora təqdim edilir.  

2.4.

 

Administrator  Komissiyanın  təqdim  etdiyi  hesabatdakı  daxilolmalarla 



şirkətlərin fərdi hesabatları arasında hər hansı uyğunsuzluğu (vəsaitin miqdarı 

və hasilatın həcmi) müəyyən etmək məqsədilə tutuşdurma apararaq hesabatları 

təhlil edir.  

2.5.


 

Xidmətin  göstərilməsində  MHŞT  Standartının,  Müqavilənin  və  Təkliflər 

Sorğusunun tələbləri əsas götürülməlidir.  



 

24 


 

2.6.


 

Əgər  hesabatlarda  hər  hansı  uyğunsuzluq  aşkar  olunarsa,  Komissiya  təqdim 

etdiyi  hesabatda  göstərilən  məbləğ  və  həcmləri  əsaslandırmaq  üçün  şirkətlər 

üzrə  daxilolmaların  təfərrüatlı  təsnifatını  Administratora  əlavə  olaraq  təqdim 

edir.  

2.7.


 

Müəyyən  olunmuş  uyğunsuzluqlar  aradan  qaldırılmazsa,  uyğunsuzluqlar 

barədə  aidiyyatı  olan  tərəflərə  məlumat  verilir  və  həmin  tərəflər  təqdim 

etdikləri rəqəmlərin doğruluğunu sübut edən əlavə sənədlərin (məsələn, ödəniş 

tapşırıqlarının surətinin) Administratora təqdim edilməsinə mükəlləfdir.  

2.8.


 

İş  başa  çatan  kimi  audit  şirkəti  Administratorun  Rəyini  hazırlayır  və  bu 

sənəddə Komissiyanın təsdiq rəyi və öz rəyini ifadə edir.  

2.9.


 

Yekun Administratorun Rəyi hər hansı uyğunsuzluğun aradan qaldırılması və 

belə  uyğunsuzluğun  əhəmiyyətsiz  olması  barədə  ümumi  razılığa  gəlinməsi 

şərti  ilə  bütün  tərəflərə  onların  hesabatları  Administratora  təqdim  etdiyi  son 

tarixdən  sonra  60  (altmış)  təqvim  günü  ərzində  və  ya  uyğunsuzluq  tam  həll 

olunduqdan  sonra  təqdim  ediləcək.  Hesabatlarda  aşkar  edilmiş  bütün 

uyğunsuzluqlar və onları doğuran səbəblər yekun Administratorun Rəyində öz 

əksini tapır.  

2.10.

 

Hökumətin hesabatı və Administratorun Rəyi ÇQ-nin iclaslarında açıqlanır. 



2.11.

 

Hökumətin hesabatı və Administratorun Rəyinin açıqlanmasından sonra 1 (bir) 



ay  ərzində  Administratorun  iştirakı  ilə  ÇQ-nin  iclası  keçirilir.  İclasda  QHT 

Koalisiyasının Hökumətin hesabatı və Administratorun Rəyinə dair rəyi ÇQ-yə 

təqdim edilir.  

2.12.


 

Administrator bütün tərəflərlərlə bağlı malik  olacağı hər hansı  informasiyanın 

məxfiliyini qorumağa məsuldur.  

 



 

25 


 

ƏLAVƏ 5 (Qoşulma aktı) 

Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün  

Azərbaycanda tətbiqinə dair qarşılıqlı anlaşma haqqında Memoranduma  

QOŞULMA AKTI 

 

Nəzərə alaraq ki, Azərbaycan Respublikası hökuməti mineral resurslarla zəngin ölkə 

kimi Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulmuşdur; 

Nəzərə  alaraq  ki,  Azərbaycan  Respublikası  hökuməti  MHŞT-nin  Azərbaycanda 

həyata  keçirilməsini  təmin  etmək  və  bunun  üçün  ölkənin  hasilat  sənayesində  fəaliyyət 

göstərən  şirkətlərlə  və  qeyri-hökumət  təşkilatları  ilə  əməkdaşlıq  etmək  məqsədilə 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  13  noyabr  2003-cü  il  tarixli  Sərəncamı  ilə 

MHŞT üzrə Komissiya (bundan sonra: “Komissiya”) yaratmışdır;  

Nəzərə  alaraq  ki,  Komissiya,  Azərbaycan  Respublikasının  hasilat  sənayesində 

fəaliyyət  göstərən  yerli  və  xarici  şirkətlər  (Əlavə 1)  və  “Mədən  Sənayesində  Şəffaflığın 

Artırılması”  Koalisiyasına  daxil  olan  qeyri-hökumət  təşkilatları  (Əlavə 2)  arasında  MHŞT-

nin Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma  haqqında Memorandum 

(“Memorandum”) imzalanmışdır; 

Nəzərə  alaraq  ki,  ..............................................  şirkəti  Azərbaycan  Respublikasının 

hasilat  sənayesində  fəaliyyət  göstərir  və  buna  görə  də,  MHŞT  üzrə  Komissiya  tərəfindən 

Azərbaycanda  fəaliyyət  göstərən  digər  hasilat  şirkətləri  kimi  MHŞT-ni  tətbiq  etmək 

məqsədilə Memoranduma qoşulmaq barədə dəvət almışdır: 

1.

.



  ..............................................  şirkəti  Memorandumun  ş

ə

rtl



ə

rin


ə

  uyğun  olaraq 

Memorandumun  bütün  dig

ə

r  t



ə

r

ə



fl

ə

ri  il



ə

 

ə



m

ə

kdaşlıq  etm



ə

k  niyy


ə

til


ə

  bu  Qoşulma  Aktını 

imzalayaraq Memoranduma qoşulur.

 

2.  Bu  Qoşulma  Aktı  iki  nüsxədə  azərbaycan  və  ingilis  dillərində  imzalanmışdır  və 



hər iki nüsxə bərabər qüvvəyə və təsirə malikdir.  

3.  Qoşulma  Aktının  imzalanmış  nüsxəsi  MHŞT  üzrə  Katiblikdə  saxlanılır.  Onun 

surətləri Memorandum tərəflərinə təqdim olunur.  

 

.......................................................... 



.............................................. şirkəti 

tərəfindən:  

______________ 20______ il tarixində imzalanmışdır.  



Yüklə 249,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə