Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi


Subasar və suffozion-karst gölləri vilayəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

Subasar və suffozion-karst gölləri vilayəti Rusiya düzənliyinin ən geniş vilayəti 
olub, onun daxili, mərkəzi və cənub rayonlarını əhatə edir. Erozion relyeflə əlaqədar 
olaraq burada göllər azdır. Çay vadilərində subasar göllər adi göllərdir. Hərdənbir 
kiçik karst və suffozion göllərə də rast gəlinir. Bu vilayətdə göllərin azlığı üzündən 
çoxlu süni su hövzələri yaradılmışdır. Burada yarğanların və dərələrin yuxarı 
hissələrində minlərlə gölməçələr var.  
Liman gölləri vilayəti Qara dəniz və Xəzər dənizi sahili ovalıqlarının ərazilərində 
yerləşir. Qara dəniz sahili ovalığının limanları dənizdən qumlu burunlar vasitəsilə 
ayrılan (keçmişdə çayların mənsəbi) dəniz körfəzləridir. Xəzər sahili ovalığın 
limanları (ilmenləri) yazda çayların gətirdikləri su ilə dolan, yayda isə bataqlığa, 
şoranlığa və yaxud biçənək yerlərinə çevrilən zəif formalaşmış çüxurlardır. Böyük 
miqdarda çökmə xörək duzu ehtiyatlarına malik Elton və Baskunçak gölləri tektonik 
mənşəlidir.  
Qrunt suları. 
 
   A.N. Semixatov və V.İ. Duxanina Rusiya düzənliyində 7 qrunt suları zonası 
müəyyən edirlər. Onların 4-ü Rusiya düzənliyinin buzlaq hissəsinin qrunt suları 
zonası, 3-ü isə buzlaqdankənar hissəsinin zonalarıdır.  
Şimal tundrasının donuşluqüstü mövsüm suları və
 Kola yarımadası tundrasının 
az dərinlikdə yerləşən suları. Bu zonada su keçirməyən qat daimi donuşluq və Kola 
yarımadasında yayılmış kristallik süxurlardır. Qrunt suları 0-1 metr dərinlikdə 
yerləşir. Qrunt sularının yer səthinə yaxın yerləşməsi ərazinin güclü bataqlıqlaşmasına 
səbəb olur.  
Cavan buzlaq relyefi rayonlarının qrunt suları
Valday və Moskva buzlaqları 
vilayətində yayılmışdır. Yer səthindən 0-10 metrədək dərinlikdə yerləşən dib 
morenlərin zəif yeraltı suları yayılmışdır. Bəzi yüksəkliklərin (Silur yaylası, Timan 
kryajı, Kola yarımadası) karst və çay suları azonal xarakter daşıyır. Bu sular 5 
behruzmelikov.com
behruzmelikov.com


metrdən 20 metrə qədər dərinlikdə yerləşir. Yağıntıların mümkün buxarlanmadan çox 
olması və qrunt sularının yer səthinə yaxın yerləşməs, zona ərazisinin, xüsusən onun 
şimal yarısının yüksək dərəcədə bataqlıqlaşmasına şərait yaradır.  
Allüvial və fluvioqlyasial düzənliklərin qrunt suları. Pripyat, Desna, Meşşora, 
Unja-Vetluqa və s. polesye sahələri üçün səciyyəvidir. Bütün zona üçün yer səthinə 
yaxın (0-3 metr dərinlikdə) yerləşən zəif minerallaşmış belə qrunt suları xarakterikdir.  
Dnepr buzlaşmasının hamarlanmış buzlaq relyefi rayonlarının qrunt suları

