çöküntülərinin qalın qatları(qumdaşı,konqlomeratlar,şistlər və s. )
toplanır.Paleogendə baş verən qırışıq əmələgəlmə və qalxma prosesləri oliqosenin
axırında və miosenin əvvəlində fliş çökəkliyinin yox olması ilə nəticələnir.Ukrayna
Karpatları ərazisində bu dövrdə artıq bütün struktur elementləri – Daxili və Xarici
antiklinal zonaları,Mərkəzi sinklinal zona formalaşmış və Predkarpat çökəkləri və
Zakarpat depressiyaları inkişaf etməyə başlamışdır.
Neogendə Karpat qırışıq dağları peneplenləşməyə məruz qalır.Dağların
müasir relyefi yeni (pliosen-dördüncü dövr) tektonik hərəkətlər və erosion
yuyulma nəticəsində yaranmışdır.
Karpatların əsas xarakterik xüsusiyyəti geoloji strukturların və relyefin
uzununa zonallığının aydın təzahür olunmasıdır.Şimal-qərbdən cənub-şərqə Podol
yüksəkliyindən Macar ovalığına qədər burada yeddi geomorfoloji vilayət ayrılır.
Predkarpatye (Ön Karpat) vilayəti.Predkarpat kənar çökməsinə müvafiq
gəlir,ərazisində neogen və dördüncü dövr çöküntüləri geniş yayılmış,çevrilmiş
morfostrukturdur.Bu,mürəkkəb oroqrafiyası olan yüksək düzənliklərdir:bəzən
alçaq dağlığı xatırladan suayırıcılar geniş terraslı düzənliklər və çökəkliklərlə
növbələnir.Çay dərələrində çoxlu yataqüstü terraslar inkişaf etmişdir.Yuxarı
terraslar neogen yaşlıdır.
Xarici Karpat vilayəti. Xarici antiklinal zonaya müfafiq gəlməklə alçaq
dağlıq və orta dağlıq relief ilə səciyyələnir.Predkarpatın yüksəklik düzənliyi ilə
Xarici Karpat arasında kəskin sərhəd vardır,hər yerdə dik,həm də parçalanmış
çıxıntılara rast gəlmək olar.Bu dağları təşkil edən paleogen və tabaşirin fliş
süxurları qırışmışdır,axçalı(pulvari) strukturlar adi haldır.Dağların yüksəkliyi
1800m və daha çoxdur.
Suayırıcı Verxovina vilayəti
. O,mərkəzi və qismən Yuxarı antiklinal zonanı
əhatə edir.Sinklinal struktur paleogen flişinin yumşaq çöküntüləri ilə birlikdə
mütləq yüksəkliyi 600-700 m-ə çatan alçaq dağlıq relyef yaranmasına səbəb
olmuşdur.Vilayətin ərazisində San,Dnestr,Tisa və başqa iri çayların mənbəyi
yerləşir.Uzununa dağarası çökəklər,əksər hallarda bunlar sonradan alçaqdağlığa
çevrilən qədim “ ölmüş”çay dərələridir.
behruzmelikov.com
behruzmelikov.com
Polonin-Çernoqor vilayəti. Daxili antiklinal zonaya müvafiq gəlir.Onun
ərazisinin böyük,şimal-qərb hissəsi nisbətən yüksək Polonin sıra dağı ilə
tutulmuşdur.Onun meşəsiz yastı zirvələrinin – poloninlərin
1
səthi miosendə əmələ
gəlmiş,sonradan yüksəyə qalxan peneplen sahələridir.Polonin dağlarının cənub-
şərqə davamı olan Çernoqor dağları qrupu Sovet Karpatlarının ən yüksək
hissəsidir.(Qoverla dağı 2061 m).Burada tipik orta dağlıq relief qədim
buzlaşmalarla əlaqədar olan alp formalar- sirklər və karlarla mürəkkəbləş-
mişdir.Karpatda müasir buzlaqlar,hətta kar tipli buzlaqlar da yoxdur.
Marmaroş kristallik massivinin şimal kənarı vilayəti
. Çernoqordan
cənubda yerləşir.Bu,daxili antiklinal zonanın qədim nüvəsinin bir hissəsidir.Burada
yerləşən Raxov kristallik massivi güclü və çox dərin parçalanmışdır.Qədim
buzlaşmanın izləri olan şiş qayalı yallar və çılpaq dik yamaclara da rast gəlinir.
Karpat vulkanik dağları və dağarası çökəklər vilayəti.Marmaroş
kristallik massivindən qərb-şimal-qərbdə yerləşir və zakarpat daxili əyilmə
çökəkliyi və neogen effuziv zonasına uyğun gəlir.Hündürlüyü nadir hallarda 1000
m-dən artıq olan Ujqorod-Xust dağ silsiləsi vilayətin oxunu təşkil edir.Burada
andezit,basalt və tuflardan təşkil olmuş gümbəzəoxşar,meşələrlə örtülü silsilələr və
tək-tək dağlar,pliosen və dördüncü dövrün göl-allüvial çöküntüləri dolmuş hamar
ovalıqlardan kəskin fərqlənir.Daxili Karpatların cənub yamacı üzrə vulkanizmin
baş verməsi miosenin axırları- pliosenin əvvəllərinə aid edilir.Cənuba tərəf alçalan
və seyrəkləşən vulkanik gümbəzlər sanki Zakarpat alluvial ovalığının yumşaq
çöküntüləri içərisində batır.
İqlimi
Şimal və cənub yamacların dağətəklərində enliyarpaqlı meşələr və şimal
meşə-çölünə xas olan isti və rütubətli iqlimi hakimdir.Şimal dağəyəklərinin iqlimi
cənuba nisbətən daha soyuq və kontinentaldır.Predkarpatyedə yanvarın orta
temperaturu – 3,9
°
ilə 5,9
°
S,iyuldakı isə 17
°
-19
°
S arasında tərəddüd edir.İl ərzində
500-800 mm yağıntı düşür.Zakarpatye ovalığında yay istidir.İl ərzində 600-800
mm yağıntı düşür.Dağlara qalxdıqca havanın temperaturu alçalır,yağıntıların
1
Yerli termin olub otlaq mənasındadır.
behruzmelikov.com
behruzmelikov.com
miqdarı 1500 mm -ə çatır,bəzən daha çox olur,buludluluq artır.Qisa müddətli
müşahidələrə görə Çernoqorda 1372 m yüksəkdə yerləşmiş Pojijev poloninində ilin
ən isti ayında (avqust) havanın orta temperature 11,1
°
S-dir,tez-tez duman,ildırım
çaxması müşahidə edilir;iyun və iyulda hər üç gündən ikisi yağıntılı olur.
Dağarası çökəklər və dərələr üçün temperature inversiyası
xarakterikdir.Bu,iynəyarpaqlı meşələr qurşağından aşağıda yerləşən bitki
ğrtüyündə öz əksini tapır.Burada həmçinin dağ iqliminə xas olan dağ-dərə
küləkləri və fyonlar əsir.
Daxili suları
Tisa,Dnestr,Prut və Seret çayları öz mənbələrini Ukrayna Karpatlarında
götürür.Ensiz meşəli dərələrlə axan Karpat çayları bütün il boyu çoxsulu və sürətli
axınları ilə fərqlənir.Qışı isti olduğuna görə onlar qısa müddətdə donur və ya heç
donmur.Yay və payız yağışlarından sonra,bəzən isə qışın isti dövründəgüclü
daşqınlar müşahidə olunur.Tisa Zakarpat allüvial ovalığını və dağların cənub-qərb
yamaclarını suvaran tipik Karpat çayıdır.Raxovla Veliki Bıçkov arasındakı
dağlarda çayın düşməsi 1 km-də 4.5 m-dir.
Karpat çayları gəmiçilik üçün əlverişli deyil,böyük hidroenerji ehtiyatına
malikdir.
Ukrayna Karpatları ərazisində göllər və süni su anbarları geniş
yayılmışdır.Burada 1200-ə qədər gölməçə və bir neçə kiçik dağ gölləri qeydə
alınıb.Göllərin çoxu çay dərələrinin qabığını kəsən uçqunlar nəticəsində əmələ
gəlmişdir.Belə göllərdən biri Sinevirdir.Qədim firn çöllərində kar diblərində və
amfiteatrlarının dibində buzlaq gölləri yerləşir.
Bitki örtüyü və torpaqları
İsti və rütubətli iqlimi kimi Karpatın bitki və torpaq örtüyü də Qərbi Avropa
əlamətlərinə malikdir.Bunu əsasən fıstıq ağacı bitən enliyarpaqlı meşələr və qonur
meşə torpaqlarında daha yaxşı görmək olar.Ukrayna Karpatlarında meşələr indiyə
kimi geniş sahə tutur.Meşələrin tərkibində fıstıq və ağşam,daha sonar
behruzmelikov.com
behruzmelikov.com
Dostları ilə paylaş: |