Zona daxilindəki qrunt suları Dnepr buzlağı morenlərinin örtük və lyossabənzər 
gillicələrində ara-sıra yayılmış, tip etibarilə səthə yaxın yeraltı sulardır.  
Nazik dördüncü dövr örtüklü və dördüncü dövrə qədərki özül süxurlarının 
böyük çıxıntıları olan rayonların qrunt suları.
 Bu rayonlara Yüksək Zavoljye, 
Volqaboyu, Volın-Podol yüksəklikləri və Orta Rusiya yüksəkliyinin cənubu aiddir. 
Parçalanmış yarğan-dərə relyefi və quru kontinental iqlimlə əlaqədar qrunt suları 
dərində, 20 metrdən daha artıq dərinlikdə yerləşir.  
Qalın lyossörtüklü və
 lyossabənzər gillicəli rayonların qrunt suları meşə-çölün 
cənubu və Ukrayna çölləri üçün daha səciyyəvidir. Qrunt suları 20-50 metr və daha 
artıq dərinlikdə yerləşir.  
Xəzərətrafı dəniz və allüvial-delta düzənliklərinin qrunt suları yastı, zəif 
parçalanmış relyefli Xəzərsahili ovalığın quru və kontinental iqlim şəraitində 
formalaşmışdır. Onlar yüksək dərəcədə minerallaşmışdır (3-dən 100 q/l) və çox da 
dərində (0-dan 10 m-ə qədər) yerləşmişdir. 
Torpaqlar və bitki örtüyü 
   Rusiya düzənliyi torpaq və bitkilərin üfiqi zonallığı aydın görünən əraziyə 
nümunədir. Burada şimalda Arktika tundrasından tutmuş düzənliyin cənubunda 
behruzmelikov.com
behruzmelikov.com


mülayim qurşağın səhralarına qədər bitki və torpaqların mürəkkəb zonal spektri 
müşahidə olunur. 
   Meşəsiz tundralar Norveçlə olan dövlət sərhədindən başlayaraq Pay-Xoya qədər 
Barens dənizi sahilini və Arktika adalarını əhatə edir. Rusiya düzənliyinin geniş meşə 
vilayəti ərazisində qərb (Avropa) və şərq (Sibir) növlərinin arelları kəsişir. 
Iynəyarpaqlı ağac növlərinin əksəriyyəti Sibir mənşəlidir.  
   Rusiya düzənliyi tayqası, əsasən, tünd iynəyarpaqlı meşələrdən ibarətdir. Iki 
növdən- adi küknar və Sibir küknarından ibarət olan küknar ağacı Şərqi Avropa 
tayqasının həqiqi şahzadəsidir. Bitmə yerinə və ağacların keyfiyyətinə görə Rusiya 
düzənliyinin küknar meşələri 5 tipə bölünür.  
Yaşıl mamırlı küknar meşələri parlaq yaşıl mamırların bütöv örtüyü ilə xarakaterizə 
olunur. 
Uzunmamırlı küknar meşələri yaşılmamırlı meşələrə nisbətən daha yastı və az drenajlı 
sahələri əhatə edən sıx mamır örtüyünə malikdir. 
Sfaqnumlu küknar meşələri bataqlıqlaşmış torpaqlarda bitir. 
Bataqlı-otlu küknar meşələri geniş dərə və çay vadilərində yerləşir. Meşəaltında sıx 
və hündür ot örtüyü vardır. 
Mürəkkəb (kollu) küknar meşələri drenajlı münbit torpaqlarda yayılmışdır, 
enliyarpaqlı ağac növləri ilə qarışıqdır. 
   Rusiya düzənliyi tayqasında saçaqlı tozağacı (Betula verrucosa) və ağcaqovaq 
(Populus tremula) ağaclarından ibarət xırdayarpaqlı meşələrin olması adi haldır. 
Tayqada meşələrdən əlavə yüksəklik və ovalıq tipli bataqlıqlar da çoxdur. 
Iynəyarpaqlı tayqa meşələri altında podzol torpaqlar əmələ gəlir. Qarışıq meşələr 
zonası cənubda Lutsk-Kiyev-Ryazan-Qorki-Kazan xəttinə qədər uzanır. 
behruzmelikov.com
behruzmelikov.com


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə